Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1418/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin (VÖEN – **********; Hüquqi ünvanı – AZ1029, ünvan 1 məh. 2403; qanuni təmsilçisi – X3; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2014) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxxxx" MMC-nin riskli əməliyyatlar aparılan qrupdan çıxarılması və 18 faizlik ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı" MMC-nin 18 faizlik ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması haqda məhkəmə mübahisəsi bitənə qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı kimi onların tikinti işləri davam edir və cavabdeh tərəfindən riskli siyahıya salaraq 18 % ƏDV yəni depozit hesablarının bloklanması, faktiki işlərinin dayanmasına və onlarla işçinin işsiz qalmasına və sonradan iddiaçı kimi küllü miqdarda ziyana düşərək işin tam dayanmasına aparır. Bakı İnzibati Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) ərizə rədd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia predmeti ilə iddianın müvəqqəti xarakterli təmin tədbirinə dair tələbi eynidir. Lakin, iddia predmeti iki haldan ibarətdir, həm iddiaçını risqli qrupdan çıxarılma, həm də ƏDV-nin blokdan çıxarılması hallarıdır. İddianın təmin tədbirinə baxsaq "xxxxxxxxxxx " MMC-nin 18 faizlik ƏDV hesabının, yəni depozit hesabının faktiki bloklanmasının açılması haqda məhkəmə mübahisəsi bitənə qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi qərardad qəbul edilməsindən ibarətdir. Demək ki, faktiki olaraq məhkəmənin birinci hala istinad etdiyi arqument dəqiq deyil. İkinci əsas ondan ibarətdir ki, Azərbaycan Respublikası İPM - nin 41-43-cü maddələrinə əsasən iddiaçıya müvəqqəti xarakterli təmin tədbirinə ehtiyac yoxdur və iddiaçı ziyana düşməsini sübut etməmişdir. Məhkəmə bu hala da düzgün qiymət verməmişdir, belə ki, iddiaçının indi 24 işçisi var və işinin davam etdirilməsi, işçilərin işdən azad edilməməsi üçün mütləq iddianın təmin tədbirinə ehtiyac var. İddianın təmin tədbirinə ehtiyac olmasa iddiaçı kimi onların bu ərizəyə və təmin tədbirinin həyata keçirilməsinə ehtiyacları olmazdı. Məhkəmə dövründə işçilər işləyə bilməsə ziyana düşməkləri birmənalıdı, o da ƏDV-nin blokdan müvvəqqəti azad ediməsindən ibarətdir. İş materiallarından göründüyü kimi, iddiaçı “xxxxxxxxxxx” MMC-nin – ünvan 2 məh. 2403 ünvanına məhkəmə bildirişləri göndərilsə də, “ünvan tam deyil” qeydləri ilə geri qayıtmışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən "xxxxxxxxxxx " MMC-yə ünvanlanmış cavab məktubunda “iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxx” MMC (VÖEN: **********), “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (VÖEN: **********), “xxxxxxxxxx” MMC (VÖEN : **********), “xxxxxxxxxxx” MMC (VÖEN : **********) və “xxxxxxxxxxxxxxx” MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatların vergi orqanı tərəfindən risklərinin müəyyən edildiyi” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən, - 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqlarının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymətləndirilmişdir. Eyni zamanda İnzibati-Prosessual Məcəllənin 41.2-ci maddəsinin tələbindən göründüyü kimi, məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasından sonra iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizənin məzmununa və mahiyyətinə görə eyni olduğundan, o cümlədən cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulması iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı ərizənin təmin edilməsi üçün əsas olmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı onun ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyət qoyulmasını bildirsə də, bu halın əsaslandırılması ilə bağlı olaraq heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmədən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini xahiş etsə də, təqdim etdiyi ərizəsində məhkəmə tərəfindən müvəqqəti xarakterli tədbirin qoyulmasını zəruri edən halları - onun ƏDV depozit hesabında məhdudiyyətin qoyulub-qoyulmaması, iddiaçı tərəfindən bir hüquqi şəxs kimi ümumiyyətlə əməliyyat aparıla bilməməsi və ya yalnızca riskli qrupa aid olan ödəyicilərlə əməliyyat aparıla bilməməsini, müəssisənin fəaliyyətinə hansı manenin yaradılmasını və ya onun işini dayandırmasını əsaslandırmamışdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş ərizəni rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, qərardadın ləğv edilməsi üçün əsas yoxdur, qərardad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı «xxxxxxxxxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1418/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1418/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver