Məhkəmə qərarları › İş №2-1(103)-1404/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1404/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1404/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “əmrin ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,onun hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2017-ci il taixli 284 saylı əmrin ləğv olunmasını, eyni zamanda həmin iddia ərizəsində vəsatət verərək iddianın verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə buraxılmış iddia müddətinin bərpa olunmasından imtina edilmiş və eyni tarixli qərardadla iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il taixli əmri xx.xx.2019-cu ildə almışdır və hazırki iddianı vermişdir. Yəni iddia müddətini ötürməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2764 saylı qərardadının ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-697/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2764/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işi təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «...iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-3442 saylı iki qərardadı vardır. Həmin qərardadlar məzmunca bir-birindən fərqli olmaqla, biri müddətin bərpa olunması barədə ərizənin təmin olunmaması, ikincisi isə iddianın mümkün sayılmaması barədədir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)- 3442 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixli qərardadlardan məhz hansının (müddətin bərpası barədə ərizənin təmin olunmaması və ya iddianın mümkün sayılmaması haqqında qərardadın) ləğv olunmasını tələb etdiyini şikayətində göstərməmişdir. Apelyasiya instansiya məhkəməsi də bu cür dəqiqləşdirmə aparmamış, apelyasiya şikayətinin mümkün sayılması barədə qərardad çıxararkən məhz hansı qərardaddan şikayət verildiyini müzakirə etməmiş, lakin şikayətə iddianın mümkün sayılmaması barədə qərardaddan verilmiş şikayət kimi baxmış və iddianın mümkün sayılmaması barədə qərardadı dəyişdirmədən saxlamışdır. Halbuki, apelyasiya şikayətinin dəlilləri daha çox iddia müddətinin bərpa olunması ilə bağlı məsələlərə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müddətin bərpa edilməsindən imtina barədə 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından və həmin məhkəmənin iddianın mümkün sayılmaması barədə 2-1(82)- 3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Lakin mexaniki səhv olaraq apellyasiya şikayətində «qərardadlar» deyil, «qərardad» qeyd etmişdir. Ona görə də apellyasiya şikayətinin sözügedən hər iki qərardadlardan apellyasiya şikayəti kimi qəbul edilməsini xahiş etmişdir. İşə yeni apellyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçıməhkəmə iclaslarına gəlməmiş, xx.xx.2020-ci il tarixdə teleqram və xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 verdiyi izahatında iddiaçının şikayətinin dəlilləri ilə razılaşmamış və bildirmişdir ki, əmr verilməmişdən əvvəl qanunvericiliyi uyğun olaraq iddiaçı ilə söhbətlər aparılmış, ehtiyata buraxılması barədə əmr verildikdən sonra isə ona elan olunaraq tanış edilmiş, beləliklə də iddiaçının həmin əmrdən xəbərdar olmadığını mümkünsüz olduğunu bildirmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iş materiallarında olan və iddia ərizəsinə əlavə edilmiş hərbi biletin 24-cü vərəqəsindəki qeydlərdən də görünür ki, iddiaçı barədə xx.xx.2017-ci il taixli 284 saylı əmr verildikdən sonra iddiaçı xx.xx.2017-ci il tarixdə SHXÇDX-nin Xətai rayon İdarəsində hərbi qeydiyyata alınmışdır və bu hal iddiaçının ən azından həmin tarixdən iddia ilə mübahisələndirilən xx.xx.2017-ci il tarixli 284 saylı əmrdən xəbərdar olmasını göstərir və ona görə də iddiaçı həmin əmrin mübahisələndirdirilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır. Ona görə də nümayəndə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, cavabdehin nümayəndəsinin izahatını nəzərə alaraq, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə barədə 2-1(82)- 3442/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük və 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Komandanının xx.xx.2017-ci il tarixli 87 saylı əmrinin ləğv olunması barədə iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Komandanının xx.xx.2017-ci il tarixli 87 saylı əmrin vaxtında mübahiələndirməməsinin üzürlü səbəbləri barədə məhkəmə hər hansı sənəd-sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının özünün iddia ərizəsində şərh etdiklərindən aydın olur ki, cavabdehin xx.xx.2017-ci il tarixli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrindən xəbəri olmuşdur. Digər tərəfdən işə əlavə olunmuş, iddiaçının hərbi biletinin surətinin 10-cu qrafasında iddiaçının AR DİN X1 xx.xx.2017-ci il tarixli əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxulması barədə qeyd mövcuddur və hərbi biletin 24-cü vərəqəsindəki qeydlərdən isə görünür ki, iddiaçı barədə xx.xx.2017-ci il tarixli 284 saylı əmr verildikdən sonra iddiaçı xx.xx.2017-ci il tarixdə SHXÇDX-nin Xətai rayon İdarəsində hərbi qeydiyyata alınmışdır. Eyni zamanda, iddiaçının iş materiallarının 3-cü vərəqəsində olan ərizəsində (tarixi xx.xx.2018) iddiaçı özü qeyd edir ki, hərbi xidmətə bərpa olunması üçün X3 qəbulunda olmuş və bundan 1 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir (iş materiallarından da görünür ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur). Azərbaycan Respublikası İnzibat Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar iddianın mümkün sayılmaması barədə düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2- 1(82)-3442/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar