Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1413/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı, X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul təminatı və əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14205/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı tarixdən Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etdiyinə görə aldığı sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqini birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etməklə hakimi vəzifəsində işləmişdir. xx.xx.2009-cu ildə pensiyayaşı çatdığı üçün pensiyaya çıxmışdır. Məhkəmə sədri vəzifəsini icra etdiyi Gədəbəy rayon Məhkəməsinin yerləşdiyin Gədəbəy şəhəri dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşdiyi üçün onun yəzifə maaşı 1,2 əmsal (və ya 20%) tətbiq edilməklə hesablanmalıdır. Yəni, Ali Məhkəmə sədrinin vəzifə maaşının 70% və həmin 70% məbləğin 1,2 (və ya 20%) əmsalının cəmi onun vəzifə maaşını təşkil etdiyindən, pensiyasının məbləği həmin vəzifə maaşına uyğun olaraq təyin edilməli və pensiyasına sonradan edilən əlavə və artımlar da həmin məbləğə nisbətdə yenidən hesablanmalıdır. Cavabdeh hazırıkı tələbi ilə bağlı 23 iyun 2023-cü il tarixli müraciətini xx.xx.2023-cü imtina cavabı verərək bildirmişdir ki, müraciətində göstərdiyiniz əlavələr pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində mövcud olmadığından, yəni sizə ödənilmədiyindən həmin əlavənin əmək pensiyanıza tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının cavabdehə 17 noyabr 2022-ci il tarixdə daxil olmuş müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə əlavəsi 259,88 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 346,50 manat olmaqla orta aylıq əmək haqqı 2338,88 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 1 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2338,88 manat) 80 faizi -1871,10 manat məbləğində hesablanmalı olduğu halda, 3328,51 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ümumilikdə 49551,94 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi məlum olmuşdur. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə əlavəsi 372,75 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 497,00 manat olmaqla orta aylıq əmək haqqı məbləği 3354,75 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 1 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqı (3354,75 manat) 80 faizi - 2683,80 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 3328,51 manat məbləğində pul vəsaiti ödənilib. Buna görə də iddiaçıya həmin dövr üzrə (xx.xx.2022-xx.xx.2022-ci il) ümumilikdə 3223,55 manat məbləğində artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 49083,38 manat məbləğində artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 2952,18 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3386,15 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində maddi yardım üzrə iddiaçıya 1196,80 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin məbləğ xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Daha sonra iddiaçı 15 avqust 2023-cü il tarixli ikinci ərizəsi ilə cavabdehə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərdiyi əlavələr pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində mövcud olmadığından, yəni ona ödənilmədiyindən, həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14205/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, prossesual və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmənin əsaslandığı yeganə dəlil ondan ibarətdir ki, iddiaçının vaxtında almadığı əlavələrin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hesab edirik ki, məhkəmə tərəfindən iddiaçının Konstitusiyanın 25 və 60-cı maddələrində təsbit olunmuş bərabərlik hüququ, habelə hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur...” Məhkəmə kollegiyasının 13 iyun 2024-cü il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, eyni zamanda iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən onun 5 illik hakim stajına görə 15 faiz haqq orta aylıq əmək haqqından, yəni, vəzifə maaşının yüksəkliyə görə hesablanmış 1,2 əmsalından hesablanmalı olduğu halda, yalnız vəzifə maaşının 15 faizindən hesablanmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayndəsi Nümayəndə2 iddiaçı ilə razılaşmamış, iddiaçının əmək pensiyası artımlarla əlaqədar yenidən hesablanmasının düzgün olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalıdır. İddiaçının tələbindən göründüyü kimi, Gədəbəy Rayon Məhkəməsinin sədri vəzifəsini icra etdiyinə görə aldığı sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqini birdəfəlik olaraq ona ödənilməsi tələb etmişdir. İş materiallarına (pensiya işindən çıxarışlpara) əsasən isə müəyyən olunur ki, o, 21.06. 1982--xx.xx.2087-ci illərdə Gədəbəy rayon Məhkəməsinin sədri vəzifəsində işləmiş, 25 fevral 2009-cu il tarixli ərizəsinə əsasən DSMF-nin Lənkəran şöbəsinin 13 mart 2009-cu il tarixli qərarı ilə ona xx.xx.2009-cu il tarixdən 985,32 manat məbləğində hakim pensiyası təyin edilmiş, daha sonra, X2 Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli qərarı əsasında pensiyası xx.xx.2010-cu il tarixdən yüksəkliyə görə 1,2 əmsal (20%) tətbiq olunmaqla, 1182,38 manat məbləğində təyin olunmuşdur. Bundan sonra, hakimələrin vəzifə maaşında baş verən artımla əlaqədar 1 sentyabr 2019-cu il tarixdən vaxtilə işlədiyi vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə 259,88 (1732,50x15%) manat, yüksəkliyə görə 346,50 (1732,50x1,2) olmaqla, 2338,88 manat məbləğində müəyyən olunan orta aylıq əmək haqqının 80 faizi 1871,10 manat təşkil etdiyi halda, pensiya 3328,51 manat müəyyən edilmişdir. Daha sonra, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən onun vaxtilə aldığı vəzifə maaşı təkrarən, 2485 manata yüksəlmiş, hakim stajına görə həmin məbləğin 15 faizi miqdarında hesablanmış 372,75 manat əlavə və yüksəkliyə görə həmin vəzifə maaşının 1,2 əmsalından hesablanmış 497 manat əlavə də nəzərə alınmaqla, 3354,75 manat məbləğində təşkil edən orta aylıq əmək haqqının 80 faizində hesablanan pensiyası 2683,80 manat təşkil etdiyi halda, hər ay 3328,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Konkret halda, iddiaçının apellyasiya şikayətinə və onun məhkəmə iclaslarında verdiyi izahatında eyni zpamanda mübahisələndirir ki, 1 sentyabr 2019-cu il tarixdən və 1 iyul 2022-ci il tarixdən etibarən hakimlərin əmək haqqında baş verən artımlarla əlaqədar onun 5 il hakimlik stajına görə 15 faiz əlavə düzgün hesablanmamış. Belə ki, 15 faiz əlavə vəzifə maaşınaın yüksəkliyə görə tətbiq olunan məbləğindən hesalanmalı olduğu halda, cavabdeh tərəfindən yalnız onun vəzifə maaşından hesablanmışdır. Məhkəmə kollegiyası həmin hissədə iddiaçının dəlilləri ilə razılaşır. Çünki, cavabdehin işə işə əlavə olunmuş imtina müktübunda, iddia ərizəsinə etirazında və hazırkı apellyasiya şikayətinə etirazında təsbit olunan hesablamalarından aydın olur ki, hakimlərin vəzifə maaşında 1 sentyabr 2019-cu il tarixdən baş verən artımlar zamanı sözügedən 15 faiz əlavə onun vaxtilə işlədiyi artırılmış 1732,50 manat məbləğində vəzifə maaşından hesablanaraq 259,88 (1732,50x15%) manat məbləğində, 1 iyul 2022-ci il tarixindən isə artırılmış 2485 manat məbləğində vəzifə maaşından 372,75 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin hesablaması ilə razılaşmayaraq hesab edir ki, X2 Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli qərarı əsasında iddiaçıya yüksəkliyə görə vəzifə maaşına 1,2 əmsal tətbiq olunduğu halda onun 5 illik hakimlik stajına görə 15 faiz əlavə də 1,2 əmsal tətbiq olunmuş vəzifə maaşından hesablanmalıdır. Belə olan halda, onun 1 sentyabr 2019-cu il tarixdən 1732,50 manat vəzifə maaşının 1,2 əmsalla müəyyən olunan məbləği 2079 (1732,50x1,2) manat, 1 iyul 2022-ci il tarixdən 2485 manat vəzifə maaşının 1,2 əmsalla müyyən olunan məbləği 2982 manat təşkil etmiş olur ki, belə olan təqdirdə də birinci halda 15 faiz əlavə 311,85 manat, ikinci halda isə 15 faiz əlavə 447,3 manat məbləğində müəyyən edilir. Həmin kəmiyyətlər onun orta aylıq əmək haqqına öz təsir gösərməklə birinci halda orta aylıq əmək haqqı 2390,85 (1732,50+346,50+311,85) manat təşkil etməklə, həmin məbləğin 80 faizindən hesablanan pensiya məbləği 1912,68 manat, ikinci halda isə orta aylıq əmək haqqı 3429,30 (2485+497+447,30) manat təşkil etməklə, bunun 80 fazindən hesablanan pensiya məbləği 2743,44 manat təşkil edir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun 5 illik hakim stajına görə 15 fazi əlvənin düzgün hesablanmadığını iddia etməkdə haqlıdır. Lakin məhkəmə kollegiyası iddiaçının digər dəlilləri ilə, o cümlədən, hakimlərə verilən: -“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107-ci maddəsinin 1-ci hissəsinə görə, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinin 4cü hissəsinə uyğun olaraq hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı; -“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 8 oktyabr 2010-cu il tarixli Qanununa əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı; -“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 8 oktyabr 2010-cu il tarixli Qanununa əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı - nəzərə alınmaqla onun əmk pensiyasının yenidən hesablanmasını tələb edən dəlilləri ilə razılaşmır. Çünki onun Gədəbəy rayon Məhkəməsinin sədri vəzifəsində işlədiyi vaxt həmin əlavələri aldığı müəyyən olunmur və bu işin mübahisəsiz halıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinin tələbinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarında şərh vermişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «axırıncı iş yerlərində aldıqları vəzifə maaşları» dedikdə, axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşları başa düşülməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “...Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...” Göründüyü kimi, iddiaçı hakim vəzifəsində işlədiyi zaman almadığı əlavələrə görə, əmək pensiyasının yenindən hesablanmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, cavabdeh tərəfindən 5 illik hakim stajına görə 15 faiz əlavənin düzgün hesablanmadığını mübpahisiləndirən hissəsində dəlilləri ilə razılaşaraq yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunaraq, onun əmək pensiyası: 1) 5 il hakim stajına görə 15 faiz əlavə, 1 sentyabr 2019-cu il tarixdən hakimlərin əmək haqqının artırılması ilə əlaqədar 1732,50 manat vəzifə maaşının 1,2 əmsalla müəyyən olunan 2079 (1732,50x1,2) manat məbləğindən 346,50 manatdan olmaqla; 2) 1 iyul 2022-ci il tarixdən hakimlərin əmək haqqının artırılması ilə əlaqədar 2485 manat vəzifə maaşının 1,2 əmsalla müyyən olunan 2982 manat məbləğindən 447,3 manatdan olmaqla birinci halda, əmək pensiyasının 2390,85(1732,50+346,50+311,85) manat məbləğində toplanan orta aylıq əmək haqqının 80 faizi miqdarında 1912,68 manat məbləğində, ikinci halda isə əmək pensiyasının 3429,30 (2485+497+447,30) manat məbləğində toplanın orta aylıq əmək haqqının 80 faizi miqdarında 2743,44 manat məbləğində müəyyən edilməklə yenidən hesablanması və hər iki dövr üzrə pensiyasında yaranacaq fərqin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissələrində iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14205/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 5 illik hakim stajına görə 15 faiz əlavə onun: 1) 1 sentyabr 2019-cu il tarixdən hakimlərin əmək haqqının artırılması ilə əlaqədar 1732,50 manat vəzifə maaşının 1,2 əmsalla müəyyən olunan 2079 (1732,50x1,2) manat məbləğindən 346,50 manat hesablanmaqla; 2) 1 iyul 2022-ci il tarixdən hakimlərin əmək haqqının artırılması ilə əlaqədar 2485 manat vəzifə maaşının 1,2 əmsalla müyyən olunan 2982 manat məbləğindən 447,3 manat hesablanmaqla; - birinci halda, əmək pensiyası 2390,85 (1732,50+346,50+311,85) manat məbləğində toplanan orta aylıq əmək haqqının 80 faizi miqdarında (1912,68 manat), ikinci halda isə əmək pensiyası 3429,30 (2485+497+447,30) manat məbləğində toplanın orta aylıq əmək haqqının 80 faizi miqdarında (2743,44 manat) müəyyən edilməklə yenidən hesablanaraq hər iki dövr üzrə pensiyasında yaranacaq fərqin ona ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissələrində iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1413/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1413/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver