Məhkəmə qərarları › İş №2-1(103)-1414/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1414/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1414/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq müddətin sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsinə müvafiq olaraq xidməti vəzifəsini yerinə yetirərkən əmək xəsarəti alaraq İİ qrup əlil kimi 60 yaş həddini keçməsini nəzərə alıb, 2006cı ildən pensiyada olduğu müddətin sığorta stajına əlavə olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixdən 2006-cı ilin noyabr ayınadək prokurorluq orqanlarında çalışmışdır. Tərtər hərbi Prokurorluğunda müstəntiq vəzifəsində işləyərkən, müntəzəm olaraq fasiləsiz Murov dağ silsiləsinə dislokasiya olunmuş hərbi hissələrin ərazisində təhqiqat və istintaq apararkən hər iki ayaqlarının diz nahiyəsindən aşağı ətrafları don vurduğundan “obilitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktlarla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar və təhqiqat aparılmış, toplanmış materiallar aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X2 göndərilmişdir. Həmin orqan tərəfindən 02 mart 2006-cı il tarixli 46-T saylı əmr ilə təhqiqat komissiyası yaradılaraq təhqiqat aparılmış don vurma faktı təsdiq olunmuş və Məhkəmə tibb ekspertizası təyin olunmuş ekspertin 24 mart 2006-cı il tarixli 63/TM saylı rəyində aşağı ətrafların don vurması əlamətləri aşkar olunması nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoatrtid” diaqnozlu xəstəliyin əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 6 saylı Zona Tibb Sosial Ekspert Komissiyası tərəfindən don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması “Əmək zədəsi” hesab edilərək, əmək qabiliyyətinin 80% itirildiyindən İİ qrup əlil hesab olunmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 noyabr 2006-cı il tarixli 2-1702/2006 saylı qətnaməsi ilə də don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması müəyyən olunmuşdur. Həmin tarixdən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 29.21-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunaraq, prokurorluqda xidmət keçməsinə xitam verilibdir. Həmin vaxtdan bu günə qədər pensiyadadır. 03 yanvar 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. “Prokurorluq Orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır və pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlığı məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət də sığorta stajına daxil edilir” qaydalarını rəhbər tutaraq, pensiyada olduğu müddətin sığorta stajına hesablanması üçün, cavabdeh orqana müraciət etmişdir. Cavabdeh həmin Qanunun pensiya hesablanmasına dair 20.8.3-cü maddəsinə istinad edərək, Qanunun 21.2.6-cı maddəsinə göstərilən tələblərin iddiaçıya şamil olunmasından imtina etmişdir. Bu imtinanı qanunsuz və əsassız hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1058/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim: E.Əliyev) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiya hüququ vardır. Həmin Qanunun 20.8.2-ci maddəsinə görə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.6-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-45/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1794/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sığorta stajına daxil olunması və bununla da prokurorluq orqanında qulluq etmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan Krasnoselo rayonu, Cıvıxlı rayonunda doğulmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdə müxtəlif müəssisə və vəzifələrdə işləmişdir, həmçinin xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 19 iyul 2006-cı il tarixdə 10/227-k saylı əmri ilə «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq İddiaçı öz arzusuna əsasən xx.xx.2006-cı il tarixdən tutlduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilməklə, prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli 10/307-k saylı əmri ilə xx.xx.2006-cı il tarixli 10/227-k saylı əmrə dəyişiklik edərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş İddiaçı «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və prokurorluq orqanlarından xaric edilməklə prokurorluqda qulluq keçməsinə xitam verilmiş hesab edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2-1702/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən İddiaçı «əmrin dəyişdirilməsi və müavinətin verilməsi tələbinə dair» iddia ərizəsi üzrə iddianın müavinətin verilməsi tələbinə dair hissəsi təmin edilməsi, İddiaçı Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətini itirməsi ilə əlaqədar «Prokurorluq orqanlarında xidmət keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən bir dəfəlik müavinət ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı və xx.xx.2003-cü il tarixli 03 saylı qərarlarına əsasən 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi qət edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 566470 nömrəli Arayışına əsasən İddiaçı əmək zədəsi səbəbi ilə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması faktının ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsinin tətbiq edilməməsinə dair mövcud qanunvericilikdə hər hansı qadağa kimi nəzərdə tutulmadığı səbəbindən həmin normanın iddiaçıya tətbiq edilməməsinin iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26.2.6-cı maddəsinə əsasən (xx.xx.2020-ci il tarixədək olan redaksiyası) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 26.2.6-cı maddəsinə əsasən (xx.xx.2020-ci il tarixdən qüvvədən olan redaksiyası) istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorunun 19 iyul 2006-cı il tarixdə 10/227-k saylı əmri ilə «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq İddiaçı öz arzusuna əsasən xx.xx.2006-cı il tarixdən tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilməklə, prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli 10/307k saylı əmri ilə xx.xx.2006-cı il tarixli 10/227-k saylı əmrə dəyişiklik edərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş İddiaçı «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və prokurorluq orqanlarından xaric edilməklə prokurorluqda qulluq keçməsinə xitam verilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 19 iyul 2006-cı il tarixdə 10/227-k saylı əmri ilə «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq İddiaçı öz arzusuna əsasən xx.xx.2006-cı il tarixdən tutlduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilməklə, prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli 10/307- k saylı əmri ilə xx.xx.2006-cı il tarixli 10/227-k saylı əmrə dəyişiklik edərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş İddiaçı «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və prokurorluq orqanlarından xaric edilməklə prokurorluqda qulluq keçməsinə xitam verilmiş hesab edilmişdir. Göründüyü kimi iddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə İİ dərəcə əlillik təyin edilmişdir. Hazırda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatdığından, “Əmək Pensiyaları haqqında” AR Qanunun 21.2.6-cı maddəsinin tələbinə əsasən xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh imtinasında, eləcə də apelyasiya şikayətində göstərmişdir ki, iddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır, “Əmək Pensiyaları haqqında” AR Qanunun 21.2.6-cı maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması ona münasibətdə “Əmək Pensiyaları haqqında” AR Qanununun 21.2.6-cı maddəsinin tətbiq edilməsi üçün hər hansı bir maneə yaratmır. Belə ki, mövcud qanunvericilikdə peşə xəstəliyi nəticəsində l və ll qrup əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta olunanın sığorta stajına daxil edilməsi imperativ norma kimi nəzərdə tutulmuşdur. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya alır. Bununla belə, iddiaçı xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsini tələb edir. Lakin məhkəmə icraatı zamanı məhkəmələr tərəfindən iddiaçının bu iddianı qaldırmaqda hüquqi marağının nədən ibarət olduğu, bu iddia vasitəsi ilə nəyə nail olmaq istədiyi, pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsinin hansı məqsədə bağlı olduğu araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin yardım etmək vəzifəsi çərçivəsində iddiaçıya hüquqi yardım göstərilməli, onun hüquqi marağının məzmunu aydınlaşdırılmalı, iddiaçının tələbi onun hüquqi marağının məqsədi baxımından dəqiqləşdirilməli, iddia tələbi konkretləşdirilməli və bunlarla bağlı hüquqi nəticələr ona izah olunmalı, məhkəmə araşdırması qeyd olunanların müəyyən edilməsi istiqamətində aparılmalıdır. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək onun hüquqi marağının məqsədi baxımından iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sığorta stajına daxil olunması və bununla da prokurorluq orqanında qulluq etmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, və məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mahiyyət etibarı ilə iddiaçının hazırki tələbində göstərilən hüquqi marağı və həqiqi məqsədi pensiyada olduğu müddətin onun sığorta stajına daxil edilməsi yolu ilə pensiyanın yenidən hesablanmasına nail olmaqdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsaslı olması məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, onun hazırkı iddia tələbi və onun təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı İddiaçı xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sığorta stajına daxil olunması və bununla da prokurorluq orqanında qulluq etmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaqla dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı İddiaçı xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sığorta stajına daxil olunması və bununla da prokurorluq orqanında qulluq etmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaqla dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar