Məhkəmə qərarları › İş №2-1(103)-1426/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1426/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1426/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “çıxarışın ləğv edilməsi və bağ sahəsinin iddiaçının adına qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi və bağ sahəsinin iddiaçının adına qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8795/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 oglunun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənəd - X2 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına hüquqların qeydiyyatının aparılmasının DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Dzhavadov Eldar xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində DƏDKR 1 saylı Bakı Ərazi İdarəsini və Bakı Şəhər İcra Hakimiyyətini göstərməklə məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 saylı qərarına əsasən X3 adına verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin və həmin order əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı, № ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxslərə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh X6, X5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinin naturada təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. Yekun məhkəmə qərarı olaraq AR Ali Məhkəməsinin 2(102)-4745/2022 saylı, xx.xx.2022 tarixli qərarı ilə X3 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının və ona əsasən verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, X3 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissələrində Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. AR Ali Məhkəməsi qərarını əsaslandırarkən (50-ci bənd), qeyd etmişdir ki, inzibati orqanların qeyd olunan hərəkətləri ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, torpaq sahəsinin cavabdehə ayrılması və reyestrdəki qeydiyyat inzibati aktlar əsasında aparıldığından, iddianın 1-4-cü tələblərinin faktiki əsasını bu aktların qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana (orqanlara) qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktları mübahisələndirməlidir. Məhkəmə araşdırmaları zamanı keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 12 mart 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X7 bağlar sahəsindəki 216 nömrəli kooperativin X3 adına olan 8 nömrəli orderin mətnində bağın nömrəsini göstərən “874” rəqəmlərindən sonuncu “4” rəqəminin yerində əvvəlcə “5” rəqəmi olub, sonradan üzərində əlavə cizgilər artırmaqla indiki rəqəm icra edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə və həmin rəy əsasında keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 09 fevral 2022-ci il tarixli rəyinə əsasən 874a saylı bağ sahəsi mişar daşından olan hasar daxilində olmaqla ümumi sahəsinin 1297 kv.m təşkil etdiyi müəyyən edilir. Bağ sahəsində tikilinin olmadığı və həmin bağ sahəsinin kadastr planı əsasında X3 adına qeydiyyatdan keçdiyi müəyyən edilir. Sözü gedən ərazidə hasarlanma işləri keçmiş X2 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik plana və keçid yollarına uyğun aparılmadığından, 874 saylı bağın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Faktiki olaraq iddiaçının iddia etdiyi sahənin qeydiyyatdan keçmiş 874a saylı bağın ərazisi ilə üst-üstə düş məsi müəyyən edilir. Beləliklə müəyyən edilir ki, X3 adına reystrdə aparılmış qeyd saxta sənədlər əsasında aparılmış, yəni hüquqların dövlət qeydiyyatını aparan orqanın zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini düzgün icra etməmişdir. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin xx.xx.2024 tarixli imtina məktubu ilə məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8795/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iş üzrə tərəflər və 3-cü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı, üçüncü şəxs X3, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İşə birinci instansiya qaydasında baxmış məhkəmə müəyyən etmişdir ki, orderin mübahisələndirilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən X5 verilmiş 8 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 216 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 874a nömrəli bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr kitabının 52274 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı həmin 8 nömrəli orderin və həmin order əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı, № ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini tələb edir. Hazırki işin hallarından görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və istismarı birliyi Ləhiş Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən X5 verilmiş 8 nömrəli orderin verilməsi üçün əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Lakin göründüyü kimi, iddiaçı adı çəkilən qərar əsasında verilmiş orderi mübahisələndirmişdir. Halbuki iddiaçının mübahisələndirdiyi orderin mövcudluğundan daha öncədən məlumatlı olması mübahisəsizdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlarla bağlı iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarının ləğvi ilə bağlı iddia tələbini dəqiqləşdirməkdə hüquqi yardımın göstərilməsinə lüzum görməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 34 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını, yəni orderin ləğvini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, iddiaçının ləğv edilməsini tələb etdiyi order 1991-ci ildə qəbul edilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi orderin ləğvi üçün qanunla müəyyən edilmiş müddətlər ötürüldüyündən və “orderin ləğvi” ilə bağlı tələb qeyri-mümkün sayıldığından, həmin tələbə əlavə tələb olan “order əsasında verilmiş çıxarışın ləğvi” barədə tələb də qeyri-mümkün sayılmalıdır. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul etmişdir. Həmin qəradad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8795/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8795/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar