Məhkəmə qərarları › İş №2-1(103)-1403/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1403/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1403/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsi və həmin bağ sahəsinə hüquqların reyestrdə qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2556/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsi və həmin bağ sahəsinə hüquqların reyestrdə qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2556/2021 saylı, xx.xx.2021-ci il qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq müəyyənedici sənədlər üzrə torpaq sahəsinin ölçüsü 0,05 ha olsa da, yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0,0403 ha-dır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2556/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamnaı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin dəlilləri ilə mübahisəli torpaq sahəsinin faktiki sahəsinin 0,0403. ha olması hissəsində razıdır. İddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraatı zamanı 27 aprel 2021-ci il tarixli məhkəmə qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizasının iş üzrə 15 iyul 2021-ci il tarixli 10/2067 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisinin verdiyi mütəxəssis rəyində qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X2nin ləğv edilməsi barədə” Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X2 ləğv edilərək avxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhsil verildiyindən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində Bakı şəhəri və Bakı şəhəri ətrafı bağlar barədə arxiv sənədlərinin olmaması səbəbindən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin “Sahil” və ya “Kanal” bağçılıq yoldaşlıqlarının hansına aid ərazi hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin elektron kadastr məlumat bazasında iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə aid hər hansı bir hüquqi və fiziki şəxsin adına hüquqi və texniki sənəd aşkar edilməmişdir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisə predimeti olan bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi 0,05 ha torpaq sahəsinə «Torpaq islahatı haqqında» AR Qanununun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh inzibati orqanın istinad etdiyi “elektron kadastr məlumatları” isə, heç bir tutarlı sübuta söykənmir, ona görə də obyektiv halı əks etdirən sübut kimi qiymətləndirilə bilməz. Belə olan halda İddiaçı Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 13 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı bağ sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsi və həmin bağ sahəsinə hüquqların reyestrdə qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə etməklə haqlı qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X2nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan X2 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşin hallarından məlum olur ki, Bakı Şəhər XDS İK-nın 27 noyabr 1987-ci il tarixli 20/396 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində Zirə Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində “Bakı Təmir Tikinti” Trestinin kollektiv bağçılıq yoldaşlığı üçün 2,03 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nın 11 oktyabr 1991-ci il tarixli 18 nömrəli qərarı ilə “Bakı Təmir Tikinti” Trestinin nəzdində “Sahil” kollektiv bağçılıq yoldaşlığının nizamnaməsi qeydiyyata alınmış və həmin qurumun müvafiq protokolu ilə sözügedən ərzidə 0,05 ha ölçüdə 13 saylı bağ sahəsi hazırkı iddiaçı Ələkbərova (Sadıqova) Dilşad Rza qızına ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən sahə “Kanal” bağçılıq yoldaşlığının 14 saylı bağ sahəsinə aiddir, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirmiş və hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi torpaq sahəsinin faktiki olaraq 0.05 ha deyil, 0,0403 ha olmasını nəzərə almamışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərindən biri məhz, mübahisəli torpaq sahəsinin 0,0403 ha olmasıdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mübahisəli torpaq sahəsinin faktiki 0,0403 ha olduğunu etiraf etmiş və iddia tələbinin məhz həmin hissədə təmin olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2556/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişdirilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində Dübəndi bağlarında yerləşən, ümumi sahəsi 0,0403 ha olan 13 saylı bağ sahəsinə dair plan-ölçü sənədlərinin hazırlanması və həmin bağ sahəsinə üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2556/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişdirilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində Dübəndi bağlarında yerləşən, ümumi sahəsi 0.0403 ha olan 13 saylı bağ sahəsinə dair plan-ölçü sənədlərinin hazırlanması və həmin bağ sahəsinə üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Həmin qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar