Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1415/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə məhkəmə qərarının icrası ilə bağlı iddiaçının ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı 05 dekabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-284/2023 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1381/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-284/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə Bakı İnzibati Məhkəməsinə ərizə verərək, məhkəmə qərarının icrası barədə ona məlumat verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən iş üzrə qəbul etdiyi yekun məhkəmə qərarın qəbul edildiyi andan-yəni xx.xx.2023-cü il tarixdən qüvvəyə mindiyi üçün icra sənədi 28 iyul 2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən icraata qəbul edilmişdir. 2023-cü ilin sentyabr ayı üçün ödənilmiş pensiya məbləğini alan zaman məlum oldu ki, məhkəmə qərarının icrası nəticəsində pensiyasına cəmi 548.95 manat əlavə hesablanmışdır. Məhkəmə qərarının icrası zamanı fərdi hesabının sığorta hissəsində 73000 manatdan artıq pensiya sığorta kapitalının qeydə alınmasını və yaşının isə artıq 65-i ötməsini əsas götürərək hesablanmanın düzgün aparılmaması qənaətinə gəlmiş və bu səbəbdən də məhkəmə qərarına əsasən əmək pensiyasının yenidən hesablanmasının hansı qaydada və şərtlərlə icra edilməsi, fərdi hesabımın sığorta hissəsində 73000 manatdan artıq pensiya sığorta kapitalının qeydə alınmasına baxmayaraq pensiyaya nə üçün cəmi 548.95 manat əlavə hesablanmasının səbəbləri barədə müvafiq məlumatın əldə edilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Mərkəzi Filialdan müraciətimə verilən cavabdan məlum oldu ki, cavabdeh əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə ona fərdi hesabının sığorta hissəsində 1 yanvar 2019-cu il tarixinə 62031 manat (sonrakı illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla) pensiya sığorta kapitalının qeydə alınmasını və Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələbərinə istinad edərək 62031 manat pensiya sığorta kapitalını 113 aya bolməklə (62031.00:113 (64il-60 il 7 ay=41 ay +72 ay (144 ay -72 ay) =548.95 manat) əmək pensiyamın (1944.05+548.95) manat müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qaninin 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. Hesab edir ki, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı cavabdeh tərəfindən icra edilərkən yaşının artıq 65-i ötməsi və fərdi hesabının sığorta hissəsində isə 73000 manatdan artıq pensiya sığorta kapitalının qeydə alınması nəzərə alınmamış və yuxarıda göstərildiyim kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələbərinə zidd olaraq pensiya sığorta kapitalımı 113 aya bölmüşdür. Halbuki onlar qərarın icrası zamanı fərdi hesabımın sığorta hissəsində olan məbləği əsas götürərək həmin məbləği 113 aya deyil 72 aya bölərək alınmış məbləği hər ay aldığım pensiya məbləğinin üzərinə əlavə etməklə pensiyamı yenidən hesablamalı idilər. O da nəzərə alınmalıdır ki, cavabdeh iddia tələbimə qarşı verdiyi xx.xx.2022-ci il tarixli **********5 saylı etiraza əlıavədə (iş №2- 1(112)-2245/2022), Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətində və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-284/2023 saylı Qərarından verdiyi kassasiya şikayətində pensiya sığorta kapitalım “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 91 ay (65 il (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi vaxtda qanunla müəyyən edilmiş pensiya hüququ verən yaş həddi)-63 il 5 ay (müraciət tarixinə iddiaçının yaşı)=19 ay +144 ay-72 ay) bölünərək (55975.95:91=615.12 manat) olmasını göstərmişdir. Bundan başqa Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qüvvəyə minməsini gözləmədən pensiya məbləğinin hesablanması barədə xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyim müraciətə Filial tərəfindən verilmiş 3 iyul 2023-cü il tarixli cavabda da cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə (mənim həmin tarixdən işdən azad olunmağımı əsas götürərək (xx.xx.2022-ci il taridə-yəni işdən azad olunduqdan iki gün sonra (şənbə və bazar günlərindən sonra) LPO "xxxx" ASC-də əmək fəaliyyətinə başlamışam vəhal-hazıra kimi həmin bankda əmək fəaliyyətimi davam etdirirəm, hər ay aldığım əmək haqqımdan sosial müdafiə fonduna müəyyən məbləğdə tutulmalar həyata keçirilir) mənim topladığım sığorta kapitalı növbəti il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 64367.94 manat Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətlərinin sayına 89 aya (64367.94:89 (65 il -63 il 7 ay=17 ay +72 ay (144 ay -72 ay)=723.24 manat) bölünərək əmək pensiyanın sığorta hissəsi (319.32+723.24) manat müəyyən edilmişdir. Müraciət etdiyim tarixə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin artıq ləğv edilməsi cavabdeh təşkilat tərəfindən nəzərə alınmaq əvəzinə bilərəkdən xx.xx.2022-ci il tarixi əsas götürülərək qulluq stajına görə əlavənin məbləği (1448.00 manat) həmin artımlar qədər (723.24 manat) azaldılmış və nəticədə pensiyama bir qəpik olsun belə əlavə hesablanmamışdır. Göründüyü kimi icra sənədi üzrə pensiyamın hesablanmasından əvvəl Mərkəzi Filial tərəfindən pensiya məbləği hesablanarkən bir halda pensiya sığorta kapitalım 91 aya (55975.95:91=615.12 manat) bölünmüş, digər halda isə 89 aya (64367.94:89 (65 il -63 il 7 ay=17 ay +72 ay (144 ay -72 ay)=723.24 manat) bölünmüşdür. Aradan xeyli müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə pensiyam yenidən hesablanarkən pensiya sığorta kapitalım cavabdeh 113 aya bölünərək (62031.00:113 (64il-60 il 7 ay=41 ay +72 ay (144 ay -72 ay) =548.95 manat) əmək pensiyamın (1944.05+548.95) manat müəyyən etmişdir. Hesab edirəm ki, cavabdeh təşkilat pensiya məbləğinin yenidən hesablanması zamanı bilərəkdən təhriflərə yol vermişdir. Qeyd edilənləri, həmçinin iddia tələbim üzrə çıxarılmış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın xx.xx.2023-cü il tarixdə qüvvəyə minməsini və 29 iyul 2023-cü il tarixdə qərarın icrası zamanı fərdi hesabında 73000 manat məbləğdə vəsaitıin olmasını, yaşının isə artıq 65-i ötməsini və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinin ləğv olunmasını əsas götürərək məhkəmə qərarının qüvvəyə mindiyi tarixə fərdi hesabında topladığı sığorta kapitalı məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun 72 aya bölünməklə əmək pensiyasının yenidən hesablanması haqqında cavabdeh təşkilata icrası məcburi olan göstərişin verilməsini və məhkəmə qərarına əsasən əmək pensiyasının yenidən hesablanmasının nəticələri barədə məhkəməyə və ona məlumat verilməsini cavabdehdən tələb etməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan həmin ərizəyə dair yazılı etiraz verərək bildirmişdir ki, ərizəçinin ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçiyə Mərkəzi Filial tərəfindən 27 noyabr 2007-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinin tələblərinə görə Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. İddiaçı fərdi şəxsi hesabında toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrdəki yaşına uyğun olaraq, aşağıdakı qaydada hesablanıb: Belə ki, ərizəçiyə əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 26 sentyabr 2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9598,05 manat (2011 -ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalının Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada 99 aya bölünərək (9598,05:99 ay (144 ay-45 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) 96,95 manat müəyyən edilib. 26 sentyabr 2011-ci il tarixindən sonra adıçəkilən şəxsin işdən azad olunduğu 6 iyul 2018-ci il tarixinədək fərdi şəxsi hesabında qeydə alınmış 13025,74 manat (2018-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 119 aya bölünərək (13025,74:119 ay (64 il-60 il 1 ay=47 ay+72 ay (144 ay-72 ay)) 109,46 manat müəyyən edilib. Bununla əlaqədar, qeyd olunan ümumilikdə 206,41 (96,95+109,46) manat 26 oktyabr 2018-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 26 oktyabr 2021 -ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiyanın (1280,15 manat) üzərinə əlavə edilərək əmək pensiyasının həmin tarixdən 1486,56 (1280,15+206,41) manat məbləğində müəyyən edilib. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1747,23 manat məbləğində müəyyən edilib. Həmçinin, 26 oktyabr 2018-ci il tarixindən sonra ərizəçinin işdən azad olunduğu 14 yanvar 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12992,22 manat (2022-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalının Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 89 aya bölünməklə (12992,22:89 ay (65 il-63 il 7 ay=17 ay+72 ay (144 ay72 ay))=145,98 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (1747,23 manat) üzərinə əlavə edilərək əmək pensiyasının həmin tarixdən 1893,21 (1747,23+145,98) manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 2067,93 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 2371,92 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 2637,58 manat məbləğində müəyyən edilib. Qanunun 32.1-1ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış 13599,67 manat fərq məbləğinin 6193,20 manatı xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilib, qalıq 7406,47 mantının isə cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, ərizəçi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı 05 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, hazırki iş üzrə İddiaçı yaşa görə əmək pensiyasının Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2245/2022 nömrəli qərarına əsasən yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı onun pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2245/2022 saylı 05 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi qərarın icrası ilə bağlı düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. 45-ci maddəsinin tələblərinə görə Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi internet saytı 15 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 16 dekabr 2022-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1369) ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır”. 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Hazırki mübahisə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı xx.xx.2022ci il tarixli qərarının icrası ilə bağlıdır. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan “İddiaçı dair məhkəmə qərarının icrası haqqında” 16.012024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(112)-2245/2022 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1944,05 manatdan 2693,88 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 15595,54 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 15595,54 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2023-xx.xx.2026-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan “Müvafiq məlumatın göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 27 noyabr 2007-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinin tələblərinə görə Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. İddiaçı fərdi şəxsi hesabında toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrdəki yaşına uyğun olaraq, aşağıdakı qaydada hesablanıb: Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 26 sentyabr 2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9598,05 manat (2011 -ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalının Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada 99 aya bölünərək (9598,05:99 ay (144 ay-45 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) 96,95 manat müəyyən edilib. 26 sentyabr 2011-ci il tarixindən sonra adıçəkilən şəxsin işdən azad olunduğu 6 iyul 2018-ci il tarixinədək fərdi şəxsi hesabında qeydə alınmış 13025,74 manat (2018-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 119 aya bölünərək (13025,74:119 ay (64 il-60 il 1 ay=47 ay+72 ay (144 ay-72 ay)) 109,46 manat müəyyən edilib. Bununla əlaqədar, qeyd olunan ümumilikdə 206,41 (96,95+109,46) manat 26 oktyabr 2018-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 26 oktyabr 2021-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiyanın (1280,15 manat) üzərinə əlavə edilərək əmək pensiyasının həmin tarixdən 1486,56 (1280,15+206,41) manat məbləğində müəyyən edilib. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1747,23 manat məbləğində müəyyən edilib. Fləmçinin, 26 oktyabr 2018-ci il tarixindən sonra işdən azad olunduğu 14 yanvar 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12992,22 manat (2022-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 89 aya bölünməklə (12992,22:89 ay (65 il-63 il 7 ay=17 ay+72 ay (144 ay-72 ay))=145,98 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (1747,23 manat) üzərinə əlavə edilərək əmək pensiyasının həmin tarixdən 1893,21 (1747,23+145,98) manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 2067,93 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 2371,92 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 2637,58 manat məbləğində müəyyən edilib. Qanunun 32.1-1ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış 13599,67 manat fərq məbləğinin 6193,20 manatı xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilib, qalıq 7406,47 mantının isə cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Bundan başqa birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(112)-2245/2022 nömrəii qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1944,05 manatdan 2637,58 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan ümumilikdə 13599,67 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğin 6193,20 manatı xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilib, qalıq 7406,47 manat isə cari ilin iyun ayından etibarən hissə-hissə onun əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1 -ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinin tələblərinə görə Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. İddiaçı fərdi şəxsi hesabında toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrdəki yaşına uyğun olaraq, aşağıdakı qaydada hesablanıb: Belə ki, adıçəkilən şəxsin əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 26 sentyabr 2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9598,05 manat (2011-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 99 aya bölünərək 96,95 manat (9598,05:99 ay (144 ay-45 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) müəyyən edilib. 26 sentyabr 2011-ci il tarixindən sonra onun işdən azad olunduğu 6 iyul 2018-ci il tarixinədək fərdi şəxsi hesabında qeydə alınmış 13025,74 manat (2018-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 119 aya bölünərək 109,46 manat (13025,74:119 ay (64 il-60 il 1 ay=47 ay+72 ay (144 ay-72 ay)) müəyyən edilib. Bununla əlaqədar, qeyd olunan ümumilikdə 206,41 manat (96,95+109,46) 26 oktyabr 2018-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 26 oktyabr 2021-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasının (1280,15 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1486,56 manat (1280,15+206,41) məbləğində müəyyən edilib. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1747,23 manat məbləğində müəyyən edilib. Həmçinin, İddiaçı 26 oktyabr 2018-ci il tarixindən sonra işdən azad olunduğu 14 yanvar 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12992,22 manat (2022-ci il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 89 aya bölünməklə (12992,22:89 ay (65 il-63 il 7 ay=17 ay+72 ay (144 ay-72 ay))=145,98 manat) həmin tarixədək müəyyən olunmuş pensiyasının (1747,23 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1893,21 manat (1747,23+145,98) məbləğində hesablanıb. Nəticədə yuxarıda qeyd edildiyi kimi müvafiq məhkəmə qərarı əsasında İddiaçı ödənilməli olan 13599,67 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən vəsait Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 1 sentyabr 2023-cü il tarixindən etibarən hissə-hissə onun müvafiq kart hesabına köçürülür. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İnzibati Prosessual Məcəllənin 116-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Yuxarıda qeyd olunan iş materiallarından görünür ki, cavabdeh inzibati orqan İddiaçı münasibətdə əmək pensiyasının hesablanması qaydasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin yeni (5 noyabr 2022-ci il tarixli) redaksiyası əsasında həyata keçirmişdir. Bu da qərarın icrası ilə bağlı hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Halbuki İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə inzibati orqana, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Yekun kassasiya instansiya məhkəməsinin qərarı isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qərarla Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2245/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Ona görə də işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdi ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin yeni (5 noyabr 2022-ci il tarixli) redaksiyasını tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırki inzibati işdə yuxarıda adı çəkilən Qanunun 45-ci maddəsinin 5 noyabr 2022-ci il tarixdən əvvəlki redaksiyası tətbiq olunmalıdır. Bundan başqa iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdlü olduğundan onun 65 yaşı tamam olmuşdur. Əgər iddiaçıya münasibətdə Qanunun 45-ci maddəsinin 5 noyabr 2022-ci il tarixdən sonrakı redaksiyası tətbiq olunsa belə, qanunverici hesablama zamanı Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatdığı halların istisna olunduğunu müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının ərizəsinin təmin olunması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati 2-1(112)-2245/2022 saylı 05 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2245/2022 saylı 05 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. SədrlikSədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1415/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1415/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver