Məhkəmə qərarları › İş №2-1(103)-141/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-141/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-141/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi vərəqədə olan təsdiqlənməmiş azalmanın silinməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının qanuni təmsilçisi Gözəlov İlham İsmayıl oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi vərəqədə olan təsdiqlənməmiş azalmanın silinməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1484/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı təsdiqlənməmiş azalmanın silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şəxsi vərəqədə olan 3420.90 manat təsdiqlənməmiş azalmanın silinməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, şəxsi hesab vərəqədə olan 3215.07 manat təsdiqlənməmiş azalmanın silinməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1484/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan 3215.07 manat təsdiqlənməmiş azalmanın silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1484/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. 2019cu ilin yanvar ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsinə azalmanın səbəbi ödəyici tərəfindən “xxxx” MMC-dən (VÖEN**********) alınmış mallara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsindən ibarətdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş və bəyannamənin 325-ci sətrində büdcədən qaytarılan məbləğ 3420.90 manat göstərilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edərək iddiaçının tələb etdiyi 3420,90 manat təsdiqlənməyən azalmanın artıq azaldıldığını və iddiaçının dövlət büdcəsinə artıq heç bir borcunun olmadığını bildirmişdir. İddiaçının qanuni təmsilçisi Gözəlov İlham İsmayıl oğlu cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu şəxsi hesab vərəqəsi ilə tanış olaraq həqiqətən də hazırki iş üzrə iddia tələbinin artıq cavabdeh tərəfindən təmin olunduğunu bildirmiş və bununla bağlı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “şəxsi vərəqədə olan 3215.07 manat borc məbləğinin (təsdiqlənməmiş azalmanın) silinməsinin cavabdehə həvalə edilməsi” barədədir. Vergi ödəyicisi olan İddiaçı MMC ilə vergi orqanı arasında olan elektron yazışmalardan məlum olur ki, şəxsi hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın silinməsi barədə bir neçə dəfə sonuncuya müraciət edilmiş, lakin iddiaçıya münasibətdə məsələ öz müsbət həllini tapmamışdır. Əsas kimi isə göstərilmişdir ki, "xxxx" MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur. Apellyasiya baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2021-ci il tarixinə olan şəxsi hesab vərəqəsinin surətindən müəyyən olundu ki, şəxsi hesab vərəqəsində 3420,90 manat azaldılan məbləğ kimi göstərilmiş və iddiaçının hazırki dövrə dövlət büdcəsinə hər hansı məbləğdə vergi borcu yoxdur. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən iddiaçının hazırki iş üzrə iddia tələbinin təmin olunduğu və artıq tərəflər arasında mübahisənin olmadığı müəyyən olundu. Azərbaycan espublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar