Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1423/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs:Мaliyyə Nazirliyi) «torpaq sahəsinə görə kompensasiyanın düzgün hesablanması tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)- 394/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin: - qabaqcadan kompensasiya ödənilmədən mülkiyyətlərində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması və 1 kv m 500 manatdan (mövcud inflyasiya və digər amillər nəzərə alınmadan) təyin olunmuş qiymətin təklif olunması; iddiaçılara torpaq üzərində hüquqlarının danışıq yolu ilə (könüllü alqı-satqı) satın alınmasına razılığı barədə bildiriş göndərməməsi; torpağın satın alınması barədə yazılı təklif verməməsi ilə bağlı hərəkətlərinin və qiymətləndirmə Komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməsi və tanış tanış olmamaları üçün şərait yaratmaması ilə bağlı hərəktsizliyinin qanunsuz hesab edilməsi; -iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması və hesablanmış kompensasiya barədə Qiyməitləndirmə komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmaları üçün şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması - barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərardadı ilə iddia -iddiaçılar İddiaçı2, İddiaçı3 və Səfərova Tahir qızına münasibətdə mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehə qarşı iddialarının mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki. qərardad əsassızdır. Belə ki, torpaq sahəsi 18.04.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1, həm də onun ailə üzvləri kimi digər iddiaçılara məxsus olmuşdur. Sonradan, daşınmaz əimlakın dövlət reyestrində qeydiyyata alınıb vahid çıxarış verilərkən kadastrda ailə başçısı kimi təkcə, İddiaçı1 adına rəsmiləşdirilmişdir. Hazırda cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadığından iddiaçılar öz aralarında razılığa gələrək ödəniləcək kompensasiyanı hər birinə ayrı-ayrılıqda bərabər paylarla ödənilməklə ədalətli dəyərinin müəyyən edilməsni xahiş etmiş və birgə iddia tələbi irəli sürmüşlür. Deməli, hazırkı halda. İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığına görə özü, arvadı və iki qız övladı arasında hesablanmasını və tələb etmək hüququ müstəsna və dövlət tərəfindən tanınan və qorunan hüququdur. Daha sonra iddiaçılar Azərbaycan respublikası Mülki məcəlləsinin 152.1-ci maddəsinin tələbini qeyd edərək göstərir ki, ünvan 1 ünvanında yerləşən 334,4 kv.m torpaq sahəsi ilə bağlı hazırkı mübahisə üzrə iddiaçıların birgə iddia tələbi ilə cavabdeh üçün əlavə öhdəlik və ya vəzifə yaranmır. Mübahisələndirən torpaq sahəsi Azərbaycan respublikası Konstitusiyasının 29cu maddəsinə zidd olaraq dövlət ehtiyacları üçün alındığınadan mülkiyyətçi ailə üzvləri ilə birgə məhkəməyə müraciət etməklə öz istədiyi kimi torpaq üzərində sərəncamını bəyan etmişdir. İddia tək mülkiyyətçi tərəfindən verilmiş olsa belə, torpaqla bağlı kompensasyianın qiymətləndirilməsi və ödənilməsi məsələsində cavabdehə qarşı olan hüquq münasibətini dəyişmir. Məhkəmə iclasında iştirak edən iştirak edən İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Talıbov iddiaçılar İddiaçı1 ailə üzvləri - İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən məhkəmənin qanuni qüvvəsini almış qərardadı ilə təsdiq olunmuş barışıq sazişi ilə mübahisəli torpaq sahəsindən İddiaçı1 xeyrinə imtina etdiklərini bildirərək, konkret halda, onların hazırkı iddia tələblərində subyektiv hüquqa malik olmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə xəbərdar edilmiş Maliyyə Nazirliyinin nümayəndəsi məhəkəmyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəddəsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, inzibati orqana qarşı qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qvə qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı, habelə, qanunla qorunan hüquq və azadlıqların pozulması (müvafiq sübutları əlavə edilməklə) əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı iddia tələblərinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən olunmur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mübahisələndirən torpaq sahəsinə dair DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən aşağıdakılar paylı mülkiyyətçilər kimi qeyd alınmışdır: 1.X2, 2. X9, 3.Ərəbov Aydın şamxal oğlu, İddiaçı1 Lətif oğlu, 4. Səfərova Nənəxanım Elşən qızı, 5.X4, 6. X10. Göründüyü kimi, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətçilər sırasında mövcud deyil, onların yalnız ailə başçısı İddiaçı1 torpaq sahəsinin paylı mülkiyyətçisi qismində qeydiyyata alınmışdır. Bunun səbəbi isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2008-ci il tarixli 2(004)-2635/08 saylı qərardadı ilə müəyyən olunan hallara əsasən ondan qaynaqlanır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (1-ci tərəf) ilə, Səfərov Elşən lətif oğlu X5 və X1 (2-ci tərəf) arasında 18.04.2006-cı il tarixində bağlanmış barışıq razılpaşması haqqında müqaviləyə əsasən İddiaçı2, İddiaçı3 və İddiaçı4 AR DTXK-nın Bakı şəhəri üzrə Torpaq şöbəsi tərəfindən verilmiş JN-29667D Kod 01100003 qeydiyyat №-li 18.04.2006-cı il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən, hər birinə məxsus 74,925 kv m, cəmi 224,775 kv.m torpaq sahəsini öz ailə üzvləri X6 (hazırkı 1-ci iddiaçı) mülkiyyətinə təhvil vermələri barədə öhdəlik götürmüş və barışıq sazişinin həmin şərti məhkəmə tərəfindən təsdiq olunmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsasə verir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin torpaq sahəsinə dair kompensasiya hesablanması ilə bağlı cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaları istisna olunur. Başqa sözlə, onların hazırkı iddia tələbləri üzrə İPM-in qeyd olunan 35.1-ci maddəsi ilə müəyyən olunan inzibati icraat qaydasında baxılmasının mümkünlük şərtləri yerinə yetirilmir. Ona görə də məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin birini instansiya məhkəməsinin qərardadının əsassız olduğunu, qanunvericiliklə onların qorunan mülkiyyət hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 26.02.2021ci il tarixli 2-1(112)-394/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1423/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1423/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver