Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1402/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kirayə müqaviləsinin bağlanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X9 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçıya ünvanladığı 17 avqust 2022-ci il tarixli d8-17780B-322 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən hazıradək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-34940/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 10 saylı evin 1 otaqlı 3 nömrəli mənzilin qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 19 sentyabr 2024-cü il tarixli 3-52-13-11/2-81/2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 10 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
5. 63 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş qeydiyyat kartasının iş materiallarında olan surətinə əsasən müəyyən edilir ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında yaşayır (bənd 9), xx.xx.1988-ci ildə həmin ünvana Azərbaycan SSR, Orconokidze (indiki Suraxanı) rayonu, Kirov (indiki Rəsulzadə) qəsəbəsindən gəlmişdir (bənd 7).
6. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-52/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddiası təmin edilmiş, üçüncü şəxslər xx.xx.1978-ci il təvəllüdlü X3, xx.xx.2001-ci il təvəllüdlü X4 və xx.xx.1973-cü il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10 üvanında yerləşən 3 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-2254/2022 nömrəli qərarı ilə təmin edilməmiş, qərar qanuni qüvvəsini almışdır.
7. İddiaçının tərəf olduğu işlər üzrə məhkəmə qətnamə və qərarlarına əsasən müəyyən edilmişdir ki, Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 2- 79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın İddiaçı qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh İddiaçı mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda olduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb...Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir.”
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X3 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir.
9. Məhkəmə iddianı təmin edərkən: 1. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsi ilə X3 iddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınmaqla onunla kirayə müqaviləsinin bağlanmasının qət edilməsinə; 2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə 3 nömrəli mənzilə kirayə müqaviləsinin X3 adına dəyişdirilməklə onun həmin mənzilin kirayəçisi hesab edilməsinə istinad etmişdir.
10. Cavabdeh İddiaçı bu qətnamədən apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Lakin daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
12. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Həmin qərarda Ali Məhkəmə Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988ci il tarixli, 2-719/1988 saylı qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olması faktını və onun həmin mənzildən çıxarılmasının mümkünsüzlüyünün artıq müəyyən edildiyinə, İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində istinad olunan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin (bundan sonra – cavabdeh) xx.xx.2014-cü il tarixli, 22 nömrəli sərəncamının sonradan ləğv olunduğuna istinad etmiş, Vəfa Qədirovanın mübahsəli mənzilə istifadə hüququnun olmadığını, İddiaçı isə mübahisəli mənzilə istifadə hüququnun olmasını təsbit etmişdir.
14. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X4 İddiaçı mübahisəli mənzilə yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə həmin məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 10 saylı evin bir otaqlı 3 saylı mənzilin kirayə müqaviləsini İddiaçı ilə bağlamaq öhdəliyinin vəzifə olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(112)-11711/2024 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Suraxanı rayon Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllə 10 saylı evin 1 otaqlı 3 saylı mənzilinin keçmiş kirayəçisi X8 xidmət göstərməyi barədə razılığa gəlmişlər. İddiaçı adı çəkilən mənzilin kommunal xərclərin ödəmiş, Olxovik Annaya məişətin nizamlanması, müalicəsi və sair qulluq etmişdir. Bunun müqabilində Suraxanı rayon (keçmiş Ordjonkidze) Məhkəməsinin 2-79 saylı 19 dekabr 1988-ci il tarixli qətnaməsinə əsasən Suraxanı rayon 63 saylı MKİSin iddiaçının həmin mənzildən çıxarılmağı barədə iddia tələbi təmin edilməmişdir. Sonra maddi imkansızlığı baxımından X10 adlı şəxsi ailəsilə birlikdə adı çəkilən mənzilə kirayəşin kimi buraxmışdır. Onun zəifliyindən istifadə edən X12 RİH-in əməkdaşları ilə birlikdə “guya uzun müddət bu ünvanda yaşamasını” əsas götürərək 22 saylı xx.xx.2014-cü il tarixli Suraxanı rayon İHB-nın sərəncamını əldə etmişdirlər. Bu vaxtdan iddiaçının məhkəmə orqanlarına müraciətim başlamış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)4556/2015 saylı 05 avqust 2015- ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin iş materialları mahiyyəti üzrə məhkəmə baxış predmeti olmuş, yenidən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 537/2016 saylı 29 yanvar 2016-cı il tarixli qətnaməsilə təkrar olaraq Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi saxta sənədlər əsasında qəbul olunduğu təsdiqlənmişdir. Onun iddia tələbi üzrə 2 saylı Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-155/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Suraxanı RİH-in 22 saylı xx.xx.2014cü il tarixli sərəncamı ləğv edilmişdir. Vəfa Qədirovanın yazdığı şikayətlər əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-6491/17 saylı 01 noyabr 2017ci il tarixli Qərarı ilə Suraxanı rayon İHB-nin 22 saylı xx.xx.2014-cü il tarixli sərəncamı və sərəncamın verilməsinə əsas olmuş Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli 2(010)-4667/2013 saylı Qətnaməsi son olaraq ləğv edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-8688/2017 saylı 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçının Bakı şəhəri Suraxanı rayon Qaraçuxur qəsəbəsi 4048/49- cu məhəllə 10 saylı evin 1 otaqlı 3 saylı mənzilinə köçürülməsi təmin edilmiş, adı çəkilən qətnamədən yazılmış apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli normativ aktları ilə rədd edilmişdir. Həmçinin eyni predmet üzrə Suraxanı RİH tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018- ci il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllə 10 saylı evin bir otaqlı 3 saylı mənzilindən Vəfa Qədirova ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsilə Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş materialları yeni baxışa qaytarılmış, sonda Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli normativ aktları ilə Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Suraxanı RİH əməkdaşları və Vəfa Qədirova bilərəkdən çox saylı əsassız predmetlərlə məhkəmələrə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı kimi mötəbər məhkəmə aktlarının mövcud olmasına baxmayaraq cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 10 saylı evin bir otaqlı 3 saylı mənzilinin kirayə müqaviləsini iddiaçı ilə bağlamaq və bu barədə sərəncam verməklə bağlı müraciətinə xx.xx.2024-cü il tarixli məktub ilə imtina vermişdir.
18. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-20/2-B-68- 091/2024 nömrəli imtina məktubda qeyd edilmişdir ki, sözügedən mənzilin ona məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici (order və ya sərəncam) sənəd olmadığından, məsələlərin həllinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında mümkünlüyü nəzərə alınaraq bu barədə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur.
19. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunması, həmçinin bu əsasnamənin 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti yerli icra hakimiyyətləri həyata keçirir. Sözügedən yaşayış sahəsinin dövlət mənzil fondunda olduğunu və həmin mənzilin İddiaçı məxsus olmasına dair hər hansı bir hüquq müəyyənedici sənədin mövcud olmadığını nəzərə alaraq RİH-ə qarşı iddianı əsassız hesab etməklə tələbin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mənzilin əvvəki istifadəçisi ilə qohumluq və ailə münasibətinin olmamasına baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanında yaşayan, 1987-ci ildən həmin mənzildə əvvəkli sahibin razılığı ilə ora köçürülmüş, onunla birgə təsərrüfat aparmış və onların münasibətinin ailə xarakteri daşımasına məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, xx.xx.1988-ci il tarixdə həmin ünvana köçməsinin qeydiyyatı aparılmış və 17 yanvar 1989-cu il tarixdən həmin mənzildə qeydiyyatda olan şəxs kimi o, orada uzun müddət təsərrüfat apardığından, Bakı şəhəri Suraxani RİH-dən onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malikdir. Bu hüquq tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri ilə qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında da müəyyən edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
23. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı təqdim olunmuş yazılı etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):
Maddə 48. Yaşayış sahəsi orderi. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
29. 2009-cu ilin оktyаbrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Maddə 4.0. Dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Maddə 16. Yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır; Maddə 17.3.1. Sоsiаl təyinаtlı mənzil fоndu – dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur; Maddə 17.4. Mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır; Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
30. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Belə ki, məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 10 saylı evin bir otaqlı 3 saylı mənzilin kirayə müqaviləsini İddiaçı ilə bağlamaq öhdəliyinin vəzifə olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
42. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur.
43. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddiasında qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/9 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsinin bağlanılmasını xahiş etmiş, cavabdeh yaşayış sahəsinin dövlət mənzil fondunda olduğunu və həmin mənzilin İddiaçı məxsus olmasına dair hər hansı bir hüquq müəyyənedici sənədin mövcud olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir.
44. Lakin cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, artıq iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun yaranmasına və hazırkı iddia üzrə subyektiv hüququnun mövcud olmasına qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmişdir.
45. Cavabdeh inzibati orqan, apellyasiya şikayətində iddia tələbinə qarşı verdiyi etirazın dəlillərinə istinad etmişdir.
46. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir.
47. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
48. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
49. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
50. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
51. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir.
52. Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2023-cü il tarixli, 2-1(102)-2595/2023 nömrəli; xx.xx.2024cü il tarixli, 2-1(102)-134/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 85-ci maddələrinin birgə təhlili onu qeyd etməyə əsas verir ki, şəxsin mənzilin keçmiş icarədarı ilə mənzildə birgə yaşayıb, onunla birgə təsərrüfat aparmaqla icarədarın ailə üzvü hesab olunması mənzilə dair onunla icarə müqaviləsi bağlanması üçün əsasdır. Çünki, Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
54. Hazırkı işin hallarından göründüyü kimi, İddiaçı mənzilin əvvəki istifadəçisi ilə qohumluq və ailə münasibətinin olmamasına baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanında yaşayan, 1987-ci ildən həmin mənzildə əvvəkli sahibin razılığı ilə ora köçürülmüş, onunla birgə təsərrüfat aparmış və onların münasibətinin ailə xarakteri daşımasına məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, xx.xx.1988-ci il tarixdə həmin ünvana köçməsinin qeydiyyatı aparılmış və 17 yanvar 1989-cu il tarixdən həmin mənzildə qeydiyyatda olan şəxs kimi o, orada uzun müddət təsərrüfat apardığından, Bakı şəhəri Suraxani RİH-dən onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malikdir. Bu hüquq tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri ilə qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında da müəyyən edilmişdir.
55. Odur ki, cavabdehin iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11711/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.