Məhkəmə qərarları › İş №2-1(103)-1407/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1407/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1407/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, üçüncü şəxs X5 iştirakı ilə, iddiaçılar İddiaçı1, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasınə qarşı (3-cü şəxs X7 olmaqla) zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, “xxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili X5 vurduğu ziyana görə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 85.100 ABŞ dolları, İddiaçı1 xeyrinə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmək üçün ödənilmiş 30 AZN, dəymiş mənəvi ziyana görə 500.000 ABŞ dolları, Türkiyyə Cümhuriyyətində iddia qaldırmaq məqsədi ilə yenidən iddia qaldırmaq məqsədi ilə mənəvi ziyan ödənilməsi üçün 8000 Türk Lirəsi, Türkiyyə Cümhuriyyətində cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı 7000 Türk Lirəsinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasından tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə X7 dəftərxana vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, hazırki iş üzrə qəbul ediləcək qərar onun qanunla qorunan maraqlarına toxunacağından 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin olunaraq X7 3cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iddia tələbi “xxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 85100 ABŞ dolları vurulmuş ziyanın ödənilməsi” barədə qərar qəbul edilməsi hissəsində mümkün hesab edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin adından xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına “A.İ.M” Vəkil Bürosunun vəkili X5 hərəkətlərinin geyri prosessual olması və müvafiq araşdırma aparılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İddiaçı1 adından xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına “A.İ.M” Vəkil Bürosunun vəkili X5 hərəkətləri nəticəsində Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmək üçün ödənilmiş 30 azn dövlət rüsumu, vəkilin təmsil etdiyi və vəkil olduğu şirkətə qarşı 500.000 ABŞ dollarının dəymiş mənəvi ziyanın, vəkilin təmsil etdiyi və vəkili olduğu A.Şyə qarşı yenidən Türkiyyə Cümhuriyyətində iddia qaldırmaq məqsədi ilə ödəməli olduqları vəkil xidmətindən 8000 TL dəymiş mənəvi ziyan tələbi ilə bağlı və X2 Vəkil Bürosundan aldıqları ödəməli olduğu vəkil xidmətindən böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı 7000 TL dəymiş ziyanın tutulmasını xahiş etmişdir. Hər iki şikayət bir icraata qəbul edilərək araşdırılması məqsəsi ilə İntizam Komissiyasının icraatına qəbul edilmiş və məruzəçi X6 təyin edilmişdir.xx.xx.2019-cu il tarixdə İntizam Komissiyasının sədrinə barəsində şikayət edilən vəkilin Komissiyaya təqdim etdiyi sənədlər ilə tanış olmağa şərait yaradılmasına müarciət edilsə də, müraciət cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədrinə və X1 sədrinə etiraz ərizəsi ilə müraciət edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İntizam Komissiyasının məruzəçisi X6 barəsində şikayət edilmiş vəkil ilə Bakı Dövlət Universitetinin 1990-1995-ci illər üzrə eyni qrupda təhsil almışlar və məruzəçi X12 Məmmədovla eyni qrupda təhsil aldıqları barədə hər hansı bir məlumat verməmiş və obyektivliyi qorumaq məqsədi ilə özünə etiraz verməmişdir. İşin hallarından göründüyü kimi şikayətlər üzrə toplanmış sənədlər üzrə tanış olmaq imkanı yaradılmamış, İntizam Komissiyasının məruzəçisi barəsində verilmiş əsaslı etiraza münasibət bildirilməmişdir. 2(004)-3119/2019 saylı iş üzrə vəkil Asəf Məmmədov Bakı şəhər Yasamal rayon Məhkəməsindən 2 (004)-3119/2019 iş üzrə xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim etmək üçün xx.xx.2019-cu il tarixli, saat 15:00 təyin edilmiş məhkəmə bildirişini bildirişin iş materiallarına aid olan kötüyünə imza etməklə qəbul etmiş, lakin həmin bildirişi nə poçt vasitəsi ilə, nə də ki, şəxsən ona imza etdirməklə çatdırmamış və bu barədə məhkəməyə bildirşi ona çatdırılmasına dair götürdüyü öhdəlik barədə məhkəməyə məlumat verməmişdir. İddia ərizəsniə əlavə edilmiş 2(004)-3119/2019 saylı işin 26-cı səhfəsində vəkil Asəf Məmmədov digər tərəfə (İddiaçı1) təqdim etmək üçün aldığı imza qeydi etmiş, lakin bildirişi və İddiaçı1 təqdim etmiş nə dəki, götürdüyü bildirişi məhkəməyə qeri qaytarmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10865/19 saylı, xx.xx.2019-cu tarixli Qəardadı ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixinə təyin edilmiş məhkəmənin həmin iclasının vaxtı və yeri barədə cavabdeh İddiaçı1 lazımı qaydada xəbərdar olunmasını təsdiq edən sənəd (poçt xəbərnaməsi, bildirşin kötüyü və s.) iş materiallarında mövcud olmamışdır. Göründüyü kimi vəkil Asəf Məmmədovun hansı məqsəd ilə cavabdeh İddiaçı1 aid olan məhkəmə bildirşini çatdırılması məqsədi ilə götürməklə çatdırmaması, buda azmış ki, bu barədə məhkəmyə hər hansı bir məlumat verməməsi və cavabdehə aid olan məhkəmədən götürdüyü məhkəmə bildirşini məhkəməyə qaytarmaması məlumdur ki, İddiaçı1 məhkəmədə ədalətli mühakimə olunmaq, işinin ədadlətli araşdırılması məqsədi ilə qəsdən edilən hərəkətlər nəticəsində prosessual hüquqlarından məhrum edilməklə zərər vurması müəyyən edilir. Vəkil Asəf Məmmədovun məhkəmə bildirişini vaxtında İddiaçı1 göndərmədiyi və ya təqdim etmədiyindən sonuncunun qarşılıqlı iddia qaldırmaq hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 140-cı maddəsinə əsasən Məhkəmə sənədinin ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtinaya və ya səhlənkarlıq nəticəsində çatdırılmamasma görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. Göründüyü kimi mülki prosessual qanunvericilikdə məhkəmə sənədinin ünvan sahibinə çatdırılmaması (hətta səhlənkarlıq) nəticəsində çatdırılmasım tapşırılmış şəxslərin cərimə edilməsi belə nəzərdə tutulmuşdur. Yuxarıda gösrələn pozuntunun Mülki Prosessual Qanunvericilik ilə cərimənin təqdbiq edilməsi nəzərdə tutulduğundan məlum olur ki, vəkilin delikt nəticəsində vurduğu ziyanını ödənilməsi təmin edilməlidir. vəkil və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin İİ-ci bəndinə əsasən vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış iş materialları ilə tanış olmağa dair ərizədən və məruzəçi Vəkilə verilmiş əsaslı etiraza hər-hansı bir məlumat verilməməsi (cavab verilməməsi, göndərilməməsi, xx.xx.2019-cu il tarixli, 1498 saylı məktubda öz əksini tapmaması.) bir başa İnsan hüquqlarımın və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın pozulmasıdır. Qanunvericiliyin normasından göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili X5 vurduğu ziyan iş materialları ilə tam sübuta yetirildiyindən hesab edirəm ki, vurulmuş real ziyanın cavabdehdən tutulmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, vəkil Asəf Məmmədovun təmsil etdiyi və vəkili olduğu təşkilatın xarici hüquqi şəxs olması və Vəkil ilə müqavilə bağlamaq səlahiyyətini daşıyan şəxs tərəfindən müqavilə bağlamaq səlahiyyəti səlahiyyətli şəxs tərəfindən icra edilməməsi, xarici şəxs tərəfindən cavabdeh şəxsin bank hesabına ödənilməli olduğu halda ödənilməməsi, barəsində şikayət edilən vəkilin şikayətinə baxılarkən verilmiş əsaslı vəsatət və etirazlara münasibət bildirilmədən, intizam komissiyasının məruzəçisi İlhamə Həsənova (vəkil Asəf Məmmədovun qrup yoldaşı) tərəfindən hazırlanmış rəyin rəyasət heyəti tərəfindən təsdiq edilərək yekunda Vəkilin peşə fəaliyyətini həyata keçirərkən, vəkil A.S.Məmmədov tərəfindən qanun pozuntusuna yol verilməməsi halları müəyyən edilməməsi cavabı belə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini eyni zamanda barəsində şikayət edilən vəkil X5 qrup yoldaşı Pərviz Ələkbərov tərfındən xx.xx.2019-cu il tarixli, 1498 saylı cavab verilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili X5 vurduğu ziyana görə, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 85.100 ABŞ dolları, İddiaçı1 xeyrinə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmək üçün ödənilmiş 30 AZN, dəymiş mənəvi ziyana görə 500.000 ABŞ dolları, Türkiyyə Cümhuriyyətində iddia qaldırmaq məqsədi ilə yenidən iddia qaldırmaq məqsədi ilə mənəvi ziyan ödənilməsi üçün 8000 Tükr Lirəsi, Türkiyyə Cümhuriyyətində cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı 7000 Tükr Lirəsinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasından tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasınə qarşı (3-cü şəxs X7 olmaqla) zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia ərizələrinə əlavənin qəbul edilməklə, vəsatətlərin təmin olunması ilə iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki: “xxxxxxxxxxxxxxxxxx” MMC-nin adından xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına “A.İ.M” Vəkil Bürosunun vəkili X5 hərəkətlərinin geyri prosessual olması və müvafiq araşdırma aparılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Müraciətin məzmununda qeyd edilmişdir ki: vəkil X7 məlum olduğu kimi "X10 DİŞ Ticaret A.Ş"-nin ona və geyrilərinə şərəfin, ləyagətin və işgüzar nufuzun müdafiəsi və sair tələblər üzrə iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iddia üzrə (2(004)-3119/2019 saylı iş hakim A.Məmmədov) Bakı şəhər Yasamal rayon Məhkəməsindən xx.xx.2019-cu il tarixdə ona təqdim etmək üçün məhkəmə bildirişi götürülmüş və bununla bağlı X7 tərəfindən bildirişi ona təqdim etmək üçün imza edilməsinə baxmayaraq ona nə bildiriş, nə poçt vasitəsi ilə, nə də ki şəxsən ona təqdim edilməklə imza edib çatdırılmamışdır. Bu Qanunazidd hərəkət nəticəsində onun haqlı olan qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Vəkil və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 16-cı naddəsinin İİ-ci bəndinə əsasən vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir. İddiaçı tərəfindən Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədova məktub ünvanlanaraq şikayətlərinin araşdırılması üzrə təyin edilmiş məruzəçi Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının digər üzvünə həvalə edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10865/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh İddiaçı1 şikayəti təmin edilməyərək Yasamal rayon Məhkəməsinin 2(004)-3119/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-476/2019 saylı xx xxx 2019cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh “X11 DİŞ Ticaret A.Ş” şirkətinə qarşı pul məbləğinə dair uddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-567/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)- 476/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 2(102)-449/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 2(103)- 567/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-480/2018 saylı 20 sentyabr may 2019-cu il tarixli Qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh “X11 DİŞ Ticaret A.Ş” şirkətinə qarşı “169959” ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-61/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 480/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Vəkillər X3 “xxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru İddiaçı1 ünvanladığı 1498 saylı xx xxxxxxx 2019-cu il tarixli məktuba əsasən “AİM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5 barəsində Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmış, Rəyasət Heyətinin qərarına əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil A.S.Məmmədov tərəfindən qanun pozuntusuna yol verilməsi halları müəyyən edilmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı “AİM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5 barəsində Vəkillər Kollegiyasının İntizam Komissiyasına müraciət edərək, X5 hərəkətlərinin qeyri prosessual olması və müvafiq araşdırma aparılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmiş, yuxarıda sadalanan bir neçə məhkəmə işləri gedişatında X5 hərəkətləri nəticəsində ona vurulan ziyanı tələb etmişdir. İddiaçının hazırki tələbi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkili X5 vurduğu ziyana görə, Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmək üçün ödənilmiş 30 AZN, dəymiş mənəvi ziyana görə 500.000 ABŞ dolları, Türkiyyə Cümhuriyyətində iddia qaldırmaq məqsədi ilə yenidən iddia qaldırmaq məqsədi ilə mənəvi ziyan ödənilməsi üçün 8000 Türk Lirəsi, Türkiyyə Cümhuriyyətində cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı 7000 Türk Lirəsinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasından tutulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qərarının ləğv edilməsinin əsası kimi istinad olunan halların məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyi, o cümlədən vəkil X5 «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun tələblərini pozmasına dair dəlillərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi qənaətinə gəlib Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qərarını əsaslı hesab etmiş və iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 16-cı maddəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidir. İİ. Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir. Həmin Qanunun 21-ci maddəsinə əsasən İ. Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. İİ. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Eyni zamanda “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.1-ci maddəsinə əsasən bu Əsasnamədə əks olunmuş qaydalar vəkillik fəaliyyətini həyata keçirən bütün şəxslərə şamil edilir; 1.4. Vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, vəkil X7 tərəfindən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun, o cümlədən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinin pozulması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddia tələbinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hərəkətsizliyi səbəbindən iddiaçıya maddi və mənəvi ziyanın vurulması hissəsi ilə bağlı iddiaçı tərəfindən hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinin də təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar