Məhkəmə qərarları › İş №2-1(103)-1406/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1406/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1406/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-169/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən, Bakı Şəhər İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 150.000 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə qaçqın kimi gəlib Bakı şəhərində Binəqədi rayonu ərazisində məskunlaşmış, həmin ərazidə müəyyən fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində “A” və “B” tikililərindən ibarət iki tikili onun sahibliyində olmuşdur. Həmin tikililərdən “A” tikilisində hətta yaşayış sahəsi də inşa edib və uzun illərdir ki, orada yaşayır. Həmin tikililərdə istifadə edilən qaz, elektrik və su üçün haqlar da onun tərəfindən ödənilmişdir. Qeyd edilən tikililərə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx xxxxxxxx 1997-ci il tarixli Texniki Pasport verilmişdir. X5 əsasən “A” və “B” tikililərinin ona aid olması öz əksini tapır. 1997-ci ildən rəsmi olaraq onun istifadəsində olan “B” tikilisi Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan xx.xx.2019-cu il tarixində sökülmüşdür. Halbuki, iddiaçıya verilən texniki pasportun mülkiyyətçi və icarədar təşkilat adı verilmiş qrafada iddiaçının adı yazılmışdır. Texniki pasportdan görünür ki, qeyd edilən ərazidə iki tikili vardır. “A” və “B” tikililəri. Həmintikililərin ümumi sahəsi 307.5 kv.metrdir. Qeydediləntikililərdən “B” tikilisiBinəqədiRayon İcrahakimiyyətitərəfindənheç birrəsmixəbərdarlıqedilmədənvə heç birməhkəmə qərarı olmadan xx.xx.2019-cuiltarixində sökülmüşdür. 97.9 kv.metrsahəsiolanbirtikilimülkiyyətçininrazılığı olmadansökülmüşdür. Qeydediləntikililərə dairbütünelektrik, qaz ,və susərfiyyatı ilə bağlı ödənişləriddiaçı tərəfindən ödənilmişdir. Uzunillərhəmintikililəriniddiaçınınistifadəsində və həttadövləttərəfindənonaverilmiş rəsmisənədinolmasınabaxmayaraqBakı Şəhər İcrahakimiyyətivə Bakı şəhəriBinəqədiRayonİcrahakimiyyətitərəfindənqanunsuzolaraqsökülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti ikinci cavabdeh qismində, Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə 3-cü şəxs qismində işə cəlb edilmişlər. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus tikilinin sökülməsi ilə əlaqədar olaraq hər-hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər-hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən hər-hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfi ünvanda hər-hansı bir abadlıq quruculuq və s. dövlət tədbirləri aparılmır. Beləliklə də rayon icra hakimiyyəti qeyd olunan ünvanda hər-hansı təmir-tikinti və ya abadlıq-quruculuq işləri aparmırsa iddiaçının istifadəsində olmuş tikilinin sökülməsinə lüzum qalmır. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə təqdim etdiyi, sözügedən tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli Texniki Pasport təqdim etmişdir. Qeyd olunmuş sənəd tikili üzərində mülkiyyət hüquqlarını təsdiq etmir, sadəcə əmlakın texniki göstəricilərini əks etdirir. Texniki sənəddə tikilinin təyinatı əks olunmadığından hansı qeyri-yaşayış və ya yaşayış obyektindən söhbət getməsi müəyyən edilmir. Beləliklə də, iddiaçı tərəfindən sözügedən tikilinin onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, iddiaçının 25 000 manat kompensasiya ödənilməsi tələbi ilə əlaqədar cavabdeh şəxs Binəqədi Rayon İcra Hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. Qeyd olunanlara görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İddiaçının iddia etdiyi tikili “Azərbaycan Yazıçılar Birliyinin əməkdaşları üçün çoxmənzilli binanın tikinti üçün ayrılmış ərazinin giriş hissəsindədir. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Bu səbəbdən də, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı dəymiş maddi və mənəvi zərərin tutulması barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-169/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq yenidən iddia tələbinə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən qərardadla iddianı iki əsas gətirməklə mümkün saymamışdır. Birinci əsas iddiaçının subyektiv hüququnun olmaması, ikinci əsas isə iddiaçının inzibati orqana müraciət etməməsi olmuşdur. Hesab edirik ki, məhkəmənin qeyd etdiyi birinci əsas tamamilə absurddur və qeyd edilən əsası qəbul etmək ilk növbədə konstitusiyada təsbit edilmiş hüquqlara etinasız yanaşmadır. Məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan sökülmüş tikilinin dövlət reyestrində qeydiyyatı olmamışdır. Bu cür əsaslandırma həm daxili, həm də beynəlxalq qanunvericiliyin tələblərinin pozulması deməkdir. Bundan əlavə inzibati orqan söküntünün onlar tərəfindən həyata keçirildiyini inkar etsə də, cavabdehlərə məxsus səlahiyyətli şəxslərin foto şəkilləri bunun tam əksini isbat edir. Bununla da inzibati orqan qanunsuz hərəkətə yol verdiyini özü sübut etmiş olur. Çünki qanunsuz hərəkət olmasaydı, cavabdehlər söküntünün onlar tərəfindən aparılmasını inkar etməzdilər, (həm Bakı şəhər İcra Hakimiyyətinin, həm də Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin söküntü zamanı orada olmasını əks etdirən fotoşəkillərinin olması bunu təsdiq edir). AİHM-in mövcud məsələ ilə bağlı mövqeyi qətidir. Belə ki, Önər Yıldızın Türkiyəyə qarşı olan işində AİHM xx.xx.2002-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, əgər dövlət tərəfindən şəxsin tikdiyi tikiliyə uzun illər ərzində heç bir müdaxilə yoxdursa, illər sonra onun sökülməsi və ya məhv edilməsi şəxsin AİHK-nin 1 saylı Protoklunun 1-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüququnun pozulması deməkdir. Sözügedən qərarda qeyd edilir ki, 1 saylı protokolun 1-ci maddəsində qeyd edilən “mülk” anlayışı daha geniş mənaya malikdir. Geniş anlamda “mülk” dedikdə maddi varlıq təşkil edən bəzi haqq və mənfəətlər mülkiyyət haqqı səbəbi ilə mülk olaraq qəbul edilməlidir. AİHM-in mövqeyini hazırkı işlə bağlı tətbiq olunsa asanlıqla müəyyən ediləcəkdir ki, 1997-ci ildən, hətta ondan əvvəlki tarixdən iddiaçının istifadəsində olan tikili AİHK-nın 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Belə olan halda iddiaçının qanunla qorunan hüququnun pozulması birmənalı olaraq təsbit edilmişdir. MM-in 180.4-cü maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”. Məhkəmənin mövqeyindən belə çıxır ki, sökülmüş tikili ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilən cavab məktubuna əsasən tikilinin reyestrdə qeydiyyatı olmamışdır. Bu səbəblə də onun subyektiv hüququ yoxdur. Halbuki, MM-in qeyd edilən normasının məzmunundan aydın olur ki, tikili qanunsuz olsa belə məhkəmə qərarı olmadan sökülə bilməz. Təbii ki, bu halda inzibati orqanın tikilinin qanunsuz olmasını sübut eləmək vəzifəsi vardır. Halbuki qeyd edilən tikiliyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx xxxxxxxx 1997-ci il tarixli Texniki Pasport verilmişdir. Bu hal özü təsdiq edir ki, tikili qanunsuz olmamış, hətta dövlət tərəfindən tanınmışdır. Subyektiv hüquq şəxsin qanunla qorunan maraqlarının və hüquqlarının pozulması halında qarşı tərəfdən tələb etmək haqqının olmasını ehtiva edir. Hazırkı işdə iddiaçı haqlı olaraq illərdi onun istifadəsində olan, hətta dövlət qurumu tərəfindən təsdiq edilmiş sənəddə öz əksini tapan tikilisinin qanunsuz olaraq sökülməsi səbəbi ilə (qanunsuzluğun bariz nümunəsi heç bir məhkəmə qərarının olmaması) ona dəymiş maddi və mənəvi ziyanının ödənilməsini tələb edir. Belə bir tələbin irəli sürülməsi isə həm AİHM-in mövqeyi baxımından, həm də MM-in tələbləri baxımından tam haqlıdır. Məhkəmənin ikinci əsası isə o olmuşdur ki, iddiaçı inzibati orqana müraciət etməmişdir. Halbuki, müraciətlərlə bağlı onlarla cavab məktubları həm iddiaçıya, həm də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə məsələyə formal yanaşmış, müraciət məktubunun olmaması ilə əsaslandırılmışdır. Halbiki, məhkəmə belə bir mövqeyini bizə bildirməmiş, yalnız bir il keçdikdən sonra qərardad qəbul etməklə məsələyə münasibət bildirmişdir. Bu isə İPM-in 13-cü maddəsinin tələblərinin pozulması deməkdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, texniki pasporta əsasən həmin ərazilərin iddiaçıya məxsus olması sübut olunur. İnzibati orqana müraciət etməmişlər. İddiaçı uzun müddət fəaliyyət göstərib. A və B olmaqla iki tikilidir. Birində yaşayış sahəsi də var. Azərsu və Azərenerjinin texniki sənədləşməsi olmuşdur. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını və nümayəndəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddianın qaldırılması üçün iddianın həm ümumi, həm də xüsusi mümkünlük şərtləri yoxlanılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Plenum qərarında da qeyd edildiyi kimi, iddianın ümumi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq subyektiv hüquqa malik olmasıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iki əsasla hazırkı iddianı mümkün saymamışdır. İddiaçının müvafiq subyektiv hüquqa malik olmaması və inzibati orqana müraciətin olmaması. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqana müraciət ilə bağlı iddianın xüsusi mümkünlük şərti o halda yoxlanıla bilər ki, əgər ilk olaraq iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “A” və “B” tikililərinə dair İddiaçı adına xx xxxxxxxx 1997-ci il tarixdə Texniki Pasport tərtib olunmuşdur. Həmin tikili iddiaçıya məxsus olmaqla daimi istifadəsində olmuşdur. Hazırda həmin tikili sökülmüşdür. Kollegiya qeyd edir ki, həmin tikili iddiaçının mülkiyyətində olmasa belə tikilinin sökülməsini nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Beləliklə, iddianın subyektiv hüquqla bağlı ilkin mümkünlük şərti ödənildiyindən, kollegiya iddianın xüsusi mümkünlük şərtinin yoxlanılmasını zəruri hesab edir. Kollegiya qeyd edir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı ona dəymiş ziyana görə kompensasiya ödənilməsinə dair ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməmişdir. Belə olan təqdirdə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddianın xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən birinci instansiya məhkəməsi bu əsasla iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-169/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar