Məhkəmə qərarları › İş №2-1(103)-1425/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1425/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1425/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs X1 və onun vəkili X4 iştirakları ilə, İddiaçı X9 Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və X1) “dəyişikliyin qeydə alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5385/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı və üçüncü şəxs X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “dəyişikliyin qeydə alınması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-5385/2021 saylı, 29.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin, yəni Birliyin 12.12.200-ci il tarixli qərarı ilə təsbit edilmiş X10, X7, X8, X5, X18, X2 idarə heyətinin üzvləri seçilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı və üçüncü şəxs X1 apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Apelyasiya baxışı zamanı 01.04.2022-ci il tarixdə iddiaçının vəkilinin iddia tələbindən imtina edilməsinə dair elektron ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, “2-1(103)-1425/2022 saylı inzibati iş üzrə iddia tələbimizdən imtinanımızı qəbul edərək işin icraatına xitam verilməsini Sizdən xahiş edirik. Həmçinin qeyd edirik ki, iddiadan imtinanın hüquqi nəticəsi bizə bəllidir.” Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili ərizənin təmin edilməsinə etiraz etdiklərini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını və iddia tələbindən imtina edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. AR İPM-in 12.-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. AR İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, iddianın mümkün sayılmayan hissəsində iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X9 iddia tələbindən imtina barədə ərizəsi təmin edilsin. İddiaçı X9 Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və X1) Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin, 12.12.2020-ci il tarixli qərarı ilə təsbit edilmiş dəyişikliyin ( X10, X7, X8, X6, X3 idarə heyətinin üzvləri secilməsinə dair) dövlət qeydiyyatına alnmasına dair iddia tələbi üzrə icrata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar