Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1409/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə (hazırda Dövlət X9 X8 üzrə Mərkəzi Filialı) qarşı “ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə (hazırda Dövlət X9 X8 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2020 saylı xx xxx 2020-ci il tarixli qərarındaniddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2014-cü il noyabr ayına qədər “X12” MMC-də metallurgiya sahəsində təkrarqarametal tədarükü sahəsində, poladəritmə sexinin təkrarqarametal emalı sahəsində və təkrarqarametal tədarükü sahəsində “kran maşinisti” işləmişdir. xx.xx.2017ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 2019-cu ilin may ayı üçün pensiya almaq məqsədilə post terminala yaxınlaşmış, lakin may ayı üçün kartına pul köçürülməmişdir. Cavabdeh Dövlət X9 Suraxanı rayon şöbəsinə ərizə ilə müraciət edərək təyin olunmuş pensiya ödənişinin dayandırılması səbəbi barədə ona məlumat verilməsini xahiş etmişdir. Ərizəsinə cavabdeh inzibati orqan tərəfindən 1963/271068 nömrəli xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, cari təftiş zamanı “X12” MMC-də xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək və xx.xx.2009-cu ildən xx.xx.2014cü ilədək Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısına aid olmadığı aşkar olunmuşdur. Bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığından təyin olunmuş əmək pensiyası dayandırılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: Cavabdeh orqanın imtina məktubu formal xarakter daşıyaraq, yalnızca əsaslandırılmamış bir cümlə ilə “kran maşinisti kimi işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısına aid olmadığı aşkar olunmuşdur” qeyd edilmişdir. Cavabdeh orqanın təyin olunmuş əmək pensiyasının ödənişini dayandırması hüquqlarını pozduğundan, hüquqlarının bərpa olunması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əksini tapmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) kran maşinistləri (krançılar) və metallurgiya istehsalatının kran maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Abbasov X7 təqdim etdiyi “X12” MMC-nin iddiaçıya dair xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli 112/A və 283/L nömrəli müvafiq arayışlarında Təkrarqarametal Tədarükü sahəsində xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2009- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində kran sürücüsü və kran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə Siyahıda qeyd olunan sahəyə uyğun deyil. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdehin mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2005-ci il tarixədək və xx.xx.2009-cu ildən xx.xx.2014-cü il tarixədək təkrarqarametal tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi peşə güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılması əsaslı olmuşdur və hazırki halda həmin pensiyanın bərpa edilməsinə əsas yoxdur. “X12” MMC tərəfindən verilmiş 112/A saylı, xx.xx.2017- ci il tarixli araşdırıcı arxiv arayışından görünür ki, o, xx xxxxxxxx 2003-cü il tarixdən xx xxxx 2005-ci il tarixədək təkrarqarametal tədarükü sahəsində zərərli iş şəraitində kran sürücüsü vəzifəsində, xx xxxx 2005-ci il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək poladəritmə sexi təkrarqarametal emalı sahəsində zərərli iş şəraitində kran maşinisti vəzifəsində işləmişdir. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci ümumi peşələr bəndində qazla kəsicilər kimi və 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kranmaşinistləri kimi öz əskini tapmışdır. Pensiya işinə əlavə olunmuş “X12” MMC tərəfindən verilmiş 283/L saylı, xx.xx.2017-ci il tarixli araşdırıcı arayışdan görünür ki, o, xx xxxxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2014-cü il tarixədək Təkrarqarametal Tədarükü şöbəsində zərərli iş şəraitində kran maşinisti vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci Ümumi peşələr bəndində qazla kəsicilər kimi və 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əskini tapmışdır. Pensiya işinə əlavə olunmuş "xxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş 2017-ci il tarixli, 24 saylı araşdırıcı arayışdan görünür ki, o, 23.11 2016-cı il tarixdən hal-hazıradək "xxxxxxxxxxxxxxxxxx” ASC-də Fasonlu hissələrin metaltökmə sahəsində zərərli, tozlu və isti şəraitində kran maşinisti vəzifəsində işləyir. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bəndində qazla kəsicilər kimi və 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əskini tapmışdır. Göründüyü kimi, onun işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına daxil olsa da, məhkəmə bunun əksini qeyd edərək belə bir qərar qəbul etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6pellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasını əsassız hesab edir və həmin növdə pensiyasının bərpa olunmasını tələb edir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixdən “X12” MMC-də təkrarqarametal Tədarükü sexində kran sürücüsü vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək poladəritmə sexində təkrarqarametal emalı sexində kran maşinisti vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində işləmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçıya məxsus pensiya işi cavabdeh inzibati orqandan tələb edilmiş və tədqiq edilmişdir. Həmin pensiya işinə əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdu ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 2222 saylı qərarına əsasən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. “X12” MMC tərəfindən verilmiş 112/A saylı, xx.xx.2017-ci il tarixli araşdırıcı arxiv arayışından görünür ki, iddiaçı xx xxxxxxxx 2003-cü il tarixdən xx xxxx 2005-ci il tarixədək təkrarqarametal tədarükü sahəsində zərərli iş şəraitində kran sürücüsü vəzifəsində, xx xxxx 2005-ci il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək poladəritmə sexi təkrarqarametal emalı sahəsində zərərli iş şəraitində kran maşinisti vəzifəsində işləmişdir. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci ümumi peşələr bəndində qazla kəsicilər kimi və 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əskini tapmışdır. Həmçinin pensiya işinə əlavə olunmuş “X12” MMC tərəfindən verilmiş 283/L saylı, xx.xx.2017-ci il tarixli araşdırıcı arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2014-cü il tarixədək Təkrarqarametal Tədarükü şöbəsində zərərli iş şəraitində kran maşinisti vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bəndində qazla kəsicilər kimi və 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əskini tapmışdır. Pensiya işinə əlavə olunmuş “xxxxx” Birgə Müəssisəsi tərəfindən verilmiş Azf-K/428 saylı, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixə kimi “xxxxx” Birgə Müəssisəsində körpülü kran operatoru peşəsində işləmişdir. Bundan əlavə, “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş 2017-ci il tarixli 24 saylı araşdırıcı arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən hal-hazıradək “xxxxxxxxxxxxxxxxxx” ASC-də Fasonlu hissələrin metaltökmə sahəsində zərərli, tozlu və isti şəraitində kran maşinisti vəzifəsində işləyir. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bəndində qazla kəsicilər kimi və 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əskini tapmışdır. Beləliklə, işin araşdırılan hallarına görə, iddiaçıya 60 yaşı tamam olduğu xx xxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2019-cu ilin may ayından ona təyin edilmiş əmək pensiyası təftiş zamanı hüququnun olmadığı aşkar edildiyi üçün dayandırılmışdır. İş üzrə birinci instansiya məhkəməsi inzibati orqanın hərəkətlərini qanuni hesab etmiş və iddiaçının ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi barədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki işdə iddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, işin mübahisəli ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya əvvəllər təyin edilmiş növdə pensiya üzrə ödənişlər sonradan dayandırılmış və buna əsas olaraq iddiaçının “X12” MMC-də xx.xx.2003-cü ildən xx.xx.2005-ci il tarixədək və xx.xx.2009-cu ildən xx.xx.2014cü il tarixədək Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığının aşkar edildiyi göstərilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının göstərilən dövr ərzində “X12” MMC-də Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının “Metallurgiya istehsalı (qara metallar)” adlı İİİ bölməsinin (kod:20400000) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması (kod 20402000) yarımbölməsinin “a” yarımbəndinə əsasən kran maşinistləri (krançılar) (kod 2040200a—13790) və metallurgiya istehsalatının kran maşinistlərinin (2040200a—13792) işlədiyi iş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına hesablanır. Göründüyü kimi, sözügedən Siyahıda yalnız “metallurgiya istehsalı sahəsində çalışan kran maşinistləri” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir. Digər tərəfdən, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” adlı 3.6-cı bəndinin “a” yarımbəndində kran maşinistləri (krançılar) peşəsində işləməsinə istinad edərək, onun həmin dövrdə işlədiyi iş stajının güzəştli iş stajına hesablanmalı olmasını göstərmişdir. Halbuki iddiaçının istinad etdiyi Siyahının həmin bəndində qeyd olunmuş kran maşinistləri (krançılar) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması üzrə sahələrdə işlədikləri halda həmin iş stajı güzəştli iş stajına hesablanır. İşdə olan “X12” MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı həmin sahələrdə də, o cümlədən “təkrarqarametal istehsalı” sahəsində deyil, “tədarükü və emalı sahəsində” kran maşinisti vəzifəsində işləmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2005ci il tarixədək və xx.xx.2009-cu ildən xx.xx.2014-cü il tarixədək “təkrarqarametal tədarükü” şöbəsində “kran maşinisti” kimi işlədiyi peşə güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılması əsaslı olmuşdur və hazırki halda həmin pensiyanın bərpa edilməsinin qanuni əsası yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərаrına əsasən X8 üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh X8 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4405/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh X8 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı cavabdeh X8 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1409/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1409/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver