Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1417/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçının mərhum əri X9 adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçının mərhum əri X9 adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(N2)-233/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiyaşikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi qullluqçu kimi tanınması və hərbi qulluqçu statusu verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N saylı xx.xx.1993-cü il tarixli əmrindən çıxarışda X9 qarşısında yazılmış- mülki sözünün hərbçi sözü ilə əvəz olunması, Sabir Cəfərovun döyüşlərdə iştiak etmiş hərbi qulluqçu kimi tanınaraq şəhid olmuş hərbi qulluqçu statusunun verilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum əri X9 adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X4 SSRİ silahlı qüvvələrində müddətli həqiqi xidmətini bitirdikdən sonra vətənə- Azərbaycan Respublikasına qayıtmış və Zəngilan rayon Hərbi Komissarlığında ehtiyata buraxılan hərbçi kimi qeydiyyata alınmışdır. 1991-1992-ci illərdə Qarabağ uğrunda döyüşlər başlananda onun mərhum həyat yoldaşı yenidən hərbi xidmətə çağırılmış və həmin dövrdə yeni yaranmış N saylı hərbi hissənin şəxsi heyətinin sıralarına daxil edilmişdir. Onun mərhum həyat yoldaşı X3 uğrunda gedən döyüşlərdə iştirak edən zaman xx.xx.1992-ci il tarixdə Zəngilan rayon ərazisində güllə yarasından həlak olmuş və Zəngilan rayon şəhidlər xiyabanında dəfn olunmuşdur. O, N000 manat məbləğində sığorta pulunun verilməsi üçün cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Cavabdeh orqan tərəfindən verilmiş imtina onunla əsaslandırılmışdır ki, onun mərhum əri X9 adı cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-233/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasının qeyrimümkün sayılması qərara alınmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-233/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia təmin edilərək, İddiaçı mərhum əri X9 adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-233/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarın ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ***-**** saylı xx.xx.2007-ci il tarixli məktubuna əsasən döyüşdə həlak olmuş hərbi qulluqçuların və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün ailələrinə ərzaq məhsullarının yardım edilməsinə dair hərbi hissə komandirinin N saylı N.01 1993-cü il tarixli əmrində X7 mülki şəxs kimi göstərilmişdir. Məhkəmə iclasında dinlənmiş şahidlər X5 və XN X7nun orada olmasını təsdiq etmişlər, lakın onun hərbi qulluqçu olub-olmaması barədə heç bir söz deyə bilməmişdirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində X7nun xidmət keçməsi, hərbi əməliyyatlarda həlak olması və şəhid hesab olunması barədə heç bir məlumat yoxdur. Habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına təqdim etmiş ”1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı’nda X7nun adı keçmir". Hərbi qulluqçular hərbi hissəyə daxil olan gündən və hərbi hissədən ehtiyata və istefaya buraxılan günədək onlar barədə bütün əmrlər (təminatlar) hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında qeydlər aparılır. N nömrəli hərbi hissə komandirinin N saylı xx.xx.1993-cü il tarixli əmrindən görünür ki, X7 həmin hərbi hissədə mülki şəxs olmuşdur. Hərbi hissələrdə hərbi qulluqçulardan savayı mülki işçilər (aşpaz, qaynaqçı, sürücü və s.) vardır və onlar barəsində müvafiq əmrlər kitabında qeydlər aparılır. Zəngilan rayon İcra Hakimiyyəti başçısının 517 saylı N 07.2013-cü il tarixli arayışına əsasən erməni işğalçı dəstələrinin Azərbaycan Respublikasınin torpaqlarına təcavüzü zamanı həlak olmuş X9 ailə üzvü - həyat yoldaşı İddiaçı "Şəhid ailəsi" statusuna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli N saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Həmin Qaydaların 4.1-ci maddəsinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X7 mülki şəxs olduğu üçün onun ailə üzvlərinə “Şəhid ailəsi" statusu icra hakimiyyəti tərəfindən verilmiş və bu səbəbdən onun barəsində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun müddəaların tətbiq edilməsi yolverilməzdir. Tərəflərin izahatları Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (qızı) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və məhkəmə qərarının dəyəşdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı ilə X17 xx.xx.1982-ci ildə nikaha daxil olmuş, sonradan Sabir Cəfərov xx xxxxxx 1992-ci ildə baş beyinin dəlib keçən odlu silah yarasından vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Zəngilan rayon Hərbi Komissarlığının 951 saylı xx.xx.2007-ci il tarixli arayışına əsasən Sabir Cəfərov xx.xx.1992-ci il tarixdə Zəngilan rayonunda döyüşlərdə həlak olmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N saylı əmrindən çıxarışdan görünür ki, döyüşdə həlak olmuş hərbi qulluqçular və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün, o cümlədən X9 ailəsinə həkimin raportuna və komandirin şifahi əmrinə əsasən anbardan ərzaq məhsulları yardım edilmiş, əmrdə X9 adının qarşısında “mülki” sözü yazılmışdır. Zəngilan rayon İcra Hakimiyyəti Başçısının 517 saylı xx xxxx 2013-cü il tarixli arayışına əsasən erməni işğalçı dəstələrinin Azərbaycan Respublikasının torpaqlarına təcavüzü zamanı həlak olmuş X9 ailə üzvü – həyat yoldaşı İddiaçı “Şəhid ailəsi” statusuna malikdir. Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyinin iddiaçıya ünvanladığı **********5 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbəriz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 saylı xx xxxxx 2018-ci il tarixli Fərmanına uyğun olaraq birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz iktin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə N000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının (hərbi qulluqçu) vərəsələrinə Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi tərəfindən verildiyi bildirilmişdir. Fərmanın 5-ci hissəsinə əsasən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Nazirliyə təqdim edilir. Fərmanın icrası ilə əlaqədar aidiyyəti olanlar tərəfindən təqdim edilmiş müvafiq siyahılar əsasında Nazirlik tərəfindən 2018-ci il 9 oktyabr ayından etibarən hərbi qulluqçuların adını, soyadını və atasının adını daxil etməklə vərəsələrin birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti təmin edilmiş və sənədlərin qəbuluna başlanılmışdır. Bundan sonra iddiaçı mərhum əri X9 adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin həvalə edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 2902 saylı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Xidmətin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində X7nun hərbi xidmət keçməsinə, hərbi əməliyyatlarda həlak olmasına, habelə şəhid hesab olunmasına dair heç bir məlumat yoxdur, həmçinin Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda X7nun adı keçmir. Azərbaycan Respublikası Prezidentinin 1 saylı xx.xx.2018-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə N000 manat sığorta məbləği verilir. Bu səbəbdən də X9 adının bu Fərmanla nəzərdə tutulmuş siyahıya əlavə edilməsinin mümkün olmaması qeyd edilmişdir. Zəngilan rayonu Hərbi Komissarlığının 453 nömrəli xx.xx.1994-cü il tarixli arayışına əsasən X17 və XN Azərbaycan Respublikasının suverenliyi və torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşlar. Zəngilan rayon Hərbi Komissarlığının 951 nömrəli, xx.xx.2007-ci il tarixli arayışına əsasən X17 xx.xx.1992-ci ildə Zəngilan rayonunda gedən döyüşlərdə həlak olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu imtina məktubu ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən N saylı hərbi hissə komandirinin N saylı xx.xx.1993-cü il tarixli əmrindən çıxarışa və şahid ifadələrinə əsasən iddiaçının ərinin N saylı hərbi hissədə xidmət edib, əlində silah döyüşməsinə, yəni hərbi hissənin silah və digər təminatlarına daxil edildiyinə, həlak olduqdan sonra onun ailəsinə hərbi qulluqçu ailəsinə olduğu kimi hərbi hissə tərəfindən dəfn mərasiminin keçirilməsi üçün ərzaq yardımının edilməsinə, buna görə də iddiaçının ərinin hərbi qulluqçu statusuna malik olduğuna və onun adının müvafiq siyahıya salınmalı olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarından göründüyü kimi, hazırki işdə iddiaçı mərhum həyat yoldaşının 1991- 1992-ci illərdə Qarabağ uğrunda döyüşlərdə N saylı hərbi hissənin şəxsi heyətinin sıralarına daxil olub döyüşlərdə iştirak edən zaman xx.xx.1992-ci il tarixdə hərbi qulluqçu kimi şəhid oduğuna istinad edərək onun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018ci il tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsini tələb edir. İddiaçının hüquqi marağı ondan ibarətdir ki, mərhum ərinin vərəsəsi kimi adı çəkilən Fərmanda müəyyənləşdirilmiş N000 manat birdəfəlik ödəmənin alınmasına nail olsun. Hazırki iş üzrə iddianın əsaslılığı yoxlanılarkən əvvəlcə iddiaçının mərhum ərinin 1991- 1992-ci illərdə məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak etmə məsələsi araşdırılmalıdır. İddiaçı bu halın mövcudluğunu mərhum ərinin N saylı hərbi hissənin şəxs heyət sıralarına daxil olub, döyüşlərdə iştirak etməsi ilə əsaslandırır və bununla bağlı şahid ifadələrini və N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N saylı əmrindən çıxarışı təqdim edir. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, müharibə veteranıdır, 1992-ci ildə Sabir Cəfərov ilə Zəngilan rayonunun N saylı hərbi hissəsində qulluq etmişdir. Həmin vaxtda Qarabağ uğrunda gedən döyüşlər başlananda döyüşlərdə Sabir Cəfərov həlak olmuşdur. Sabir Cəfərovu şəxsən tanımamışdır və onun hərbi qulluqçu olub-olmaması barədə heç bir söz deyə bilməz. Şahid qismində ifadə vermiş XN ifadə verərək bildirmişdir ki, o müharibə veteranıdır, 1992-ci ildə Sabir Cəfərov ilə Zəngilan rayonunun N nömrəli hərbi hissəsində qulluq etmişdir. Həmin vaxtda Qarabağ uğrunda döyüşlər başlananda döyüşlərdə Sabir Cəfərov həlak olmuşdur və onunla birlikdə şahidin ögey dayısı oğlu Adil və xalasının oğlu Pənah da həlak olmuşlar. Sabir Cəfərovu şəxsən tanıyırdı, döyüş vaxtı da hamının hərbi geyimi, əlində silah olmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N saylı əmrindən çıxarışa əsasən döyüşdə həlak olmuş hərbi qulluqçular və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün, o cümlədən X9 ailəsinə həkimin raportuna və komandirin şifahi əmrinə əsasən anbardan ərzaq məhsulları yardım edilmişdir. Həmin əmrdə X9 adının qarşısında “mülki” sözü yazılmışdır. İddiaçının təqdim etdiyi sübutlardan göründüyü kimi, şahid qismində ifadə vermiş şəxslər iddiaçının mərhum ərinin hərbi qulluqçu olması ilə bağlı heç nə deyə bilməmişlər, sadəcə onun döyüşlərdə iştirak edib həlak olduğunu təsdiqləmişlər. Həmçinin təqdim olunmuş xx.xx.1993-cü il tarixli əmrdən çıxarışda Sabir Cəfərovun dəfn mərasimi üçün ailəsinə ərzaq məhsulları yardımının verilməsi və onun mülki şəxs olduğu göstərilmişdir. Cavabdeh inzibati orqanın verdiyi məlumatlardan müəyyən olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində X7nun xidmət keçməsi, hərbi əməliyyatlarda həlak olması və şəhid hesab olunması barədə hər hansı məlumat yoxdur. Həmçinin, Müdafiə Nazirliyinin Təşkilati- Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda da X7nun adı keçmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə icra və ya qanunvericilik hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına və yaxud Azərbaycan Respublikasının Milli Məclisinə) ezam edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdə saxlanılmaqla bu Əsasnaməyə müvafiq olaraq həqiqi xidmət keçirlər və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquq, güzəşt və imtiyazlardan istifadə edirlər. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Qeyd olunan maddi hüquq normalarının müddəalarına görə hərbi qulluqçu statusu müvafiq qanunla müəyyən edilmiş qaydada əldə olunur və verilir. Hazırki işdə iddiaçı mərhum ərinin 1991-1992-ci illərdə məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak etməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddianı əsaslandırmaq üçün təqdim olunan şahid ifadələri və hərbi hissə komandirinin hazırki mübahisə ilə bağlı mövcud əmrində göstərilənlər isə iddiaçının mərhum ərinin məhz hərbi qulluqçu kimi döyüşlərdə iştirak edib həlak olması ilə bağlı birmənalı nəticəyə gəlmək üçün əsas vermir. Bu halın təsdiq olunmaması isə iddiaçının mərhum ərinin adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanında nəzərdə tutulmuş müvafiq siyahıya salınmasını istisna edir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada N.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdi ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə N000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Qeyd olunan Fərmanın məzmunundan da görünür ki, həmin Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Hazırki işdə isə iddiaçının mərhum ərinin məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak edib həlak olması faktı təsdiqlənmir, iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən əsasdırması bu halın mövcudluğuna dəlalət etmir. Buna görə də məhkəmə kollegiyası iddiaçının mərhum ərinin əlində silah və hərbi geyimdə döyüşlərdə iştirak etməsi, həlak olduqdan sonra hərbi hissə komandiri tərəfindən onun dəfn mərasimi üçün ailəsinə müvafiq ərzaq yardımının edilməsinə dair əmrin verilməsinə əsaslanaraq onu hərbi qulluqçu hesab etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Digər tərəfdən qeyd olunmalıdır ki, Zəngilan rayon İcra Hakimiyyəti Başçısının 517 saylı xx xxxx 2013-cü il tarixli arayışına əsasən erməni işğalçı dəstələrinin Azərbaycan Respublikasının torpaqlarına təcavüzü zamanı həlak olmuş X9 ailə üzvü – həyat yoldaşı İddiaçı “Şəhid ailəsi” statusuna malikdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya “şəhid ailəsi” statusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməsi halı bir daha onun mərhum ərinin döyüşlərdə hərbi qulluqçu kimi deyil, könüllü mülki vətəndaş kimi iştirak edib həlak olduğunu ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli N saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Həmin Qaydaların 4.1-ci maddəsinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtina etməsi qanunauyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum əri X9 hərbi qulluqçu olaraq döyüşlərdə iştirak edib həlak olması faktı təsdiqlənmədiyindən onun adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-233/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1417/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1417/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver