Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1407/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: sərbəst surətdə ölkə hüdudlarından kənara çıxmaya mane olan hərəkətlərdən çəkinmə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X8 ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “sərbəst surətdə ölkə hüdudlarından kənara çıxmaya mane olan hərəkətlərdən çəkinmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2- 1(112)-10532/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında qeyrimüəyyənlik yarandığından, 08 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamənin düzgün icra edilməsini təmin etmək məqsədi ilə, notarial qaydada təsdiq edilmiş ananın İddiaçı icazəsi ilə uşağın tək, istənilən şəxslə və ya digər şəxslərlə həmin Qətnamə əsasında 30 iyun 2016-cı il təvəllüdlü X2 – atası X5 icazəsi olmadan yetkinlik yaşına çatanadək sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılmasına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən yaradılan əngəllərin aradan qaldırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, notarial qaydada təsdiq edilmiş İddiaçı icazəsi ilə uşağın tək, istənilən şəxslə və ya digər şəxslərlə 08 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsasında 30 iyun 2016-cı il təvəllüdlü X2 – atası X5 icazəsi olmadan yetkinlik yaşına çatanadək sərbəst surətdə ölkə hüdudlarından kənara çıxmasına mane olan hərəkətlərdən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X9 ilə 10 yanvar 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikandan 30 iyun 2016- cı il tarixdə X3 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsində nikah pozulmuşdur və bu barədə Səbail rayon VVADQ şöbəsi tərəfindən 154 qeyd AZ-İ №383749 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsinə əsasən 30 iyun 2016-cı il təvəllüdlü X4 onun himayəsində qalmışdır. Uşağın maddi təminatı və mənəvi tərbiyəsi ilə özü məşğul olur. X9 uşağın doğum haqqında şəhadətnaməsində yalnız atadır, əslində uşaq iddiaçının himayəsindədir, onun maddi təminatı və mənəvi tərbiyəsi ilə özü məşğul olur, habelə, X1 üzərində bir ata kimi mövcudluğu uşağın özü ilə xaricə aparılması əngəl yaratdığından o, iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Uşağın istirahətini yaxşı təşkil etmək və onun sağlamlığına nəzarət etmək üçün öz vəsaiti hesabına xarici ölkəyə çıxmasını vacib bilir. Belə ki, qızının atasından irsi olaraq keçən yastı pəncəlik adlandırılan xəstəliyi var. Yastı pəncəlik qız uşaqlarında bel və onurğa hissəsində fəsadlar yaratdığından ona daha keyfiyyətli müalicəsini təmin etmək və xəstəliyə qarşı profilaktik tədbirlər görmək vacibdir, bu müalicəni öz vəsaiti hesabına çəkir və gələcəkdə çəkəcək, lakin atasının icazəsi olmadan onu xaricə apara bilmir. Mövcud qanunvericiliyə əsasən uşaq yetkinlik yaşına çatmadığı üçün onu atanın razılığı olmadan xarici dövlətə aparmaq mümkün deyildir. Özündən bu razılığı ala bilmədiyi üçün məhkəməyə müraciət etrnək məcburiyyətindədir. İş № 2(010)-5377/2021 saylı, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən edilmiş, İddiaçı qızı xx.xx.2016-cı il təvəllüdlü X2 atası X5 icazəsi olmadan yetkinlik yaşına çatanədək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda o və azyaşlı qızı İsveçrənin Malmö şəhərində yaşayırlar. Qızı 3-cü sinif şagirdidir, məktəbin xarici ölkələrdə təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak etməlidir, Bakıya xalasını, qohumları və əzizlərini ziyarət etməlidir. O, işlədiyinə görə hər dəfə uşaqla səyahət etmək məcburiyyətində qalır. Uşağın istirahət etmək və asudə vaxta malik olmaq hüququnu, onun yaşına uyğun gələn oyunlarda və əyləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək kimi hüquqlarında sərbəst şəkildə istifadə etməsindən ötrü o, DSX-ə məktubla müraciət etmiş, qızı İzzətxanımın özü, bacısı, atası və məktəb heyyəti ilə çıxarılan qətnamə əsasında onun ana kimi notarial qayda təsdiq olunmuş ərizəsi ilə səyahət edəcəyi təqdirdə, arzuolunmaz məqamlarla qarşılamayacağından əmin olmaq istəmişdir. Müraciətinə cavabda xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsində qızı Əzizova İzzətxanımın sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi üçün həmin Qətnamədə dəyişiklik edilməsi (qətnamənin qət etdi hissəsində "xx.xx.2016-cı il təvəllüdlü X2 atası X5 razılığı olmadan sərbəst surətdə və ya anasının razılığı ilə digər şəxslərlə ölkədən çıxarılmasına icazə verilməsi" qeyd olunması) məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-5377/2021 nömrəli qətnamənin (İddia qismən təmin edilsin. İddiaçı qızı xx.xx.2016-cı il təvəllüdlü X2 atası - X5 icazəsi olmadan yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilsin) məzmununa əsasən İddiaçı başqa digər şəxslərlə dövlət sərhədindən hərəkətinə əsas vermir. Bununla yanaşı yetkinlik yaşına çatmayan AR vətəndaşlarının sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi üçün məhkəmə tərəfindən çıxarılan qətnamələrdə “sərbəst surətdə və ya cavabdehin razılığı ilə digər şəxslərlə ölkədən çıxarılmasına icazə verilməsi” barədə qeyd olduğu təqdirdə dövlət sərhədindən buraxılışı təmin olunur.
5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10532/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
6. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, AZ-İİİ №811353 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X9, anası İddiaçıdır.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5377/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşaqların çıxarılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı qızı xx.xx.2016-cı il təvəllüdlü X2 atası - cavabdeh X5 icazəsi olmadan yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi qət edilmişdir.
13. İşdə olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılan xx.xx.2021-ci il tarixli 2(010)- 5377/2021 nömrəli qətnamədə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 atasının icazəsi olmadan yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi qeyd olunmuşdur. Yetkinlik yaşına çatmayan İzzətxanım Əzizova sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi ilə bağlı məhkəmə qətnaməsində məlumat yoxdur. İ.Əzizova sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılan xx.xx.2021-ci il tarixli 2(010)-5377/2021 nömrəli qətnaməsinə dəyişiklik edilməsi (qətnamənin qət etdi hissəsində “xx.xx.2016-cı il təvəllüdlü X2 atası X5 razılığı olmadan sərbəst surətdə və ya anasının razılığı ilə digər şəxslərlə ölkədən çıxanlmasına icazə verilməsi" qeyd olunması) məqsədilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
17. İşin hallarından müəyyən olunur ki, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
18. Belə ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
19. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.
20. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.
21. Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.
22. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.
23. Göründüyü kimi, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin məzmunu belə nəticəyə gəlməyə əsas verir ki, qanunverici “vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmənin qərarı” dedikdə, məhz maddənin birinci və ikinci cümləsi ilə nəzərdə tutulmuş şəxslərin uşağın getməsi üçün notariat qaydasında icazəni verməkdən imtina etdiyi hallarda yaranan mübahisənin həllinə dair qərarı nəzərdə tutmuşdur. Belə ki, maddənin birinci və ikinci cümləsi uşağın valideynlərdən biri ilə və ya təkbaşına ölkədən getməsi üçün notarial qaydada razılığı tələb olunan şəxslərin dairəsini müəyyən edir, maddənin üçüncü cümləsi isə əvvəlki cümlələrin məntiqi davamı olmaqla göstərilən şəxslərin “ölkədən getmə” məsələsində razılığı olmadıqda, dövlətin məsələyə müdaxiləsini və müvafiq məhkəmə qərarının “notarial qaydada razılığı” əvəz etməsini təsbit etmişdir. Digər valideynin uşağın ölkədən getməsinə razılığının tələb edilmədiyi istisna hallar isə Miqrasiya Məcəlləsinin 11.3-cü maddəsində sadalanmışdır.
24. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-5377/2021 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan İzzətxanım Əzizovanın yetkinlik yaşına çatanadək atası X5 icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarmasına icazəni, qeyri-məhdud şəxslərə deyil, yalnız onun anası İddiaçı vermişdir. Yəni məhkəmə həmin qətnamə ilə İ.Əzizovanın ölkə hüdudlarından kənara təkbaşına, yaxud digər şəxlərlə birlikdə çıxması halında deyil, anası İddiaçı ilə tərk etməsi halında atası Nurlan Əzizovun razılığının tələb olunmadığını müəyyən etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-5377/2021 nömrəli qətnaməsi ilə razılaşmışdır, yəni qətnaməni (məhkəmə aktını) mübahisələndirməmişdir(şikayət verməmişdir). Hazırda isə həmin qətnamə (məhkəmə aktı) qanuni qüvvəsini almışdır.
26. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırki məzmunda imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
29. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10532/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev