Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1425/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “övladının soyad sonluğunun dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “övladının soyad sonluğunun dəyişdirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1893/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı Mirzəyev Nurhan Hakim oğlunun doğum akt qeydində soyadının “Mirzəyev” soyadından “Mirzəbəyli” soyadına dəyişdirilərək, yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Böyük övladının soyadı “Mirzəbəyli” olsa da, kiçik övladı Mirzəyev Nurhan Hakim oğlunun soyadının dəyişdirilərək, “Mirzəbəyli” edilməsi barədə müraciəti Bakı şəhəti Cavabdeh tərəfindən əsassız olaraq təmin edilməmişdir. Qeydiyyat şöbəsinin imtina cavabını qanunsuz və əsassız hesab edir. Övladının soyad sonluğunun dəyişdirilməsinə maneə yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1893/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbil edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməlidir. Belə ki, soyad sonluğunu dəyişmək istədiyi övladı xx xxxxxxxx 2014-cü il təvəllüdlü Nurhan Mirzəyevin özündən başqa xx xxx 2007-ci il təvəllüdlü Nicat və xx xxxx 2008-ci il təvəllüdlü Nihad adında iki qardaşı vardır. Qardaşlarının “Mirzəyev” soyadlarının sonluğu Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə xx xxxxxx 2014-cü il tarixində “Mirzəbəyli” soyadı ilə əvəz edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur. Belə olan halda üç qardaşın ikisinin soyadının “Mirzəbəyli”, birininkinin isə “Mirzəyev” olması qardaşlar arasında ayrı-seçkiliyə səbəb olmuşdur. Bu isə kiçik övladı Nurhanın hüququnun pozulması deməkdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin eyni predmet üzrə bir ailə üzvləri barədə iki fərqli qərarı heç də başa düşülən deyildir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Belə ki, valideynlərin soyadı “yev” sonluğu ilə bitdiyindən Azərbaycan Respublikası Milli Məclisinin Qərarı həmin sonluğun “li”, “zada”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Odur ki, qanunvericilik "Mirzəyev” soyadının “Mirzəbəyli” kimi ifadə forması ilə əvəz edilməsini qadağan etmir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Cavabdeh və 3-cü şəxs X2 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı hazırkı işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh nümayəndəsinin və 3-cü şəxs X1 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarına görə İddiaçı ilə X3 arasında xx xxxxx 2007-ci il tarixdə nikah bağlanmış, onların bu nikahından 3 övladları olmuşdur. İddiaçı iki övladının soyadının “Mirzəbəyli” olduğu halda, üçüncü övladı Nurhanın soyadının doğum haqqında şəhadətnamədə “Mirzəyev” kimi qeyd edilməsini, sonuncunun soyad sonluğunun dəyişdirilməsinə qanunla hər hansı məhdudiyyətin qoyulmadığına istinad edərək cavabdeh inzibati orqana müvafiq müraciət ünvanlamış, lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı 1192- 05/15 saylı xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. xx.xx.2014-cü il təvəllüdlü Mirzəyev Nurhan Hakim oğlunun soyadının “Mirzəyev”dən “Mirəbəyli”yə dəyişiklik edilməsi qanunvericiliyə uyğun olmadığından İddiaçı müraciətinin təmin olunmasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı Mirzəyev Nurhan Hakim oğlunun doğum akt qeydində soyadının “Mirzəyev” soyadından “Mirzəbəyli” soyadına dəyişdirilərək, yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gələrkən ona istinad etmişdir ki, hazırki işdə valideynlərin soyadları eyni olsa da, hər iki soyadda sözün kökü “Mirzə”dir və uşağa verilməsi istənilən “Mirzəbəyli” soyadı “Mirzəyev” soyadından yalnız sonluğuna görə fərqləndiyindən mübahisəyə soyad sonluğunun dəyişdirilməsi qaydaları əsasında baxılmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” xx xxxxxx 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “ov” “yev”, sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “li”, “lu”, “lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Belə olan halda qanunvericiliklə “Mirzəyev” soyadının “Mirzəli”, “Mirzəzadə”, “Mirzə”, “Mirzəoğlu” ifadə formaları ilə əvəz edilmə imkanı nəzərdə tutulduğu üçün iddiaçının iddia tələbi qeyd olunan formada təmin edilə bilməz. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.11-ci bəndində əsasən uşağın soyadı valideynlərinin soyadı ilə müəyyən edilir. Valideynlərin arzusu ilə “ov”, ”yev” sonluqlu soyadları sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı xx.xx.2011-ci il tarixli Qərarı təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 68/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı onun uşaqları Mirzəyev Nicat Hakim oğlunun və Mirzəyev Nihad Hakim oğlunun soyadlarının dəyişdirilərək, “Mirzəbəyli” soyadı ilə əvəz edilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinin təmin edilməsi və soyadın əvəz edilərək, yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir. Hazırki işdə məhkəmə kollegiyası iddiaçının tələbinin yetkinlik yaşına çatmayan övladının soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edir ki, əslində iddiaçının tələb etdiyi “Mirzəbəyli” soyadı ilə övladının qeydə alınmış “Mirzəyev” soyadı arasında böyük fərq yoxdur və qanunvericilikdə “ov”, ”yev” sonluqlu soyadlarının sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilməsinin nəzərdə tutulması heç də soyad sonluğunun “bəyli” sonluqlu ifadə forması ilə əvəz olunmasına hər hansı qadağa qoyulması kimi qəbul edilə bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1893/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, xx xxxxxxxx 2014-cü il təvəllüdlü Mirzəyev Nurhan Hakim oğlunun “Mirzəyev” soyadı “Mirzəbəyli” soyadı ilə əvəz edilməli, bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1893/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı övladı xx xxxxxxxx 2014-cü il təvəllüdlü Mirzəyev Nurhan Hakim oğlunun “Mirzəyev” soyadı “Mirzəbəyli” soyadı ilə əvəz edilsin və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1425/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1425/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver