Məhkəmə qərarları › İş №2-1(103)-1403/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1403/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1403/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 09 saylı 30 avqust 2005-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X24 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X20-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, 3-cü şəxs X12 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 09 saylı 30 avqust 2005-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsinin X1 dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli 09 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı 1979-1981-ci illərdə Əfqanıstan müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və 2-ci qrup Əfqanıstan müharibəsi əlilidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında 295 nömrəli 11.12.2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası X6 üzvlərinə Nizami rayon, 2433-cü məhəllədə 0.66 ha torpaq sahəsində 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, 0.66 ha torpaq sahəsinin Nizami rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri Torpaq şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinin planı hazırlanmışdır. X6 22.04.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışa əsasən X6 üzvü, 2ci qrup Əfqanıstan müharibəsi əlili kimi ona Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında 11.12.2004-cü il tarixli, 295 №-li Sərəncamı və X6 22.04.2005-ci il tarixli 7 saylı protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 6 sot torpaq sahəsi hal-hazırda onun sahibliyində və istifadəsindədir. O, torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoydurmuş və digər qonşulara məxsus torpaq sahələri ilə təcrid olunmuş formadadır. 2019-cu ilin iyul ayının 18-də o, öz torpaq sahəsinə gedib baxarkən, darvazasının söküldüyünü, yerinə başqa darvaza qoyulduğunu görmüş və bu barədə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə müraciət etmişdir. 25-ci Polis Bölməsinin əməkdaşları torpağa gəlmiş və darvazanın sökülüb başqa darvaza qoyulduğunun şahidi olmuşlar. Araşdırma zamanı məlum olmuşdur ki, iddia üzrə 3-cü şəxs Soyünoğlu Manana ona məxsus torpaq sahəsinin giriş darvazasını sökərək özü ora başqa darvaza qoyub və torpaq sahəsinə sahiblik etmişdir. Sənəd kimi də Torpağın mülkiyyətə verilməsinə dair 31.03.2006-cı il tarixli şəhadətnaməni göstərmişdir. O, həmin Şəhadətnaməni araşdırarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair iddia üzrə 3-cü şəxs X19 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 06.12.2005-ci il tarixli, JN-25844H, KOD 00900003 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli, 09 saylı qərarı ilə Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsi X2. Beləliklə, Bakı şəhəri Nizami Bələdiyyəsi qanunsuz olaraq onun istifadəsində olan Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.06 hektar torpaq sahəsini X4 və onun mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 09 saylı 30 avqust 2005-ci il tarixli qərarı onun torpağa sahiblik və mülkiyyət hüquqlarını pozduğundan qanunsuz hesab edilərək ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mərhum Prezident Ümummilli Lider X21 veteranlarına qayğısı və diqqəti əsasında, onun göstərişi ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Fərdi yaşayış evlərinin tikintisi haqqında 295 nömrəli 11.12.2004-cü il tarixli Sərəncam imzalayaraq, Azərbaycan Respublikası X6 üzvlərinə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə 0.66 ha torpaq sahəsində 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi; 0.66 ha torpaq sahəsinin Nizami rayon Bələdiyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri Torpaq şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinin planı hazırlanmışdır. X6 22.04.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışa əsasən ona Bakı şəhəri Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında 11.12.2004-cü il tarixli, 295 Ne-li Sərəncamı və X6 22.04.2005-ci il tarixli 7 saylı protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 6 sot torpaq sahəsi hal-hazırda onun sahibliyində və istifadəsindədir. O, torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoymuş və digər qonşulara məxsus torpaq sahələri ilə təcrid olunmuş formadadır. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqı yaranan gündən, yəni 30.12.1992-ci il tarixdən o, İttifaqın üzvü olmuş və İttifaqın üzvləri yalnız Əfqanıstan müharibəsində iştirak etmiş və əlil olmuş şəxslər olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi tərəfindən məhkəməyə göndərilmiş 17.11.2020-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş Nizamnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Əfqanıstan Veteranları ittifaqı 13 avqust 2005-ci il tarixli Konfransla yenidən təşkil edilərək, Azərbaycan X13 Birliyi adlandırılmış, ictimai Birliyin sədri X5 və bu fakt, yəni Azərbaycan Respublikası X6 Azərbaycan X13 Birliyi adlandırılması və X22in İctimai Birliyin sədri seçilməsi faktı 21 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınmışdır. X10 1-ci bəndində qeyd edimişdir ki, Azərbaycan X13 Birliyi 30.12.1992-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası X6 hüquqi varisidir. Yəni, X16 Azərbaycan X13 Birliyinin sədri seçilməsi Ədliyyə Nazirliyi tərəfindən 21 oktyabr 2005-ci il tarixdə Dövlət qeydiyyatına alınaraq təsdiq edilmişdir. Onun Azərbaycan X13 Birliyinin üzvü olmamağı ilə bağlı da Məhkəmənin mövqeyi yanlış və əsassızdır. Belə ki, o, Azərbaycan Respublikası X6 üzvü olmuş və İttifaq yeni adla Azərbaycan X13 Birliyi kimi 21.10.2005-ci ildə Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınması İttifaqın bütün üzvlərinin, o cümlədən onun İctimai Birliyin üzvü olmamağı anlamına gələ bilməz və bütün üzvlər avtomatik olaraq İttifaqın hüquqi varisi olan ictimai Birliyin üzvü hesab edilirlər. Lakin ictimai Birliyin sədri və yeni idarə heyəti qanunsuz olaraq onu və onlarla ittifaq üzvünü ictimai birliyin üzvlüyündən xaric etmişdir. Onun subyektiv hüququnun olmaması ilə bağlı məhkəmə Qərardadda qeyd edir ki, iddia tələbi Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı yönəlsə də, o, ona aid olmayan, digər şəxsə ayrılmış torpaq sahəsi ilə bağlı mübahisə qaldırır ki, bu da məhkəmə tərəfindən onun belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Müdafiə Nazirliyindən gələn məktublarda X17 hərbi xidmətdə olmadığı və Əfqanıstan müharibəsi iştirakçısı olmadığı bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 295 nömrəli 11.12.2004-cü il tarixli Sərəncamında Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin Azərbaycan Respublikası X6 üzvlərinə ayrılması qərara alınmışdır. Həm Azərbaycan Respublikası X6 Nizamnaməsində, həm də 21.10.2005-ci ildə Dövlət qeydiyyatına alınmış Azərbaycan Əfqanıstan Veteranları X7 qeyd edilmişdir ki, Əfqanıstan Respublikasında və başqa ölkələrdə hərbi münaqişələrdə iştirak etmiş, həmin dövrdə Əfqanıstanda və və digər müharibə gedən ölkələrdə işləmiş hər bir fiziki şəxs təşkilatın üzvü ola bilər. X26 nəyinki Əfqanıstan, ümumiyyətlə heç bir müharibədə iştirak etməmiş və müharibə gedən ölkələrdə olmamışdır, heç hərbi xidmətə getməmişdir. Belə bir adamın X6 və ya X13 Birliyinin üzvü olması mümkün deyildir və qanunsuzdur. Ona torpaq sahəsinin ayrılması ilə bağlı məktubun göndərilməsi də qanunsuzdur. X19 Nizami rayonu, 2433- cü məhəllədə 500 kv.m torpaq sahəsinin ayrılması üçün Nizami Bələdiyyəsinə göndərilən 26.05.2005-ci il tarixli, 075 saylı məktub Azərbaycan Respublikası X6 adından, X23 sədr əvəzi kimi qeyd edilmiş Məhəmməd Vəliyevin imzasıyla göndərilmişdir. Halbuki həmin tarixdə Azərbaycan Respublikası X6 sədri Məmməd İsgəndərov olmuşdur və Məhəmməd Vəliyevin həmin vaxt İttifaqın adından məktub göndərmək səlahiyyəti olmamış və onun səlahiyyətinin olması faktını təsdiq edən sənədlər dəfələrlə vəsatət verməsinə baxmayaraq məhkəmə tərəfindən tələb edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 11.12.2004-cü il tarixli, 295 №-li Sərəncamında Azərbaycan Respublikası X6 üzvlərinə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə 0.66 ha torpaq sahəsində 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi və 0.66 ha torpaq sahəsinin Nizami rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır. Sərəncama əsasən X6 üzvlərinə torpaq sahəsinin əvəzsiz verilməsi qərara alınmışdır. Nizami Bələdiyyəsi isə Şərəncamın əksinə gedərək və qanunsuz olaraq, Azərbaycan Respublikası X6 idarə Heyətinin sədri əvəzi kimi özünü təqdim etmiş Məhəmməd Vəliyevin saxta məktubları əsasında və onunla əlbir olaraq İttifaqın üzvləri olan, Əfqanıstan müharibəsi veteranlarına ayrılmış torpaq sahələrini, müharibə veteranı olmayan şəxslərə satmışdır. Bu da onun Nizami bələdiyəsinə qarşı iddianın qanuni olduğunu və əsaslı olduğunu təsdiq edir. Bundan başqa birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, X6 22.04.2005-ci il tarixli 7 saylı protokoluna əsaslansa da, həmin protokolda mübahisəli sahənin onun mülkiyyətinə verilməsi qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsi iş materiallarında olan onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərlə tanış olmamış, həmin sənədlərə hüquqi qiymət verməmişdir. Belə ki, o, iddia ərizəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında 11.12.2004-cü il tarixli, 295 No-li Sərəncamının, və X6 22.04.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışın, X6 24.06.2005-ci il tarixli, 02 saylı Arayışın təsdiq edilmiş surətlərini və DTXK-nin Bakı şəhər şöbəsinin Torpaq sahələrinin planının surətini əlavə etmiş və iş materiallarında da mövcuddur. X6 24.06.2005-ci il tarixli, 02 saylı arayışında X6 22.04.2005-ci il tarixli 7 saylı protokoluna əsasən ona Nizami rayonu 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin verildiyi və orada 4 №-li Sahənin ona verildiyi qeyd olunmuşdur. DTXK-nin Bakı şəhər şöbəsinin Torpaq sahələrinin planında da ona verilən 4 nömrəli Sahə qeyd edilmişdir. İndiki adı ilə Azərbaycan Respublikası X6 02 may 2019-cu il tarixli, 51 nömrəli məktubuna əsaslanaraq guya ona torpaq sahəsinin ayrılmadığı qənaətinə gəlmişdir. Halbuki, X6 əvvəlki rəhbəri Məmməd İsgəndərov olmuşdur və bütün sənədlər və arxiv sənədlərini qoruyub saxlamışdır. İttifaqın indiki sədri Məhəmməd Vəliyev 13 avqust 2005-ci ildə X3suz yollarla ələ keçirərək, ittifaqın arxivini məhv etmiş, əmlaklarını isə başqa şəxslərə satmışdır. Mənə torpaq sahəsinin ayrılması isə ondan 4 ay öncə yəni 22 aprel 2005-ci il tarixində verilmişdir. Məhz bu qanunsuz əməllərinə görə X25 barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-364/2018 saylı 06.06.2018-ci il tarixli hökmu ilə Azərbaycan X13 Birliyinin sədri X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1,29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 313, 311.3.1, 311.2.3, 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişlər. 3-cü şəxs X12 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında Manana Soyünoğlunun torpaq sahəsinin mülkiyyətçisi olduğunu, torpaq sahəsinin 2005-da alqı-satqı ilə X15 alındığını, 2019-cu ildə isə çıxarış alındığını, 3-cü şəxs tərəfindən torpaq sahəsinin zəbt edilmədiyini, iddiaçının 2007-ci ildə ərizə əsasında birliyə qəbul olunduğunu, 2016-cı ildə isə üzvlükdən azad olunduğunu, hazırda da üzv olmadığını, ittifaq tərəfindən torpaq sahəsinin ayrılmasına qərar verilməsinin mümkün olmadığını, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını bildirmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 11 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh, 3-cü şəxslər X27 və X13 Birliyi nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin, 3-cü şəxslər X27 və X13 Birliyinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan «Fərdi yaşayış evlərinin tikintisi haqqında» Bakı şəhər İcra Hakimiyyəti Başçısının 295 saylı 11.12.2004-cü il tarixli Sərəncamından görünür ki, X6 üzvlərinə Nizamı rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda X6 22.04.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışından müəyyən olunur ki, X6 üzvü, 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi İddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. X6 02 saylı 24.06.2005-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 073 saylı 22.06.2004-cü il tarixli sərəncamına əsasən və Azərbaycan Respublikası X6 02 saylı protokoluna əsasən Nizamı rayonu, 2433-cü məhəllədə fərdi ev tikintisi üçün 6 sot torpaq sahəsi verilmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli 09 saylı protokoluna əsasən Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X18 mülkiyyətinə satılmışdır. Hazırda iddiaçı ona X6 22.04.2005-ci il tarixli 7 saylı protokol qərarı ilə ona Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 6 sot torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli 09 saylı protokol qərarı ilə Eldar Sarıyevə satılmasına və istifadəsində olan həmin torpaq sahəsinin zəbt olunmasına istinad edərək sözügedən Bələdiyyə qərarının ləğv olunmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının qeyd olunan torpaq sahəsinin ona məxsus olması, 3-cü şəxsə torpaq sahəsinin ayrılması barədə qərarın onun hüquqlarını pozmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə, eyni zamanda iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, X13 Birliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş X28 05.04.2007-ci il tarixli 4 saylı protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 6 nəfər Əfqanıstan müharibəsi veteranı, o cümlədən İddiaçı Birliyə üzv qəbul olunmuş, X28 21.01.2016-cı il tarixli 01 saylı protokolundan çıxarışın təsdiq olunmuş surətindən isə görünür ki, 42 nəfər, o cümlədən İddiaçı Birliyin üzvlüyündən azad olunmuşdur. Göründüyü kimi, iddiaçı 05.04.2007-ci ildən 21.01.2016-cı ilədək Birliyin üzvü olmuş, onun tərəfindən məhkəməyə təqdim olunmuş ona torpaq sahəsinin ayrılması barədə protokol 22.04.2005-ci il və arayış 24.06.2005-ci il tarixlidir. Bundan başqa, Birlik tərəfindən məhkəməyə təqdim olunmuş 23.09.2020-ci il tarixli etiraz məktubunda qeyd olunmuşdu ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433 məhəllədə 0,66 ha torpaq sahəsindən 6 sot torpaq sahəsi ayrılmamışdır, Eldar Sarıyev həqiqətən də ƏMV İttifaq üzvü olduğu üçün ona Nizami rayonu, 2433-cü məhəllədə 500 kv.m. torpaq sahəsinin ayrılması üçün Nizami Bələdiyyəsinə məktub göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.02.2021-ci il tarixli 02/204 saylı məktubda qeyd olunur ki, Nizami Bələdiyyəsi tərəfindən İctimai Birliyin məktubuna əsasən Bələdiyyənin 30.08.2005-ci il tarixli 9 saylı qərarı ilə Eldar Sarıyevə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi satılmışdır, həmin torpaq sahəsi İctimai Birliyin üzvlərinə ayrılması üçün Nizami bələdiyyəsinin mülkiyyətinə verilmiş, Nizami bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi satılmamış, iddiada qeyd olunan torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün İddiaçı kim tərəfindən verilməsi barədə bələdiyyə məlumatlı deyil. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Bakı şəhəri Nizami bələdiyyəsinin mübahisələndirilən qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə hüququnu təsdiq edən hər hansı mötəbər sübutun məhkəməyə təqdim olunmadığına və iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmadığına istinad edərək iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 05/5793-11 saylı 17.11.2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Əfqanıstan Veteranları X11 13.08.2005-ci il tarixli qərarı ilə qanuni təmsilçi X5 və bu fakt 21.10.2005-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Əfqanstan Veteranları X9 1.3-cü bəndinə əsasən Birlik 30.12.1992-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Əfqanstan Veteranları İttifaqının hüquqi varisidir. Nəzərə alınmalıdır ki, iddiaçıya X6 22.04.2005-ci il tarixli 7 saylı protokol qərarı ilə torpaq sahəsi Azərbaycan X13 Birliyinin dövlət qeydiyyatına alınmasına qədər, yəni 21.10.2005-ci il tarixdən əvvəl ayrılmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən subyektiv hüququnun pozuntusunun əsası kimi məhz həmin İttifaqın 22.04.2005ci il tarixli protokol qərarına istinad etmişdir ki, bu isə iddiaçının 21.10.2005-ci ilə qədər İctimai Birliyin hüquqi varisi olduğu X6 üzvü olduğunu deməyə əsas verir. Birinci instansiya məhkəməsi isə iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qənaətinə gəlmiş və bu zaman iddia tələbinin qanuni əsasını təşkil edən mübahisəli torpaq sahəsinin qanuni əsaslarla, yəni səlahiyyətli orqan tərəfindən ayrılıb-ayrılmadığını, həmin torpaq sahəsinin Eldar Sarıyevə Bakı şəhər Nizami bələdiyyəsinin müvafiq qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini ekspertiza keçirməklə müəyyən etməmişdir. Bununla da birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Əlavə olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarının 8-ci və 12-ci səhifələrində olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 295 saylı 11.12.2004-cü il tarixli sərəncamları məzmun baxımından fərqlidir. Odur ki, işə birinci instansiya məhkəməsi tərəfindən təkrar baxılarkən iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğu həm də sözügedən sərəncamın məzmunu baxımından qiymələndirilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar