Məhkəmə qərarları › İş №2-1(103)-1409/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1409/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1409/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-3717/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun zərərli işə görə əmək pensiyasına çıxmasına görə olan hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə 60 yaşının tamam olması ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 05 iyul 2020-ci il tarixdən bu günə kimi ona ödənilməli olan güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. 1978-ci il tarixdə Ağdan rayon Mexaniki və elektrikləşdirmə texnikumuna daxil olmuş, 1978- ci ildən 1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra təhsilini davam etdirmişdir. 1983-cü il tarixdə təsilini bitirib, xx.xx.1983-cü il tarixdə Mingəçevir SES-də 4cü dərəcəli elektrik çilingər vəzifəsində çalışmışdır. xx.xx.1984-cü ildə həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingər peşəsinə yüksəlmiş, xx.xx.1985-ci ildə isə 6-cı dərəcə elektrik çilingər vəzifəsinə keçmişdir. xx.xx.1993-cü ildə işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında elektrik sexi blokların paylayıcı sisteminə xidmət və təmir edən briqadaya 5-ci dərəcəli elektrik çilingəri peşəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Quraşdırma sahəsində usta vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilə qədər ("xxxx" ASC) "xxxx" X8 və paylayıcı avadanlıqlarının quraşdırılması, təmiri və sazlanması sahəsində X2 sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcı peşəsində çalışmışdır. Ümumilikdə xx.xx.2015-ci ilə qədər elektrik çilingəri peşəsində çalışmışdır. Sonuncu işləmiş olduğu Ağırmaşınqayırma zavodunun Turbin Təmir sexinin Mingəçevir Təmir sahəsinin Mingəçevir Elekrtik mühərriki və generator təmiri bölməsində (AZENCO ASC) elektrik çilingəri peşəsinin 6-cı dərəcəsi olmuşdur. “Azərbaycan İES” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05-16 saylı arayışa əsasən zərərli iş sahəsində işləməyi 1993-cü ildən 1996-cı ilə qədər müəyyən edilmişdir. “Energoservice” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11/73 saylı arxiv arayışına əsasən zərərli iş sahəsində işləməyi 2003-cü ildən 2006-cı ilədək öz əksini tapmışdır. "xxxx" ASC tərəfindən verilmiş 01-71/277 saylı, xx.xx.2020-ci il tarixli arviv arayışına əsasən 12 il 5 ay 14 gün güzəştli pensiya üçün stajının olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ üçün nəzərdə tutulan stajı 12 il 6 aydan (1993-cü ildən 2015-ci ilədək) artıqdır. Ümumi sığorta stajı 25 ildən (1978-ci ildən 2020-ci ilə qədər) artıqdır. Qanunda nəzərdə tutulan 60 yaşı xx.xx.2020-ci ildən tamamlanmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, işləmiş olduğu sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarında göstərilən sahələrə uyğun gəlmədiyi bildirilmişdir. Cavabdeh nəzərdən qaçırmışdır ki, 1983-cü ildən 2015-ci ilə qədər işləmiş olduğu sahələr Mingəçevir və Sumqayıt şəhərində yerləşən elektrik stansiyaları olmuşdur. “Azərbaycan İES” “Energoservice” və "xxxx" ASCnin vermiş olduğu arayışlarda göstərilir ki, işlədiyi sahələr dəfələrlə adları dəyişdirilmiş müəsissələrin adları yeni adlar olsa da, fəaliyyət sahəsi eyni olaraq qalmışdır. Elektrik enerjisinin istehsalı üçün generatorlar, elekrtik mühərrikləri, kompressorlar təmiri mütləq olan haldır. Həmin sahələr zərərli hesab olunduğu üçün 12% əlavə əmək haqqı almış və eyni zamanda bundan irəli gələn güzəştlər tətbiq edilmişdir. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı heç bir tutarlı əsas gətirmədən imtina edilmişdir. Sözü gedən qərarın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) tələblərinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil edilmişdir. İşlədiyi sahələr istər usta peşəsi, istərsə də elektrik çilingəri peşəsi həmin siyahıya daxildir. İddia tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına istinad edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçının işləmiş olduğu peşələri aşağıdakı səbəblərdən güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına səbəb olan peşələr hesab etmirlər: Güzəştli iş stajını təsdiq edən arayış təqdim edilmədiyinə görə xx.xx.1983- xx.xx.1993-cü illərdə Mingəçevir SES-də elektrik çilingəri, xx.xx.1993-xx.xx.1996-cı illərdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexində bloklarının paylayıcı sistemində xidmət və təmir edən briqadada elektrik çilingəri, xx.xx.1996- xx.xx.1997-ci illərdə Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində usta peşəsini; - 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin bölmədə “elektrik quraşdırıcı” peşəsi nəzərdə tutulmadığına görə xx.xx.1997xx.xx.2002- ci illərdə "xxxx" X8 və paylayıcı avadanlıqların quraşdırılması, təmiri və sazlanması sahəsində elektrik quraşdırıcı, xx.xx.2002- xx.xx.2003-cü illərdə "xxxx" ASCnin "xxxx" MMC-nin X2 sahəsində elektrik quraşdırıcısı peşəsini; - 2140000а—18455 saylı kodla (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı: qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) güzəştli olduğu qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləmiş olmalı, 2) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri ilə məşğul olmuş olmalı, yaxud yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət etmiş olmalı idi. İddiaçı isə, arayışa əsasən, elektrik avadanlıqlarının təmiri ilə məşğul olduğuna görə xx.xx.2003-xx.xx.2006-cı illər üzrə "xxxx" MMC-nin “EAT” müəssisəsinin Generator və Elektrik Mühərrikləri Təmiri sexində elektrik çilingəri peşəsini; - 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləmiş olmalı, 2) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri ilə məşğul olmuş olmalı, yaxud yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət etmiş olmalı idi. Arayışdan iddiaçının məhz nəyin təmiri ilə məşğul olmuş olduğunu müəyyən etmək olmadığına görə xx.xx.2006-xx.xx.2008-ci illərdə işlədiyi "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin X9 stansiyasının təmir sahəsində elektrik çilingəri peşəsini; - 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin bölmədə yalnız avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama), qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları peşələri nəzərdə tutulmuşdur ki, iddiaçı onlardan heç birinə uyğun gəlmədiyinə görə xx.xx.2010-xx.xx.2012ci illərdəki "xxxx" ASC-nin Energetika Avadanlıqlarının təmiri idarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmir sexində usta peşəsini; - 24-cü fəsil və həmin fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçının elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləməli olduğuna, habelə arayışda konkret peşəyə deyil, ümumi fəslə istinad olunduğundan iş yerinin iddiaçının peşəsini məhz hansı peşəyə uyğun hesab etdiyini müəyyənləşdirmək mümkün olmadığına görə, xx.xx.2012-xx.xx.2013-cü illərdə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının təmiri idarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmir sexində elektrik çilingəri və xx.xx.2013xx.xx.2015-ci il tarixlərdə işlədiyi "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsində elektrik çilingəri peşəsini. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-3717/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 60 yaşdan, yəni pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 1978-1983-cü illərdə Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda təhsil almış və ona texnik-elektromexanik ixtisası verilmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1983-cü ildə Mingəçevir sexinə 4-cü dərəcəli elektromontyor (elektrik montyoru) vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə ona 5-ci dərəcəli elektromontyor, xx.xx.1985-ci ildən 6-cı dərəcəli elektromontyor vəzifəsi verilmiş, xx.xx.1993-cü ildə mühəndis elektrik vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-xx.xx.1996-cı illərdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində 5-ci və 6-cı dərəcəli elektrik çilingəri; xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək "xxxx" SC Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsinin təmir sahəsində usta; xx.xx.1997-xx.xx.2001-ci illərdə “Azenerqoremnaladka” müəssisəsinin elektrik avadanlıqlarının montajı üzrə sahənin KİPİTA, MRİN sexlərində 6-cı dərəcəli elektrik montajçısı, xx.xx.2001-xx.xx.2002-ci illərdə həmin müəssisənin X2, təmiri və sazlanması sexində elektrik montajçısı; xx.xx.2002-xx.xx.2003-cü illərdə "xxxx" ASC "xxxx" MMC-nin X2 sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı, xx.xx.2003-xx.xx.2003-cü illərdə isə həmin vəzifə ilə G və EMT sexinin Mingəçevir sahəsində; xx.xx.2003-xx.xx.2006-cı illərdə "xxxx" MMC-nin “EAT” müəssisəsinin G və EMT sexində 6-cı dərəcəli elektrik çilingəri; xx.xx.2006-xx.xx.2008-ci illərdə "xxxx" ASC "xxxx" MMC-nin (xx.xx.2008-ci ildən MMC-nin adı dəyişərək "xxxx" ASC adlandırılıb) EAQ və T İdarəsi generator və mühərriklərin təmiri sexinin Mingəçevir SES sahəsində 6-cı dərəcəli elektrik çilingəri; xx.xx.2009-xx.xx.2009-cu illərdə "xxxx" MMC-nin Qazan turbin avadanlıqlarının təmir və sazlama İdarəsinin generator və elektrikmühərriklərinin təmiri sexində 6-cı dərəcəli elektrik çilingəri, xx.xx.2009-xx.xx.2010-cu illərdə həmin sahədə usta; xx.xx.2010-xx.xx.2011-ci illərdə "xxxx" ASC-də EAT İdarəsinin Mingəçevir təmir sahəsinin G və EMT sexində usta, xx.xx.2011-xx.xx.2012-ci illərdə vəzifəsi və dərəcəsi saxlanılmaqla EMG və HAT sexində, xx.xx.2012-xx.xx.2013-cü illərdə həmin sexdə 6-cı dərəcəli elektrik çilingəri; xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsinin 6-cı dərəcəli elektrik çilingəri; xx.xx.2015-xx.xx.2018-ci illərdə "xxxx" MMC-nin yanacaqdoldurma məntəqəsində elektromexanik; xx.xx.2020-xx.xx.2020ci illərdə "xxxx" MMC-də fəhlə işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş 01-ZP/277 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışında aşağıdakılar qeyd edilmişdir; - İddiaçı həqiqətən xx.xx.1997-ci ildə (əmr №- 21/ш, xx.xx.1997-ci il) "xxxx" X7 Cihazlarının və X4, Təmiri və Sazlanması sahəsinə elektrik avadanlığının quraşdırılması üzrə 6-cı dərəcəli elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr № 17-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. - xx.xx.2002-ci ildə (əmr №- 10-kş, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMCnin X2 sahəsinə 6-cı dərəcəli elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilib və xx.xx.2003cü ildə (əmr № 127-kş, xx.xx.2003-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2006-cı ildə (əmr №-65-kş, xx.xx.2006-cı il) "xxxx" MMC-nin X3 və Təmiri İdarəsinin Generator və Mühərriklərin təmiri sexinin X9 Stansiyasının təmir sahəsinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə işə qəbil edilib və xx.xx.2008-ci ildə (əmr № 08/17-kş, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. - xx.xx.2010-cu ildə (əmr №-15/İ7-kş, xx.xx.2010-cu il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmiri sexinə usta vəzifəsinə təyin edilib . xx.xx.2012-ci ildə ( əmr №- 125/17-kş, xx.xx.2012-ci il) həmin sahədə 6-cı dərəcəli elektrik çilingər peşəsinə keçirilib və xx.xx.2013-cü İldə (əmr № 02/17-kş, xx.xx.2013-cü ii) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. - Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinin “a” və “b” bəndlərinə əsasən Elektrik Stansiyalarında avadanlıqlarının təmiri, bölüşdürücü qurğuların və onların işini təmin edən ölçü vasitələrinə və avtomatikasına xidmət edən çilingərlərinin, elektrik çilingərlərinin və ustaların işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. - Güzəştli pensiya üçün staj: 12 il 05 ay, 14 gün təşkil edir. - Məlumat üçün bildirilir ki, "xxxx"ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Äzərenerjixüsusitəmir” müəssisəsi ləğv olunmuş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASCnin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASCnin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. "xxxx" MMC tərəfindən verilmiş H/73 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışında aşağıdakılar qeyd edilmişdir; - İddiaçı həqiqətən "xxxx" MMC-nin “EAT” müəssisəsinin Generator və Elektrik Mühərrikləri Təmiri sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003cü il tarixli 25/KŞ saylı əmr) xx.xx.2006-cı il tarixinədək 6 dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2006-cı il tarixindən (xx.xx.2006-cı il tarixli 097/KŞ saylı əmr) öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı tam iş günü ərzində zərərli və ağır iş şəraitində bilavasitə elektrik avadanlıqların təmiri ilə məşğul olmuşdur. Zərərli iş şəraitində işlədiyi üçün əsas əmək haqqına və əmək məzuniyyətinə qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmışdır. İddiaçı zərərli iş şəraitində işlədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li siyahısının Xİİİ bölməsinin 21400000-18455 kod və şriftinə əsasən ağır iş hesab olunur və yaşa görə güzəştli pensiya hüququna təminat verir. Qeyd: Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********278400 saylı çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ona birləşdirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. "xxxx" ASC “Azərbaycan X6” MMC tərəfindən verilmiş 05-16 saylı xx.xx.2020-ci il tarixli arayışda aşağıdakılar qeyd edilmişdir; - İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixində “Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexinə blokların xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1993-cü il. Əmr № 88). xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (xx.xx.1996-cı il. Əmr № 146/K). - xx.xx.1996-cı il tarixdən Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində transformatorların yağ açarları, hava açadan və kompressorların təmiri sahəsinə usta vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.1996 -ci il. Əmr № 97/K). xx.xx.1997-ci il tarixdə işdən azad olmuşdur (xx.xx.1997-ci il Əmr № 06/K). - Zərərli iş şəraitində işlədiyi üçün 1993-1996-cı il tarixədək 12% əlavə əmək haqqı ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-zərbaycan İstilik Elektrik X5 Cəmiyyət adlandırılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 09 saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsinin 6-cı dərəcəli elektrik çilingəri peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 1 (bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün təşkil edir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Məhkəmə qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında və arxiv arayışlarında əksini tapmışdır. Həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarındandır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 01-VƏ/270 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışında aşağıdakılar qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2006-cı ildə (əmr №-65-kş, xx.xx.2006-cı il) "xxxx" MMC-nin X3 və Təmiri İdarəsinin Generator və Mühərriklərin təmiri sexinin X9 Stansiyasının təmir sahəsinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2008-ci ildə (əmr № 08/17-kş, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu ildə (əmr №-15/17-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmiri sexinə usta vəzifəsinə təyin edilib. xx.xx.2012-ci ildə ( əmr №-125/17-kş, xx.xx.2012-ci il) həmin sahədə 6-cı dərəcəli elektrik çilingər peşəsinə keçirilib və xx.xx.2013-cü İldə (əmr № 02/17-kş, xx.xx.2013-cü ii) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə ) əmək müqaviləsinə xitam verilib. – xx.xx.2006-cı ildən xx.xx.2008-ci il və xx.xx.2010-cu ildən xx.xx.2013-cü il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən və “b” “rəhbər və mütəxəssislər” bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə, güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 13-cü fəslinin “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”-nın 2140000b—23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların və 2140000a-18455 saylı şifrəsinə əsasən idmət üzrə çilingərlər, bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Äzərenerjixüsusitəmir” müəssisəsi ləğv olunmuş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASCnin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq "xxxx" ASC “Azərbaycan X6” MMC tərəfindən verilmiş 100/01-07-147 saylı xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixində “Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexinə blokların xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1993-cü il. Əmr № 88). xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (xx.xx.1996-cı il, Əmr № 146/K). Zərərli iş şəraitində işlədiyi üçün xx.xx.1993-xx.xx.1996-cı ol tarixədək 12% əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-Azərbaycan İstilik Elektrik X5 Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində tutduğu elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 13-cü bölməsinin a bəndində vəzifə kodu 2140000a-18455 və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşin xarakteri haqqında arayışlar (güzəştli arayışlar), habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a yarımbəndində, qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin güzəştli pensiya hüququ verən iş stajna aid olması ona dəlalət edir ki, nəinki qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına xidmət üzrə, həm də həmin sahə və avadanlıqların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-3717/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar