Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1421/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9857/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 437 nömrəli qərarına əsasən xx.xx.2004-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Azırbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 26863.37 manat pensiya kapitalı olmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh quruma müraciət edərək, işdən azad olunduğu üçün təqdim etdiyi sənədlərə əsasən pensiyasının üzərinə pensiya sığorta kapitalının hesablanıb ödənilməsinə sərəncam verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2017-ci il tarixli sərəncamına əsasən iddiaçıya xx.xx.2017-ci ildən 919,36 manat məbləğində, xx.xx.2017-ci il tarixindən ömürlük 1217,84 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. Sonradan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17- 1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası işdən çıxmada PSK-nın çox hesablanması ilə əlaqədar yenidən hesablanmış, pensiya məbləği 2292,55 manatdan 1774,61 manata azaldılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2017-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əməkpensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28304,64 manat sığorta kapitalına uyğun əmək pensiyanın həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 28304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 393,12 manat (28304,64:72) əmək pensiyanın (547,01 manat) üzərinə əlavə edilərək 940,13 manat (547,01+393,12) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1774,61 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48299,76 manat sığorta kapitalı 72 aya bölünərək 670,83 manat (48299,76:72) əmək pensiyasının üzərinə əlavə edilməklə 1217,84 manat (670,83+547,01) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2292,55 manat)) artıq əmək pensiyası ödənilib. Məktubdan iddiaçıdan son üç il üzrə ona artıq ödənilmiş 15565,88 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərarın ləğvi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Zəkəriyyə oğlu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3451/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərarının ləğv edilməsi, qərarın icrası ilə əlaqədar yaranmış fərq məbləğinin iddiaçıya qaytarılması və əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 23 may 2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan müvafiq qərarlarla və yaşayış minimumunun artırılması ilə əlaqədar pensiya artırılmaqla 2024-cü ilə 2292,55 manat təşkil etmişdir. 2024-cü ilin mart ayında isə iddiaçıya təyin edilmiş pensiyanın məbləği azaldılmaqla 1774,61 manat ödənilmişdir. Bununla əlaqədar iddiaçı 18 mart 2024-cü il tarixdə müvafiq quruma müraciət etdikdə, ona indiyədək qanunun tələblərinə zidd olaraq pensiya təyin olunduğu bildirilmişdir. Daha sonra onun qeydiyyatda olduğu ünvan 3 ünvanına cavabdeh tərəfindən məktub göndərilmiş, lakin məktub ona rəsmi qaydada çatdırılmamışdır. İddiaçı pensiya məbləğinin azalması səbəbilə 18 mart 2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyi zaman həmin məktub elektron sistemdən çıxarılmaqla iddiaçıya təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, “iddiaçının xx.xx.2017-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28.304,64 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 28.304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, 72 aya bölünməklə 6 mart 2024-cü il tarixinə 1774,61 manat əmək pensiyası ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48.299,76 manat sığorta kapitalı 72 aya bölünərək iddiaçıya 6 mart 2024-cü il tarixinə 2292,55 manat artıq əmək pensiyası ödənilmişdir...”. Cavabdeh iddiaçıya təyin elmiş pensiya məbləği azaldıqdan sonra bu məsələlərin araşdırılması məqsədi ilə iddiaçını cavabdehin ünvanına dəvət etdiyini bildirsə də, cavabdehə bu barədə nə zəng, nə də hər hansı məktub gəlməmişdir. İddiaçı xx.xx.2024cü il tarixdə qeyd olunan İdarəyə getmiş və bu məsələ ilə bağlı pensiyasının azalma səbəbinin izah olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Məktubda qeyd olunan hallarla bağlı 2004-cü il tarixdə iddiaçıya pensiya inzibati orqanın özünün təşəbbüsü ilə təyin edilmişdir. İddiaçı tərəfindən inzibati orqana təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmişdir. Müvafiq pensiyanın təyin edilməsi məhz İnzibati orqanın təşəbbüsü ilə müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən onun pensiyasından tutmalar həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh inzibati orqan iddiaçının pensiyasından tutulmaları həyata keçirdikdən bir müddət sonra, 17 aprel 2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar yenidən hesablanmaqla artıq ödənilmiş 15565,88 manat pul vəsaitinin son üç ili üçün dövlət büdcəsinə tutulması üçün yazılı razılığı tələb olunmuşdur. İddiaçının razılığı və hər hansı məhkəmə qərarı olmadan iddiaçının pensiyası qanunsuz şəkildə azaldılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 23 may 2004-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2017-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28304,64 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 28304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 393,12 manat (28304,64:72) əmək pensiyasının (547,01 manat) üzərinə əlavə edilərək 940,13 manat (547,01+393,12) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1774,61 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48299,76 manat sığorta kapitalı 72 aya bölünərək 670,83 manat (48299,76:72) əmək pensiyasının üzərinə əlavə edilməklə 1217,84 manat (670,83+547,01) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2292,55 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Bununla əlaqədar, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona xx.xx.2024-cü il tarixində məktub göndərilməklə iddiaçının 5 mart 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən son üç il üzrə iddiaçıya 15565,88 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9857/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi səbəbindən yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq artırılması gözləntisi olduğu halda, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının vaxtilə yenidən hesablanmasının düzgün olmadığına istinad edilərək iddiaçının pensiyasının azaldılması qanuni sayıla bilməz. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbi həm mübahisələndirmə, həm də öhdəliyin icrası haqqında iddia növünə aiddir, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3451/2024 saylı qərar barədə iddiaçı xx.xx.2024-cü il tarixli məktubu əldə etdikdən sonra məlumatlı olmuşdur. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-ci il tarixdə müraciət etmişdir. İddiaçının ikinci tələbi isə “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğu üçün həmin iddia növü üzrə məhkəməyədək müraciət əsas şərtdir ki, bu şərtrə də iddiaçı tərəfindən əməl olunduğundan iddiaçının hər iki tələbi üzrə iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 437 nömrəli qərarı ilə xx.xx.2004-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmiş və xx.xx.2017-ci il tarixdə cavabdeh quruma müraciət edərək işdən azad olunduğu üçün təqdim etdiyi sənədlərə əsasən pensiyasının üzərinə pensiya sığorta kapitalının hesablanıb ödənilməsinə, yəni pensiyasfnfn yenidən hesablanmasına sərəncam verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2017-ci il tarixli sərəncamına əsasən iddiaçıya xx.xx.2017-ci ildən 919,36 manat məbləğində, xx.xx.2017-ci il tarixdən ömürlük 1217,84 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası işdən çıxmada PSK-nın çox hesablanması ilə əlaqədar yenidən hesablanmış, pensiya məbləği 2292,55 manatdan 1774,61 manata azaldılmışdır. İddiaçı hazırda onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh qurumun qəbul etdiyi 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir və pensiyasından tutulmaların ona geri qaytarılması, pensiyasının bərpasını tələb edir. Cavabdeh qurum tərəfindən onun tələbinin təmin olunmasından imtina edildiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş və onun ƏPQ-nin 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması hüququ məhz həmin tarixdən yaranmışdır. Lakin iş materiallarına əlavə edilmiş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.2006cı ildən xx.xx.2017-ci il tarixədək 26863.37 manat pensiya kapitalı olmuş, cavabdeh həmin kapitalı 72 aya bölərək, əmək pensiyasının məbləğini xx.xx.20177-ci il traixdən xx.xx.2017-ci il tarixədək 919,36 manat, daha sonra isə həmin kapitalı 80% artırılmaqla əldə edilmiş məbləği 72 aya bölərək iddiaçının yaşa görə əmək pensiyasını xx.xx.2017-ci il tarixdən yenidən hesablamış və 1217,84 manat müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdə yaranmasına baxmayaraq cavabdeh ona həmin dövrdə qüvvədə olan normanın deyil, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş normanın tələblərini tətbiq edərək, artıq istifadə etdiyi pensiya kapitalını artırmaqla əmək pensiyasını yenidən hesablamış, bununla da qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamaqda haqlı olmuşdur. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı sayaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası işdən çıxmada PSK-nın çox hesablanması ilə əlaqədar yenidən hesablanmış, pensiya məbləği 2292,55 manatdan 1774,61 manata azaldılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdi ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2017-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28304,64 manat sığorta kapitalına uyğun əmək pensiyanın həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 28304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 393,12 manat (28304,64:72) əmək pensiyasının (547,01 manat) üzərinə əlavə edilərək 940,13 manat (547,01+393,12) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1774,61 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48299,76 manat sığorta kapitalı 72 aya bölünərək 670,83 manat (48299,76:72) əmək pensiyasının üzərinə əlavə edilməklə 1217,84 manat (670,83+547,01) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2292,55 manat)) artıq əmək pensiyası ödənilib. Məktubda iddiaçıdan son üç il üzrə ona artıq ödənilmiş 15565,88 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. İşin apelyasiya baxışı zamanı məlum olmuşdu ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar bundan öncə qəbul edilmiş “əlverişli inzibati akt” qüvvədə olduğu halda inzibati icraat aparılmadan qəbul edilmiş və buna görə də həmin inzibati akt ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qurumun yalnız formal olaraq iddiaçını quruma dəvət etməsi inzibati icraatın xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın qəbul edilməsi üçün yetərli əsas ola bilməzdi. Belə ki, hazırki işdə iddiaçının 2017-ci ildə işdən azad olunması ilə bağlı pensiyasının yenidən hesablanması barədə qərar cavabdehin özü tərəfindən müstəqil şəkildə hesablamalar aparılmaqla qəbul edilmişdir, həmin qərarla iddiaçının pensiyası yenidən hesablanarkən düzgün hesablanmamaya iddiaçının təqsiri üzündən yol verilməmişdir. Oxşar işlər üzrə formalaşan məhkəmə təcrübəsinə görə vaxtilə inzibati orqanın səhv hesablamalarına görə təqsirlilik iddiaçıların məsuliyyət sferasına aid edilmir. Kollegiya onu da qeyd edir ki, həmin səhv hesablamalar inzibati orqana məhz 2017-ci ildə, yəni elə hesablamaların aparıldığı dövrdə məlum olmuş, bu halların sonradan, yəni 7 ildən sonra məlum olması faktı da iş üzrə sübuta yetirilmir. Məhkəmə kollegiyası həm də nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı qaydalara riayət olunmamışdır ki, bu da qanunun tələbinə görə inzibati aktın ləğvi üçün əsas yaradır. Yuxarıda qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının ərizəsinə cavab olaraq “artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin artıq ödənilmiş 15565,88 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmaların aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqim edilməsini göstərməklə kifayətlənmişdir. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığı olmadan tutulmalar aparmışdır. Belə olan halda iddiaçı hazırki işdə mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın icrası ilə əlaqədar pensiyasında yaranmış fərq məbləğinin ona qaytarılması və əvvəlki pensiya məbləğinin bərpa edilməsini tələb etməkdə haqlı olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır.(2-1(102)-2641/2019 saylı xx.xx.2019-cu il tarixli, 2-1(102)-1573/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar) Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar 2-1(102)-2478/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadda cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən mümkün sayılmamışdır. Sonuncu adıçəkilən qərardadda qeyd olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X7 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)- 331/2024 saylı, xx.xx.2024-cü il tarixli, X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli, X8 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli, X10 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, X5 Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar və X11 Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2- 1(102)-2090/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Belə olan halda iş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9857/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Zəkəriyyə oğlu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-3451/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərarı ləğv edilməli, həmin qərarın icrası ilə əlaqədar pensiyasında yaranmış fərq məbləğinin iddiaçıya qaytarılması və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9857/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərarı ləğv olunsun. Yeni qərar qəbil olunsun. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Zəkəriyyə oğlu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-3451/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərar ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3451/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərarının icrası ilə əlaqədar yaranmış fərq məbləğinin İddiaçı qaytarılması və onun əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1421/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1421/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver