Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1417/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9657/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə etdiyi müraciəti üzrə 17 avqust 2021-ci il tarixli imtina qərarının ləğv edilməsi, adına olan 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmiş magistr diplomunun “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” tərəfindən əyani və ya qiyabi kimi tanınması üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci ildə X2 şəhərində doğulmuş, həmin dövlətin vətəndaşıdır. Milliyyətcə azərbaycanlıdır, hər iki valideyni Azərbaycan Respublikasında doğulmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə görə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna malik şəxsdir (vəsiqə seriyası DYİ № 0018024). 2018-ci ildə Rusiya Federasiyası, Federal Dövlət büdcə Ali Təhsil Müəssisəsi “O.Y.Kutafin adına X6 Universiteti (MDHU)” əyani-qiyabi fakültəsinə daxil olmuş, qeyd edilən təhsil ocağını 40.04.01. “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və dövlət yekun attestasiyanı müvəfəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə 20 noyabr 2020-ci il tarixdə, 02 saylı protokolla, 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi təsdiq olunmaqla, magistr dərəcəsi verilmişdir. 107732 ******* №-li magistr diplomuna əlavə 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmişdir. 11 yanvar 2021-ci il tarixdə, 545611 nömrə ilə qeydiyyatdan keçirilmiş, Moskva şəhəri Elm və Təhsil Departamenti tərəfindən magistr dərəcəli diplomu təsdiqlənmişdir və 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Apostil sənədi verilmişdir. Adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə ərizəsi ilə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə müraciət etmişdir. Müraciəti **********0 sıra nömrəsi ilə qeydə alınmış, 26 iyul 2021-ci il tarixdə TKTA tərəfindən müsahibəyə dəvət olunmuş və həmin mərhələni uğurla keçmiş, lakin TKTA-nın 17 avqust 2021-ci il tarixli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” NA00002333 №-li qərarında göstərilmişdir ki, ərizəçinin təhsilalma forması üzrə, təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi hər hansı qanunvericilik aktları ilə tənzimlənməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən təhsilalma formaları üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı Rusiya Federasiyasının O.Y.Kutafin adına X6 Universiteti tərəfindən verilmiş magistr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “əyani-qiyabi” təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” Qanunun və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9657/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair iddiası əsassız olmaqla təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2- 1(103)-1442/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9657/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış,iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2231/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(103)-1442/2022 nömrəli qərarı ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1417/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirib, müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə etdiyi müraciət üzrə 17 avqust 2021-ci il tarixli imtina qərarının ləğv edilməsi, adına olan 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmiş magistr diplomunun “Təhsildə Keyfiyyət Təminatı Agntliyi” tərəfindən əyani və ya qiyabi kimi tanınması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1417/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirib, müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 21 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1417/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərardadının icrası məqsədi ilə İddiaçı Rusiya Federasiyası O.Y.Kutafin adına X6 Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 107732 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edildiyini, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunduğu bildirilmiş və nəzərə alınması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cаvаbdеh Təhsildə X1rşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1417/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1417/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver