Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1424/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə xərclərinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzil növbəsinə götürülmüş şəxs kimi yaşayış sahəsi ilə təmin olunana qədər müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçular qeyd olunan imtiyazlardan istifadə etmək hüququna malikdirlər. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2010-cu il tarixdə ehtiyata buraxılsa da, bir neçə ildən sonra qanunvericilikdə qeyd edildiyi kimi hərbi xidmət zamanı deyil, hərbi xidmət dövrü ilə əlaqədar imtiyaz əldə etmiş və hərbidən ehtiyata buraxıldığı müddətdən 10 il keçdikdən sonra dövlətdən kirayə pulu almağı xatırlamış və məhkəmə isə iddiaçının tələbini təmin etməklə qanunsuz qərar qəbul etmişdir. İş materiallarına nəzər saldıqda iddiaçı öz mənzil şəraitinin olmadığını sübut etmək üçün Azərbaycan Respublikası ƏMDKsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli arayışını 2020-ci ilin may ayında məhkəməyə təqdim etmiş və məhkəmə isə heç bir araşdırma aparmadan həmin arayışın verilmə tarixindən 5 il keçməsinə baxmayaraq onu öz qərarında əks etdirmişdir. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi nəticə araşdırılmadan aparılmış və mövqeyi süni surətdə iddiaçının mənafeyinə xidmət etmişdir. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi və üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki, iddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən buraxıldığına, həmçinin mənzil növbəsinə durduğuna əsaslanaraq, mənzil ilə təmin olunanadək ona kirayə xərclərinin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının Aparatının xx xxxxxxxx 2019-cu il tarixli, M-298-029 saylı məktubu ilə müraciətin təminindən imtina edilərək bildirilmişdir ki, İddiaçı “ehtiyatda olan hərbiçi kimi kirayə haqqının ödənilməsi”nə dair ərizəsinə baxılmışdır və o, Cavabdeh Başçısının 41 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli mənzil növbəsinə götürülmüş, lakin iddiaçı qeyd edilən müddət ərzində Hərbi Xidmətdə olmadığından, onun ərizəsini təmin etmək mümkün olmamışdır. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, mənzil növbəsinə götürülmüş şəxs kimi yaşayış sahəsi ilə təmin olunana qədər müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Hazırki işdə olan sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 181 №-li arayışına əsasən 1983-cü il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il tarixli 0346 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. X5 Komissiyasının 514993 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlildir. Azərbaycan Respublikası Dövlət X4 X3 İş Departamenti tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı 333,74 manat məbləğində pensiya alır. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 41 №-li sərəncamından çıxarışından görünür ki, vətəndaş İddiaçı 1 nəfər (özü) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2015-ci il tarixli, 4200 saylı arayışın surətindən görünür ki, ehtiyatda olan hərbi qulluqçu baş leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin xx xxxxxx 2015-ci il tarixli, 01/854 saylı arayışına əsasən Xətai rayon Xətai bələdiyyəsi tərəfindən İddiaçı adına torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxx 2015-ci il tarixli, **********59 və **********58 saylı arayışlarından görünür ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə X1 (həyat yoldaşı) İddiaçı adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. Mənzilərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,65 kv/m, yaşayış sahəsi 42,65 kv/m, yardımçı sahəsi 18 kv/m olan 3 otaqlı mənzil X2 tərəfindən İddiaçı aylıq 350 manat müəyyən edilməklə kirayəyə verilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il tarixli 0346 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış hərbi qulluqçudur. İddiaçı cavabdehin xx.xx.2016-cı il tarixli sərəcamı ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınaraq İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli siyahıya daxil edilmişdir. Hazırda iddiaçı yaşayış sahəsi ilə təmin olunana kimi müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsini mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin: - 1-ci hissəsinə görə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 №-li xx.xx.2012-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində - 75 manat, 1.3. digər yaşayış məntəqələrində - 55 manat. Həmin Qərarın 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Qeyd edilən normaların tələblərindən çıxış edərək Kollegiya hesab edir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılmış şəxs kimi yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə, yaşayış sahəsi ilə təmin olunanadək isə kirayə xərclərinin ödənilməsi hüququna malik olmuşdur. İddiaçının qeyd edilən hüququnu istisna edən hər hansı hal mövcud olmamışdır. Əlavə olaraq iddiaçının adına notarial qaydada bağlanmış mənzil kirayə müqaviləsi onun mənzil şəraitinin olmamasını təsdiq edir. Cavabdehin apelyasiya şikayətinin dəlili ilə razılaşmayan Kollegiya qeyd edir ki, səhhətinə görə ehtiyata buraxılmış hərbi qulluqçu ehtiyata buraxıldığı gündən mənzil sahəsi ilə təmin olunandək istənilən vaxt mənzil kirayə haqqının ödənilməsini tələb etmək hüququna sahibdir. Qanunvericilik bu hüququnun həyata keçirilməsi üçün müracət etmə müddəti üzrə hər hansı məhdudiyyət nəzərdə tutmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1424/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1424/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver