Məhkəmə qərarları › İş №2-1(103)-1419/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1419/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1419/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-772/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-772/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Yasamal Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 88/10 saylı qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilərək borclu İddiaçı 2016-cı ildən 2020-ci ilin əmlak vergi borcu da daxil olmaqla vergiyə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu X1 hüquqmüəyyənedici sənədlərindən göründüyü kimi ona məxsus xüsusi mülkiyyətdə Yasamal rayonu, H.ünvan 1 ünvanında, yaşayış və qeyri-yaşayış sahəsi vardır. Azərbaycan Respublikası DƏDRXnin xx.xx.2008-ci il tarixli çıxarışına əsasən İddiaçı məxsus H.ünvan 2 mənzil 22 ünvanında yerləşən 129.40 kv.m. yaşayış (mənzil) vardır. Eyni zamanda, DƏDRX-nin xx.xx.2007-ci il tarixli çıxarışına əsasən İddiaçı məxsus H.ünvan 2 ünvanında 575.5 kv.m. qeyri-yaşayış sahəsi olan əmlak vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1 və 200.1-ci maddələrinə əsasən əmlak vergisinə cəlb edilməsi üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri ilə 2016, 2017, 2018, 2019-cu illərə hesablanmış əmlak vergisi üzrə yaşayışa və qeyri-yaşayışa görə 222.86+1246.10 manat, VM-nin 59.1-ci maddəsi ilə ötən illər üzrə 0.1%, VM-nin 57.2-ci maddəsi ilə 100 manat maliyyə sanksiyası ilə ümumilikdə 1670 manat məbləğində əmlak vergisi hesablanaraq borcludan tutulması üçün icra icraatı qaydasında Yasamal Məhkəməsi İcra və Probasiya şöbəsinə xx.xx.2019cu il tarixli 88/10 saylı Qərarla göndərilmişdir. X3 iclasından keçmiş və tam qanunamüvafiqdir və heç bir qərəzli, qanunazidd hal yoxdur. X2 və Ödənişlər şöbəsinin mütəxəssisləri, vergi agentləri ilə birlikdə icarəyə verilmiş qeyri-yaşayış sahəsində həmin nümayəndə ilə rastlaşmış və onlar tərəfindən verilmiş tədiyyə bildirişi əməkdaşların gözü qarşısında cırmışdır. Yasamal Bələdiyyəsi tərəfindən son xəbərdarlıq xx.xx.2019-cu ildə verilən zaman, Bələdiyyənin vergi agenti, həmin ünvanda olan komendatın etirazı ilə qarşılaşıb və ona axırıncı dəfə xəbərdarlıq edilib ki, İddiaçı ünvanına heç bir tədiyyə bildirişi, xəbərdarlıq, məktub gətirməsin. Çünki borclunun həyat yoldaşı Rahid adlı şəxs onları təhdid edir və yenidən onun ünvanına belə sənədlər gətirilərsə, onları ordan işdən azad etdirəcəyini bildirmişdir. Tədiyyə bildirişinin həmin ünvana hər hansı yolla verilməməsi borclunun həmin yaşayış və qeyri-yaşayış sahəsini əmlak vergi öhdəliyindən azad etmir, əksinə əsas məbləğin üzərinə qanunvericiliklə nəzərdə tutulmuş faiz məbləği hesablanır. Məhkəmə kollegiyasının əvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyindən Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin MA seriyalı ******* №-li xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən ümumi sahəsi 575,5 kv.m. olan zirzəmi və 1-ci mərtəbə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. xx.xx.2017-ci il tarixli, xx.xx.2017 №-li icarə müqaviləsindən görünür ki, İddiaçı «İcarəyə verən» qismində ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 440 kv.m qeyri-yaşayış sahəsini X4 2 il müddətinə icarəyə vermişdir. Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və Yasamal Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il 88/09 saylı inzibati aktdan görünür ki, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 74 və H.ünvan 2 mənzil 22-də yerləşən qeyri-yaşayış sahəsinin və mənzilin xüsusi mülkiyyətçisi İddiaçıdır. Çıxarış üzrə tam mülkiyyət hüququ əldə etmiş sahibkar həmin qeyri-yaşayışa dair xx.xx.2007-ci il tarixdə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1-ci maddələrinə əsasən yerli əmlak vergisinə cəlb edilməsi ilə bağlı 575,5 kv.m. qeyri-yaşayış və 129,4 kv.m. mənzil (yaşayış) əmlak üçün ümumilikdə 1433+225,83=1670 manat məbləğində vergi hesablanmış xx.xx.2019-cu il tarixli **********1 və xx.xx.2019-cu il tarixli **********0 saylı tədiyyə bildirişləri verilməsinə baxmayaraq və ötən illərə olan əmlak borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayınır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 (beş) gün müddətində fiziki şəxs əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqlənmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sanksiya tədbirləri tətbiq edilməsi qərara alınmışdır. Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli qeyri- yaşayış sahəsi üzrə əmlak vergisinə dair xx.xx.2019-cu il tarixli, **********0 №-li Tədiyyə Bildirişi tərtib olunmuşdur. Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli qeyri- yaşayış sahəsi üzrə ümumilikdə 1670 manat əmlak vergisinə dair xx.xx.2019-cu il tarixli Tələbnamə tərtib olunmuşdur. «Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün «İnzibati icraat haqqında» Qanunun 2, 7, 81.1, 81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə» Yasamal Bələdiyyəsinin sədri tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 88/10 №-li Qərardan görünür ki, vergi ödəyicisi Vergi və Ödənişlər şöbəsinin vergi agenti tərəfindən dəfələrlə xəbərdarlıq və tədiyyə bildirişi verilsə də, könüllü əmlak vergisini ödəmək istəmədiyindən qeyri-yaşayış sahəsinə və mənzilə (yaşayış) görə cəmi 1670manatın İddiaçı məcburi tutularaq Yasamal Bələdiyyəsinin bank hesabına ödənilməsi qərara alınmışdır. Hazırki iddiasında iddiaçı Yasamal Bələdiyyəsinin xx.xx.2019-cu il, 88/10 saylı qərarının ləğvini mübahisələndirir və iddiasını onunla əsaslandırır ki, Yasamal Bələdiyyəsi tərəfindən heç bir bildiriş, xəbərdarlıq və qərar rəsmi olaraq ona və yaşadığı ünvana verilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Həmin Məcəllənin 5.0.3-cü maddəsinə vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yenidən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və nəqliyyat vasitələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 81.1-ci maddəsinə görə inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni Qanunun 82.3-cü maddəsinə görə tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Sadalanan normalardan göründüyü kimi bələdiyyə vergilərin hesablanması barədə inzibati aktın məcburi icrasını qanunla müəyyən edilmiş hərəkət ardıcıllığına riayət etməklə təmin edə bilər. İşin hallarından müəyyən olunur ki, Yasamal Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2016, 2017, 2018-ci illər üzrə xx.xx.2019-cu ilə cəmi 1670 manat vergi borcunun olması müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya vergi borcu barəsində bildirişlər, xx.xx.2019-cu il tarixdə tədiyyə bildirişi göndərilmişdir. İddiaçı tərəfindən vergi borcu ödənilmədiyi halda onun barəsində xx.xx.2019-cu il tarixdə vergi borcunun 5 gün ərzində ödənilməsi barədə inzibati akt qəbul edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə tələbnamə tərtib edilərək vergi borcunun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Yasamal İcra və Probasiya Şöbəsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Kollegiya, ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh bələdiyyə xx.xx.2019-cu il tarixli vergi borcunun ödənilməsi barədə inzibati aktda inzibati aktın qəbul edilməsindən 1 ay sonra - xx.xx.2019-cu il tarixdə tərtib edilmiş tədiyyə bildirişlərinə istinad etmişdir. Digər tərəfdən, iş materiallarında olan cavabdehin etirazına Bələdiyyənin iddiaçıya vergi borcunun ödənilməsi ilə bağlı tədiyyə bildirişi, tələbnamə, inzibati akt əlavə edilsə də, həmin sənədlərin iddiaçıya təqdim edilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Cavabdeh orqan bu barədə sübutu nə birinci, nə də apelyasiya instansiya məhkəmələrində icraat zamanı təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, bələdiyyə vergi borcunun ödənilməsi barədə inzibati aktın məcburi icrasınadək qanunla nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Belə olan halda cavabdehin xx.xx.2019-cu il tarixli qərarı qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 88-ci maddəsinə görə maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu Qanunun Vİİ fəslində nəzərdə tutulmuş qaydada yuxarı inzibati orqana və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Мəhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Yasamal Bələdiyyəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-772/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar