Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1408/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2-1(112)-5432/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin cavabdehlər sırasıdan çıxarılmasını, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun sıravi əskəri kimi 18 may N91-ci ildən Ağdam Rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına hərbi xidmətə səfərbər olunmuşdur. 83N nömrəli və N nömrəli hərbi hissələrdə xidmət etmişdir. N94-cü ilin fevral ayından N nömrəli hərbi hissənin 1-ci motoatacı taborunun tərkibində xidmətini davam etdirmişdir. Xəsiyyətnamə xx.xx.N95-ci ildə möhürlə təsdiq edilərək ona təqdim olunmuşdur. Bu isə o deməkdir ki, o, fərarilik etməmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini laiqincə qoruyaraq xidmət etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.N93-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığından iddiaçıya müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li Qərarına dəyişiklik edilməsi barədə) əsasən, hərbi biletdə olan yazılar əmrlərlə və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N97-ci il tarixli 383-İQR Qərarın 9-cu bəndinə əsasən, qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2-1(112)-5432/2024 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında”, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Fərmanlarını nəzərə almamışdır. Belə ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Birinci instansiyası məhkəməsi öz qərarında (səh.5) qeyd etmişdir ki, cavabdehin etirazının dəlili kimi, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi ilə əlaqədar olaraq, müayinə və müalicə üçün Gəncə şəhər Hərbi Hospitalına göndərilərək ərzaq təminatından çıxarıldığı göstərilmişdir. Müalicəyə və müayinəyə göndərilməsini ehtiyata buraxılması kimi qiymətləndirmək olmaz, ehtiyata buraxılması üçün əmr olmalıdır. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu sənədlərlə müharibədə iştirak etmə faktı təsdiq olunur. Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunan Çıxarışdan da görünür ki, N92-N94-cü illərdə Ağdam rayonunda baş vermiş döyüş əməliyyatlarında iştirak etmişdir. Daha sonra isə müalicəyə Gəncə Şəhər Hərbi Hospitalına göndərilmişdir. Cavabdeh inzibati orqan bu səbəbdən tələbindən imtina etmişdir. O, öz istəyi ilə hərbi hissədən ayrılmamışdır Xəstəliklə bağlı olaraq 10 gün müddətində Gəncə Şəhər Hərbi Hospitalında müalicə almışdır. Daha sonra yenidən hərbi hissəyə qayıtmışdır. Daha sonra N95-ci ilin yanvar ayında yenidən Bakıdakı Hərbi Hospitalda müalicə almışdır. Aprel və iyun aylarında hərbi-tibbi komissiyanın yoxlanışından keçmişdir. Müəyyən dövrlərdə müalicədə olsa da, N96-cı ilədək hərbi hissədə xidmət etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N-cu il tarixli, №1/S-5518 imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/2-16301 nömrəli arayışına əsasən, iddiaçının xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarını əsas tutaraq ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 mart 2024-cü il tarixli, 839 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdam RHK-dan göndərilmiş hərbi mükəlləfiyyətli İddiaçı Məhəmmədəli oğlu N №-İi hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 108 №-li əmrilə (əsas:§-8, səh-42, əmrdə atasının adı “Məhəmmədəli” yazılmışdır) həmin tarixdən 7-ci motoatıcı taborun (Smertnik) şəxsi heyətinin siyahısına daxil edilərək ümumi qaydada təchizatla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 59 №-li əmrilə (əsas: §-13, səh-12, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı 6-cı taborun şəxsi heyətinin siyahısından çıxarılaraq 1-ci taborun şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təchizatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 352 №-li əmrilə (əsas:§-3, səh-7, sıra-2) 1-ci MAT-ın əsgəri, sıravi İddiaçı xəstəliyi ilə əlaqədar olaraq, müayinə və müalicə üçün Gəncə şəhər Hərbi Hospitalına göndərilərək ərzaq təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N92-xx.xx.N93-cü il, N №-li hərbi hissə komandirinin xx.xx.N92-xx.xx.N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin yanvar N95-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Cavabdehin 24 oktyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Ağdam RHKdan göndərilmiş hərbi mükəlləfiyyətli İddiaçı Məhəmmədəli oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 108 №-li əmrilə (əsas: §-8, səh-42, əmrdə atasının adı “Məhəmmədəli” yazılmışdır) həmin tarixdən 7-ci motoatıcı taborun (Smertnik) şəxsi heyətinin siyahısına daxil edilərək ümumi qaydada təchizatla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 59 №-li əmrilə (əsas: §-13, səh-12, əmrdə “6-cı tabor” qeyd olunmuş, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı 6-cı taborun şəxsi heyətinin siyahısından çıxarılaraq 1-ci taborun şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təchizatlarla təmin edilmişdir. N №- li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 352 №-li əmrilə (əsas: §-3, səh-7, sıra-2) 1-ci MAT-ın əsgəri, sıravi İddiaçı xəstəliyi ilə əlaqədar olaraq, müayinə və müalicə üçün Gəncə şəhər Hərbi Hospitalına göndərilərək ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin yanvar N95-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 80 nömrəli Arxiv arayışına əsasən, iddiaçı həqiqətən xx.xx.N95-ci il tarixdən xx.xx.N95-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: İsterik-nevroloji komponentlə. Əsas:Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın N95-ci ilə məxsus 1№li “Stasionar xəstələrin qeydiyyatı” kitabının 10cu səhifəsində olan, 71-ci sayındakı qeyd. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 21N nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N91-ci il tarixdə Ağdam rayon Hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, xx.xx.N93-cü il tarixli əmrlə N №-li hərbi hissədə hərbi xidmətə başlamış, xx.xx.N94-cü il tarixinə kimi həmin hərbi hissədə xidmət etmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda N №-li hərbi hissənin xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat olduğu bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının N №-li hərbi hissənin tərkibində xx.xx.N93-cü ildən xx.xx.N94-cü ilədək hərbi əməliyyatlarda iştirakı müəyyən edilmişdir. Cavabdehin etirazının əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmamışdır. Cavabdehin 24 oktyabr 2024-cü il tarixli məktubunda N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 352 №-li əmrilə iddiaçının xəstəliyi ilə əlaqədar olaraq, müayinə və müalicə üçün Gəncə şəhər Hərbi Hospitalına göndərilərək ərzaq təminatından çıxarıldığı göstərilmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-N89/2023 saylı qərarında qeyd olunan məsələlərlə bağlı aşağıdakılar göstərilmişdir: “ ... İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur.
30. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar edilmədiyi barədədir.
31. Cavabdehin təqdim etdiyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 2049 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin 2N nömrəli əmrinə əsasən hərbi hissə komandirinin N noyabr N94-cü il tarixli 110 nömrəli əmri ilə siyahıdan çıxarılması barədə məlumat vardır (əsas kitab 1, səh.37, sıra 354, məlumatda MN-nin 2N nömrəli əmrinin verilmə tarixi qeyd edilməmişdir).
32. Göründüyü kimi, cavabdeh təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuşdur və hərbi hissənin siyahısından çıxarılma müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə həyata keçirilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan, bu səbəbdən müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə siyahıdan çıxarıldığından onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir”. Eyni zamanda “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi iddiaçı qanuna müvafiq qaydada hərbi xidmətə getmiş. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş. Xəstəliyi ilə əlaqədar həri hissənin təminatından çıxarılaraq hərbi hospitala göndrilmişdir. İddiaçının hərbi hospitala göndərildiyi xx.xx.N94-cü il tarixində isə artıq hərbi əməliyyatlar sona çatmışdı. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır, cavabdehin imtinası isə əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Şəxsə müharibə veteranı adının verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş başqa bir tələb isə, şəxsə aid hərbi biletdə onun döyüş əməliyyatlarında iştirakına dair aparılmış müvafiq qeydlərin hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları tərəfindən təsdiq olunması ilə bağlıdır. Belə ki, həmin normaların mahiyyətinə görə, müharibə veteranı adı hərbi bilet əsasında yalnız o şərtlə verilir ki, hərbi bilet şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilsin. Başqa sözlə, yuxarıda istinad olunanlara görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən sənəd kimi istinad olunan hərbi bilet yalnız hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün keçərli və mötəbər sayıla bilər. İş materiallarında olan olan sənədlərdən görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 352 №-li əmrilə iddiaçının xəstəliyi ilə əlaqədar olaraq, müayinə və müalicə üçün Gəncə şəhər Hərbi Hospitalına göndərilərək ərzaq təminatından çıxarıldığı göstərilmişdir. Həmçinin iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, İddiaçı xx.xx.N95-ci il tarixdə Hərbi Həkim Komissiyasından keçmiş; xx.xx.N95-ci il tarixdə hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün göndəriş almış; xx.xx.N95-ci il tarixdə N №-li hərbi hissənin çavuşu olaraq müalicə üçün göndəriş almış; xx.xx.N95-ci il tarixdən xx.xx.N96-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Eyni zamanda iş materiallarında N №-li hərbi hissədə imzalanmış xx.xx.N95-ci il tarixli akt və xidməti xasiyyətnamə mövcuddur. Qeyd olunan xüsusatlar cavabdeh tərəfindən mübahisələndirilməmiş, lakin bildirilmişdir ki, “ ... müalicəyə və müayinəyə göndərilməsini ehtiyata buraxılması kimi qiymətləndirmək olmaz, ehtiyata buraxılması üçün əmr olmalıdır”. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan yanaşması ilə razılaşmır və birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2-1(112)-5432/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2-1(112)-5432/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov