Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1422/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Əkbərovun sədrliyi və məruzəsi ilə, Səadət Rəşid qızı Səlimova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14566/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən № e-126053/2023-5-33 nömrəli xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu və Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan (6 saylı qarajın) boşaldılmasına dair həmin icra işinin icraatının dayandırılması barəda qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra məmuru bildirir ki, icra sənədi xx.xx.2023-cü ildə Nəsimi rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Sonra icra məmuru qeyd edir ki, icraatında Nəsimi rayon Məhkəməsinin 2(006)-5/2019-017 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18.0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi olan (6 saylı qaraj) boşaldılmalı və borclu İddiaçı istifadəsindən alınaraq iddiaçı X1 istifadəsinə verilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Nəsimi rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər iddiaçıya göndərilmişdir. Lakin "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq iddiaçı tərəfindən tam şəkildə təmin edilməmiş və bu da iş üzrə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Odur ki, Bakı şəhəri,Nəsimi rayonu,Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18.0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi olan (6 saylı qarajı) könüllü olaraq boşaldılmağı iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, bu işlə bağlı icra məmuru xx.xx.2023 il tarixində ona aid telefona SMS göndərmişdir. İcra məmuru bununla bağlı bildiriş və icraata başlamaq haqqında qərarını iddiaçıya göndərməmişdir. Həmin gün Nəsimi rayon İcra Şöbəsinə gedərək iddiaçı kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanunsuz və əsassız çıxardığı 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadını və qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(102)-6328/2022 nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 nömrəli qərarının ləğv edilməsini, X4 tərəfindən verilmiş iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan "qeyriyaşayış sahəsinin boşaldılması" tələbinə dair mülki işin təmin edilməməsini, konstitusiya şikayətimin təmin edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Ona görədə Nəsimi icra Şöbəsinin icra məmurundan və onun rəisindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan (6 saylı qarajın) boşaldılmasına dair bu icra işinin icraatının dayandırılmasını xahiş etmişdim. İddiaçı Nəsimi icra Şöbəsinin icra məmuru Pərviz Babayevin qanunsuz hərəkətlərinə etiraz edir. Qanunsuz və əsassız olaraq iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisində 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajımı saxta sənədlərdən istifadə edərək X1 adma keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 № 182/3 saylı 17 yanvar 2013-cü il tarixli təklifin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində borc tələbi əvəzinə X2 verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru (şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov) tərəfindən qanunsuz qəbul edilmiş 22 may 2013-cü il tarixli qərarın etibarsız sayılması və ləğv edilməsi, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qanunsuz qəbul edilmiş 22 may 2013-cü il tarixli qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunaraq ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz sayılması tələbi Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdim. İddiaçı bildirir ki, 05 noyabr 2008-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv. metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın həmin anda mülkiyyətçisi olmuşdur, həmin qarajı alqı-satqı müqaviləsi ilə "X11 Turizm Sənaye və Ticarət" Limited Şirkətdən almışam və 05 noyabr 2008-ci il tarixdə adına verilmiş MH seriyalı, № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı həmin qarajın mülkiyyətçisi və vicdanlı sahibi olmasına baxmayaraq, ona məxsus MH seiyalı № ******* saylı Çıxarışı, cavabdehlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin bir qrup əməkdaşları ilə icra məmuru əlbir olaraq, iddiaçının mülkiyyət hüququnu pozaraq, iddiaçının qarajını onun xəbəri və razılıq ərizəsi və məhkəmə qərardadı olmadan, ilkin qiymətləndirmə aktı və rəyi olmadan, hərracın keçirilməsi barədə heç bir protokolu və sifariş məktubu vermədiyi barədə araşdırma aparılmadan, Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmuru X7 tərəfindən saxta sənədlərlə qəbul edilmiş 22 may 2013-cü il tarixli qərarla qanunsuz və əsassız olaraq qeyri-qanuni yollarla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyun 2013-cü il tarixli, RX seriyalı № ******* nömrəli Çıxarışı X1 adına vermişlər. Nəsimi rayon İcra Şöbəsinin keçmiş böyük icra məmuru X7 tərəfindən (qiymətləndiricinin dəvət edilməsi haqqında) xx.xx.2012-ci il tarixli qərar qəbul etmişdir. Belə ki, icra məmuru qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1480 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən tələb etdiyi 2000 (iki min) manat pul olmuşdur. Göstərilən pulu iddiaçı tam şəkildə Nəsimi rayon İcra Şöbəsinin h/hesabına 2012-ci ilin oktyabr ayında ödəmişdir. İddiaçının xəbəri olmadan cavabdehlər altı aydan sonra borcu olmadığı halda icra məmuru iddiaçıya qarşı qanunsuz hərəkətlər edərək, qeyri-yaşayış sahəsi olan əmlakını qərəzli şəkildə, maddi marağı əsasında başqasının adına keçirmişlər. "Sərraf” MMC tərəfindən mənə məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi üçün mütəxəssis göndərilməmişdir. Cavabdeh Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərimanov və keçmiş icra məmuru Səbuhi Məmmədov qanunsuz olaraq vəzifəli şəxs kimi səlahiyyət lərini aşaraq, vəzifəli şəxs kimi tamah niyyətilə hüquq verən rəsmi sənədləri bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı edirlər, Azərbaycan Respublikası Ali Məhkəmənin MK-nın 2.000 (iki min) manat olan icra vərəqəsini məqsədli şəkildə dəyişərək, bilərəkdən 29.020 (iyirmi doqquz min iyirmi) manat, 28.020 (iyirmi səkkiz min iyirmi) manat, 27.020 (iyirmi yeddi min iyirmi) manat 26020 (iyirmi altı min iyirmi) manat, 25.020 (iyirmi beş min iyirmi) manat və s. pul yazaraq, həmin saxta qiymətləndirmə aktından və s.sənədlərdən istifadə edərək, ona məxsus Bakı şəhəri Nəsimi rayonu, S. Vurğun küçəsində istifadədə olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini X3 adma rəsmiləşdirilməsi barədə yenidən xx/xx- 2969/3 saylı xx.xx.2013-cü il tarixli məktubla Nəsimi rayon Məhkəməsinə təqdimat göndərmişlər. İddiaçı cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərmanov, Nəsimi rayon İcra şöbəsinin keçmiş icra məmuru X8, və AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı "qərarın, təklifin, çıxarışın, digər sənədlərin və s. ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2022-cı il tarixli, 2(102)-6328/2022 nömrəli qərarı və Ali Məhkəmənin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 saylı qərarı qüvvədən düşmüş hesab edilməlidir, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. İddiaçı cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərmanov, Nəsimi rayon İcra şöbəsinin keçmiş icra məmuru Məmmə dov Səbuhi Eldar oğlu, və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı "qərarın, təklifin, çıxarışın, digər sənədlərin və s. ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2022-cı il tarixli qərarı və Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)- 1001/2023 saylı qərarı Konstitusiyanın 29-cu maddəsi nin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmasına görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadından və qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022ci il tarixli, 2( 102)-6328/2022 saylı qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 saylı qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti ilə müraciət edərək, həmin qərarların ləğv edilməsinə görə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Hazıda məhkəmədə araşdırma aparılır. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın boşaldılması üzrə icra işinin dayandıırılmasına köməklik edilməsini və icra işinin dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14566/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14566/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 3. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5/2019-017 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədin əsasən tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (6 saylı qaraj) boşaldılsın və borclu İddiaçı istifadəsindən alınaraq iddiaçı X1 istifadəsinə verilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq tərəfinizdən tam şəkildə təmin edilməmiş və bu da iş üzrə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 a saylı yaşayış evinin zirzəmsində yerləşən 18,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (6 saylı qarajı) könüllü olaraq boşaldmağınız Sizdən tələb olunur. Əks təqdirdə, yaşayış sahəsinin boşaldılması “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 72.3-cü maddəsinə əsasən, iştirakı olmadan həyata keçiriləcəkdir. Həmçini, “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırkı işin hallarından görünür ki, iddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-5/2019-017 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (7). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 Qərarı: Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. (7.1). İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.(15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.(15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.(15.3) AR İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14566/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.