Məhkəmə qərarları › İş №2-1(103)-1405/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1405/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1405/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB 57 saylı MKİS-nın 354 saylı 20 avqust 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 saylı binanın 74 saylı mənzilin xx.xx.1969-cu il tarixli 014881 №li orderi X1 adına olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 05Q-1999 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X5 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və onun adına xx.xx.1994-cü il tarixdə 160 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin 357 saylı 20 avqust 2021-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.1994-cü il tarixdən ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmışdır. X1 adına tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, X2 başqa ünvan 3 ünvanda İddiaçı qeydiyyatdadır (2021-ci ildən). Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin 355 saylı 20 avqust 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda mənzildə qeydiyyatdadır və 2017-ci ildən hal-hazıradək mənzilin kirayə ödənişini ödəmişdir. Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin plan-sxemindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilin yaşayış sahəsi 16,74 köməkçi sahə 13,2, ümumi sahəsi 29,94 kv.metr təşkil edir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış M-218-091 saylı 16 avqust 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, mənzilin kirayəçisi X6 ilə qohumluq əlaqələri təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilə dair kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 №-li yaşayış evinin yaşayış sahəsi 16,74 kv.metr olan 74 №-li mənzili 1 otaqdan ibarəıtdir. Mənzilin kirayəçisi ərazi aidiyyətli Nizami rayonu MKTB-nin 57 №-li MKİS-nin 7.07.1969-cu il tarixli 6519-18 Kod №-li “maliyyə şəxsi hesab vərəqəsi"nə əsasən X3. İddiaçı bildirir ki, keçmiş həyat yoldaşı Gürcüstan Respublikası vətəndaşı olan X7 ilə aralarındakı nikah aktı qeydi ləğv edildikdən sonra 1992-ci ilin sentyabr ayında Gürcüstanın Rustavi şəhərindən Bakı şəhərinə köçmüş və 1992-ci ilin oktyabr ayından hazıki mübahisəli mənzlin icarədarı X1 razılığı ilə onun mənzilinə köçərək onunla birgə təsərrüfatda ailə üzvü kimi yaşamışdır. Ona qayğı ilə yanaşmış, bir övlad kimi hər cür qayğı göstərmişdir, onunla birlikdə mənzilin təmirində və birgə xərclərinin ödənilməsində iştirak etmiş və mübahisəli yaşayış sahəsində maneəsiz olaraq 30 ilə yaxın müddətdə yaşayır və hal-hazırda mübahisəli mənzildə daimi pasport qeydiyyatındadır. X6 1908-ci il təvəllüdlü idi və tez-tez xəstələnirdi. O, icarədarı olduğu mənzili özəlləşdirərək ona vərəsə kimi bağışlamaq istəyirdi. Lakin, sağlamlığının ağır olması səbəbindən bu istəyini reallaşdıra bilməmiş və 5 fevral 1994-cü il tarixdə vəfat etmişdir. O, 1992-ci ilin oktyabr ayından mübahisəli mənzildə fasiləsiz yaşayır, mənzil kirayəçisinin və onun ailə üzvlərinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, mənzili dəfələrlə təmir edərək onu yaşayış üçün tam yararlı vəziyyətdə saxlamışdır. Hesab edir ki, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanun normalarına əsasən mübahisəli yaşayış sahəsi üzrə bütün hüquqları əldə etmişdir. Yaşadığı mənzilin kirayə (icarə) müqaviləsinin onun adına sənədləşdirilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etsə də, ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 6 ünvanda yerləşən yaşayış sahəsi 16,47 kv.metrdən ibarət olan 1 otaqlı, 74 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı maddi hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən işin faktiki halları tam araşdırılmamış, prosessual və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X10 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki tələbi “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilə dair kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından X6 ilə qohumluq əlaqələrini təsdiq edən sənədlərin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə birinci instansiya qaydasında baxmış məhkəmə mənzilin 1992-ci il tarixdən fasiləsiz olaraq iddiaçının istifadəsində olmasına, mənzilə dair kommunal xərclərin onun tərəfindən ödənilməsinin iş materialları ilə təsdiqini tapmasına, onun həmin mənzildə maneəsiz olaraq yaşamasına, mənzilə dair xərclərin onun tərəfindən ödənilməsinə, yaşayış sahəsinin faktiki olaraq onun istifadəsində olmasına, onun başqa yaşayış yerinin olmamasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçının onunla adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 saylı binanın 74 saylı mənzili xx.xx.1969-cu il tarixli 014881 №li orderlə X1 adına olmuşdur (həmin order məhkəməyə təqdim olunmamışdır). X5 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və bununla əlaqədar mərhumun adı həmin mənzilə qeydiyyatdan çıxarılmışdır. Bundan sonra İddiaçı sözügedən mənzilə 2021-ci ildə qeydiyyata alınmış və iş materiallarında olan müvafiq qurum tərəfindən verilmiş arayışa əsasən onun tərəfindən həmin mənzilə dair kirayə haqlarının ödənişi 2017-ci ildən etibarən aparılmışdır. Hazırda iddiaçı sözügedən mənzildə hələ mənzilin sahibəsi X4 sağlığında 1992-ci ildən yaşadığını və iki il ərzində (mənzilin sahibi vəfat etdiyi 1994-cü ilədək) ona qulluq etdiyini, onunla birgə təsərrüfat apardığını və kommunal xidmətlərə görə ödənişlərin onun tərəfindən edildiyinə istinad edərək cavabdeh inzibati orqandan onun həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasını tələb edir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hüquq münasibətləri 2009-cu ilədək yarandığından həmin münasibətlərə o dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə olan halda 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının hazırki tələbinin təmin olunması üçün sözügedən mənzilin keçmiş sahibi X5 ilə (order adına olduğu bildirilsə də, bu barədə order təqdim olunmamışdır) ümumi təsərrüfat aparmasını təsdiq edən subutları təqdim etməsi zəruridir. Lakin hazırki işdə tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Yəni, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – 1992-ci ildən sözügedən mənzildə yaşayıb, mərhumə ilə birlikdə təsərrüfat aparmasını, yəni həmin mənzilə dair kommunal xidmətlərin dəyərini və xərcləri ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sözügedən mənzildə təqdim etdiyi sənədlərə əsasən onun 2021-ci ildən sonra mənzildə qeydiyyatda olması və mənzilə dair kirayə haqqını 2017-ci ildən sonra ödəməsi müəyyən olunur ki, bu da onun tərəfindən hələ mənzilin keçmiş sahibi X4 sağlığında onunla birlikdə həmin mənzildə yaşayıb, onunla təsərrüfat aparması anlamına gəlmir və buna görə də qeyd olunan hallar iddiaçının iddiasının təmin olunması üçün heç bir əsas da yaratmır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçı iddiasının təmin olunması üçün zəruri faktiki şərtlərin mövcudluğunu sübut yetirə bilmir və buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlmədiyi üçün cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9762/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Kollegiya bir daha vurğulamağı zəruri hesab edir ki, hazırki işdə iddiaçının iddiasının təmin olunması üçün əsas olan hallar kimi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan - mənzilin 1992-ci il tarixdən fasiləsiz olaraq iddiaçının istifadəsində olması, mənzilə dair kommunal xərclərin onun tərəfindən ödənilməsinin iş materialları ilə təsdiqini tapması, onun həmin mənzildə maneəsiz olaraq yaşaması, mənzilə dair xərclərin onun tərəfindən ödənilməsi, yaşayış sahəsinin faktiki olaraq onun istifadəsində olması, onun başqa yaşayış yerinin olmaması iş materialları ilə təmamilə təkzib olunur. Buna görə də məhkəmənin iddianın təmin olunması barədə qənaəti qanunsuz və əsassız olmuş, bu barədə qəbul etdiyi qərar isə maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar