Məhkəmə qərarları › İş №2-1(103)-1409/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1409/2025

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1409/2025 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun «Mineral» bağçılıq birliyinin ## ###### 1999-cu il tarixli ** saylı protokoldan çıxarışa əsasən İddiaçı ## ###### 1999-cu il tarixdən «Mineral» bağçılıq birliyinə üzvlüyünə qəbul edilir. «Mineral» bağçılıq birliyinin nizamnaməsi ilə tanış olduqdan sonra abadlaşdırma işləri aparmağa başlaması qərara alınmışdır.

2. “Mineral” bağçılıq birliyi üzvlük kitabçasından görünür ki, İddiaçı X7 ##.##.1999-cu il tarixli ** saylı protokoluna əsasən bağçılıq birliyinə üzv qəbul edilmiş və “Mineral” bağçılıq birliyinin üzvlərinin siyahısında iddiaçı İddiaçı 51-ci sırada qeyd olunmuşdur.

3. İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti xxxxnin * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin 0,0324 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində olmaqla, bağçılıqyoldaşlığın ayrıc aktından kənarda, “Türkan Üzümçülük sovxozunun ərazisində yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

4. İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı istifadəsində olan sahəsi 1100 kv.m bağ sahəsi Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı torpağa çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 1999-ci il tarixli ** saylı protokoluna əsasən bağçılıq birliyinə üzv qəbul edilmişdir, Türkan sahəsi Bağçılıq birliyi bağından sahəsi 1100 m olan *** nömrəli bağ sahəsi Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə daimi istifadə etmək üçün verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyinin ## ###### 1999-cu il tarixli ** saylı Protokoldan çıxarış “Bağçılıq birliyinə üzv qəbul olunması haqqında” İddiaçı ## ###### 1999-cu ildən “Mineral” bağçılıq birliyinə üzvlüyünə qəbul edilir. “Mineral” bağçılıq birliyinin nizamnaməsi ilə tanış olduqdan sonra abadlaşdırma işləri aparmağa başlaması qərara alındı. ## ###### 1999-cu il ** saylı protokola əsasən “Mineral” Bağçılıq Birliyinin üzvlərinin siyahısında da İddiaçı (nömrəsi, bağçılıq birliyinin adı, sayadı, ünvanı və telefonu, bağın nömrəsi və bağın sahəsi) qeyd olunmuşdur. ## ###### 2006-cı il b/117 Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu “Mineral bağçılıq birliyi vətəndaş İddiaçı qızma ona görə ki, o həqiqətən ## ###### 1999-cu il ildən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyinin üzvüdür. “Mineral” bağçılıq birliyinin sahəsində *** nömrəli bağ sahəsi 1100m vətəndaş İddiaçı məxsusdur. Onun “Mineral” bağçılıq birliyinə heç bir borcu yoxdur. Torpaq mübahisəli deyil və heç bir yüklülüyü (arest) yoxdur.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin 0,0324 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində olmaqla, bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, “Türkan Üzümçülük” sovxozunun ərazisində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılarkən məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1100 kv.m qeyd edilsə də faktiki 776 kv.m təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 1999-ci il tarixli ** saylı protokoluna əsasən bağçılıq birliyinə üzv qəbul edilmişdir, Türkan sahəsi Bağçılıq birliyi bağından sahəsi 1100 kvm olan *** nömrəli bağ sahəsi Bakı şəhər XDSnin İcraiyyə Komitəsinin qərarı ilə daimi istifadə etmək üçün verilmişdir. Azərbaycan MilliElmlər Akademiyası Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyinin ## ###### 1999-cu il tarixli ** saylı Protokoldan çıxarış “Bağçılıq birliyinə üzv qəbul olunması haqqında” İddiaçı ## ###### 1999-cu ildən “Mineral” bağçılıq birliyinə üzvlüyünə qəbul edilmişdir. “Mineral” bağçılıq birliyinin nizamnaməsi ilə tanış olduqdan sonra abadlaşdırma işləri aparmağa başlaması qərara alındı. ## ###### 1999-cu il ** saylıprotokola əsasən “Mineral” Bağçılıq Birliyinin üzvlərinin siyahısında da İddiaçı (nömrəsi, bağçılıq birliyinin adı, sayadı, ünvanı və telefonu, bağın nömrəsi və bağın sahəsi) qeyd olunmuşdur. ## ###### 2006-cı il b/117 Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu “Mineral bağçılıq birliyi vətəndaş İddiaçı qızma ona ğörə ki, o həqiqətən ## ###### 1999-cu il ildən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyinin üzvüdür. “Mineral” bağçılıq birliyinin sahəsində *** nömrəli bağ sahəsi vətəndaş İddiaçı qızma məxsusdur. İddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş “Mineral” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin adlı siyahısında nəzərdə tutulmamışdır. Belə ki, cavabdeh inzibati orqanın məhkəmə sorğusuna cavab olaraq ##.##.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş “Mineral” bağçılıq yoldaşlıq təsərrüfatının birliyinin 80 nəfərdən ibarət siyahısı Geologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, “Mineral” Bağçılıq birliyinin sədr və Geleogiya İnstitutunun Kadrlar Şöbəsinin imza və möhürü ilə təsdiq edildiyi halda, iddiaçı tərəfindən təqdim edilmiş, özünün adının da əlavə edildiyi siyahı 100 nəfərlik olmaqla yalnız “Mineral” Bağçılıq birliyinin sədrinin imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçının adı siyahıda qeyd olunmuşdur. Ona görə ki, iddiaçının əlində möhürlü sənəd vardır.Bu sənədə iddiaçı nə möhür vura bilər nə də imza edə bilər. Əgər belə bir hal varidisə hakim möhürlə bağlı ekspertiza keçirə bilərdi. Həmçinin qərarda göstərilib ki, məhkəmə sorğusu əsasında “Mineral” Bağçılıq birliyinin ayrıc aktı, ##.##.2024-cü il tarixdə təqdim edilmiş iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi “X7 ayrıc aktı daxilində yerləşən bağ sahələri və Türkan üzümçülük sovxozuna aid torpaq sahələrinin müqayisəli ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçı tərəfindən “Mineral” Bağçılıq birliyinin ayrıdığını iddia etdiyi *** nömrəli bağ sahəsi “Mineral” Bağçılıq birliyinin ayrıc aktından kənarda yerləşir. Məhkəmə sorğuya əsasən gələn cavab əsasında bunu müəyyən etmişdir. Lakin nə hakim, nə cavabdeh, nə də iddiaçı ayrıc aktından kənarda yerləşməsin müəyyən edə bilməz. Bunu ancaq xüsusi bilik tələb edən ekspertlər bunu müəyyən edə bilər. Lakin hakim bu işlə bağlı ekspertiza keçirmədən qərar qəbul etmişdir. Bu isə iddiaçının hüquqlarının pozulması deməkdir.

Tərəflərin izahatları

10. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli 3-21/3- *-F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnaələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmuşdur.

12. ##.##.2025-ci il tarixdə “Elektron Məhkəmə" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “## ###### 1999-cu il tarixli Azərbaycan Respublikası AMEA Geologiya İnstitutunun X7 ümumi iclasının ** saylı protokolunda qeyd olunmuşdur ki, bağ sahibləri tərəfindən bağ sahəsində 5 il ərzində heç bir abadlıq işləri aparılmadığı və üzvlük haqqı ödənilmədiyi üçün bağ sahəsi vətəndaşın adından silinmiş və yeni siyahı tərtib olunmuşdur.Yeni veriləcək üzvülük kitabçalarında ##.##.1989-cu il kiril əlifbası ilə yazılmış Mineral Bağçılığın tərkibində qalanların üzvülük kitabçasının latın əlifbası ilə qeyd olunması da göstərilmişdir. Protokoldan da görünür ki, artıq siyahı yenidən tərtib olunub. Hakim isə bu hissələrə hər hansı bir fikir bildirmədən qərarda qeyd edir ki, siyahının 1-də 80 nəfər, iddiaçının olduğu siyahıda isə üzvlərin sayı 100 nəfərdir. Bu hissədə də hakim düzgün qərar qəbul etməmişdir. Həmçinin bəzən başqa üzvlərin adından silinmiş bağ sahələri başqa şəxslərə verildikdə arxivdə ilk sahibinin adı göstərilir. Bununla da bağlı hakim hər hansı araşdırma aparmadan qərar qəbul edərək göstərir ki, iddiaçının adı arxivdə aşkar olunmamışdır. Lakin iddiaçının əlində bütün sənədlərin əsli mövcuddur. Həmçinin cavabdehin verdiyi imtina əsasında qərar çıxarmağı da düzgün deyildir. Hazırda ekspert rəyi də məhkəməyə təqdim olunmuş və ekspert rəyindən də məlum olur ki, bağ sahəsi X8 ayrıc aktı daxilində yerləşir. Burdan da göründüyü kimi cavabdehin imtinası bu hissədə də aradan qalxır.”

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı İddiaçı istifadəsində olan sahəsi 0,0776 ha olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmə kollegiyası iddia tələbini dəqiqləşmiş məzmunda icraata qəbul etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəndən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2023-cü il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbi “İddiaçı istifadəsində olan sahəsi 1100 kv.m bağ sahəsi Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı torpağa çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş “Mineral” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin adlı siyahısında nəzərdə tutulmamışdır. İddia olunan bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin olmaması ilə yanaşı həmin sahənin bağçılığa aid ərazi daxilində yerləşmədiyi də müəyyən olunmuşdur.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. İddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

25. Cavabdeh orqanın imtina məktubunun və iddia tələbinə dair etirazın məzmunundan görünür ki, cavabdeh qurum hazırki tələbi təmin etməkdən imtinasını aşağıdakı dəlillərlə əsaslandırır: - İdarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması; - göstərilən torpaq sahəsinin 0,0324 ha hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizəsində olması; - göstərilən torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, “Türkan Üzümçülük sovxozunun ərazisində yerləşməsi; - torpaq sahəsinin sənəd üzrə 1100 kv.m qeyd edilsə də faktiki 776 kv.m təşkil etməsi.

26. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, işin faktiki hallarına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun «Mineral» bağçılıq birliyinin ## ###### 1999-cu il tarixli ** saylı protokoldan çıxarışa əsasən iddiaçı İddiaçı ## ###### 1999-cu ildən «Mineral» bağçılıq birliyinə üzvlüyünə qəbul edilmişdir. İş materillarında iddiaçının “Mineral” bağçılıq birliyinin üzvü olmasını təsdiq edən üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surəti də mövcuddur. “Mineral” bağçılıq birliyinin üzvlərinin siyahısında iddiaçı İddiaçı 100 nəfərlik siyahıda 51-ci sırada qeyd olunmuşdur.

27. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı ərazi idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ sahəsinə dair sənəd idarənin arxiv qovluğunda aşkar olunmamışdır.

28. Cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının siyahısı birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin siyahıda iddiaçının adı nəzərdə tutulmamışdır.

29. Lakin «Mineral» bağçılıq birliyinin sədrinin verdiyi ##.##.2006-cı il tarixli b/*** nömrəli arayışdan da görünür ki, İddiaçı ona görə ki, o həqiqətən 14 noyabr, 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun «Mineral» bağçılıq birliyinin üzvüdür. Həmin arayışda qeyd olunmuşdu ki, «Mineral» bağçılıq birliyinin sahəsində *** nömrəli bağ sahəsi 1100 m2 vətəndaş İddiaçı məxsusdur, onun «Mineral» bağçılıq birliyinə heç bir borcu yoxdur. Torpaq mübahisəli deyil və heç bir yüklülüyü (arest) yoxdur, *** nömrəli bağ sahəsinin özəlləşdirilməsinə «Mineral» bağçılıq birliyinin etirazı yoxdur və tutduğu torpaq sahəsi 1100 m2 (bir min yüz kv.m)-dir.

30. İşə baxan birinci istansiya məhkəməsi cavabdehin təqdim etdyi 80 nəfərlik siyahıda iddiaçının adının olmamasına istinad edərək bildirmişdir ki, cavabdeh inzibati orqanın məhkəmə sorğusuna cavab olaraq ##.##.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş “Mineral” bağçılıq yoldaşlıq təsərrüfatının birliyinin 80 nəfərdən ibarət siyahısı Geologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, “Mineral” Bağçılıq birliyinin sədr və Geleogiya İnstitutunun Kadrlar Şöbəsinin imza və möhürü ilə təsdiq edildiyi halda, iddiaçı tərəfindən təqdim edilmiş, özünün adının da əlavə edildiyi siyahı 100 nəfərlik olmaqla yalnız “Mineral” Bağçılıq birliyinin sədrinin imza və möhürü ilə təsdiq edilmişdir.

31. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özüözlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyrimötəbərliyinə dəlalət etmir. Əksinə iş materiallarında olan Azərbaycan MEA Geologiya İnstitutu «Mineral» Bağçılıq Birliyinin ümumi iclasının ## ###### 1999-cu il tarixli ** saylı protokolundan görürünur ki, birliyin iclasının gündəliyində yeni Siyahının tərtib olunması və yeni siyahıda «Mineral» bağçılığın üzvlərindən ictimai işlərdə iştirak etməyən əməkdaşlarının Siyahıya daxil edilməməsi müzakirə olunmuşdur. İclasın yekununda da 1989 - 1990 - cı illərdə «Mineral» bağçılıq birliyi tərəfindən verilmiş üzvlük kitabçalarının öz hüquqi qüvvələrini itirmiş hesab olunması və Sahənin relyefindən asılı olaraq hər bir əməkdaşa 10-12 sot bağ torpaq sahəsinin ayrılması ## #### 1989 - cu ildə kiril əlifbası ilə yazılmış Mineral Bağçılığın tərkibində qalan bütün üzvülərin kitabçaları latın qrafikası ilə çap edilməsi, Mineral Bağçılıq üzvlərinin siyahısı son olaraq dəqiqləşdirilərək bağ torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin hazırlanması üçün Respublika Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə təqdim edilməsi, «Mineral» bağçılıq birliyinin üzvləri 1 ay müddətində öz bağ torpaq ərazilərini hasara alınması .... və F.D.Həsənov «Mineral » bağçılığın sədri seçilməsi qərara alınmışdır. Qeyd edilənlər bağçılığın siyahısının yenidən tərtib olunduğunu göstərir ki, iddiaçının adı 100 nəfərlik siyahıda nəzərdə tutulmuş və iddiaçı da həmin siyahıda 51-ci sıradadır.

32. Nəzərə alınmalıdır ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdehin ## #### 2025 -ci il tarixli məktubu ilə “Mineral” bağçılıqyoldaşlıq təsərrüfatı birliyinin ##.##.1999-cu il tarixli ** saylı protokolunda adı göstərilən şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qeydiyyatdan keçən bağ sahələrinə dair məlumatın və müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Mineral” bağçılıqyoldaşlıq yoldaşlıq təsərrüfatı tərəfindən onun üzvlərinə ayrılmış və qeydiyyatdan keçmiş 003013005850, 003013006053, 003013006317 və ************ reyestr nömrəli torpaq (bağ) sahələrinin ilkin qeydiyyata alındığı müəyyən olunmuşdur.

33. Həmin sənədlərə nəzər yetirdikdən sonra aydın olur ki, iddiaçının təqdim etdiyi Mineral Bağçılıq üzvlərinin 100 nəfərlik siyahısında adları 78, 79 və 81-ci sırada nəzərdə tutulan X2, X1 və X10 (80 nəfərlik siyahıda onların adları yoxdur) mülkiyyət hüquqlarının eyni hüquqmüəyyənedici sənədlər əsasında qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

34. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

35. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

36. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

37. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

38. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 12.2-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

41. İşə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinin tələblərini pozaraq mübahisənin həlli üçün yalnız cavabdeh inzibati orqanın təqdim etdiyi sənədlərlə kifayətlənmişdir.

42. Əksinə işin apellyasiya baxışı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılması üçün müvafiq mötəbər hüquq müəyyənedici sənədləri mövcuddur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır.

43. Məhkəmə kollegiyası cavabdehin “göstərilən torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, “Türkan Üzümçülük sovxozunun ərazisində yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktından da görünür ki, Turkan bağ massivi *** saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.11 ha, faktiki 0.1070 ha mühafizə çıxılandan sonra qalan sahə 0.0776 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Tikili yoxdur. Bağ sahəsi bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Yol tərəfdən yüksək gərginlikli elektrik xətt keçir – 6 kv.

44. Birinci instansiya məhkəməsi də hesab etmişdir ki, məhkəmə sorğusu əsasında “Mineral” Bağçılıq birliyinin ayrıc aktı, ##.##.2024-cü il tarixdə təqdim edilmiş iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi, “Mineral” Bağçılıq birliyinin ayrıc aktı daxilində yerləşən bağ sahələri və Türkan üzümçülük sovxozuna aid torpaq sahələrinin müqayisəli ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçı tərəfindən “Mineral” Bağçılıq birliyinin ayrıdığını iddia etdiyi *** nömrəli bağ sahəsi “Mineral” Bağçılıq birliyinin ayrıc aktından kənarda yerləşir.

45. İddiaçı məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmamış və apellyasiya şikayətində bildirmişdir ki, ona məxsus torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsini ancaq xüsusi bilik tələb edən ekspertlər müəyyən edə bilər. Lakin hakim bu işlə bağlı ekspertiza keçirmədən qərar qəbul etmişdir.

46. Kollegiya iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlilini də nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların daha ətraflı araşdırılması üçün *-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin etmiş və ekspertə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ sahəsinin “Mineral” bağçılıq birliyinin ayrıc aktı daxilində olub-olub olmasının müəyyən olunması tapşırılmışdır.

47. Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə mülki iş materiallarına əlavə edilmiş (səhifə 44) ayrıc aktının texniki parametrləri müqayisə edilərkən müəyyən edilmişdir ki, ərazinin konfiqurasiyası, o cümlədən torpaq sahəsinin koordinatları ilə yerləşmə vəziyyətinin uyğun olması səbəbindən, vətəndaş İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ sahəsinin X7 ayrıc aktının daxilində yerləşir.”

48. Həmçinin yuxarıda qeyd edirlən rəyi tərtib etmiş ekpert məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli məhkəmə iclasına dəvət olunmuş və izahatında bildirmişdir ki, “ bizdə olan mineral-bağçılığın çertyoj-sxemində mübahisəli ərazi göstərilmişdir. Həmin sahə ilə bağlı əmlak komitəsinin ortofoto görüntüləri iş materiallarında mövcuddur. Ortofoto görütüləri hündürdən çəkildiyi üçün mübahisəli sahə mineral-bağçılığa aid sahədən kənarda yerləşirmiş kimi görünsə də, yerində təqdiqat aparılarkən istinad nöqtələri, texniki parametrlər, ərazinin konfiqurasiyası onu deməyə əsəs verir ki, mübahisəli sahə də mineralbağçılıq sahəsinin daxilində yerləşir. Bundan başqa, mineral-bağçılıq sahəsindən torpaqların ayrılması ilə bağlı siyahıda iddiaçının da adı vardır. Mineral-bağçılığın çertyojsxemi əmlak komitəsinin təqdim etdiyi ortofoto görüntülərindən fərqlidir.”

49. Beləliklə, məhkəmə araşdırması nəticəsində İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ sahəsinin X7 ayrıc aktından kənarda yerləşməsi öz təsdiqini tapmamışdır.

50. Məhkəmə kollegiyası cavabdehin “göstərilən torpaq sahəsinin 0,0324 ha hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizəsində olması və torpaq sahəsinin sənəd üzrə 1100 kv.m qeyd edilsə də faktiki 776 kv.m təşkil etməsi” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktından da görünür ki, cavabdehin mütəxəssisləri tərəfindən də etiraf olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan 0.0776 ha mühafizə zolağından kənarda yerləşir. Eyni zamanda iddiaçı da apellyasiya baxışı zamanı iddia tələbi dəqiqləşdirərək iddiaçı İddiaçı istifadəsində olan sahəsi 0,0776 ha olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ torpaq sahəsiüzərində mülkiyyət hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsini tələb edir.

51. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

52. Sözügedən normanın məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətə verilməsində heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu dəlil iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri təqdim etdiyi halda onun mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsindən imtina edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə, iş üzrə aydın oldu ki, iddiaçının iddia etdiyi bağ torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh qurumun verdiyi imtinada göstərdiyi dəlillər əsassız olmuşdur. Digər tərəfdən, iddiaçının iddia etdiyi torpaq sahələri hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahəsinə heç kimin tələbi də yoxdur. Bu faktı təkzib edə biləcək hər hansı sübut cavabdeh qurum tərəfindən məhkəmə araşdırmaları zamanı təqdim olunmamışdır.

55. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

56. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

57. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən *** saylı bağ evinin yerləşdiyi 0,0776 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Cavabdeh publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar