Məhkəmə qərarları › İş №2-1(103)-1420/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1420/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1420/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi və ödənilməmiş fərqin birdəfəyə ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2255/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikasının Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 il sığorta stajına (13 il16 gün iş stajına) malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının xx xxxx 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində doğulmuşdur. Ermənistan Respublikasında yaşayarkən 4 (dörd)uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə qaçqın düşərək Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan da Bakı şəhərində yaşayır. 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyinə görə xx xxxx 2007-ci ildə 50 yaşında əmək pensiyasına çıxmalı idi. Lakin həmin vaxt Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində “Sverdlov” adına sovxozda işlədiyinə dair bütün sənədlər qaçqın düşdüyünə görə Ermənistan Respublikası ərazisində qaldığı üçün təqdim edə bilməmişdir.Ona görə də həmin vaxt və sonralar pensiyaya çıxa bilməmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-5620/2018 nömrəli qətnaməsi ilə hüquqi fakt müəyyən olunması barədə iddiaçının ərizəsi təmin edilmiş, və xx.xx.1975-ci ildən xx.xx.1988-ci ilədək olan müddət ərzində Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində adına sovxozda işlədiyi iş illərinin iddiaçıya əmək pensiyası hüququ verən əmək (sosial sığorta)stajı kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 2014/2019 nömrəli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-5620/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3727/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan əmək stajının 13 il 16 gün, yaşı 60 olduğunu nəzərə alıb xx.xx.2019-cu ildən əmək pensiyası təyin etmişdir. Lakin iddiaçı 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş ana kimi 50 yaşının tamam olduğu xx xxxx 2007-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli 18/********** nömrəli məktubla imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2255/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı xx xxxx 2016-ci il tarixdən təyin edilməsi, xx xxxx 2016-ci il tarixdən xx.xx.2019-cü il tarixədək odənilməyən fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Suraxanı rаyоn şöbəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunaraq o hissədə də təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(103)-1420/2020 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Qərardan həmçinin Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Məhkəmə Mübahisələri ilə İş İdarəsi apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş və düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Məhkəmə Mübahisələri ilə İş İdarəsinə apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədləri (etibarnamə, əmrin surətini və s.) məhkəməyə təqdim etməsini təklif etmiş və həmin orqan tərəfindən verilmiş apellyasiya şikayətini mümkünlük iclasına təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 86.1.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati-iqtisadi məhkəmə şikayətlə bağlı şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmamasını yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti mümkün hesab edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılmalıdır. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1957-cı il tarixdə doğulmuşdur, o, dörd uşaq (qızı 1976-ci il təvəllüdlü Aytəkin, oğlu 1977-ci il təvəllüdlü Tehran, oğlu 1979-cu il təvəllüdlü Mehman,oğlu 1983-cü il təvəllüdlü Abbas) anasıdır, cavabdeh tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən, məhkəmə qərarları ilə təsdiq edilmiş 13 il 16 gün əmək stajı nəzərə alınmaqla iddiaçıya xx.xx.2019-cu il tarixindən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona “Əmək pensiyaları haqqında” Qanunun xx xxxxxx 2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona 50 yaşından, yəni xx.xx.2007-ci il tarixdən əmək pensiyanın təyin edilməsi və həmin tarixdən indiyədək ödənilməli ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi qaydalarının 6.2-ci maddəsinə istinad edərək ərizənin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçıya yaşa görə əmək pensiyası müraciət edilən xx xxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni xx xxxx 2016-ci il tarixdən təyin edilməklə qanun ilə müəyyən edilmiş qaydada ödənilməli olduğu qənaətinə gəlib iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Аzərbаycаn Rеspublikаsındа vətəndаşlаrın əmək pеnsiyаsı hüquqlаrının yаrаnmаsının əsаslаrını, bu hüquqlаrın həyаtа kеçirilməsi qаydаlаrını və əmək pеnsiyаsı təminаtı sistеmini hаl-hаzırdа müəyyən еdən nоrmаtiv аkt «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnunudur. Həmin Qаnunun 8.1-ci mаddəsinin 2010-cu ilin yanvarın 1-dək qüvvədə olmuş redaksiyasına əsаsən, dörd uşаğ dоğub оnlаrı səkkiz yаşınаdək tərbiyə еtmiş və аzı 5 il sığоrtа stаjı оlаn qаdınlаrın 50 yаşınа çаtdıqdа yаşа görə əmək pеnsiyаsı hüququ vаrdır. “Əmək pensiyaları haqqında”Qanunun 31.1.-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında”Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.. Həmin Qanunun 32.1-1.-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının 50 yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə, yəni xx.xx.2007-ci ildə tamam olmuş, həmin dövrə qədər 5 ildən artıq sosial sığorta stajı olmaqla 4 uşağı səkkiz yaşına qədər tərbiyə etmişdir. İddiaçı cаvаbdеh DSMF-nin Suraxani rаyоn şöbəsinə iddiaçıya çoxuşaqlı ana kimi yаşа görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə müraciət etmiş, cavabdeh orqan iddiaçıya xx.xx.2019-cu il tarixdən ömürlük təyin еtsə də, pensiyanın iddiaçının istədiyi kimi pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2007-ci il tarixdən təyin etməkdən imtina etmiş və iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən təyin etmişdir. Birinci instansiya məhkəməsi isə “Əmək pensiyaları haqqında”Qanunun 32.1-1.ci maddəsinə əsasən haqlı olaraq iddiaçıya xx.xx.2019-cu il tarixdə təyin olunmuş pensiya üzrə yaranmış fərqi ödəmək öhdəliyinin yalnız xx.xx.2019-cu il tarixdən əvvəlki 3 ilə şamil edildiyi qənaətinə gəlmişdir. Bu əsasda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Cavabdeh orqanın apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hüququn tətbiqində və təfsirində səhvə yol verdiyini qeyd etsə də, həmin səhvin nədə ifadə olunduğu barədə dəlillərini əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin də apellyasiya şikayəti təmin edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayətləri təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2255/2020 saylı xx xxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar