Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1419/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı 04 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı 02.18.2020-ci il tarixli qərar əsasında dövlət qulluqçusu kimi 01.09.2010-cu il tarixdən ömrülük pensiya təyin edilmişdir. DSMF-nin Pirallahı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 1987-1991-ci ilə qədər Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin siyası maarif evinin müdiri işlədiyi vəzifə hazırda Naxçıvan Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin vəzifədə işləyənlərin vəzifə maaşı 01.03.2018-ci ildən hər ay 875 manat olduğu halda ona hesablanan pensiya səhvən 1065 manatla hesablanmış, pensiyada hesablama düzgün aparılmamışdır. 01.03.2018-ci il tarixdən pensiya 535.94 manat olacaqdır (o ə/h 875.0 manat, min 131.25 manat, qull 87.50 manat, 1093.75 manat X 49%=535.94 manat). DSMF-nin Pirallahı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 28.10.2019cu il tarixli məktubundan görünür ki, iddiaçının pensiyası dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 7 il 9 ay iş stajına görə 01.09.2019-cu ildən 26% artaraq 718.11 manat təşkil etmişdir. DSMF-nin iddiaçıya ünvanladığı 18.02.2009-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 290 saylı 1 sentyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabrın 18-dək sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Siyasi Maarif evi nəzərdə tutulmamışdır. DSMF-nin Pirallahı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 30.11.1983-cü ildən 29.09.1987-ci ilə qədər Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Təbliğat və Təsviqat təlimatçısı, 29.09.1987-ci ildən sentyabr 1991-ci ilə qədər Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi siyası maarif evinin müdir müavini vəzifəsində işləmişdir. Ümumi dövlət qulluğu stajı 7 il 9 ay 5 gün təşkil edir. İşlədiyi vəzifə təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmış və əmək haqqı mart 2018-ci ildən 875 manat olduğu halda pensiya 1349 manat hesablanmışdır. Aparılmış 01.07.2017-ci il tarixdən iyul 2019-cu il tarixədək olan dövrün araşdırması zamanı qulluq stajına görə əmək pensiyası məbləğinin düzgün hesablanmaması səbəbindən 01.12.2013-cü ildən 11554.90 manat hesablanan məbləğ yaranmışdır ki, həmin artıq ödənilmiş məbləğ qanuna müvafiq qaydada hisə-hissə tutulur. İddiaçı 01 sentyabr 2019-cu il tarixdən 26 faiz artımın pensiya məbləğinə əlavə edilməməsinə istinad edərək həmin məbləğin pensiyasına əlavə olunması və 01.09.2019-cu ildən bu günədək fərq məbləğinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmişdir. Şöbə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına əsaslanaraq, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında şöbə müdirinin müavini vəzifəsini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatında mövcud olan təminedici şöbə müdirinin müavini vəzifəsi ilə eyniləşdirərək ona 7 il 9 ay iş stajına görə dövlət qulluğu pensiyası təyin etmişdir. Ötən illər pensiya müvafiq artımlar nəzərə alınmaqla 696 manat məbləğinə çatdırılmışdır. 2019-cu ilin iyun ayında ölkə başçısının müvafiq sərəncamı dərc edilmiş və həmin ilin sentyabr ayında dövlət qulluqçularının pensiyasının 26 faiz artırılması qeyd olunmuşdur. Lakin 2019-cu ilin sentyabr ayı üzrə onun pensiyası 110 manat azalmışdır. Bununla bağlı DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq şöbənin 22 avqust 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onun Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi X6 müdiri işlədiyi vəzifə hal-hazırda Naxçıvan MR Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin vəzifədə işləyənlərin vəzifə maaşı 1 mart 2018-ci il tarixdən hər ay 875 manat olduğu halda, ona hesablanan pensiya səhvən 1.065 manatla hesablanmışdır. Ona görə də pensiyada hesablama düzgün aparılmamışdır. Nəzərə alınmalıdır ki, 2019-cu ilin sentyabr ayında pensiya alınanda məlum oldu ki, pensiya məbləği yenə də 200 manat azaldılmışdır. Narazılıq yuxarı instansiyalara yazılı şəkildə bildirildikdən sonra sentyabr ayında artan DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinin cavabında qeyd olunduğu kimi, 1 sentyabr 2019-cu il tarixdən 26% artaraq 718,11 manat təşkil etmişdir. Onun toxunulmamış pensiyası 696 manat təşkil etmişdir. 310 manat kəsildikdən sonra artan pensiyası 698 manat olmuşdur. Beləliklə, dövlət qulluqçularının 26% artan pensiya məbləği onun pensiyasında müsbət 2 manat fərq etmişdir. Fevral ayında da pensiyanın məbləğinin 20 manat azaldılmasını artıq özbaşınalığın son həddi hesab etmək olar. Şikayətlərin səthi araşdırılması onu deməyə əsas verir ki, respublikanın əmək və əhalinin sosial müdafiəsi sahəsində müvafiq əməkdaşlar öz məsuliyyətini hiss etmir, görülən işlərə şəxsi mənafe baxımdan yanaşırlar. Ölkə başçısına müraciətindən sonra ona DSMF belə cavab vermişdir: Əmək pensiyalarına dair normativ hüquqi aktlara əsasən əmək pensiyasının ödənilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə DSMF rayon və şəhər şöbələri tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyat yeri üzrə Fondun yerli orqanına müraciət edilməsi xahiş olunur. Sözügedən cavab məktubu məsuliyyət şəkildə yazılmışdır. Çünki, pensiya məbləğində artım nəzərə alınmamışdır. Verilən 718 manat kəsilmiş məbləğin ödənişidir, artım deyil. Bunları eyniləşdirmək olmaz. Pensiya məbləğinin 26% artımı 2 manat fərqlə nəticələnə bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı 04 dekabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilərək iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü öəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla (26 faizlə) yenidən hesablanması və 01 sentyabr 2019-cu il tarixdən məhkəmə qərarı qanuni qüvvəyə minənədək yaranmış fərq məbləğinin ödənilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, İddiaçı müraciəti əsasında onun əmək pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 720,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi- 72,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 103,97 manat olmaqla orta aylıq əmək haqqı 895,97 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (895,97 manat) 49 faizi-439,03 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 795,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-79,50 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 114,79 manat olmaqla orta aylıq əmək haqqı 989,29 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (989,29 manat) 49 faizi-484,75 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası'nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 7 il 9 ay dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 25,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 875,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 87,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 126,35 manat olmaqla orta aylıq əmək haqqısı 1088,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (989,29 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1088,85 manat) arasındakı fərq məbləğinin (99,56 manat) 25,83 faizi- 25,72 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (484,75 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 510,47 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1315,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 131,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 189,88 manat olmaqla orta aylıq əmək haqqısı 1636,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1088,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1636,38 manat) arasındakı fərq məbləğinin (547,53 manat) 25,83 faizi-141,43 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (510,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 651,90 manat müəyyən edilmişdir. Lakin 01.09.2019- 31.10.2020-ci il tarixləri ərzində ona hər ay 718,11 manat pensiya ödənilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “01 sentyabr 2019-cu il tarixdən 26 faiz artımın pensiya məbləğinə əlavə edilməsi və 01.09.2019-cu ildən bu günədək fərq məbləğinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1.7-ci maddələsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18- dən «Dövlət qulluğu haqqında» AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.5-ci bəndində 1991- ci il oktyabrın 18-dək “Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında şöbə müdirinin müavini” vəzifəsi «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında təminedici şöbə müdirinin müavini” vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi) artırıldıqda yenidən hesablanır. Hazırda iddiaçı 01 sentyabr 2019-cu il tarixdən 26 faiz artımın pensiyasına əlavə olunmadığına istinad edərək həmin məbləğin pensiyasına əlavə edilməsini və 01.09.2019-cu ildən bu günədək ona ödənilməmiş fərq məbləğinin ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddia tələbinə etiraz edərək ona istinad edir ki, qanuna edilmiş dəyişikliklər hər dəfə iddiaçıya münasibətdə nəzərə alınaraq iddiaçının pensiyasında müvafiq artımlar aparılmış və həmin artım onun pensiyasına əlavə olunub ödənilmişdir. Apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, İddiaçı dövlət qulluqçusu kimi 01.09.2010-cu il tarixdən ömrülük pensiya təyin edilmişdir. Pensiya təyin olunarkən İddiaçı 1987-1991-ci ilə qədər Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin siyası maarif evinin müdiri işlədiyi vəzifə hazırda Naxçıvan Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin iddiaçıya pensiya təyin olunarkən adı çəkilən vəzifədə işləyənlərin vəzifə maaşı 01.03.2018-ci ildən hər ay 875 manat olduğu halda, ona hesablanan pensiya səhvən artıq (1065 manat) hesablanmışdır. Sonradan Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 7 il 9 ay iş stajına görə iddiaçının pensiyası 01.09.2019-cu ildən 26% artılaraq 718.11 manat təşkil etmişdir. İddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin düzgün hesablanmaması səbəbindən 01.12.2013-cü ildən 11554.90 manat ona artıq pensiya ödənildiyi müəyyən olunduğu üçün həmin məbləğ qanuna müvafiq qaydada onun hər ay ödənilən pensiyasından hisə-hissə tutulur. Cavabdeh inzibati orqanın təqdim etdiyi sənədlər, o cümlədən apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, İddiaçı Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 720,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi- 72,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 103,97 manat olmaqla orta aylıq əmək haqqı 895,97 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (895,97 manat) 49 faizi-439,03 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 795,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-79,50 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 114,79 manat olmaqla orta aylıq əmək haqqı 989,29 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (989,29 manat) 49 faizi-484,75 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası'nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 7 il 9 ay dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 25,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 875,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 87,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 126,35 manat olmaqla orta aylıq əmək haqqısı 1088,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (989,29 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1088,85 manat) arasındakı fərq məbləğinin (99,56 manat) 25,83 faizi- 25,72 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (484,75 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 510,47 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1315,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 131,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 189,88 manat olmaqla orta aylıq əmək haqqısı 1636,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1088,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1636,38 manat) arasındakı fərq məbləğinin (547,53 manat) 25,83 faizi-141,43 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (510,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 651,90 manat müəyyən edilmişdir. Lakin 01.09.2019- 31.10.2020-ci il tarixləri ərzində ona hər ay 718,11 manat pensiya ödənilmişdir. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişikliklər hər dəfə iddiaçıya münasibətdə nəzərə alınaraq iddiaçının pensiyasında müvafiq artımlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artım (26%) nəzərə alınmaqla yenidən hesablanması aparılmış və həmin artım onun pensiyasına əlavə olunub ödənilir. Sadəcə hazırki vəziyyətdə iddiaçı ona 01.09.2010-cu il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın məbləği vaxtında səhvən artıq hesablandığı üçün ona 01.12.2013-cü ildən 11554.90 manat artıq ödənilmiş pensiya məbləği qanuna müvafiq qaydada hər ay ödənilən pensiyasından hisə-hissə tutulduğu üçün həmin artımın aparılmadığı qənaətindədir. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının iddiası ona vaxtilə səhv (artıq) hesablanmış pensiya məbləğinin artıq hissəsinin hesablanaraq hər ay pensiyasından hissə-hissə tutulmasının qanunsuz hesab edilməsi, başqa sözlə əvvəlki (artıq hesablanmış) pensiya məbləğinin bərpa olunması və artıq ödənilmiş pensiya məbləğlərinin aylıq pensiyasından tutulması ilə bağlı qəbul edilmiş qərarların mübahisələndirilməsi barədə deyil, pensiyasının müvafiq Qanunun müddəasına uyğun olaraq (26%-lə) yenidən hesablanıb, yaranmış fərq məbləğinin ona ödənilməsi barədədir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki işdə pensiyasının Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artım (26%) nəzərə alınmaqla yenidən hesablanmalı olduğunu əsaslandıra bilməmişdir. X1 qanunvericiliyin tələbinə görə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə sübutetmə vəzifəsi iddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün onun hazırki iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb nəzərə alınmamış və nəticədə maddi hüquq normalarının pozulması ilə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. Halbuki İnzibati Prosessual Məcəllənin 12.1ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4446/2020 saylı 04 dekabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı 04 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1419/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1419/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver