Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1414/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-N- 54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və yaranmış fərq məbləğinin geri qaytarılması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8133/2024 saylı 07 noyabr 2024-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-N54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçının əmək pensiyasının səhv hesablandığı xx.xx.2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1945-ci il tarixində Lənkəran şəhərində anadan olmuşdur. Ona Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununın 13-cü maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2008ci il tarixindən pensiya hesablanarkən əmək haqqına qoyulmuş hədd götürüldüyü üçün pensiyanın yenidən düzgün hesablanması ilə bağlı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh İnzibati Orqan pensiyanı yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci və 37..7-cİ maddələrinə istinad edərək keçmiş müddət üçün səhv hesablandığına görə alınmamış pensiyanın məbləğini müraciət edilən tarixdən əvvəlki üç ilini hesablayaraq ödədilər. Ona görədə təkrar olaraq Mərkəzi Filiala ərizə ilə müraciət edərək səhv hesablanmış əmək pensiyanı səhv hesablanan tarixdən yəni xx.xx.2008-ci il tarixindən ödənilməsini xahiş etmişdir. Ərizəsini onunla əsasslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci və 37.7 -ci maddələri ona şamil edilə bilməz. Belə ki, yeni pensiya təyin edilməsi üçün müraciət etməmişdir. İnzibati Orqan tərəfindən səhv hesablanmış pensiyanın düzgün hesablanaraq səhv hesablandığı xx.xx.2008-ci il tarixindən hesablanaraq yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial 05.03. 2024-cü il tarixli 3- 17-1/2-N-54001/2024 saylı cavab məktubu ilə (məktubu rəsmi olaraq xx.xx.2024-də almış) ona bildirilmişdir ki, Mərkəzi Filialda mövcud olan ona dair sənədlərinizdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyanın əmək haqqına əsasən hesablanarkən tələb olunana 25 ilə görə 65%, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 % olmaqla (28%) orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən əmək pensiyasının sığorta hissəsi xx.xx.2008-ci il tarixinə 2000-2002-ci illər üzrə 268,11 manat orta aylıq əmək haqqınız minimum əmək haqqının üç misli 51 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın 90 faizi miqdarında 195,40 manat hesablanaraq, üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 pensiya kapitalına uyğun 26,41 manat və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 296,81 manat (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinə 231,48 manat) məbləğində hesablanaraq ona əksik əmək pensiyası ödənilmişdir. Eyni zamanda məktubda bildirilmişdir ki, Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən coxu üç il üçün hesablanmaqla ödənilir. Məktubda daha sonra bildirilir ki, qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün sizə ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanıb. Həmin 11378, manat fərq məbləği 2023-cü ilin dekabr ayında pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Belə ki, analoji işlərlə bağlı Məhkəmə Qərarları olmasına və həmin X1 əməkdaşları tərəfindən icra edilməsinə baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1.-1 və 37.7-ci maddəsinin iddiaçının işinə aidiyyəti olmadığı halda onu əsas gətirərək son üç ildən əvvəlki dövrün fərq məbləğini ona ödəməkdən imtina edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, vətəndaş Rövşən Hacıyev DSMF-nun yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, R.Hacıyevin pensiyasının yenidən hesablanaraq ona 11 il 3 aylıq əmək pensiyasının birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə birinci instansiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı ilə Apellyasiya instansiyası Məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Həmçinin digər ərizəçi Ramil Axundov DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək keçmiş dövr üçün əmək pensiyasının hesablanması və yaranmış fərqin R.Axundova ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarı ilə birinci instansiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Apellyasiya instansiyası Məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. R.Hacıyev və R.Axundov ayrıayrılıqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli və 20 noyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Konstitusiya Məhkəməsinin Pleniumu 23 sentyabr 2021-ci il tarixli Qərarında onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli və 20 noyabr 2020-ci il tarixli qərarları qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən hesab edir ki, Mərkəzi Filialın pensiyamın səhv hesablandığı xx.xx.2008-ci il tarixindən deyil son üç ilin fərqinin ödənilməsi barədə 05.03. 2024-cü il tarixli 3-17-1/2- N-54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçının əmək pensiyasının səhv hesablandığı xx.xx.2008-ci il tarixdən yenidən hesablanası və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2- N54001/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda qeyd edilmişdir ki, ona Fondun Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №- li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində 255000,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Belə ki, Mərkəzi Filialda mövcud olan ona dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 faiz olmaqla (28 %) orta aylıq əmək haqqının 90 faizi (65%+28%) miqdarında (90%-dən çox olmamaqla) müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2008-ci il tarixinə 2000-2002-ci illər üzrə 268,11 manat (6434,58:24) orta aylıq əmək haqqının minimum əmək haqqının üç misli51,00 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın (268,11- 51,00) 90 faizi miqdarında 195,40 manat (217,11x90%) hesablanaraq, üzərinə xx.xx.2006xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 manat pensiya sığorta kapitalına uyğun 26,41 manat (3803,04:144) və 75,00 manat baza hissə əlavə edilərək, xx.xx.2008-ci il tarixinə 296,81 manat (195,40+26,41+75,00) (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinə 231,48 manat) hesablanaraq sizə əksik əmək pensiyası ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Araşdırma zamanı, xx.xx.2009-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7678,80 manat sığorta kapitalına uyğun əmək pensiyanın həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7678,80 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (7678,80 : 72=106,65 manat) qanuni əmək pensiyasının (342,93 manat) üzərinə əlavə edilərək (342,93 + 106,65=449,58 manat) ödənilməli olduğu halda (sonrakı hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1330,73 manat), düzgün müəyyən edilməmiş 5666,40 manat sığorta kapitalı 72 aya bölünərək (5666,64:72=78,70 manat) düzgün olmayan əmək pensiyasının (231,48 manat) üzərinə əlavə edilməklə (231,48+78,70=310,18 manat) əksik əmək pensiyası ödənilib (sonrakı hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 999,14 manat). Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanıb. Həmin 11378,77 manat fərq məbləği 2023cü ilin dekabr ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası xx.xx.2024-cü il tarixindən 1479,77 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2024 saylı 07 noyabr 2024-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, araşdırma zamanı iddiaçının xx.xx.2009-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7678,80 manat sığorta kapitalına uyğun əmək pensiyası həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7678,80 manat sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 72 aya bölünməklə (7678,80:72=106,65) qanuni əmək pensiyasının (342,93 manat) üzərinə əlavə edilərək (342,93+106,65=449,58 manat) ona ödənilməli olduğu halda (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 1330,73 manat), düzgün müəyyən edilməmiş, 5666,40 manat sığorta kapitalı 72 aya bölünərək (5666.40:72=78,70 manat) düzgün olmayan əmək pensiyanızın (231.48 manat) üzərinə əlavə edilməklə (231.48-» 78,70+310,18 manat) ona əskik əmək pensiyası ödənilmişdir (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 999,14 manat). Qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi nəzərdə tutulub. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, inzibati orqanın əməkdaşının texniki səhvi ucbatından əmək pensiyası düzgün hesablanmamışdır. İddiaçının müraciətindən sonra “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması həyata keçirilmiş və Əmək pensiyaları haqqında Qanunun 32.1.1 və 37.7-ci maddəsinə əsasən müraciət tarixindən 3 il əvvələ aid dövr üzrə hesablanmış pensiya məbləği arasındakı fərq iddiaçıya ödənilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 2008-ci ildə əmək pensiyası yenidən hesablandıqdan sonra dəfələrlə yazılı və şifahi olaraq pensiya məbləğinin düzgün olmaması barədə inzibati orqana müraciətlər etmişdir. Yalnız sonuncu müraciətindən sonra hesablama aparılmış lakin yalnız 3 ilin fərq məbləği ödənilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq, yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Maddə 37.7 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı “...müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.” “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarı “... “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: ...... 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; ..... . 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2002-ci il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Cavabdeh orqan əmək pensiyasının hesablanması haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65%, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 faiz olmaqla (28%) orta aylıq əmək haqqının 90%-i (65%+28%) miqdarına (90%-dən çox olmamaqla) müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2008-ci il tarixə 2000- 2002-ci illər üzrə 268,11 manat ( 6434,58:24) orta aylıq əmək haqqı minimum əmək haqqının üç misli - 51,00 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın (268,11-51,00) 90%- miqdarında 195,40 manat (217,11x90%) hesablanaraq üzərinə xx.xx.2006xx.xx.2008-ci il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 manat pensiya sığorta kapitalına uyğun 26,41 manat (3803,04:144) və 75,00 manat baza hissə əlavə edilərək xx.xx.2008- ci il tarixə 296,81 manat (195,40+26,41+75,00) (indeksləşdirərək xx.xx.2009-cu il tarixədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək 21,05.2009-cu il tarixə 231,48 manat) hesablanaraq iddiaçıya əskik əmək pensiyası ödənilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2009-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7678,80 manat sığorta kapitalına uyğun əmək pensiyası həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7678,80 manat sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 72 aya bölünməklə (7678,80:72=106,65) qanuni əmək pensiyasının (342,93 manat) üzərinə əlavə edilərək (342,93+106,65=449,58 manat) ona ödənilməli olduğu halda (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 1330,73 manat), düzgün müəyyən edilməmiş, 5666,40 manat sığorta kapitalı 72 aya bölünərək (5666,40:72=78,70 manat) düzgün olmayan əmək pensiyanın (231,48 manat) üzərinə əlavə edilməklə (231,48+78,70+310,18 manat) ona əskik əmək pensiyası ödənilmişdir (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 999,14 manat). İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanaraq 2023-cü ilin dekabr ayında onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Yalnız son üç il üzrə müəyyən edilmiş əksik ödəmənin ona verilməsi ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cabadehin üzərinə qoyulmasını xahiş etmişdir Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və yaranmış fərq məbləğinin xx.xx.2008- ci il tarixdən hesablanaraq ona ödənilməsi təşkil edir. Məhkəmə kollegiyası iddia tələbini qismən əsaslı hesab etsə də mübahisənin həllində birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, “əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənişi şərti, vətəndaşların ilkin pensiya təyinatı və bununla əlaqədar aparılmış yenidən hesablama ilə əlaqələndirilməli və adıçəkilən qanunun maddəsinin təfsiri zamanı təhrifə yol verilməməlidir. Belə ki, İddiaçı pensiya hüququ xx.xx.2002-ci il tarixində yaranmış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mübahisə faktiki olaraq əmək pensiyasının hansısa dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ya xidmət illərinin nəzərə alınmaması və ya düzgün nəzərə alınmaması ilə bağlı deyil. Mübahisə pensiyanın cavabdeh tərəfindən riyazi hesablama nəticəsində əksik verilməsi ilə bağlıdır, bu isə hüquqi anlamda pensiyanın yenidən hesablanması hesab edilə bilməz. Belə ki, əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” qanunun 26-cı maddəsi və 37.3.1-ci maddələri ilə əhatə olunur. İnzibati orqan əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61609/2023 nömrəli qərarına əsasən əmək pensiyası yenidən hesablanmış, iddiaçıya xx.xx.2008-ci ildən etibarən ödənilmiş əmək pensiyasında əksiklik olduğunu təsdiq etmiş, lakin yalnız son 3 ilə münasibətdə ödənilməmiş əmək pensiyasında yaranmış fərqi İddiaçı ödəmişdir. Məhkəmə qeyd edir ki, işin konkret hallarına əsasən bu əksik hesablama hər hansı şəkildə vətəndaşın təqsirli hərəkəti ilə əlaqəli olmamaqla inzibati orqan tərəfindən yol verilmiş riyazi hesablama ilə əlaqədar olmuşdur və iddiaçı faktiki olaraq “Əmək pensiyaları haqqında” qanunun 26-cı maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasını tələb etmir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadına qeyd edilən “yenidən hesablama” ilə əhatə olunmuş hesab edilməməlidir.” Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarının şərhində səhvə yol vermişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iddianın qanuni əsası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2-ci maddəsi təşkil edir. Belə ki, həmin normaya əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Buna baxmayaraq, iddiaçının iddia tələbində, həmçinin, birinci instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə pensiyanın cavabdeh tərəfindən riyazi hesablama nəticəsində əksik verilməsi ilə bağlıdır, bu isə hüquqi anlamda pensiyanın yenidən hesablanması hesab edilə bilməz. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6-ci bəndi məhz əmək pensiyasının yenidən hesablama hallarını müəyyən etmişdir. Həmin hallardan biri də əmək pensiyaçısının müraciəti nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsidir. Hazırki mübahisədən də aydın görünür ki, məhz iddiaçının müraciəti əsasında aparılmış yoxlama nəticəsində pensiya məbləğinin hesablanmasında inzibati orqan tərəfindən səhvə yol verildiyi müəyyən edilmişdir. Belə olan halda cavabdeh Qanunun 32.1.1 və 37.7-ci maddələrinə istinad edərək yenidən hesablama aparmış və əvvəlki ən çoxu 3 il üçün ödənişlər həyata keçirmişdir. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayəti ilə qismən razılaşsa da, lakin hesablama tarixinə münasibətdə inzibati orqanın qanun normasını düzgün tətbiq etməməsi nəticəsinə gəlir. Belə ki, yuxarıda sadalanan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əksini tapan hüquqi mövqe ondan ibarətdir ki, 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020- ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmələr oxşar işlər üzrə mübahisəni həll edərkən həmçinin iddiaçı tərəfindən aidiyyəti inzibati orqana vaxtında müraciət etməməsinin səbəblərini araşdırmalıdır. Göründüyü kimi, hazırki mübahisənin həlli məqsədilə iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı ilkin müraciət tarixləri və daha əvvəllər müraciət etməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması nəzərdən keçirilməlidir. Apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədilə iddiaçıya məxsus pensiya işinin əsli və həmçinin iddiaçının ilkin müraciət məktubunun məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq pensiya işinin əsli, həmçinin iddiaçının ona təyin edilmiş əmək pensiyasının hesablanmasında səhvə yol verildiyi, düzgün hesablanmanın aparılmasının xahiş olunduğu xx.xx.2020-ci il tarixli yazılı müraciət məktubu məhkəməyə təqdim edilmişdir. İddiaçıya məxsus pensiya işi materiallarından görünür ki, iddiaçının sonuncu müraciəti nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması həyata keçirilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya ödəniləcək pensiya fərq məbləği 11378,77 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə əlaqədar bildirir ki, inzibati orqan məhkəmə araşdırmaları zamanı hansı əsasla iddiaçının məhz sonuncu müraciət tarixi 2023-cü il tarixini nəzərə alaraq əvvəlki 3 il üzrə hesablamanın aparılaraq fərq məbləğlərinin ödənilməsi ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir. Baxmayaraq ki, qanunverici əmək pensiyasının hesablama nəticəsində ödənilməsini müraciət tarixi ilə əlaqələndirmişdir. Qanun normasında “sonuncu müraciətin” nəzərə alınması ilə bağlı hər hansı bir mövqe əks olunmamışdır. Buna baxmayaraq cavabdeh inzibati orqanın iddiaçının əvvəlki müraciətlərinə məhəl qoymadan sonuncu müraciətini əsas götürməsi iddiaçının sosial təminat hüququnun birbaşa pozulmasına gətirib çıxarır. Apellyasiya məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçı 2019-cu il yanvarın 1-dən sonra ilk dəfə 2020-ci ildə müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı əvvəllər müraciətinin olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda apellyasiya icraatı zamanı verilmiş sorğularla onun əvvəlki illər üzrə mübahisəli məsələ ilə bağlı müraciətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından və onun 01 yanvar 2019-cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməli və iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı yaranmış fərq məbləği xx.xx.2020-ci il tarixli ilkin müraciəti əsas götürülməklə əvvəlki 3 il üzrə yəni xx.xx.2017-ci ildən həyata keçirilməklə ödənilməlidir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, icra zamanı iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü illər üzrə pensiya fərq məbləğinin ödənilməsi nəzərə alınmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1 (102)-396/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin edilərək iddiaçıya əmək pensiyasının yenidən hesablanması nəticəsində əmək pensiyasının fərq məbləğinin ödənilməsi xx.xx.2020-ci il tarixli müraciəti əsas götürülməklə əvvəlki 3 il üzrə yəni xx.xx.2017-ci ildən həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2024 saylı 07 noyabr 2024-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ilkin müraciət tarixindən (xx.xx.2020-ci il) geriyə 3 il üzrə yəni, xx.xx.2017-ci tarixindən pensiya fərq məbləğinin hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1414/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1414/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver