Məhkəmə qərarları › İş №2-1(103)-1409/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1409/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1409/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12474/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********789200 nömrəli, xx.xx.2022ci il tarixli qərarın ləğv edilməsini və iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il ərzində göstərilən fərdi mikrosahibkar fəaliyyətinin kameral vergi yoxlamasını təzədən aparmaq və hesablamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-12474/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi mikrosahibkar kimi qeydiyyata alınmışdır və bu günə kimi daimi fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi dövrdə üzərinə düşən vergi öhdəliklərini vaxtında və tam olaraq həyata keçirmiş və nə vergi departamentinə, nə də sosial fonda heç bir borcun yaranmasına yol verməmişdir. On iki aylıq dövriyyəsi 200.000 manatı keçmədiyinə görə Vergi Məcəlləsinin 102.1.30 maddəsinə əsasən mikro sahibkarlıq subyekti kimi iddiaçı tərəfindən güzəştli mənfəət vergisi ödənilmişdir. 2021-ci il üçün iddiaçının 12 ayın dövriyəsi kassa metodu ilə hesablanaraq ümümi 210.272,71 manat təşkil etmişdir, o cümlədən 2021-ci ilin yanvar ayından 01 dekabr ayına kimi 11 ayın dövriyyəsi 168595,61 manat, ƏDV-yə isə düşən 2021-ci ilin dekabr ayın (yəni ilin 12-ci ayın) dövriyəsi 41677,10 manat. Belə olduğu halda, 2021-ci ilin 12 ayın dövriyəsindən iddiaçının 11 ayın dövriyəsin mənfəət vergisi əvvəlki illərdə olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30 maddəsinə müvafiq olaraq güzəştlə hesablanmalı idi. ƏDV-yə düşən isə dövriyəsi 2021-ci ilin dekabr ayın dövriyəsidir. 2021-ci ilin dekabr ayına kimi 11 ayın dövriyəsindən, yəni 168595,61 manatdan 20371,55 manat təşkil edən xərclərin çıxmaqla 148224,06 manat məbləğindən güzəştə düşən məbləğ (75%) 111.168.05 manat təşkil elməlidir. Beləliklə, 2021-ci ilin ümumi dövriyəsini təşkil edən 210.272,71 manat məbləğindən 20.371,55 manat xərcləri çıxmaqla, həmin məbləğdən qüzəştə düşən 111.168,05 manat məbləği çıxarkən vergiyə cəlb olunan 78.733,11 manat məbləğdən iddiaçının gəlir verqisi 15.746.62 manat təşkil etməli idi. xx.xx.2022-ci ildən başlayaraq iddiaçı tərəfındm 17.485,46 azn məbləğdə ödənişlər aparılmışdır. Həmin ödənişlər də yuxarıda göstərilən iddiaçının 15.746.62 manat gəlir verqisi tam bağlamalıdır. Lakin cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində qəbul etdiyi 03 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının 15.746.62 manat təşkil edən qəlir vergisinin əvəzinə iddiaçıya 2021-ci ilin bütün 12 ayın dövriyəsini toplanaraq 210.272,71 manat məbləğindən 41.241.34 manat gəlir vergisi qanuna zidd hesablanmışdır. Cavabdeh tərəfindən qanuna zidd hesablanmış 41.241.34 manat gəlir vergisindən iddiaçı tərəfindən hesablanmış və bəyannamədə göstərilən 11.227.89 manat gəlir vergsini sildikdən sonra 30.013.45 manat məbləğində gəlir vergisini və 1753.86 manat penya borcu iddiaçının şəxsi hesab vərəqəsinə otuzdurulmuşdur. xx.xx.2022-ci ildən başlayaraq iddiaçı tərəfindən aparılan ödənişlərə baxmayaraq (cəmi 17.485.46 manat) cavabdeh isə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2023 tarixinə əsas borcdan qalıq borcu kimi 14.256.07 manat, penya məbləğini artırılaraq faiz üzrə qalıq borcu 8.084.18 manat borc kimi göstərir. Yəni hesablanmış penyalar azaldılması əvəzinə artırılır və iddiaçının borcu azalmır. Halbuki, iddiaçının 2021-ci il üzrə göstərilən sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir verqisinin cavabdeh tərəfindən düzgün hesablanması aparılsaydı iddiaçının şəxsi hesab vərəqəsində vergi borcu olmazdı, əksinə iddiaçının cavabdehə 13.000 manatdan çox artıq ödəmə üzə çıxardı. Beləliklə, cavabdeh tərəfindən Vergi Məcəllənin 102.1.30 maddəsini pozaraq iddiaçının əldə etdiyi gəliri səhv hesablayıb iddiaçıdan 41.241.34 manat gəlir verqisi tələbinin və düzgün hesablanmamış və bu səbəbdən əsassız verilən sərəncam nəticəsində iddiaçıya ziyan vurulmuşdur, iddiaçı faktiki olaraq 2022-cı ildən müflis olmuşdur. Bununla da iddiaçının sahibkarlıq fəaliyyətinə maneə törədilmişdir. 02 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdeh vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim etməsini iddiaçıdan tələb etmişdir. Həmin vaxt iddiaçı onkoloji xəstəliklə əlaqəli 24 mart 2022-ci il tarixdə əməliyyat və sonra da müalicədən keçmişdir. Cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan və düzgün aparılmayan kameral vergi yoxlaması nəticəsində qəbul etdiyi **********789200 nömrəli 06 iyul 2022-ci il tarixli qərarı ilə 15.746.62 manat təşkil edən iddiaçının gəlir verqisinin əvəzinə 41.241,34 manat gəlir vergisi hesablanmış və iddiaçıya mənsub elektron qutuya göndərilmişdir. 2022-ci ilin sentyabr ayına kimi həmin qərardan iddiaçının xəbəri olmamışdır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iddiaçının yaşadığı ünvana poçt vasitəsi ilə 29 sentyabr 2022-ci il tarixli cavabdehin məktubu gəldikdən sonra borc və məhkəmə barədə iddiaçının xəbəri olmuşdur. 2022-ci ilin əvvəlindən il ərzində iddiaçı tərəfindən ciddi onkoloji problemlər yaşadığını, əməliyyat və müalicə keçməsini, bu səbəbdən də kameral yoxlamasından məlumatı olmadığını nəzərə alıb təzədən kameral yoxlamasını aparıb müəyyən olunan borcu hissə-hissə ödəməyə köməklik göstərmək barədə idiaçının cavabdehə dəfələrlə olan müraciətləri ya cavabsız qalırdı, ya da formal xarakter daşıyan məktublarla cavablandırılırdı. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, iddiaçının şəxsi kabinetinə nəzarəti aparan və bütün yazışmaları iddiaçının əvəzinə onun mühasibi tərəfindən aparılır. İddiaçının səhhətində olan ciddi onkoloji problemlər olduğundan və bu səbəbdən əməliyyat keçirdiyinə görə 2022-ci ilin sentyabr ayına kimi vergi problemlərinin olması barədə mühasib tərəfindən idiaçıya heç bir məlumat verilməmişdir ki, iddiaçı stress yaşamasın. Bu səbəbdən inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəli cavabdehə qarşı iddia verilmə müddəti ötürülmüşdür. İddiaçının fəaliyyətini və əldə eldiyi gəliri təzədən yoxlanılmasına, ƏDV ödənişindən azad edilməsinə, xəstəliyini nəzərə alıb güzəşt edilməsinə və ya iddiaçının səhhətində olan problemlərini nəzərə alıb borcun hissə-hissə ödəməyə imkan yaradılmasına dair iddiaçının dəfələrlə eldiyi müraciətlər cavabdeh tərəfindən nəzərə alnımamış və iddiaçıya əlavə hesablanmış cərimə və penya ilə cavablandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin tələbi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bununla da xaricdə müalicə keçmək hüququndan onkoloji xəstə olan iddiaçı məhrum olmuşdur. Respublika Prezidentinin bəyanatına zidd olaraq sahibkarlara dəstək olmaq əvəzinə cavabdeh tərəfindən iddiaçının fəaliyyətinə açıq aşkar maneəçilik törədilir. Cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 03 iyul 2022-ci il tarixli qərarı qəbul etdikdə 2021-ci ilin 12 ayın dövriyəsindən iddiaçının 11 ayın dövriyəsin mənfəət vergisi əvvəlki illərdə olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq olaraq güzəştlə hesablanmalı idi, yerdə qalan dekabr ayın dövrəyisini isə ƏDV-yə düşən dövriyəsi kimi hesablanmalı idi. ƏDV-uə isə düşən 2021-ci ilin dekabr avın (yəni ilin 12-ci ayın) dövriyəsi 41677,10 manat təşkil edir. Belə olduğu halda, 11 ayın dövriyəsindən, yəni 168595,61 manatdan 20371.55 manat təşkil edən xərclərin çıxmaqla 148224.06 manat məbləğindən güzəştə düşən məbləğ (75%) 111.168,05 manat təşkil edir. 2021 -ci ilin ümumi dövrivəsini təşkil edən 210.272,71 manat məbləğindən 20.371.55 manat xərclərin çıxmaqla, həmin məbləğdən güzəştə düşən 111.168.05 manat məbləği çıxarkən vergiyə cəlb olunan 78.733,11 manat məbləğdən iddiaçının gəlir vergisi 15.746.62 manat təşkil etməli idi. xx.xx.2022-ci ildən başlayaraq iddiaçı tərəfindın 17.485.46 manat məbləğdə ödənişlər aparılmışdır. Həmin ödənişlər də iddiaçının 15.746.62 manat gəlir vergisi tam bağlanılır. Elektron üsulla göndərilən 02 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubu və 06 iyul 2022-ci il tarixli qərarı cavabdeh tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmişdir Bakı İnzibati məhkəmənin mövqeyi ilə iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır və belə olduğu halda mübahisələndirilən qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur və elektron qutuya yerləşdirilmiş sənəd 3 gündən sonra çatdırılmış hesab edilir. Eyni zamanda məhkəmə həmin müqaviləyə birtərəfli olaraq yanaşıb müqavilənin digər şərtlərini nəzərə alınmamışdır. Cavabdehin həmin şərtlərə uyğun hərəkət etməkdən yayınması, iddiaçının əməliyyat keçirdikdən sonra 6 ay ərzində kimyaterapiya müalicə olunması barədə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sənədlərə cavabdeh tərəfindən əhəmiyyət verilməməsi, müqavilədə olan imzaları təsdiq edən cavabdehin möhürünün olmaması, bununla da imperativ xarakter daşıyan qanunun tələbinə cavabdeh tərəfindən riayət etməməsi məhkəmənin diqqətindən yayınmışdır. Cavabdeh və məhkəmə tərəfindən istinad edilən və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilə cavabdeh tərəfindən imzalansa da, möhürlə təsdiq edilməmişdir. Bu da həmin müqavilənin etibarsız sayılmasına hüquqi əsas verən bir haldır. Cavabdehin tələbi ilə iddiaçının ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməsini poçt vasitəsi ilə noyabr ayında iddiaçıya çatdırıldıqdan sonra iddiaçının məlumatı oldu ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılmış və xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsini aldıqdan sonra iddiaçı tərəfindən əməliyyat və müalicə barədə sənədləri əlavə edərək bir ay ərzində 30 dekabr 2022-ci il tarixində cavabdehə birinci müraciət məktubu göndərmişdir. O vaxtdan iddiaçı onun fəaliyyətini və əldə eldiyi gəliri təzədən yoxlanılmasına, ƏDV ödənişindən azad edilməsinə, xəstəliyini nəzərə alaraq güzəşt edilməsinə və ya iddiaçının səhhətində olan problemləri nəzərə alaraq borcun hissə-hissə ödənilməsinə imkan verilməsinə dair dəfələrlə eldiyi vəsatətlər, iddiaçının xəstəliyini və ikinci dərəcəli əlili olmasını cavabdeh tərəfindən nəzərə alınmayaraq iddiaçıya əlavə hesablanmış cərimə və penya ilə cavablandırılmışdır. Həmin yazışmalar iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi tarixin və cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş qərarın ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətinin ötürülməsinin üzürlü səbəbdən olmasını sübuta yetirir. Belə olduğu halda subuta yetirilir ki, hazırki mübahisə səlahiyyətli inzibati orqanlarının qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin nəticəsidir. 2022-ci ilin dekabr ayından cavabdeh tərəfindən iddiaçının müraciətlərinə formal yanaşması və həmin məsələnin həll edilməsindən yayınması səbəbindən iddiaçı 2023-ci ilin iyul ayında məhkəməyə iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh belə hərəkətləri, bilərəkdən, məqsədyönlü olaraq vaxtı uzadaraq iddia tələbinin vaxtının keçməsinə nail olmaq niyyətini göstərir. 2022-ci ilin noyabr ayın axırında poçt vasitəsi ilə çatdırılma qərardadı aldıqdan sonra əməliyyat və müalicə barədə sənədləri əlavə edərək birinci vəsatət müracətini iddiaçı cavabdehə bir ay ərzində, 30 dekabr 2022-ci il tarixdə göndərmişdir. 6 ay ərzində cavabdehdən anlayış cavabını almadığına görə xx.xx.2022-ci il tarixli cavabdehin Qərarı iddiaçı tərəfindən 6 ay, yəni xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında mübahisələndirilmişdir. İddiaçı ilə cavabdeh arasında olan yazışmanın xronologiyası sübuta yetirilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir: 02 aprel 2022-ci il tarixli xəbərdarlıqla cavabdeh vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim etməsini iddiaçıdan tələb etmişdir; 03 iyul 2022-ci il tarixdə cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılmışdır və **********789200 nömrəli qərar qəbul olunmuşdur. 2022-ci ilin mart ayında onkoloji xəstəliklə əlaqəli iddiaçının üzərində əməliyyat aparılmışdır. 2022-ci ilin oktyabr avına kimi altı ay ərzində kimyaterapiya müalicə qəbul etmişdir: 2022-ci ilin noyabr ayında iddiaçıya poçt vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi çatdırılmışdır. Bununla da həmin vaxtdan hüquqların pozulması barədə iddiaçının məlumatı olmuşdur: 30 dekabr 2022-ci il tarixində iddiaçı tərəfindən əməliyyat və müalicə barədə sənədləri əlavə edərək cavabdehə birinci müraciət məktubu göndərmişdir: 23 iyul 2023-cü il tarixində iddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldırmışdır. Mübahisələndirilən qərar iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuş hesab edilsə də, iddiaçı tərəfindən 6cı ayda birinci vəsatətin qaldirilması olsa da iddiaçının xəstəliyinə, uzun müddət kimyaterapiya maliəcəsi keçirməsinə və iddiaçının 2-ci dərəcəli əlili olmasına nə cavabdeh, nə də məhkəmə əhəmiyyət verməmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin faktiki hallar məhkəmənin diqqətindən kənar qalmışdır. Məhkəmənin belə mövqeyi qanunla ziddiyyət yaradır. Elektron üsulla göndərilən 02 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubu və 06 iyul 2022-ci il tarixli qərarı cavabdeh tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmişdir. Həmin sənədlər də iddiaçıya poçt vasitəsi ilə göndərilməmişdir. Cavabdehin və məhkəmənin mövqei ilə iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı təqdim edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatıdan görünür ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:10-da iddiaçının elektron poçt ünvanına göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə artıq qərarın mövcudluğu barədə məlumatlandırılmışdır. Halbuki, qanuna uyğun olaraq, “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarın çərçivəsində, qərarlar gücləndirilmiş elektron imza (Asan İmza) vasitəsi ilə təqdim edilməlidir. xx.xx.2022-ci il tarixli, **********789200 saylı Qərar cavabdeh tərəfindən qəbul edilmiş elektron imza (Asan İmza) vasitəsi ilə təqdim edilməmişdir. Bununla da cavabdeh imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmişdir. Belə olduğu halda cavabdeh tərəfindən verilmiş müddətin keçməsi ilə bağlı vəsatət Kameral Qərarı elektron imza (Asan İmza) vasitəsi ilə təqdim edilmədiyinə görə məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə tərəfindən həmin hal nəzərə alınmamışdır. xx.xx.2023-ci il tarixində keçirilən məhkəmə iclasında mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. Həmin qərardad qəbul edlmişdir. Mübahisə yarandığı vaxtda iddiaçının ağır onkoloji xəstəliyini, aparılan əməliyyat və müalicə vaxtı məhkəmə tərəfindən diqqətsiz qalmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin faktiki hala məhkəmə tərəfindən diqqətsiz yanaşma nəticəsində iddiaçının maddi hüquqlarının pozulmasına yol verilmişdir. İddiaçı ilə cavabdeh arasında aşağıda göstərilən yazışmanın xronoloqivası sübuta yetirir ki, iddiaçı tərəfindən iddia müddəti ölürülməmişdir: 02 aprel 2022-ci il tarixli xəbərdarlıqla cavabdeh vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim etməsini iddiaçıdan tələb etmişdir. 03 iyul 2022-ci il tarixdə cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılmışdır və **********789200 nömrəli qərar qəbul olmuşdur 2022-ci ilin mart ayında onkoloji xəstəliklə əlaqəli iddiaçının üzərində əməliyyat aparılmışdır. 2022-ci ilin oktyabr axına kimi altı ay ərzində kimyalerapiya müalicə qəbul etmişdir. 2022-ci ilin noyabr avında iddiaçıya poçt vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi çaldırılmışdır. Bununla və həmin vaxtdan hüquqların pozulması barədə iddiaçının məlumatı olmuşdur. 30 dekabr 2022-ci il tarixində iddiaçı tərəfindən əməliyyat və müalicə barədə sənədləri əlavə edərək cavabdehə birinci müraciət məktubu göndərilmişdir. 23 iyul 2023-cü il tarixində iddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldırmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin faktiki hallar məhkəmənin diqqətindən kənar qalmışdır. 30 oktyabr 2023-cü il tarixli Qərardadı qəbul etdikdə, məhkəmənin mövqeyi ilə mübahisələndirilən qərarın mövcudluğu iddiaçıya ən geci xx.xx.2022-ci il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamışdır. Belə olan halda müddətin bərpa edilməsi barədə məhkəmə iclasında iddiaçı şifahi qaydada vəsatət verə bilərdi. İddiaçının iddia ərizəsinə cavabdeh tərəfindən iddiaya qarşı yazili şəkildə məhkəməyə verilmiş vəsatət nə cavabdeh tərəfindən, nə də məhkəmə tərəfindən keçirilən yeganə məhkəmə iclasından əvvəl onlara təqdim edilməmişdir. Bununla da onların nə öz mövqeyini, nə də əlavə sübutları məhkəməyə təqdim etmək imkanı olmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına yol verilən halların açıqlanmasını məhkəmə tərəfindən cavabdehdən tələb edilməmişdir. Halbuki, inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, **********789200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********789200 saylı qərar cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:10-da iddiaçının elektron poçt ünvanına göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə artıq qərarın mövcudluğu barədə məlumatlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı ilə vergi xidməti arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır. Müqaviləyə uyğun olaraq mübahisələndirilən qərar iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi qərardan xx.xx.2022-ci ildə məlumatlı olmuşdur. İddiaçı qərardan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Beləliklə, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi qərar xx.xx.2022-ci ildə qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsindən 1 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərar iddiaçıya mənsub elektron qutuya göndərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərarın iddiaçının elektron qutusuna göndərilməsi və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunması iddiaçı tərəfindən təsdiq edilir. Bundan başqa, iddiaçı qeyd edir ki, onun elektron kabinetinə mühasibi nəzarət edir, onun səhhətində problemlər olduğu üçün və stress yaşamaması üçün mühasibi tərəfindən qərar barədə 2022-ci ilin sentyabr ayına kimi ona məlumat verilməmişdir. Bu səbəbdən də iddia müddəti tərəfindən ötürülmüşdür. Eyni zamanda apellyasiya şikayətində iddiaçı qeyd edir ki, cavabdehin tələbi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə noyabr ayında ona çatdırıldıqdan sonra cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan məlumatı olmuşdur (iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin həmin qətnaməsinin surətindən görünür ki, iddiaçı həmin məhkəmə araşdırmasında iştirak etmişdir). Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, o, Bakı Kommersiya Məhkəməsinin qətnaməsini aldıqdan sonra xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, sonra isə 2023-cü ilin iyul ayında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı hazırda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi qərar artıq cavabdehin özü tərəfindən xx.xx.2024-cü ildə ləğv edilmiş, yeni qərar qəbul edilmişdir. Göründüyü kimi, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12474/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar