Məhkəmə qərarları › İş №2-1(103)-1427/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1427/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1427/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin 120 Ş/H saylı 31.01.2018-ci il tarixli əmrinə dəyişiklik edilərək, ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin 120 Ş/H saylı 31.01.2018-ci il tarixli əmrinə dəyişiklik edilərək, ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin 120 Ş/H saylı 31.01.2018-ci il tarixli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə birtərəfli araşdırma apararaq, eyni zamanda cavabdehin qərəzli ifadələrinə istinad edərək, onun öz arzusu ilə təxris olunması barədə müraciətinin olmamasına və iş materialları ilə onun ehtiyata buraxılması barədə Q/37 nömrəli raportun mövcud olmasının sübuta yetirilməməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki həmin sənədin kitabdan çıxarışı məhkəməyə təqdim olunmuş və həmin sənəddə təxris olunması barədə ərizənin mövcudluğu öz əksini tapmışdır. Onun ehtiyata buraxılması barədə Q/37 saylı 10 yanvar 2018-ci il tarixli raport Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd X9 X6 Nəzarət Şöbəsində yerləşən 2018-ci il tarixli «Hazırlanmış sənədlərin qeydiyyatı» jurnalının 4-cü vərəqində qeydiyyata alınmış, lakin dəfələrlə məhkəmə araşdırmasında «Hazırlanmış sənədlərin qeydiyyatı» jurnalı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Xidməti məktubun surətindən görünür ki, o, Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən barəsində «Attestasiya Tədbirləri» keçirilməsi zəruri olduğu halda bu tədbirlər keçirilməmişdir. Etirazda qeyd olunanlar və Təqdimatda göstərilənlər absurd və qərəzli olmaqla Dövlət Sərhəd Xidməti Rəhbərliynin tərxisə qədər ona qarşı apardığı kadr siyasəti ilə tam ziddiyyət təşkil edir və təqdimatın, formal olaraq, həqiqətə uyğun deyil, özünü müdafiə məqsədi ilə, sonradan tərtib oluması faktını sübuta yetirir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 51/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı bu barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 16.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi, “cavabdeh inzibati orqanın 120 Ş/H saylı 31.01.2018-ci il tarixli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı iddiaçı inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış k/305/4/0-1083 saylı 30.11.2018-ci il tarixli məktubdan görünür ki, onun ehtiyyata buraxılması ilə bağlı əmrdə sözügedən maddənin ləğv edilməsinin mümkünsüz olması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və işə baxmış məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı rədd edərkən ona istinad etmişdi ki, iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 saylı tərxis raportunun mövcud olması sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının ümumiyyətlə 2018-ci il ərzində Sərhəd Nəzarətinin rəhbərliyinə raportla müraciət etmədiyini bildirmişdir. Eləcə də, iddiaçı barəsində əmrin verilməsinə əsas Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən iddiaçı barəsində təqdimat tərtib edilərək, yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: 1) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) mübahisələndirilən əmrin verilməsindən əvvəl təqdim etdiyi hərbi xidmətdən öz arzusu ilə buraxılması barədə ərizəsinin icra edilməsi. İlk növbədə hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir.Təqdimatda iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, təqdimat ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, təqdimata qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Əksinə, iddiaçı xidmət dövründə fəxri fərmanlarla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2390 nömrəli Sərəncamı ilə isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd edir ki, hərbi xidmətdən ehtiyata buraxılanadək əvvəlki son 07 ay ərzində «Hərbi əməkdaşlıqsahəsində xidmətlərə görə» medalı ilə təltif olunmuş, 18.08.2017-ci il tarixdə ona polkovnik-leytenant hərbi rütbəsi verilmiş, 02.10.2017-ci il tarixdə X11 X4 şöbəsinin rəisi vəzifəsinə təsdiq edilmiş, 2017-ci ilin noyabr ayında «Xidməti düzgün təşkil etdiyinə görə» DSX-nin rəisi tərəfindən (Elçin Quliyev tərəfindən) ona təşəkkür elan olunmuş, 08.12.2017-ci il tarixli DSX rəisinin 0382 saylı əmri ilə 1-ci məharət dərəcəsi təsdiq edilmiş, 31.12.2017-ci il tarixli 0407 saylı əmrə əsasən, «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı» medalı ilə təltif olunmuşdur Qeyd olunan bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, cavabdeh tərəfindən qeyd olunan hallarla, iddiaçının dəlillərinin üst-üstə düşmədiyi nəzərə alınmamış, bununla da işdə olan ziddiyyətli hallara aydınlıq gətirilməmişdir. X12 rəisinin 011 nömrəli, 11 yanvar 2018-ci il tarixli nizami hissə üzrə əmri ilə 11.01.2018-ci il tarixdən 25.02.2018-ci il tarixədək 45 gün müddətinə Bakı və Gəncə şəhərlərində keçirməklə növbəti məzuniyyəti hesabına məzuniyyətə buraxılmış hesab edilmiş, 29 yanvar 2018-ci il tarixli nizami hissə üzrə əmri ilə 29.01.2018- ci il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmiş, məzuniyyətdən geri çağırılandan 2 gün sonra isə mübahisələndirilən əmrlə ehtiyata buraxılmışdır. İddiaçı məzuniyyətdən geri çağıralaraq onunla hər hansı söhbət aparılmadan, ondan izahat alınmadan “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmış, işə baxan məhkəmə yuxarıda qeyd olunan hallara qiymət vermədən, işin hallarını öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmadan, iş üzrə sübutları hərtərəfli qiymətləndirmədən qərar qəbul etmişdir. İddiaçının ikinci tələbi – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9- cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ilk növbədə sənədlərin qeydiyyatı jurnalını tələb edib baxış keçirməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının tərxis raportu təqdim etməməsi halı iddia tələbinin birinci hissəsinə (əmrin qanuniliyinə qiymət verilməsi ilə bağlı) hüquqi qiymət verilməsinə maneə təşkil etmir. Bununla da iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq onu rədd edərkən zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının qoyduğu iddia tələblərinə münasibətdə ilk öncə onun tərəfindən mübahisələndirilən əmrlərin qanuniliyi yoxlanılmalı, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd, eləcə də iddiaçının tərxis raportunun verilib-verilmədiyinin müəyyən edilməsi məqsədilə cavabdeh inzibati orqandan sənədlərin qeydiyyatı jurnalı tələb edilməklə baxış keçirilməli, təqdimatda qeyd edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Bununla bağlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 22.10.2019-cu il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar