Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1402/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “yenidən müsahibəyə buraxılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(112)-12003/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu xx.xx.2016-cı il təvəllüdlü X2 rus bölməsinə 1-ci sinifə qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixində verilmiş müsahibənin nəticəsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilməsini, həmçinin iddia tələbinin müsahibənin nəticələrinin ləğv edilməsi, qanunvericiliyin və müsahibə qaydalarının tələblərinə əməl edilməklə yenidən müsahibəyə buraxılma öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Bakı şəhər Təhsil İdarəsi ilə əvəz edilmiş və iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Sonradan İddiaçı ərizəsi nəzərə alınmış və məhkəmənin müvafiq qərardadı ilə iddiaçı əsl iddiaçı X4 ilə əvəz edilmiş və İddiaçının qanuni nümayəndəsi qismində tanınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(112)-12003/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlərdən sonra məhkəmə iclası 28 mart 2024-cü il tarixə saat 10:05-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiadan imtina etmə barədə ərizə təqdim edərək, mübahisənin aradan qalxdığını, tələbinin təmin edildiyini bildirərək, iddiadan imtinanı qəbul edib, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasına xahiş etdi. Cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası iş materiallarını və iddia tələbindən imtina edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. AR İPM-in 12.-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. AR İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddia tələbindən imtina barədə ərizəsi təmin edilsin. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “yenidən müsahibəyə buraxılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1402/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1402/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver