Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1418/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12250/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ona əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (əvvəlki İİ dərəcəli əlilliyə uyğun olaraq) 61-80 faiz arasında əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-12250/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (əvvəlki İİ dərəcəli əlilliyə uyğun olaraq) 61-80 faiz arasında əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. İddiaçı 2023-cü ilin fevral ayında əlilliyi olan şəxs kimi xüsusi nəqliyyat vasitəsi - minik avtomobili əldə etmək üçün cavabdehə müraciət etmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki budun orta 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət (xx.xx.2013). Sol budun diafizinin kobud döyənəkli qəlpəli bitişmiş sınığı. İlizarov üsulu ilə metalloosteosintezdən cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları. Oturaq sinirinin zədələnməsi, Sağ oturaq sinirinin postravmatik neyropatiyası...Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Bakı şəhər sakini xx.xx.1980-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. İddiaçının avtomobil müraciəti əsasında xx.xx.2023cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 11/30 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ‘‘Hər iki budun dəlib-keçən yaralanması (xx.xx.2013) nəticəsində sol bud sümüyünün diafizinin aşağı 1/3-nin çoxqəlpəli, yerdəyişmiş, açıq sınığına görə aparılan sol bud sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2013) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının miogen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sağ budun aşağı 1/3-nin dəlib-keçən qüllə yaralanması (xx.xx.2013) nəticəsində sağ oturaq sinirinin keçirilmiş posttravmatik nevropatiyasından sonrakı cüzi dərəcədə hissiyat pozulması və yüngül dərəcədə əzələ zəifliyi şəklində cüt qalıq əlamətləri, funksiyanın pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ baldırın əzələ atrofiyası, pəncənin sallanması, sol aşağı ətrafda hipertonus müəyyən edilmişdir. Reflekslər çağrılmamış, yerişi paretikdir, dayaq vasitələrindən istifadə olunmuşdur. Xəstənin hazırkı vəziyyəti sağ aşağı ətrafın üstünlüyü ilə müşayiət olunan aşağı distal paraparez kimi qiymətləndirilmişdir” kimi qeyd olunmuş, 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda keyimə və ağrı hissindən şikayətlənmiş, yeriyiş pozğunluğunu simulasiya etmişdir. Müayinə zamanı sol budun orta 1/3-də, sağ budun aşağı 1/3-də çapıq toxumalar, sol bud nahiyəsində “İlizarov” aparatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, hərəkətlər sərbəst və ağrılı müşahidə edilmişdir. Nevroloji baxış zamanı əzələ gücü və tonus normal, aşağı ətraflarda reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, bütün motor hərəkətlər sərbəst qeydə alınmışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/11629 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Hər iki budların orta 1/3-nin güllə yaralanmasından sonrakə vəziyyət. Sol bud sümüyünün kobud döyənəkli bitişmiş sınığı və cərrahi əməliyyatından sonrakı vəziyyət. Hər iki budların orta 1/3-nin kobud çapıqları. Sol diz oynağında posttravmatik ağrı, kontrakturası, hərəkət məhdudluğu ilə. Yerişin pozulması” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd edilir: Cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qüvvədə saxlanılmalıdır. Əvvəla, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti sırf formal mülahizələrə əsaslanır. Eyni cümlələr, eyni sözlər həm cavabdehin qəbul etdiyi inzibati qərarda, həm iddia ərizəsinə etirazda, həm də apellyasiya şikayətində heç bir dəyişiklik edilmədən sadəcə olaraq təkrarlanır. Apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına məhkəmənin yanlış istinad etdiyini əsaslandıran heç bir mülahizə öz əksini tapmamışdır. Beləliklə, qeyd edilənlər cavabdehin iddiaçını daha uzun müddət öz aylıq pensiya ödənişindən məhrum etmək məqsədilə apellyasiya şikayəti verdiyini sübuta yetirir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə gedişində iddiaçının əyani müayinəsi üçün aralıq qərardad qəbul edilməmiş, bununla da məhkəmə inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan öz diskresion səlahiyyətindən sui-istifadə edərək 2026-cı il tarixədək əlillik təyin etdiyi şəxsin əlilliyə görə pensiyasını heç bir əyani müayinə keçirmədən, sırf nəqliyyat vasitəsi ilə təmin olunmaqla bağlı müraciət etdiyi üçün dayandırmışdır. Məhkəmə inzibati orqanın sui-istifadəsini müəyyən etmək, iddiaçının səhhətində olan xəstəliklərin əlilliyin təyini üçün əsas olubolmamasını aşkar etmək üçün tibbi ekspertiza təyin etmiş və ekspert rəyi əsasında iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Həmçinin, birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 4764 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “İddiaçı adına X11 tərtib edilmiş 7815 saylı xəstəlik tarixinin çıxarışına əsasən o, 25.09-xx.xx.2023-cü il tarixlərdə Mərkəzdə “G57.0; G57.2- Odlu silah yaralanması nəticəsində oturaq sinirin, femoral sinirin neyropatiyası. G82- Sağ pəncənin parezi. R26.8- Sərbəst gəzmənin çətinləşməsi.Y36.4- Sağ budun ortaaşağı 1/3-nin iç-arxa səthinin kobud dartıcı çapıq toxuması. L90.5; S72.3; M24.5; M17.5- Sol bud sümüyünün orta-aşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, hər iki diz oynağının açıcı kontrakturası (solda bükmə-100dər., sağda- 90dər.), sol diz oynağının qonartrozu. M62.5; R52.2; F44.0- Əzələ atrofiyası. Daimi ağrı sindromu, yerişin mühüm dərəcədə pozulması. Nevrotik reaksiya” diaqnozu ilə müayinəyə müalicədə olmuşdur. Rəydə həmçinin göstərilir ki, qeyd edilən xəstəliklər 2749003AAEUL nömrəli, xx.xx.2021-ci il tarixli Forma 88 arayışında və olan xəstəliklərlə ümumən eynidir və MN MHHK-nın 8828 saylı şəhadətnaməsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi üçün təqdim edilmiş tibbi sənədlərdə (həmçinin xx.xx.2023cü il tarixli Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ-in arayışında) qeyd olunan xəstəlik diaqnozu arasında elə bir əsaslı fərq yoxdur. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət vermiş, ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin MN MHHK-nın 8828 saylı şəhadətnaməsində göstərilən və iddiaçıya xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozla eyni olması qənaətinə gəlmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 4764 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı X11 müəyyən edilmiş diaqnozla əlaqədar hazırda müalicəyə ehtiyac yoxdur, belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən bir həftə əvvəl həmin Mərkəzdə müayinə və müalicədə olmuşdur. Xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar”. Bakı İnzibati Məhkəməsi bu hala da qiymət verərək qərarında qeyd etmişdir ki, iddiaçıda olan xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmur. Göründüyü kimi, cavabdehin iddiaçının tam reabilitasiya olunması barədə gəldiyi nəticə öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona əlillik təyin edilməsinə müdaxilə etməmişdir. Eləcə də inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olardı. Cavabdeh də iddiaçının əlilliyinin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə xx.xx.2021-ci il tarixdə əlilliyin təyini barədə qərar qəbul etmiş və xx.xx.2026-cı il tarixli növbəti müayinə tarixi olaraq göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçının reabilitasiya olub-olmamasından asılı olmayaraq, xx.xx.2021-ci il tarixli qərarla onun əlilliyinin təyini həyata keçirilmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişsə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa, heç bir əsas olmadan onun əlilliyinin ləğv edilməsinə dair inzibati icraatın başlanması və həmin inzibati icraat nəticəsində əlilliyin ləğv edilməsinin əsası yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Belə ki, iddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin də aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi. Cavabdeh isə nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan, iddiaçının vəziyyətini ağırlaşdıran digər bir qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün xx.xx.2021-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən, iddiaçının müraciəti əsasında onun vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Halbuki qərarda növbəti müayinə tarixi konkret olaraq göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin müayinə tarixi iddiaçıya növbəti əlillik təyin edilməsinə əsas verən halların olub-olmamasının həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və etimadın qorunmasına istinadı istisna edən digər hərəkətlərə yol verməmişdirsə, onun 2026-cı ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin təyin edilməsinə zərurət yaranmazdı ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin müəssisədə stasionar müalicə almışdır. Bu isə özlüyündə iddiaçının səhhətində olan xəstəliyin davamlı olduğunu və onun mütəmadi olaraq müalicəyə ehtiyacı olduğunu sübuta yetirir. İddiaçı hər 6 ayda azı bir və ya iki dəfə bu cür stasionar müalicə almaqla qismən həyat fəaliyyətini bərpa etməyə çalışır. Apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətlərinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz müraciətinizə əsasən əlillik vəziyyətinizin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətinizdə əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olmağınız barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1980-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1130 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Hər iki budun dəlib-keçən güllə yaralanması (xx.xx.2013) nəticəsində sol bud sümüyünün diafizinin aşağı 1/3-nin çoxqəlpəli, yerdəyişmiş, açıq sınığına görə aparılmış sol bud sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2013) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının mioqen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sağ budun aşağı 1/3-nin dəlib-keçən güllə yaralanması (xx.xx.2013) nəticəsində sağ oturaq sinirinin keçirilmiş posttravmatik neyropatiyasından sonrakı cüzi dərəcədə hissiyat pozulması və yüngül dərəcədə əzələ zəifliyi şəklində cüzi qalıq əlamətləri, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Düyünlü ur, eutiroid forma" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ baldırın əzələ atrofiyası, pəncənin sallanması, sol aşağı ətrafda hipertonus müəyyən edilmişdir. Reflekslər çağrılmamış, yerişi paretikdir, dayaq vasitələrindən istifadə olunmuşdur. Xəstənin hazırkı vəziyyəti sağ aşağı ətrafın üstünlüyü ilə müşayiət olunan aşağı distal paraparez kimi qiymətləndirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirıər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1980-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********8). Vətəndaşın avtomobil müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 11/30 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Hər iki budun dəlib-keçən yaralanması (xx.xx.2013) nəticəsində sol bud sümüyünün diafizinin aşağı 1/3-nin çoxqəlpəli, yerdəyişmiş, açıq sınığına görə aparalınan sol bud sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2013) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının miogen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sağ budun aşağı 1/3-nin dəlib-keçən güllə yaralanması (xx.xx.2013) nəticəsində sağ oturag sinirinin keçirilmiş posttravmatik nevropatlyasından sonrakı cüzi dərəcədə hissiyat pozulması və yüngül dərəcədə əzələ zəifliyi şəklində cüt qalıq əlamətləri, funksiyanın pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ baldırın əzələ atrofiyası, pəncənin sallanması, sol aşağı ətrafda hipertonus müəyyən edilmişdir. Reflekslər çağrılmamış, yerişi paretikdir, dayağ vasitələrindən istifadə olunmuşdur. Xəstənin hazırkı vəziyyəti sağ asağı ətrafın üstünlüyü ilə müşayiət olunan aşağı distal praparez kimi qiymətləndirilmişdir” kimi qeyd olunmuş, 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda keyimə və ağrı hissindən şikayətlənmiş, yeriyiş pozğunluğunu simulasiya etmişdir. Müayinə zamanı sol budun orta 1/3-də, sağ budun aşağı 1/3-də çapıq toxumalar, sol bud nahiyəsində “İlizarov” aparatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, hərəkətlər sərbəst və ağrılı müşahidə edilmişdir. Nevroloji baxış zamanı əzələ gücü və tonus normal aşağı ətraflarda reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, bütün motor hərəkətlər sərbəst qeydə alınmışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/11629 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Hər iki budların orta 1/3-nin güllə yaralanmasından sonrakə vəziyyət. Sol bud sümüyünün kobud döyənəkli bitişmiş sınığı, və cərrahi əməliyyatından sonrakı vəziyyət. Hər iki budların orta 1/3-nin kobud çapıqları. Sol diz oynağında posttravmatik ağrı, kontrakturası, hərəkət məhdudluğu ilə. Yerişin pozulması” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Müayinə - ilkin, Diaqnoz: Bud sümüyünün sınığı. Hər iki budun dəlib keçən güllə yaralanması nəticəsində sol bud sümüyünün diafizin aşağı 1/3-nin çox qəlpəli yerdəyişmiş açıq bitişmiş sınığından sonrakı vəziyyət. Aşağ ətraf travmalarının nəticələri. Sol bud sümüyünün İlizarov üsulu ilə ostiosintezi cərrahi əməliyyatından sonrakı diz oynağının miogen kontrakturası, funksiyasının mülayim dərəcəsi pozulması ilə. - İddiaçı xx.xx.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Müayinə - təkrar, Diaqnoz: Bud sümüyünün sınığı. Hər iki budun dəlib keçən güllə yaralanması nəticəsində sol bud sümüyünün diafizin aşağı 1/3-nin çox qəlpəli yerdəyişmiş açıq bitişmiş sınığından sonrakı vəziyyət. Aşağ ətraf travmalarının nəticələri. Sol bud sümüyünün İlizarov üsulu ilə ostiosintezi cərrahi əməliyyatından sonrakı diz oynağının miogen kontrakturası, funksiyasının mülayim dərəcəsi pozulması ilə. - İddiaçı xx.xx.2021-ci il tarixdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Müayinə - təkrar, Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki budun orta 1/3-nün dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət.(xx.xx.2013). Sol budun diafizinin kobud döyənəkli qəlpəli bitişmiş sınığı. İlizarov üsulu ilə metalloosteosintezdən cərrahi əməliyyatdan sonrakı vəziyyət. (Hərbi travma Azərbaycan Respublikası müdafiə zamanı). Oynaqların kontrakturası, Hər iki diz oynağının açıcı, bükücü, miogen kontarkturası ağrı sindromu ilə. Hipertrofik çapıq, Hər iki budun orta 1/3-nün güllə yaralanmasından sonrakı bərkimiş, ağrılı, az hərəkətli kobud çapıq toxumaları. Oturaq sinirinin zədələnməsi, Sağ oturaq sinirinin postravmatik neyropatiyası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki bud və baldır nahiyəsinin əzələlərin atrofiyası, zəifliyi. - İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki budun orta 1/3-nün dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət.(xx.xx.2013). Sol budun diafizinin kobud döyənəkli qəlpəli bitişmiş sınığı. İlizarov üsulu ilə metalloosteosintezdən cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki budun orta 1/3-nün güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları. Oturaq sinirinin zədələnməsi, Sağ oturaq sinirinin postravmatik neyropatiyası. İmtina səbəbi - Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli T734/2023 saylı ekspert rəyində qeyd edilir: 1980-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı adına X11 tərtib edilmiş 7815 saylı xəstəlik tarixinin çıxarışına əsasən o, 25.09-xx.xx.2023cü il tarixlərdə Mərkəzdə “G57.0; G57.2- Odlu silah yaralanması nəticəsində oturaq sinirin, femoral sinirin neyropatiyası. G82- Sağ pəncənin parezi. R26.8- Sərbəst gəzmənin çətinləşməsi.Y36.4- Sağ budun orta-aşağı 1\3-nin iç-arxa səthinin kobud dartıcı çapıq toxuması. L90.5; S72.3; M24.5; M17.5- Sol bud sümüyünün orta-aşağı 1\3-nin kobud döyənəkli bitişmiş sınığı, hər iki diz oynağının açıcı kontrakturası (solda bükmə-100dər., sağda- 90dər.), sol diz oynağının qonartrozu. M62.5; R52.2; F44.0- Əzələ atrofiyası. Daimi ağrı sindromu, yerişin mühüm dərəcədə pozulması. Nevrotik reaksiya.” diaqnozu ilə müayinəyə müalicədə olmuşdur. Qeyd edilən xəstəliklər 2749003AAEUL nömrəli, xx.xx.2021-ci il tarixli Forma 88 arayışında və olan xəstəliklərlə ümumən eynidir və MN MHHK-nın 8828 saylı şəhadətnaməsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi üçün təqdim edilmiş tibbi sənədlərdə (həmçinin xx.xx.2023-cü il tarixli Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ-in arayışında) qeyd olunan xəstəlik diaqnozu arasında elə bir əsaslı fərq yoxdur. İddiaçı X11 müəyyən edilmiş diaqnozla əlaqədar hazırda müalicəyə ehtiyac yoxdur, belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 1(bir) həftə əvvəl həmin Mərkəzdə müayinə və müalicədə olmuşdur. Xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı HMK tərəfindən xx.xx.2021-ci il tarixdə protokola qeyd 104№ xəstəliyinə uyğun olaraq əmək qabiliyyətini dayanıqlı itirdiyi və əlillik meyarlarına uyğun olaraq forma 88 doldurularaq alt sistemə yerləşdirilib. TSEK Komissiyası tərəfindən ona İİ qrup dərəcəli əlillik təyin edilib. Sonrakı müddətdə həmin vətəndaşa 88 №-li forma yazılmayıb. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməklə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Bud sümüyünün sınığı. Hər iki budun dəlib keçən güllə yaralanması nəticəsində sol bud sümüyünün diafizin aşağı 1/3-nin çox qəlpəli yerdəyişmiş açıq bitişmiş sınığından sonrakı vəziyyət. Aşağ ətraf travmalarının nəticələri. Sol bud sümüyünün İlizarov üsulu ilə ostiosintezi cərrahi əməliyyatından sonrakı diz oynağının miogen kontrakturası, funksiyasının mülayim dərəcəsi pozulması ilə. Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdən səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməklə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Bud sümüyünün sınığı. Hər iki budun dəlib keçən güllə yaralanması nəticəsində sol bud sümüyünün diafizin aşağı 1/3-nin çox qəlpəli yerdəyişmiş açıq bitişmiş sınığından sonrakı vəziyyət. Aşağ ətraf travmalarının nəticələri. Sol bud sümüyünün İlizarov üsulu ilə ostiosintezi cərrahi əməliyyatından sonrakı diz oynağının miogen kontrakturası, funksiyasının mülayim dərəcəsi pozulması ilə. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixdən səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməklə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki budun orta 1/3-nün dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət.(xx.xx.2013). Sol budun diafizinin kobud döyənəkli qəlpəli bitişmiş sınığı. İlizarov üsulu ilə metalloosteosintezdən cərrahi əməliyyatdan sonrakı vəziyyət. (Hərbi travma Azərbaycan Respublikası müdafiə zamanı). Oynaqların kontrakturası, Hər iki diz oynağının açıcı, bükücü, miogen kontarkturası ağrı sindromu ilə. Hipertrofik çapıq, Hər iki budun orta 1/3-nün güllə yaralanmasından sonrakı bərkimiş, ağrılı, az hərəkətli kobud çapıq toxumaları. Oturaq sinirinin zədələnməsi, Sağ oturaq sinirinin postravmatik neyropatiyası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki bud və baldır nahiyəsinin əzələlərin atrofiyası, zəifliyi. İddiaçı 2023-cü ilin fevral ayında əlilliyi olan şəxs kimi xüsusi nəqliyyat vasitəsi - minik avtomobili əldə etmək üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olarkən təqdim etdiyi sənədlər əsasında sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığı müəyyən edilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və ona təyin edilmiş əlilliyin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmiş, iddiaçının məhkəmə-tibbi müayinəsi keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının X11 25.09xx.xx.2023-cü il tarixlərdə müayinə və müalicə olunduğu xəstəliklər 2749003AAEUL nömrəli, xx.xx.2021-ci il tarixli Forma 88 arayışında göstərilən xəstəliklərlə ümumən eynidir və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 8828 saylı şəhadətnaməsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçıya xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi üçün təqdim edilmiş tibbi sənədlərdə (həmçinin xx.xx.2023-cü il tarixli Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ-in arayışında) qeyd olunan xəstəlik diaqnozu arasında elə bir əsaslı fərq yoxdur. İddiaçıda olan həmin xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar. Göründüyü kimi, ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 8828 saylı şəhadətnaməsində göstərilən və ona xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozla eynidir. Həmçinin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçıda olan xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmur. Beləliklə, cavabdehin iddiaçının tam reabilitasiya olunması barədə gəldiyi nəticə öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. Qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona əlillik təyin edilməsinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olardı. Cavabdeh də iddiaçının əlilliyinin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə xx.xx.2021-ci il tarixdə əlilliyin təyini barədə qərar qəbul etmiş və xx.xx.2026-cı il tarixli növbəti müayinə tarixi olaraq göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçının reabilitasiya olub-olmamasından asılı olmayaraq, xx.xx.2021-ci il tarixli qərarla onun əlilliyinin təyini həyata keçirilmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişsə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa, heç bir əsas olmadan onun əlilliyinin ləğv edilməsinə dair inzibati icraatın başlanması və həmin inzibati icraat nəticəsində əlilliyin ləğv edilməsinin əsası yoxdur. İddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Belə ki, iddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin də aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi. Cavabdeh isə nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan, iddiaçının vəziyyətini ağırlaşdıran digər bir qərar qəbul etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarında növbəti müayinə tarixi konkret olaraq göstərilmişdir. Həmin müayinə tarixi iddiaçıya növbəti əlillik təyin edilməsinə əsas verən halların olub-olmamasının həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və etimadın qorunmasına istinadı istisna edən digər hərəkətlərə yol verməmişdirsə, onun 2026-cı ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin təyin edilməsinə zərurət yaranmazdı ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe eyni qaydada əsaslandırılmışdır. Beləliklə, iddiaçıda hazırda müəyyən edilmiş xəstəliklər əlilliyin müəyyən olunması meyarlarında mövcuddur. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bu, bir daha öz təsdiqini tapmışdır və müəyyən olunmuş diaqnozlara əsasən həmin xəstəliklər tam reablitasiya olunmurlar. Bundan başqa, iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh isə inzibati icraatın predmetindən kənara çıxaraq həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün xx.xx.2021-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən və əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almadan iddiaçının müraciəti əsasında onun vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2023cü ildə müayinə olunmuş və hazırda mübahisələndirilən qərar xx.xx.2023-cü ildə qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından da görünür ki, iddiaçı həmin qərarı mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu, texniki yanlışlıq kimi qəbul edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının qərarının tarixi «xx.xx.2023-cü il» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının qərarının tarixi «xx.xx.2023-cü il» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1418/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1418/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver