Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1415/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi və xx.xx.2019-cu ildən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müəssisə tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********1 №-li əmrin ləğv edilməsinə dair qərar çıxarılmasını və xx.xx.2019-cu ildən məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqının tələb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə dövlət qulluğuna qəbul üçün elan olunan müsabiqədən uğurla keçərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Təsərrüfat şöbəsinin Texniki təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə həmin Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayonu Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsinə keçirilmişdir. 2019-cu ilin yay aylarında X16 adlı bir vətəndaş gəldi. Ali məktəbdə əyani oxuduğunu və Mərkəzdə işləyəcəyini söylədi. Ali məktəbdə təhsil ala-ala onu “xxxx” MMC-də sosial işçi işinə qəbul etmişlər. Cari ilin avqust ayında Mərkəz tərəfindən 15 vətəndaşa 21 baş qoyun verilmişdir. 13 vətəndaşa heyvanların verilməsində iddiaçı iştirak etmişdir. Qoyunların təhvil verilməsinə dair sənədlərin MAS-a yerləşdirilməsində Mərkəzin rəhbərliyinin tapşırığı ilə X10 iddiaçıya köməklik etmişdir. İddiaçı Mərkəzə müraciət edən vətəndaşları qəbul edərkən, ərizə və şikayətlərini cavablandırarkən İbrahim İmanlı iddiaçının elektron imzası vasitəsilə iddiaçının istifadəsində olan kompüterdə qoyunların təhvil verilməsinə dair sənədlərin bəzilərini MAS-a yerləşdirmişdir. xx xxxxxxx 2019-cu ildə iddiaçının elektron imzası vasitəsilə MAS-da İmanlı İbrahimin xx xxxxxxxx 2019-cu ildə X7 fərdi məlumatları ilə tanış olması səbəbilə heç bir araşdırma aparmadan iddiaçını işdən azad etmişlər. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının imzasından istifadə edərək şəxslərin fərdi məlumatlarına daxil olub ora baxan şəxs iddiaçıya rəhbərlik tərəfindən köməkçi təyin edilən İbrahim İmanlı olmuşdur. İddiaçının bu əməldə heç bir təqsiri olmamışdır və o cümlədən İbrahim İmanlının bu əməli törətməsini əks etdirən səs yazısı da vardır. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx xxxxxxx 2019-cu il tarixli, **********1 №-li əmrin ona aid hissədə ləğv edilməsi və xx.xx.2019-cu ildən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2- 1(112)-832/2020 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarının mətninin giriş hissəsindəki aşkar yazı səhvləri düzəldilərək, “X9” sözlərinin “X8” kimi oxunması və həmin qərarda düzəlişlər barədə müvafiq qeyd aparılması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdə aşağıdakılar öz əksini tapmışdır: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və audit şöbəsinin müdiri tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli yazılı məruzədə göstərilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə etməklə digər şəxslərə məxsus fərdi məlumatların əldə olunması barədə daxil olmuş məlumat Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı elektron imzası vasitəsilə xx.xx.2019-cu il tarixdə X12 üçün, həmin sektorun aparıcı məsləhətçisi X4 elektron imzası vasitəsilə isə xx.xx.2019-cu il tarixdə X6 üçün vətəndaşların məlumatları olmadan Məşğulluq Altsistemində (bundan sonra MAS) işaxtaranın anket forması yaradılmış, lakin təsdiq edilməmişdir. İddiaçı və T.Məmmədov izahatlarında həmin anket formalarının yaradılması barədə məlumatlarının olmadığını, ehtiyatsızlıqları səbəbindən elektron imzalarından digər şəxslərin istifadə etdiyini, həmçinin adları qeyd edilən vətəndaşlar haqqında məlumat əldə etmədiklərini bildirmişlər. Araşdırmanın gedişində həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri X2 izahatına əsasən Nazirliyin rəhbərliyi, eləcə də digər ali və yüksək kateqoriya dövlət orqanlarının vəzifəli şəxsləri üçün MAS-da işaxtaranın anket formasını yaratdığı, həmçinin "Giriş-çıxış və qeydiyyat" X1 Axtarış Sistemi (bundan sonra İAMAS) vasitəsilə onlar barədə əldə olunan məlumatlardan şəxsi maraqları üçün istifadə etdiyi aşkarlanmışdır. S.Sultanov izahatında etiraf etməsə də, əldə onunan məlumatların 3-cü şəxslərə verilməsi ehtimalı istisna deyildir. İddiaçı, T.Məmmədov və S.Sultanov “İnformasiya əldə etmək haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensial hesab olunduğunu və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatların 3-cü şəxslərə verilməsinin qadağan olunduğunu, habelə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci və 17-ci maddələrinə əsasən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığının təmin edilməsi zərurətini və xidməti fəaliyyəti zamanı əldə etdikləri məlumatları şəxsi maraqları üçün istifadəsinin yol verilmədiyini nəzərə almadan müvafiq Qanunların tələblərini pozmuşlar. Qeyd olunanları nəzərə alaraq əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı, həmin sektorun aparıcı məsləhətçisi X18 oqlu və Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri X5 barədə intizam tənbeh tədbirlərinin görülməsi üçün Nazirliyin Aparatının dövlət qulluğu və Kadr məsələləri şöbəsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Şəhəri X14 İttifaqı Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı, həmin sektorda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X11 və Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən X5 ilə bağlanmış əmək müqavilələrinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmə məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri X14- İttifaqı Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edildi. Təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı, həmin sektorda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X11 və Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən X5 dövlət qulluqçusuna həvalə olunmuş vəzifələri yerinə yetirmədiklərinə görə onlarla bağlanmış əmək müqavilələrinə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmirik”; xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixində Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı Nazirliyə dəvət olunaraq, onunla bağlanılmış Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx xxxxxxx 2019-cu il tarixli **********1 nömrəli əmrlə tanış edilmişdir. İddiaçı əmrin surəti və əmək kitabçası təqdim olunmuş, lakin, o, qəbul etməkdən imtina etmişdir; xx.xx.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixində Nazirliyin xx xxxxxxx 2019-cu il tarixli **********1 nömrəli əmri ilə işdən azad olunmuş Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçi vəzifəsində qulluq keçmiş İddiaçı 055 *** ** ** və 051 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlanılmış (050 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə), əmrin surəti və əmək kitabçasının təhvil götürməsi üçün Nazirliyə dəvət olunmuşdur. İddiaçı Nazirliyə yaxınlaşmış, lakin, əmrin surətinin və əmək kitabçasını götürməkdən imtina etmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********1 saylı, xx.xx.2019-cu il tarixli “T.Məmmədovun, İddiaçı və S.Sultanovun tutduqları vəzifələrdən azad edilmələri barədə” əmrinin təsdiq edilmiş surətindən aydın olur ki, həmin əmrlə (1.1-ci bəndinə əsasən) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin işçisi İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq qaydada xitam verilmişdir. Beləliklə iş materiallarından məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx xxxxxxx 2019- cu il tarixli **********9 nömrəli xidməti məruzəsinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən, vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verməsi səbəbi ilə Nazirliyin xx.xx.2019-cu il tarixli **********1 nömrəli əmri ilə xitam verilmişdir. İddiaçı tərəfindən əmək vəzifələrinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntu “İnformasiya əldə etmək haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensial hesab olunduğunu və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatların 3-cü şəxslərə verilməsinin qadağan olunduğunu, habelə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci və 17-ci maddələrinə əsasən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığının təmin edilməsi zərurətini və xidməti fəaliyyəti zamanı əldə etdikləri məlumatları şəxsi maraqları üçün istifadəsinin yol verilmədiyini nəzərə almadan müvafiq Qanunların tələblərinin pozulmasından ibarət olmuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinə əsasən, (18.0.) Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1-ci maddə). Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbirləri tətbiq edilə bilər (25.2.6-cı maddə). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3-cü maddə). Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (25.5-ci maddə). Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20- 6 ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər (25.6-cı maddə). Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər (25.7-ci maddə). Göründüyü kimi iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, barəsində araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində iddiaçıdan izahat alınmış və araşdırmanın nəticəsindən sonra 1 ay müddətində onun haqqında intizam tənbehi tətbiq edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ona təhkim edilmiş və yalnız ona məxsus olan elektron imzadan istifadə qaydalarına riayət etməmiş, bu hal, üçüncü şəxslər barəsində olan fərdi məlumatların onların razılığı olmadan başqa şəxslərə ötürülməsinə gətirib çıxarmış, beləliklə, yuxarıda göstərilmiş qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Qanunun 1.1.6-cı maddəsinə görə elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Qanunun 5.1-ci maddəsinə əsasən elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbinə görə informasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər. “Məlumat azadlığı haqqında” Qanunun 5-ci maddəsində hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi təsbit edilmişdir. Qanunun 10-cu maddəsi müəyyən edir ki, alınması məhdudlaşdırılan məlumatlara -dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. Qanunun 38.2-ci maddəsinə əsasən fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Qanunun 38.4-cü maddəsi müəyyən edir ki, bu maddədə göstərilən fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. İddiaçı hesab edir ki, onun barəsində intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsində isə qeyd edilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1415/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1415/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver