Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-141/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9 cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: “hüququn məxsus olması arayışın verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 43 Saylı Notariat Kontorunun № 077 Şəhadətnaməsi əsasında xx.xx.2015-ci il tarixli 732 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, yazaraq bildiririk ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı ş. 43 saylı notariat kontoruna İddiaçı tərəıfindən müraciət olunmuşdur. X12mın vəfatı ilə əlaqədar vərəsələrin ərizəsi əsasinda vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 2500,00 kv.m olan çıxarış verməyinizi xahiş edirik.
2. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki:
3. -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X12 arasında bağlanmış Bağ sahəsi və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 17773 nömrəli, 10 aprel 1970-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1969-cu il tarixli 7 nömrəli protokolu sıra №- 67, Türkan qəsəbəsi, 0.25 hektar torpaq sahəsi 754 nömrəli bağ sahəsi X6 icarəsinə verilmişdir.
4. -X6 X11 ünvanladığı xx.xx.1982-ci il tarixli ərizəsində icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir.
5. -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X12 arasında bağlanmış Bağ sahəsi və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 17773 nömrəli, 30 noyabr 1982-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1969cu il tarixli 7 nömrəli protokolu sıra №- 67, Türkan qəsəbəsi, 0.25 hektar torpaq sahəsi 682 nömrəli bağ sahəsi X6 icarəsinə verilmişdir.
6. -Bağ sahəsinin yerləşmə planından görünür ki, 754/682 nömrəli bağ sahəsinin uzunluğu 100,0 m eni 25,0 m, diametri 103,02 m, 3 tərəfi qonşu bağ sahələri (753/681; 755/683; 684/621, bir tərəfi yoldur.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 682 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,25 ha., faktiki 0,25 ha. Bağ sahəsinin sərhədləri şərtidir. Bağ sahəsinin ərazisi mübahisəlidir. Belə ki, bağ sahəsinin ərazisinin çox hissəsi digər fiziki şəxslər tərəfindən mişar və but daşları ilə ayrılaraq istifadə olunur. Həmçinin bağ sahəsinin ərazisində sxematik xəritədə əks olunmayan torpaq yol keçir. Vətəndaş bildirdi ki, digər fiziki şəxslər ona bağın ərazisini hasarlamağa imkan vermirlər. Məsələ ilə bağlı vətəndaş məhkəməyə müraciət edəcəyini bildirdi. Bağ sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə ********** saylı ərizə ilə Polis idarəsindən müraciət daxil olmuşdur.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəsisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, iddia olunan bağ sahəsi keçmiş X8 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən “682” saylı bağın ərazisinə uyğundur. Göstərilən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi “682” saylı bağ sahəsinin faktiki ölçüləri 100x25 metr, sahəsi 2500,0 kv.m. təşkil edir. Vahid elektron kadastr bazasında qeydiyyatdan keçmiş hər hansı sahə ilə üst-üstə düşmə halı mövcud deyildir. “682” saylı bağ sahəsinin 1828,0 kv.m. hissəsi digər şəxslər tərəfindən mişar daşı və but daşları ilə ayrılmış ümumi ərazi daxilindədir. Yerdə qalan 672,0 kv.m. sahə isə həmin əraziyə bitişik boş sahədə yerləşir və içərisindən sxematik xəritədə əks olunmayan torpaq yol keçməkdədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, bildiririk ki, öncəki müraciətlər zamanı 682 saylı bağ sahəsinin naturada yerləşməli olduğu sahənin mərz nöqtələrinin müəyyən olunmasına baxmayaraq mövcud vəziyyətdə sahə şərti olaraq göstərilir. Həmin sahə faktiki olaraq digər fiziki şəxslərin hasarladığı sahələr və torpaq yol ilə üst-üstə düşür. Şərti olaraq göstərilən 2500,0 kv.m bağ sahəsinin yerləşmə (x,y) koordinatlari əlavə olunur:
1. X- 436006.1900, Y- 4467502.6700
2. X- 436104.7237, Y- 4467519.7319
3. X- 436100.4582, Y- 4467544.3653
4. X- 436001.9245, Y- 4467527.3034
9. Göstərilən şərti torpaq sahəsi faktiki olaraq 2500 kv.m (100.0m x 25.0m) təşkil edir. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Sözügedən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən dövlət qeydiyyatına alınmadığı üçün əlavə məlumatların verilməsi mümkün olmamışdır. Torpaq sahəsinə texniki baxış zamanı verilmiş şifahi məlumata əsasən bağ sahəsinin 1828.0 kv.m hissəsi X9 tərəfindən mişar və but daşları ilə hasarlanmış ümumi ərazi daxiliə düşür. Sahədə natamam həyət tikilisinin bir hissəsi yerləşir. Bağ sahəsinin qalan 672.0 kv.m hissəsindən sxematik xəritədə əks olunmayan torpaq yol keçir və qalan torpaq sahəsi isə şərti olaraq özünü təqdim edən X13 iddia edir (sahədə sanitar qovşağının bir hissəsi yerləşir). Texniki baxış zamanı X3 nümayəndəsi tərəfindən 730 saylı bağa dair 17544 saylı müqavilənin sürəti təqdim olunsa da (0.25 ha), lakin təqdim edilmiş müqavilənin sözügedən mübahisəli əraziyə aidiyyəti yoxdur. X13 tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində müqavilə əsasında ayrılmış 754 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubunda bildirilmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 682 saylı bağ sahəsinin qonşu nömrələri **********08 reyestr nömrəli 683a saylı, **********27 reyestr nömrəli 620a saylı bağlardır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş ortofotonun surətindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin qonşuğunda 683a, 620a, 621a və 743 saylı bağ sahələrinin yerləşdiyi görünür.
12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********59 nömrəli və xx.xx.2024-cü il tarixli, **********67 nömrəli məktublarında bildirilmişdir ki, müaciətdə qeyd olunan yol sxematik xəritədə əks olunmadığından və faktiki həmin torpaq yolun dəqiq sərhədləri olmadığından sahəsini dəqiq hesablamaq mümkün olmamışdır. Bu səbəbdən sualların cavablandırılması tərəfimizdən mümkün olmamışdır.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 682 saylı bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsinin ərazisidə sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Həmçinin bildiririk ki, sözügedən ünvanla bağlı ünvan 2uni qüvvəyə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Bağlar İdarəsi ilə xx.xx.1982-ci il tarixli, 17773 saylı müqavilə ilə sahəsi 0,25 ha olan, 682 saylı bağ sahəsinin vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı yeganə vərəsə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və planölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivində yerləşən bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə məhrum nənəsi X12 arasında bağlanılmış 17773 nömrəli, xx.xx.1982-ci il tarixli Müqavilə əsasında sahəsi 0.25 ha olan 682 saylı bağ sahəsi ona verilmişdir. Əvvəllər həmin torpaq sahəsində qohumları tərəfindən əkin işləri aparılmışdır. 1999-cu ildə nənəsinin vəfatından sonra anası Gövhər İbrahimova, ondan sonra isə iddiaçı yeganə vərəsə olmuşdur. Həmin bağ sahəsi ilə bağlı torpaq vergisini də Türkan Bələdiyyəsinə ödənilmişdir. Tərəfindən mərhum nənəsi X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 43 saylı notariat kontoruna müraciət olunmuş və müvafiq olaraq vərəsəlik işi açılmışdır. (Vərəsəlik Şəhadətnaməsi № 077) Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 732 saylı, 03 avqust 2018-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 2500.00 kv.m olan torpaq sahəsinə çıxarış verilməsi barədə də məktub təqdim edilmişdir. Həmin müraciətə cavab olaraq xx.xx.2020-ci il tarixli **********41 saylı məktubla və mərkəzçəkmə və hasarlama aparılmayan bağ sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən istifadə edilməsini və sözügedən ünvanla bağlı Xəzər rayon Məhkəməsində mülki iş icraatda olması və yekun qətnamə cavabdehə daxil olmamasını əsas gətirərək ərizənin icrasının tərəflərindən mümkün olmamasını qeyd etmişlər. Həmçinin həmin məktubda göstərilmişdir ki, torpaq sahəsinin hasarlanması zəruridir. Bir daha təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 26 fevral 2021-ci il tarixli məktubla müraciət edərək bildirilmişdir ki, əvvəlki müraciətlərə verilmiş imtina məktublarını əsassız və qanuna zidd hesab edirik və məktubda qeyd edilən Xəzər rayon məhkəməsinin qətnaməsini də müraciətə əlavə edərək bildiririlmişdir ki, predmet üzrə qətnamə qəbul edilməmiş və qətnamənin mahiyyətindən o məlum olur ki, ilkin olaraq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəın sənəd bilavasitə çıxarış əldə edilməlidir və bundan sonra hazırkı iddianın predmeti ilə məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən yuxarıda qeyd edilən əsaslara əsasən yeganə vərəsə kimi və vərəsəlik şəhadətnaməsinə istinad edərək qeyd edilən torpaq sahəsinin idiaçının adına dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi xahiş edilmişdir. Qeyd edilən müraciətə xx.xx.2021-ci il tarixli, **********96 saylı məktubla 1 saylı Ərazi İdarəsi müraciətə eyni əsaslarla imtina edilmişdir. İmtina formal əsaslara söykəndiyindən əsassızdır. Belə ki, iddiaçıya torpaq sahəsi tam qanuni əsaslarla ayrılmışdır. Cavabdeh inzibati orqana surət kimi təqdim edilmiş sənədlərin əsli iddiaçıda vardır. Cavabdeh inzibati orqanın inzibati icraat üzrə inzibati araşdırma aparmaq öhdəliyi nəzərdə tutulsa da, cavabdeh inzibati orqan olaraq tərəfindən hər hansı araşdırma aparılmamış, habelə torpaq sahəsinə baxış keçirilməsi üçün zəruri tədbirlər görülməmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6815/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Bağlar İdarəsi ilə xx.xx.1982-ci il tarixli, 17773 saylı müqavilə ilə sahəsi 0.25 ha olan, 682 saylı bağ sahəsinin mərhum X10 məxsus olması haqqında arayışın və həmin arayış əsasında vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı mərhumun yeganə vərəsəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və planölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6815/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Bağlar İdarəsi ilə xx.xx.1982-ci il tarixli, 17773 saylı müqavilə ilə sahəsi 0.25 ha olan, 682 saylı bağ sahəsinin mərhum X10 məxsus olması haqqında arayışın və plan-ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
18. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, bağ sahəsinin İddiaçı adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün **********32 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubunda da göstərildiyi kimi mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsinin ərazisində sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Xəzər Rayon Məhkəməsinin 2(003)-2245/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməmişdir. Həmçinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən, bağ sahəsinin ərazisinin çox hissəsi digər fiziki şəxslər tərəfindən mişar və but daşları ilə ayrılaraq istifadə olunur, İddiaçı tərəfindən qeyd olunmuşdur ki, digər fiziki şəxslər ona bağın ərazisini hasarlamağa imkan vermir və qeyd olunan faktla bağlı tərəfindən məhkəməyə müraciət olunacaqdır. Beləliklə, iş üzrə qeyd olunan faktiki hallardan da göründüyü kimi, bağ sahəsinin ərazisi mübahisəlidir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********96 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6815/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
20. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2 1(112)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 17773 saylı müqaviləyə əsasən 25 sot torpaq sahəsindən keçən avtomobil yolunu çıxmaqla yerdə qalan torpaq sahəsinə mülkiyyət hüququnun X10 məxsus olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 682 nömrəli bağ sahəsinə dair hüququnun X10 məxsus olması barədə arayışın verilməsi ilə bağlı hazırkı iddia icraatında isə naturada göstərilən bağ sahəsinin X6 olduğu müəyyən olunmaqla yanaşı X3 həmin torpaqla bağlı hüquqmüəyyənedici sənədinin olmadığı və ya istinad etdiyi icarə müqaviləsinin həmin sahəyə aid olmadığı təsdiq olunur.
23. Bundan əlavə iddia olunan 0.25 ha torpaq sahəsinin bir hissəsindən istifadə edən X13 adlı şəxsin (mütəxəsəsis baxışı zamanı özünün təqdim edən şəxs) də iddia olunan sahə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə sahib olmadığı müəyyən olunmuşdur.
24. Beləliklə, Türkan bağ masivində 682 nömrəli bağ sahəsinə dair mərhum X6 adına icarə müqaviləsinin mövcud olduğu, İddiaçı sonuncunun vərəsəsi kimi tanındığı, həmin torpaq sahəsinin naturada yerləşdiyi vəziyyətinin sxematik xəritədə bağların yerləşmə ardıcılığına uyğun olduğu, sahənin bilavasitə 682 nömrəli bağ sahəsi olduğu, həmin torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınmadığı halda cavabdehin yalnız bağ sahəsinin digər fiziki şəxslərin faktiki istifadə etmələrinə istinad edib bağ sahəsinin qeydiyyatının aparılmasından imtinası qanuni və əsaslı hesab edilə bilməz.
25. Məhkəmə bu nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, hüquqmüəyyənedici sənədi olmadan digər şəxslər tərəfindən bağ torpaq sahəsindən faktiki istifadə torpaq sahəsinə üçüncü şəxslərin bilavasitə hüququnu yaratmır və yaxud iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatına dair tələb etmə hüququnu aradan qaldırmır. Nəzərə alınsa ki, iddiaçının iddia etdiyi bağ sahəsi digər şəxslər tərəfindən istifadə edilir, həmin bağ sahəsinə mülkiyyət hüququnun üçüncü şəxslərdən müdafiəsi üçün torpaq sahəsinin hüquqi qeydiyyatı tələb olunur ki, bu halda iddiaçı vərəsə kimi yuxarıda qeyd edilən hüquqi sənədlərə əsasən bağ sahəsinə mərhumun hüququnun müəyyən edilərək bu barədə arayışın cavabdehdən verilməsini tələb etməkdə haqlıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-92/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsinin ərazisində sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən istifadə olunmasına münasibət bildirilməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun
8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.-11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənsənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncamvermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
37. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 682 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. İddiaçı sözügedən bağ torpaq sahəsinin mərhum nənəsi X10 bağlar idarəsi ilə bağlanmış 30 noyabr 1982-ci il tarixli, 17773 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verildiyini, X12 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün cavabdehə müraciət etdiyini bildirir.
38. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: -Mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir. -Bağ sahəsinin ərazisidə sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur.
39. Həmçinin, apellyasiya şikayətinin dəlilləri də onunla əsaslandırılmışdır ki, mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsinin ərazisində sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən istifadə olunmasına münasibət bildirilməmişdir.
40. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
41. İşin hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X12 arasında bağlanmış 17773 nömrəli, 10 aprel 1970-ci il tarixli müqaviləyə əsasən Türkan qəsəbəsi, 0.25 hektar torpaq sahəsi 754 nömrəli bağ sahəsi X6 icarəsinə verilmiş, daha sonra X6 ərizəsi əsasında həmin torpaq sahəsinə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı 17773 nömrəli, 30 noyabr 1982-ci il tarixli müqavilə bağlanılmışdır.
42. İlkin müqavilədə bağ sahəsinin nömrəsi 754, sonrakı müqavilədə bağ sahəsinin nömrəsi 682 kimi qeydiyyata alınmışdır. Sözügedən hər iki icarə müqaviləsinin nüsxəsi cavabdehin arxivində saxlanılır və həmin müqavilələrdə tərəflərin-bağlar idarəsinin direktorunun imzası və icarəçinin imzasının olduğu görünür.
43. Bundan əlavə arxiv qovluğunda sözügedən müqaviləyə əlavə olunan digər sənədlər- X12 tərəfindən bağ sahəsinə dair müqavilənin müddətinin uzadılması ilə bağlı xx.xx.1982-ci il tarixli bağlar idarəsi rəhbərliyinə ünvanladığı müraciət ərizəsi, müqavilə ilə icarəyə verilmiş bağ sahəsinin inventarlaşdırma aktı, bağ sahəsinin yerləşmə sxemi (plan) kimi sənədlər mövcuddur. Bağ sahəsinin yerləşmə sxemində bağın nömrəsi 754/682, uzunluğu 100, eni 25 m olmaqla ümumilikdə 2500 kv.m olaraq X6 istifadəsinə verildiyi müəyyən olunur.
44. Bundan əlavə bağ sahəsinin faktiki yerləşmə vəziyyətinə gəlincə arxiv sənədlərində bağ sahəsinin yerləşmə planında 3 tərəfdən ən yaxın məsafədə qonşu 753/681; 755/683; 684/621 nömrəli bağlar olduğu, bir tərəfinin isə yol olduğu, Türkan Bağ massivinə dair bağların sxematik xəritəsində 682 nömrəli bağ sahəsinin olduğu, onunla paralel sırada 620, 621, 623... və 743, 744, 745.. bağ sahələrinin yerləşdiyi əks olunmuşdur.
45. Eyni zamanda məhkəməyə təqdim edilmiş naturada göstərilən bağ sahəsinin ortofoto görüntüsündə iddiaçı tərəfindən 682 nömrəli bağ sahəsi kimi iddia olunan bağ sahəsinin qonşuluğunda 620a, 621a, 683a və 743 nömrəli bağ sahələrinin olduğu müşahidə olunur. Başqa sözlə, faktiki bağ sahəsinin qonşu bağ nömrələrinə nisbətdə bağların yerləşmə ardıcıllığına uyğun gəldiyi müəyyən olunur.
46. Cavabdeh özü də məhkəmə sorğusuna cavab olaraq iddia olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən 682 saylı bağın ərazisinə uyğun gəldiyini qeyd etmişdir.
47. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehin mütəxəsissləri tərəfindən keçirilən yerli müayinə zamanı iddia olunan bağ sahəsinin yerləşmə koordinatları müəyyən olunmuş, faktiki ölçüsünün 100x25 metr olmaqla 2500 kv.m olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunur ki, həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və yaxud hər hansı şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmür.
48. Lakin müəyyən olunmuşdur ki, sözügedən bağ sahəsi digər şəxslərin faktiki istifadəsindədir. Belə ki, cavabdehin mütəxəssisləri tərəfindən yerli müayinə zamanı 2500 kv.m torpaq sahəsinin 1828.0 kv.m hissəsi X9 tərəfindən mişar və but daşları ilə hasarlandığı, həmin hissədə natamam həyət tikilisinin bir hissəsinin yerləşdiyi, bağ sahəsinin qalan hissəsinə X13 adlanan şəxsin iddia etdiyi, həmin sahədə isə sanitar qovşağının bir hissəsinin yerləşdiyi aşkar olunmuşdur.
49. Qeyd edilməlidir ki, cavabdehin də bildirdiyi kimi iddia olunan torpaq sahəsi 682 nömrəli bağ sahəsinin ərazisinə uyğundur.
50. Hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X9 istifadə etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində məhkəməyə 730 nömrəli bağ sahəsinə dair 17544 nömrəli xx.xx.1981-ci il tarixli S.H.Abasağayevanın adına bağlanmış bağın icarəyə verilməsinə dair müqaviləni təqdim etmişdir. Təqdim edilmiş müqavilə ilə icarəyə verilmiş 730 nömrəli bağ sahəsinin X5 aid olduğu müəyyən olunmadığı kimi, eyni zamanda sxematik xəritə ilə bağların yerləşmə ardıcıllığı ilə naturada göstərilən mübahisəli sahənin 730 nömrəli sahəyə uyğun gəldiyi də müəyyən olunmur. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə nəticəsində də 730 saylı bağa dair 17544 saylı müqavilənin sözügedən mübahisəli əraziyə aidiyyəti olmadığı bilavasitə qeyd edilmişdir.
51. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2245/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən vərəsəlik qaydasında ona məxsus sahəsi 0.25 ha olan 682 saylı bağ sahəsindən cavabdeh X3 çıxarılaraq həmin torpaq sahəsinin ona geri qaytarılması həmin torpaq sahəsindən hər hansı formada istifadənin cavabdeh X5 qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Məhkəmənin adıçəkilən qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “(...) sözügedən sahəyə dair İddiaçı ilə icarə müqaviləsi bağlanılmamış, icarə müqaviləsi bağlanılmış şəxs isə 1999cu ildə ölmüşdür. İddiaçı yalnız bağ sahəsinin ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırkı tələb ilə iddia irəli edə bilərdi.”
53. Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia etdiyi 682 nömrəli bağ sahəsindən faktiki istifadəyə X9 tərəfindən mane yaradılmış, lakin iddiaçının 682 nömrəli bağ sahəsinə dair hüququnu təsdiq edən sənəd-mərhum X6 vərəsəsi olaraq həmin bağ sahəsinə dair vərəsəlik şəhadətnaməsi, mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış təqdim edilmədiyindən həmin bağ sahəsindən çıxarılma ilə bağlı iddia tələbi subyektiv hüququnun olmaması əsası ilə təmin edilməmişdir.
54. Başqa sözlə, qətnamə ilə iddia olunan torpaq sahəsinə X3 hüququnun mövcud olduğu əsası ilə deyil, həmin sahəyə dair İddiaçı hüququnu bilavasitə təsdiq edən sənədin olmaması əsası ilə qiymətləndirmə aparılaraq iddia tələbi təmin edilməmişdir.
55. 682 nömrəli bağ sahəsinə dair hüququnun X10 məxsus olması barədə arayışın verilməsi ilə bağlı hazırkı iddia icraatında isə naturada göstərilən bağ sahəsinin X6 olduğu müəyyən olunmaqla yanaşı X3 həmin torpaqla bağlı hüquqmüəyyənedici sənədinin olmadığı və ya istinad etdiyi icarə müqaviləsinin həmin sahəyə aid olmadığı təsdiq olunur.
56. Bundan əlavə iddia olunan 0.25 ha torpaq sahəsinin bir hissəsindən istifadə edən X13 adlı şəxsin (mütəxəsəsis baxışı zamanı özünün təqdim edən şəxs) də iddia olunan sahə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə sahib olmadığı müəyyən olunmuşdur.
57. Beləliklə, Türkan bağ masivində 682 nömrəli bağ sahəsinə dair mərhum X6 adına icarə müqaviləsinin mövcud olduğu, İddiaçı sonuncunun vərəsəsi kimi tanındığı, həmin torpaq sahəsinin naturada yerləşdiyi vəziyyətinin sxematik xəritədə bağların yerləşmə ardıcılığına uyğun olduğu, sahənin bilavasitə 682 nömrəli bağ sahəsi olduğu, həmin torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınmadığı halda cavabdehin yalnız bağ sahəsinin digər fiziki şəxslərin faktiki istifadə etmələrinə istinad edib bağ sahəsinin qeydiyyatının aparılmasından imtinası qanuni və əsaslı hesab edilə bilməz.
58. Məhkəmə bu nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, hüquqmüəyyənedici sənədi olmadan digər şəxslər tərəfindən bağ torpaq sahəsindən faktiki istifadə torpaq sahəsinə üçüncü şəxslərin bilavasitə hüququnu yaratmır və yaxud iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatına dair tələb etmə hüququnu aradan qaldırmır. Nəzərə alınsa ki, iddiaçının iddia etdiyi bağ sahəsi digər şəxslər tərəfindən istifadə edilir, həmin bağ sahəsinə mülkiyyət hüququnun üçüncü şəxslərdən müdafiəsi üçün torpaq sahəsinin hüquqi qeydiyyatı tələb olunur ki, bu halda iddiaçı vərəsə kimi yuxarıda qeyd edilən hüquqi sənədlərə əsasən bağ sahəsinə mərhumun hüququnun müəyyən edilərək bu barədə arayışın cavabdehdən verilməsini tələb etməkdə haqlıdır.
59. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş ərazinin ortofoto görüntüsündə iddia olunan 682 nömrəli bağ sahəsinin daxilində əsas yola birləşən qonşu sahələrə gedən torpaq yolun keçdiyi müşahidə olunur.
60. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, bağ sahəsinin ərazisində sxematik xəritədə öz əksini tapmayan yolun mövcud olması hüququn qeydiyyatına mane deyildir. Nəzərə alınmalıdır ki, bağların sxematik xəritəsinin tərtib edildiyi vaxtdan hazırkı tarixədək keçən müddət ərzində faktiki istifadə nəticəsində həmin ərazinin torpaq örtüyündə müəyyən dəyişikliyin olması, yeni məhlədaxili (və ya bağlararası) yolun salınması mümkündür.
61. Beləliklə, məhkəmə hazırkı halda həmin sahədən torpaq yolun keçdiyini və həmin yolun əsas yoldan bağlararası əraziyə uzanan, qonşu sahələrə gedən ümumi istifadədə olan torpaq yolu olduğunu nəzərə alaraq hesab edir ki, iddia olunan 682 nömrəli bağ sahəsinin daxilindən keçən faktiki torpaq yolun sahəsi ölçülərək ümumi sahədən çıxılmaqla qalan hissəyə (hissələrə) dair mərhum X6 adına mülkiyyət hüququnun məxsusluğuna dair arayış verilməlidir.
62. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(103)-2518/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texnik ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 04 iyul 2025ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli, 10/2909 saylı Rəyi daxil olmuşdur.
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli, 10/2909 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-15807/2025 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaq sahəsinin (bağ sahəsinin) yeri və koordinatları naturada müəyyən olundu. Qeyd olunan 682 saylı bağ sahəsinin ölçüsü 100.0 x25.0 metr, sahəsi isə 0.25 ha təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-15807/2025 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddia olunan sahə bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən 682 saylı bağın ərazisinə uyğundur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-15807/2025 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bağ sahəsinin 0.1813 ha hissəsi digər fiziki şəxs tərəfindən (bundan öncəki məhkəmə baxışı zamanı X1 təqdim edilən şəxs) mişar daşı ilə hasarlandıq.(təqribi h=2.8m) ümumi ərazi daxilində yerləşir, sahə faktiki bostan kimi istifadə edilir. Bağ sahəsinin qalan 0.0687 ha hissəsinin daxilindən bağların bölgüsünə dair sxematik xəritədə əks olunmayan torpaq yol keçir və qalan torpaq sahəsinə isə digər fiziki şəxs (bundan öncəki məhkəmə baxışı zamanı X2 təqdim edilən şəxs) iddia edir (sahədə sanitar qovşağının bir hissəsi yerləşir).
64. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirir (İPM-in 1.2ci maddəsi və MPM-in 88-ci maddəsi) və qeyd edir ki, göründüyü kimi, ekspert rəyində gəlinən nəticə işin yuxarıda hüquqi qiymət verilmiş hallarına uyğundur.Beləliklə, iş üzrə iddianın təmin edilməsini istisna edən hallar mövcud deyildir.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
66. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.