Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1412/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vəfat edən şəxsin adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi) Bakı şəhəri 04 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X17 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X14, 3-cü şəxslərin nümayəndəsi Vəkil3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qeyri-yaşayış sahələri üzrə 16 yanvar 1999-cu il tarixli, 3690 saylı icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən, ümumi sahəsi 132.7 kv.m. olan qeyri-yaşayış sahəsi ticarət məqsədilə 27 saylı təsərrüfat hesablı mağazanın müdiri – iddiaçıya xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilə qədər icarəyə verilmişdir.
2. ünvan 1 ünvanda yerləşən 27 saylı mağazaya dair 22 yanvar 1999-cu il tarixdə texniki pasport tərtib edilmiş, texniki pasportda mülkiyyətçinin Nərimanov rayon MKTB, icarəçinin isə 27 saylı təsərrüfat hesablı mağaza olması qeyd edilmişdir.
3. 27 saylı təsərrüfat hesablı mağazanın 27 yanvar 1999-cu il tarixinə işçilər haqqında məlumatına əsasən, mağazanın müdiri iddiaçı və satıcı isə X19 (üçüncü şəxslərin atası) olmuşdur.
4. 30 mart 1999-cu il tarixli, 1 saylı auksion protokoluna əsasən, ünvan 1 ünvanda yerləşən 27 saylı təsərrüfat hesablı mağaza ilə bağlı keçirilmiş auksionun qalibi (alıcı) İddiaçı olmuşdur.Obyektin tam dəyəri 77896000 manat, satış qiyməti 66211000 manat göstərilmişdir.
5. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000156 qeydiyyat nömrəli, 19 yanvar 2006-cı il tarixli şəhadətnaməyə əsasən, ünvan 1 ünvanda yerləşən 27 saylı mağaza iddiaçı və X19 tərəfindən satın alınmış və 46 milyon 348 min dörd yüz AZM (9269,68 AYM) dövlət büdcəsinə köçürülmüşdür.
6. Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 885833 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X15 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir.
7. ünvan 2 ünvanladığı 18 iyul 2017-ci il tarixli, X-231 nömrəli məktubunda qeyd edilmişdir ki, X5 15 iyun 2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 13 iyul 2017-ci il tarixdə Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmışdır.Qanunauyğun olaraq mərhum X5 vərəsələrindən biri – qızı X11 müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən ümumi sahəsi 132.8 kv.m. qeyri-yaşayış sahəsinin mərhum X5 adına olan 1/2 hissəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi iddiaçının və Bunyamin Məmmədzadənin adına ümumi birgə payla ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. 18 dekabr 2017-ci il tarixli, 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi iddiaçının, hər birinə 1/4 hissə olmaqla üçüncü şəxslərin adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş X5 adına ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və B.Məmmədzadənin adına olan ******* nömrəli, 15 avqust 2017-ci il tarixli Çıxarışın ləğv olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 15 iyun 2017-ci il tarixdə vəfat etmiş X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixli ******* nömrəli “Hüquqların daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı sözügedən qeyriyaşayış binasının mülkiyyətçisidir və həmin çıxarışın verilməsi onun maraqlarına toxunur. X10 vəfatından iki ay sonra Bakı şəhəri 13 saylı Notariat Kontorunun müraciəti əsasında cavabdeh tərəfindən vəfat etmiş həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış və onun adına 15 avqust 2017-ci il tarixli çıxarış verilmişdir ki, vəfat etmiş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və reyestrdən çıxarış verilməsi daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvədə olan qanunvericiliyə birbaşa ziddir. Belə ki, ölmüş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və çıxarış verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
12. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə X16 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
13. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 19 yanvar 2006-cı il tarixli 000156 nömrəli şəhadətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi iddiaçının və mərhum Bunyamin Məmmədzadənin adına ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 18 dekabr 2017-ci il tarixli 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi iddiaçının, 1/4 hissəsi X16 və 1/4 hissəsi isə X3 adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.Sözügedən daşınmaz əmlak üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4239 nömrəli 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11, 14.5, 18, 23-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 150, 162.1-ci maddələrinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
14. Üçüncü şəxslər tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki,hazırkı işə müxtəlif məhkəmə instansiyalarında baxılaraq mübahisəyə hüquqi qiymət verilmiş və iş üzrə məhkəmə qərarları qəbul olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277 nömrəli iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6 və X3 cavabdeh İddiaçı, üçüncü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı «əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi» tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının təmin edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, X12, həmçinin X16 və X3 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv olunması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli həmin qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3479/2019 nömrəli iş üzrə 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçıların iddia tələblərinin təmin olunması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikililərin 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin X8 və X7, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, X8 və X7 qarşı «mülkiyyət hüququna xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi» tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin qərarından İddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmiş, Konstitusiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı bununla kifayətlənməmiş, X16 və X7 qarşı iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X16 və X2 350.000 manat məbləğində pul alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra həmin iş üzrə iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, cavabdehlərdən müştərək qaydada 450.000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Hal-hazırda həmin iddia tələbi üzrə mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı pul tələbi ilə paralel olaraq, X16, X11, Bakı şəhəri 13 saylı Notariat Kontruna və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər X8 və X7 verilməsi barədə Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərinin qanunsuz sayılması, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestri xidmətinə ünvanlandığı göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin notariat hərəkətləri əsasında ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində cavabdehlərin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan 15.000 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddiaçı X4 cavabdehlər X16, X13, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi» barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Hələlik qeyd edilən qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilməmisdir. Göstərilənlərə və İPM-in 1.2, 35.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 7-ci bəndinə əsaslanaraq, İddiaçı hazırkı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur.
15. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vəfat etmiş vətəndaş X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bunyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia rədd edilmişdir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2- 1(103)-172/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və X5 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyriyaşayış binasına dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarış ləğv edilmişdir.
19. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişlər.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1532/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (X1 (məruzəçi), X20 və X18 ibarət tərkibdə) cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-172/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. c) Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə ikinci apellyasiya baxışı zamanı cavabdeh və Üçüncü şəxslər tərəfindən iddia tələbinə yazılı etiraz təqdim olunmamışdır.
c) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin və 3-cü şəxslərin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etmişdirlər.
25. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və teleqram göndərərək səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.
26. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
27. 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
29. 29-cı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
30. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
31. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
32. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”:
1. Ümumi müddəalar ... 1.2. Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra -Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. ...
2. Arayışın verilməsi üçün əsaslar ... 2.4. Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir.
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notaries tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
35. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... ...
36. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
37. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
40. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
41. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:
42. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
43. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
44. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
45. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
47. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
49. Lakin məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmamışdır.
50. Belə ki, qeyd olunmalıdır ki, mübahisəli daşınmaz əmlakla bağlı iddiaçı və üçüncü şəxslər arasında müxtəlif məhkəmə mübahisələri olmuş və həmin mübahisələr üzrə yekun qərarlar qəbul edilərək qanuni qüvvəsini almışdır.
51. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə iddiaçılar X6, X3 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, X6 və X3 iddiası təmin olunmuş, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsu olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab olunmuş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının tərəflər arasında naturada real bölgüsü həyata keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, X8 və X7 qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiası isə rədd edilmişdir.
52. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2(102)-5860/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
53. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(103)-7126/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)-835/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddiaçı X4 cavabdehlər X16, X11, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” barədə iddia tələbləri rədd edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(102)-1691/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 54.Eləcə də, İddiaçı cavabdehlər X11 və X8 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 55.X11 və X16 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 27 mart 2017-ci il tarixindən 22 fevral 2020-ci il tarixinədək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan X16 və X7 ödənilməli olan, lakin ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yüz yetmiş iki, beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq X16 və X7 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(005)-64/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-6568/2021 nömrəli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 590/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 56.Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli daşınmaz əmlakın – ünvan 6 ünvanda yerləşən 27 saylı mağazanın iddiaçının və X5 ümumi birgə mülkiyyətində olması öz təsdiqini tapmış, hətta Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölgüsü də müəyyən edilmişdir.
57. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-1532/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli daşınmaz əmlakın – ünvan 6 ünvanda yerləşən 27 saylı mağazanın iddiaçının və X5 ümumi birgə mülkiyyətində olması öz təsdiqini tapmış, hətta Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)- 3479/2019 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölgüsü də müəyyən edilmiş və işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını iddia tələbinin mümkünlüyü baxımından qiymətləndirmədən qərar qəbul etmiş, bununla da işin hallarının araşdırılması prinsipini pozmuşdur.”
58. Məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur.Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.
59. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
60. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
61. Hazırkı mübahisə üzrə iddiaçı onunla bərabər ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakla bağlı mərhum X5 adına aparılmış qeydin ləğv olunmasını tələb etsə də, tələbini hüququnun hansı sferada pozulması hissəsində əsaslandırmamışdır.
62. Nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
63. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
64. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxıb iddianın əsassızlığına qiymət vermişdir.
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
66. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
67. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
68. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
69. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı onunla bərabər ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakla bağlı mərhum X5 adına aparılmış qeydin ləğv olunmasını tələb etsə də, tələbini hüququnun hansı sferada pozulması hissəsində əsaslandırmamışdır. 70 Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir.
71. Beləlikləi, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.