Məhkəmə qərarları › İş №2-1(103)-1410/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1410/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1410/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, 3-cü şəxslər X6 nümayəndəsi və vəkili X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «borclu X4 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına ümumi paylı mülkiyyət hüququ üzrə həmin mənzilin 1/6 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbi barədə iddiası üzrə inzibati işə üçüncü şəxs qismində Yasamal rayon İcra və probasiya şöbəsi, X9 və X3 cəlb edilməklə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8424/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxslər X9 və X3 və cavabdeh tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq borclu X4 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına ümumi paylı mülkiyyət hüququ üzrə həmin mənzilin 1/6 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8424/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh İdarə qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin qərardan narazı qalan üçüncü şəxslər X9 və X3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İdarənin şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinə müraciət etmiş və Komitə müraciəti aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərmişdir.Bununla əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8- ci maddəsi ilə müəyyən olunmuşdur. Borclunun mülkiyyətində olan daşınmaz əmlakın tələbkara təklif edilməsi ilə bağlı icra məmurunun qərarı hüquqların qeydiyyatı üçün əsasların müəyyən edildiyi adıçəkilən maddədə nəzərdə tutulmamışdır. Üçüncü şəxs X5 şikayəti onunla əsaslandırılmışdır ki, borclu tərəf kimi icra məmurunun borcun əmlakın 1/6 hissəsinə (təxminən 2 kv.m sahədir) yönəldilməsinə dair qərarı qərəzli olmuşdur. Beləki, borclu tərəfindən icra sənədində göstərilən məbləğdən hər ay 500-1000-1200 manat poçt vasitəsilə ödənişlər edilmiş, lakin tələbkar tərəf qəsdən ödənişləri qəbul etməmiş, eyni zamanda nə icra məmuru, nədə borclu göstərmiş olduğu tələb və təkidlərə baxmayaraq borcun ödənilməsi üçün tələbkardan bank hesabı ala bilməmişlər. Bu hal bir daha təsdiq edir ki, tələbkar, yəni hazırkı iş üzrə iddiaçı borcu qəbul etmir, məqsədi əmlakın 1/6 hissəsini mülkiyyətinə keçirməkdir, beləliklə həm icra məmurunun, həm də tələbkarın hərəkətləri birbaşa hüquqdan sui-istifadədir və bu cür əsassız qərarları ilə 3-cü şəxsin mülkiyyət hüquqlarını pozmaqdadırlar Üçüncü şəxs X1 şikayəti onunla əsaslandırılmışdır ki,1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur və iddiaçı qanunvericlikdə nəzərdə tutulduğu qaydada rəsmi müraciət etməmişdir və Milli Məclisin İnsan Hüquqları Komitəsinə ünvanladığı ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yönəldilmişdir . İddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmamışdır . Məhkmə iclasında iştirak edən X5 vəkili və nümayəndəsi M.Süleymanov şikayətinə uyğun izahat verərək , birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkmə iclasında iştirak edən 3-cü şəxs X3 şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştriak etmir və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh və 3-cü şəxslər X9 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 3-cü şəxslərin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materallarından məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzili üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4808/2011 saylı, xx.xx.2011-ci tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bu da daşınmaz əmlakın özgəninkiləşdirilməsini qadağan edən haldır. Həmçinin, iş materallarından o da məlumdur ki, Yasamal rayon məhkəməsinin «2(004)- 345/2021» saylı ,23 avqust 2021-ci il tarixli qətnaməsi ilə X5 adına reyestrdə qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə, 13b nömrəli evin 1 nömrəli mənzilin ikidə bir hissəsinə X1, qalan ikidə bir hissəsinə isə X5 mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli xx.xx.2018-ci il tarxili məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın Bakı şəhəri, Yasamal rayonu, E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilin 1/6 hissəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına bu haqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon İcra şöbəsi tərəfindən İ.Rzayevaya ünvanlanmış məktubdan görünür ki, Bakı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018-ci il saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc məbləği 19214,25 ( on doqquz min iki yüz dörd min, iyirmi beş qəpik) manat tərəfinizdən tələbkar İddiaçı ödənilməsi üçün Bakı şəhər Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya qeyd edir ki, sözügedən əmlakın üzərində məhdudiyyətin, həbsin olması , həmçinin məhkəmənin icra üsulunun dəyişdirilməsi barədə qərardadın olmadığı halda icra məmuru əmlakın 1/6 hissəsini tələbkara təklif etməklə qanunun tələblərini pozmuşdur . Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edərək bildirir ki, icra məmuru mənzilin mübahisəli olması və məhkəmədə mənzillə bağlı mübahisəyə baxılmasını nəzərə almamış , qanunun tələblərinə riayət etmədən üzərinə məhdudiyyət qoyulmuş əmlakın 1/6 hissəsini digər tərəfə təklif etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs F.Rzayev və 3-cü şəxs İ.Rzayevanın nümayəndə və vəkili M.Süleymanov öz izahatlarında bildirmişdirlər ki, borclu tərəfindən icra sənədində göstərilən məbləğdən hər ay 500-1000-1200 manat poçt vasitəsilə ödənişlər edilmiş, lakin tələbkar tərəf qəsdən ödənişləri qəbul etməmiş, eyni zamanda nə icra məmuru, nədə borclu göstərmiş olduğu tələb və təkidlərə baxmayaraq borcun ödənilməsi üçün tələbkardan bank hesabı ala bilməmişlər. Bu hal bir daha təsdiq edir ki, tələbkar, yəni hazırkı iş üzrə iddiaçı borcu qəbul etmir, məqsədi əmlakın 1/6 hissəsini mülkiyyətinə keçirməkdir, beləliklə həm icra məmurunun, həm də tələbkarın hərəkətləri birbaşa hüquqdan sui- istifadədir və bu cür əsassız qərarları ilə bizim mülkiyyət hüquqlarımızı pozmaqdadırlar. Araşdırma nəticəsində məlum olmuşdur ki, icra sənədində tələbkara pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur və icra sənədinin icra üsulu məhkəmə tərəfindən dəyişdirilməmişdir . "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Məhkəmə kollgiyası bildirir ki, yuxarıda sadalanan əsaslar arasında icra məmurunun borcun əmlaka yönəldilməsi əsası göstərilməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi tamamilə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin məhkəmə tərəfindən qəbul olunmuş 22 dekabr 2021 -ci il tarixli, 2- 1(112)-8424/2021 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Üçüncü şəxslər X9 və X3 tərəfindən verilmiş şikayətlər təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8424/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar