Məhkəmə qərarları › İş №2-1(103)-1411/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1411/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1411/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10709/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh icra məmuru və rəisinin “Azsığorta" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC bankında saxlanılan 1.250.000 manat məbləğində pul vəsaitinin köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır. “...Cavabdeh icra məmuru və rəisi İddiaçı ASC-yə məlumat vermədən "xxxx" QSCyə göndərdiyi xx.xx.2023-cü il tarixli inkasso sərəncamına əsasən xx.xx.2023-cü il tarixində “AZSİĞORTA" ASC-nin mülkiyyətində olan 1.2500.000 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. İddiaçı hesab edir ki, Bakı şəhəri, Binəqədi rayon İcra şöbəsinin icra məmuru və rəisinin hərəkətləri qanunsuzdur. Belə ki, xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsində ünvan 1 ünvanında yerləşən Ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.metr sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cü il tarixində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.metr sahənin bir hissəsinə qismən zərər dəymişdir. Sığorta hadisəsinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrində qeydiyyata alınan "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli 0339 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus tikinti və inşaat materialları bazarının, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, yəni özbaşına tikinti olmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 35.3.4-cü maddəsinə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) əsasən "xxxx"MMC-yə dəymiş zərər hesablanılmayaraq sığorta ödənişi verilməmişdir. O cümlədən xx.xx.2020-ci tarixdə və xx.xx.2023-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə "Azsığorta” ASC tərəfindən Cavabdeh sorğularına cavab verilərək göstərilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti "xxxx" ASC-də olmamış, hər hansı öhdəliyi yaranmamışdır. “İcra haqqında” AR Qanununun 57.1- ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Lakin Binəqədi rayon İcra Şöbəsinin qanunsuz hərəkətlərinə əsasən mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olmayan 1 250 000 (bir milyon iki yüz əlli min) manat pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Ümumiyyətlə, "xxxx" ASC dəymiş zərərlə bağlı sığorta kompensasiyasını hesablamamış və bununla bağlı hər hansı pul vəsaitini bank hesablarında saxlamamışdır (ödəniş tapşırığı verməmişdir). BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləği, hazırkı situasiyada "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti deyil. Belə ki, “İcbari sığortalar haqqında” AR Qanunun 9.1- ci maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir; 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı ... faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir; 21.1-ci maddəsinə əsasən ... sığortaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş imtinanın ümumi əsasları ilə yanaşı sığorta ödənişinin verilməsindən imtina edə bilər. "Azsığorta” ASC də bu hüquqlardan istifadə edərək "xxxx" MMC-yə sığorta ödənişinin verilməsindən imtina etmişdir. MMC isə bu faktı səlahiyyətli orqan və ya məhkəmə vasitəsilə mübahisələndirməmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla Cavabdehnə bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti "xxxx" ASC-də olmamış və hər hansı öhdəliyi yaranmamışdır. Lakin Binəqədi rayon İcra Şöbəsi yuxarıda sadalanan hallara nəzər yetirmədən, BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləğini yanlış olaraq "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan “pul vəsaiti”, yəni əmlakı kimi qəbul etmişdir. Hətta icra məmuru və məhkəmə sığorta şəhadətnaməsində qeyd olunan və ümumiyyətlə "xxxx" ASC-nin öhdəliyində qalmayan 49 500 manat azadolma məbləğini də "xxxx" MMC-nin pul vəsaiti kimi qəbul etmişdir. Həmçinin vurğulanmalıdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra vərəqində borclu kimi "xxxx" ASC göstərilməmişdir. Lakin Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" QSC-yə göndərilən xx.xx.2023-cü il tarixli inkasso sərəncamında "xxxx" ASC-nin mülkiyyətində olan pul vəsaitləri götürülmüşdür. Göründüyü kimi, "xxxx" ASC-dən 1 250 000 (bir milyon iki yüz əllimin) manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə qərardadı olmadığı halda, Cavabdeh bu pul vəsaitini "xxxx" QSC-dən (Bankdan) köçürülməsinə nail olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10709/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Cavabdeh icra məmuru və rəisinin qanunsuz hərəkətlərindən sözügedən maddəyə istinad edilərək inzibati məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi maddi hüquq norması iddiaçı tərəfindən düzgün tətbiq olunmuş, lakin məhkəmə həmin maddəni nəzərə almayaraq iddianı mümkün hesab etməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izzahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddianın inzibati məhkəmə icraatı mümkün sayılmış olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə,iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. İPM-in 1.1-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti, inzibati hüquq münasibətlərindən yaranması təşkil etməlidir. Konkret halda isə iddia olunan məsələnin inzibati hüquq münasibətlərindən irəli gəldiyi müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-184/2021 №-li xx.xx.2021-ci il tarixli icra vərəqinə əsasən zərərçəkmişlər X1 və qeyrilərinin xeyrinə mülki cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı iddia tələbləri təmin olunaraq "xxxx" MMC-dən və qeyrilərindən müştərək qaydada aşağıdakı pul məbləğləriin tutulub zərərçəkmişlərə ödənilməlidir: -391 891 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -389 974,00 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -135.800 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -193 465 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -193 909 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -324 866 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -115 083 manat maddi ziyan və 15 manat dövlət rüsumu; -107 804,48 manat maddi ziyan və 15 manat dövlət rüsumu. Göründüyü kimi, cavabdeh icra qurumu tərəfindən ümumi məhkəmənin, o cümlədən, Binəqədi Rayon Məhkəməsinin icra sənədinə əsasən mülki cavabdehlərdən qeyd olunan maddi ziyan məbləğlərini və dövlət rusumunu tutularaq zərərçəkmiş şəxslərə ödənilməsi təmin olunmalıdır. Lakin iddiaçı tərəfindən barəsində şikayət edilən məsələ, yəni, cavabdeh İcra şöbəsinin icra məmurunun “Azsığorta" ASC-nin bankda saxlanılan 1.250.000 manat məbləğində pul vəsaitinin köçürülməsinə dair hərəkətlərinin qanunsuz olub-olmadığı məsələsi icra sənədini verən məhkəməyə aid olduğu halda, həmin məsələni inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Halbuki, ən azından, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Digər tərəfdən, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» İcra qaununvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, qanunvericiliklə icra sənədinin icra edilməsinə nəzarət icra sənədini icra edən icra qurumunun rəhbəri və həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, «icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) icra məmurunun qanunsuz hərəkətlərindən irəli gələn məsələlər icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Ümumiyyətlə, qeyd edilməlir ki, icra sənədinin icrası zamanı icra məmurunun həyata keçirdiyi icra hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası həmin icraat çərçivəsində tərəflərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul edilir. İddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, cavabdeh icra orqanı icradan kənara çıxaraq icraat iştirakçısı olmayan kənar şəxs kimi, onun hüquqlarını pozmuş ona məxsus pul vəsaiti icra şöbəsinin inkasso sərəncamı əsasında depozit hesabına kösçürılmüşdür. Lakin iş materiaları üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-184/2021 №-li xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə məcburi icra tədbirləri çərçvəsində icra məmurunun təqdmatı əsasında sözügedən Məhkəmənin 8/(001)-376/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı ilə borclu "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ********** No-li sığorta şəhadətnpaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1 250 000 manat pul vəsaiti üzərinə həbs qoyulmuş və qərardadın icrası Binəqədi rayon İcra şöbbəsinə həvalə edilmişdir (i.v. 31-39). MPM-in 236-cı maddəsinin tələbindən də görünür ki, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 13-cü fəslinin 158.1.1-ci maddəsinin isə tələbindən görünür ki, icranı təmin etmək məqsədilə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. İşdən də görünür ki, Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qərardadı ilə mülki cavabdeh "xxxx" MMC-in hazırkı iddiaçı "xxxx" ASC-də olan qeyd olunan pul vəsaiti cavabdeh Binəqədi rayon İcra Şöəsinin xx.xx.2023-cü il tarixli 130 No-li inkasso sərəncamı və ödəniş tapşırığı əsasında həmin şöbənin depozit hnsabına köçürülmüşdür (i.v.9-15). Hətta "xxxx" ASC maraqlı şəxs kimi, həmin qərardada izah verilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 8(001)-376/223 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ərizəsi təmin olunmamışdır (i.v.539-542). İş materiallarndan görünür ki, məhkəmənin qeyd olunan qərardadları "xxxx" ASC tərəfindən mübahisələndirilməmiş, qərardadlar qanuni qüvvəsini almışdır (həmin qərardadların qanuni qüvvəsini aldığı işin mübahisəsiz halıdır). Halbuki, “İcra haqqında” Qanunun tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin icra işi üzrə "xxxx" ASC-yə münasibətdə, cavabdeh icra qurumu tərəfindən mübahisələndirilən icra sənədindən kənara çıxan və qanunsuz hərəkətlərinin mövcudluğundan söhbət gedə bilməz. Belə olan halda, "xxxx" ASC-nin hazırkı iddia tələbi İPM-in 35.1-ci maddəsinin nəzərədə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması nəticə etibarı ilə işin hallarına, maddi və prosessual qanunveriliyin tələblərinə uyğun hesab edilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2- 1(112)-10709/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-10709/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar