Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1422/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aslan oğlunun Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələr nəzərə alınmaqla əmək pensiyasının hesablanması və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı Aslan oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Aslan oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələr nəzərə alınmaqla əmək pensiyasının hesablanması və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13464/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışdan görünür ki, İddiaçı Aslan oğlunun son iki il ərzində pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 147415,35 manat olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(82)-1988/2015 nömrəli qərarı ilə İddiaçı Aslan oğlunun “məhkəmə hakimi vəzifəsində işlədiyi illərin əmək stajına daxil edilərək ona prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilmiş, İddiaçı Aslan oğlunun məhkəmə hakimi vəzifəsində işlədiyi illərin əmək stajına daxil edilərək ona prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı ona hakim kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var idi. İddiaçının prokurorluq orqanlarında qulluq illəri 20 il 11 ay təşkil edir. Buna görə də Fondun Xəzər rayon şöbəsi tərəfindən ona prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunub. Bundan sonra məhkəmədə iddia qaldıraraq prokurorluq orqanlarından sonra hakim vəzifəsində çalışdığı iş stajının prokurorluq orqanlarındakı qulluq illərinə daxil edilərək əmək pensiyası təyin olunmasını tələb etmişdir. 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 11 iyun 2015-ci il tarixli 2-1(82)- 1988/2015 nömrəli qərarı ilə iddiası təmin olunmuşdur. Bununla əlaqədar Fondun Xəzər rayon şöbəsi tərəfinfən iddiaçıya 1 iyul 2015-ci il tarixində (20 iyul 2012-ci il tarixindən hesablanmaqla) prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. (işləyən əmək pensiyaçısı olduğu üçün əmək pensiyasının sığorta hissəsi tam, qulluq stajına görə əlavə 50 faiz miqdarında). Sözügedən məhkəmə qərarında iddiaçıya prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməsi qeyd olunub. “Əmək pensiyaları haqqında” Qanunun 20.8ci maddəsinə əsasən prokurorluq orqanları əməkdaşının əmək pensiyasına qulluq stajına görə əlavələr şəxsin prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Sizə əmək pensiyası təyin edilməsi üçün nəzərə alınmış 25 ilin son 24 ayı ərzində hakim vəzifəsində işlədiyinizdən vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız yalnız prokurorluq orqanlarında xidmət etdiyiniz istənilən ardıcıl 60 ay üzrə müəyyən edilə bilər. Lakin vaxtilə orta aylıq əmək haqqınız qanunvericiliyə zidd olaraq prokurorluq orqanlarında qulluq etdiyiniz son 24 ayı üzrə hesablanıb. Bununla əlaqədar pensiyanızın tam məbləğdə hesablanması məsələsinə prokurorluq orqanlarında xidmət etdiyiniz istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqınıza dair arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi həmin qanunla müəyyən edilir. Həmin Qanunun 20.1.4- cü, 20.7.1 -ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının hakim vəzifəsində iş stajı 15 ildən az (13 il 2 ay 4 gün (xx.xx.2008-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr)) olduğundan ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd edilənlərə əsasən sizin prokurorluq orqanlarındakı xidmət illərinizin hakim kimi iş stajınızın hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin imtinadan narazı qalan İddiaçı Aslan oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “sabiq hakim kimi 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilənə əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1973-cü ildən 06 oktyabr 2021-ci ilədək, yəni 48 il fasiləsiz iş stajına malik olmuşdur, o cümlədən xx.xx.1987-ci ildən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası prokurorluğunda müxtəlif vəzifələrdə, xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. Yəni, 21 il 16 gün prokurorluqda və hakim vəzifəsində işlədiyi xidmət illəri 34 il 2 ay 16 gündür. Hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması (65 yaşın tamam olması) ilə əlaqədar xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Bununla bağlı ona hakimlik pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixdə ona hakim kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə rəsmi cavab verilərək hakim işlədiyi xidmət illəri üzrə pensiya hesablanmasından imtina edilmişdir. İmtina haqqında məktubda “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1 və 20.7.2-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə istinad edərək hakim kimi əmək pensiyasının hakim vəzifəsində 15 il və daha çox qulluq stajı olan şəxslərə təyin edildiyi, lakin onun hakim kimi iş stajının 15 ildən az, yəni 13 il 2 ay 14 gün olduğu üçün ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda həmin imtina məktubunda ona prokurorluqda işlədiyi xidmət illəri üzrə pensiya təyin edilməsinin mümkünlüyü tövsiyyə edilmişdir. Halbuki, ona xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin qərarı ilə prokurorluqda işlədiyi xidmət illəri üzrə pensiya təyin edilmişdir və həmin pensiyanın 50 faizini hal-hazıradək alır. O, xx.xx.2008-ci il tarixdən xx.xx.2021- ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. İşlədiyi 13 il 2 ay 4 gün ərzində hər ay DSMF-yə konkret məbləğdə onun əmək haqqından pul ödənilmişdir. xx.xx.2021-ci il tarixdə hakim vəzifəsində olmanın son yaş həddinə, yəni 65 yaşa çatdığına görə o “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən pensiya seçmək hüququ olduğu görə iddiaçı hakim işlədiyi xidmət illəri üzrə ona hakimlik pensiyasının təyin edilməsini seçmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdeh orqanının imtinası tam şəkildə əsassızdır və qanunlara ziddir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, imtina qanuni və əsaslı olduğundan İddiaçı Asian oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yasa görə əmək pensiyası hüququ vardır: 9.4.1. Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri: 9.4.2. Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Qanunun 01,07.2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 9.4.1. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var idi. İddiaçı prokurorluq orqanlarında qulluq illəri 20 il 11 ay təşkil edir. Buna görə də Fondun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yasa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı prokurorluq orqanlarından sonra hakim vəzifəsində çalışdığı iş illərinin prokurorluq orqanlarındakı qulluq illərinə daxil edilərək əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-1988/2015 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarında İddiaçı prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməsi qeyd qərara alınmışdır. Bununla əlaqədar Fondun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixində (20 iyul 2012-ci il tarixdən hesablanmaqla) prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı işləyən əmək pensiyaçısı olduğu üçün əmək pensiyasının sığorta hissəsi tam, qulluq stajına görə əlavə 50 faiz miqdarında ona ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci, 20.1.5-ci və 20.8-ci maddələrinə müvafiq olaraq prokurorluq orqanları əməkdaşının əmək pensiyasına qulluq stajına görə əlavələr şəxsin prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçı əmək pensiyası təyin edilməsi üçün nəzərə alınmış 25 ilin son 24 ayı ərzində hakim vəzifəsində işlədiyindən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı yalnız prokurorluq orqanlarında xidmət etdiyi istənilən ardıcıl 60 ay üzrə müəyyən edilə bilər. Lakin vaxtilə orta aylıq əmək haqqısı qanunvericiliyə zidd olaraq prokurorluq orqanlarında qulluq etdiyi son 24 ayı üzrə hesablanmışdır. Bununla əlaqədar İddiaçı pensiyasının tam məbləğdə hesablanması məsələsinə prokurorluq orqanlarında xidmət etdiyi istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqına dair arayış Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. M.A.Xankisiyevin hakim vəzifəsində iş stajı 15 ildən az (13 il 2 ay 4 gün (xx.xx.2008 xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) olduğundan ona hakim kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, "Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsininin 9-cu hissəsinə müvafiq olaraq hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə müvafiq olaraq prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, karqüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün "Əmək pensiyaları haqqında’’ Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya is fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Sadalanan qanunvericilik normalarının tələblərinə və işin faktiki hallarına müvafiq olaraq İddiaçı prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ali Məhkəmənin “qazanılmış hüquq " prinsipi də hal-hazırki işə tətbiq edilə bilməz. Belə ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı 5 il hakim işləmiş sabiq hakim kimi ona əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, onun tətbiq edilməsini tələb etdiyi qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına müvafiq olaraq qanunla tələb edilən yaş həddinə malik deyildir. Sadalanan qanunvericilik normalarının tələblərinə və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, İddiaçı qanunla tələb edilən sabiq hakim kimi güzəştli sosial sığorta stajı olmadığından ona güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13464/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı Aslan oğluna sabiq hakim kimi xx.xx.2019xx.xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də (olduğu təqdirdə) sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. “Konstitusiya Məhkəməsi haqqında” Qanununun 73.7-ci maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakiminin, sabiq hakiminin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında" Qanunun 20.1-ci maddəsinə əsasən əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD №li Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin sonuncu abzasına və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73.7-ci maddəsinin xx.xx.2007ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış Konstitusiya Məhkəməsinin sabiq hakimi fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin vəzifə maaşının 80 faizi məbləğində pensiya alır və vəzifə maaşı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. İddiaçı əmək pensiyası təyin edilməsi üçün nəzərə alınmış 25 ilin son 24 ayı ərzində hakim vəzifəsində işlədiyindən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqı yalnız prokurorluq orqanlarında xidmət etdiyi istənilən ardıcıl 60 ay üzrə müəyyən edilə bilər. Lakin vaxtilə orta aylıq əmək haqqısı qanunvericiliyə zidd olaraq prokurorluq orqanlarında qulluq etdiyi son 24 ayı üzrə hesablanmışdır. Bununla əlaqədar İddiaçı pensiyasının tam məbləğdə hesablanması məsələsinə prokurorluq orqanlarında xidmət etdiyi istənilən ardıcıl gələn 60 ay üzrə əməkhaqqına dair arayış Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv dilməsini xahiş etmişdir. İddiaçı Aslan oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən salanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Aslan oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “sabiq hakim kimi 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilənə əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun hakim kimi iş stajının 15 ildən az, yəni 13 il 2 ay 4 gün ay 23 gün olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Bu Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, həmin qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə görə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən 2008-ci ilin avqust ayınadək prokurorluq orqanlarında fasiləsiz olaraq prokuror köməkçisi, prokuror kriminalist, baş müstəntiq kimi 21 il 16 gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi xx.xx.2008-xx.xx.2021-ci il tarixlərarası dövrü əhatə etməklə 13 il 2 ay 4 gün stajı var. Nəzərə alınmalıdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə hakim kimi 9 ilə yaxın stajı olmuşdur ki, bu da ona hakim kimi pensiya təyin olunması üçün yetərli idi. Bununla yanaşı, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi olduğu üçün yaşa pensiya hüququnun yarandığı vaxtda müvafiq olaraq xidmət illəri 34 ildən çox edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdi ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, iddiaçı ona sabiq hakim kimi 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ona ödənilməsini tələb etməkdə haqlıdır. Bu qənaətə gələn Kollegiya həm də onu qeyd edir ki, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2021ci il tarixə kimi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 1823/2020 və 2-1(102)-48/2022 saylı inzibati məhkəmə işləri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillərin bir qismi iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın həmin təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)- 13464/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13464/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1422/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1422/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver