Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1428/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və artıq ödənilmiş verginin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-858/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə hesablanmış 5.751,14 manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və artıq ödənilmiş 8512.60 (səkkiz min beş yüz on iki manat, altmış qəpik) manat verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də İddiaçı MMC olmuşdur. xx.xx.2018-ci il tarixdə Ukrayna Respublikasından ilk və son dəfə idxal etdiyi mebel olan yükü Gömrük İdarəsindən keçirib satışa çıxartdıqdan sonra qazanc az olduğuna görə qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırsın və xx.xx.2018-cil tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 11.060,43 manat artıq ödəniş etmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. xx.xx.2019-cu il tarixdə artıq ödəmələr silinmiş, bununla yanaşı 5.738,09 manat borc bildirişi göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin səbəblərlə artıq ödəmədən 2.409,82 manat pul silinmişdir. Təqdim etdiyi sənədlər sübut edir ki, cavabdeh eyni əsaslarla 2 dəfə artıq ödəmədən vəsait silmişdir. Bakı şəhəri LGBİ tərəfindən 5.751,14 manat vergi borcunun hesablanması qanunsuz və əsassız hesab edilərək həmin vergi borcu silinməli və artıq ödənilmiş vergi qaytarılmalıdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, göstərmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürüldüyündən iddianın mümkünlüyü barədə tələblərə əməl edilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi yuxarıda qeyd edilən qərar “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə isə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir. Buna baxmayaraq vergi ödəyicisi qərarın ona təqdim olunmasından 1 ildən çox müddət keçdikdən sonra iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx xxx 2013-cü il tarixli müqavilənin 4.1.7-ci maddəsinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. İddianın ikinci hissəsinə, yəni, artıq ödənilmiş vergilərin müəssisəyə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi məsələsinə gəldikdə isə iddianın ilk hissəsi ilə əlaqəli olduğundan həmin hissənin təmin olub-olunmamasından asılıdır. Nəzərə alınsa ki, iddiaçının artıq ödəməsinin yaranması üçün mübahisələndirilən qərarın ləğv edilməsi tələb olunur, lakin iddiaçı həmin qərarın mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. Digər tərəfdən hətta mübahisələndirilən qərar məhkəmə qaydasında ləğv olunduğu təqdirdə belə, yaranmış artıq ödəmənin qaytarılması ilə bağlı rəyin təqdim edilməsi üçün əvvəlcə vergi orqanına müraciət edilməlidir. Belə ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” AR Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci tarixli Qərarının 3.1-ci bəndində vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, müraciət etməli olduğu qeyd edilmişdir. Vergi ödəyicisi şəxsi hesab vərəqəsində artıq ödəməsi mövcud olduğu təqdirdə həmin artıq ödəmənin qaytarılması məqsədilə vergi orqanında yuxarıda qeyd edilən Qaydaların tələbi ilə müəyyən edilmiş forma üzrə müraciət etməlidir. Vergi orqanı sözügedən forma üzrə müraciəti qiymətləndirib ya artıq ödəmənin qaytarılması barədə rəy tərtib etməli, ya da müvafiq artıq ödəmənin qaytarılmasından imtina olunması barədə nəticəyə gəlməlidir. Odur ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində hal-hazırda artıq ödəmənin mövcud olmadığını, bu səbəbdən də vergi ödəyicisinin artıq ödəmənin qaytarılması barədə rəy verilməsi məqsədilə vergi orqanına müraciəti olmadığını nəzərə alaraq iddianın artıq ödəmənin qaytarılması hissəsində də mümkünlük barədə tələblərə cavab vermədiyi bir daha aydın olur. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla iddiaçının iddiasının mümkünsüz sayılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-858/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar iddiaçıya elektron qaydada xx.xx.2019-cu il tarixdə göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə oxunmuş və xx.xx.2019-cu il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Belə olan halda məhkəmənin iddiaçının müddətin ötürülməsi qənaətinə gələrək iddianın mümkünsüz sayılması barədə qərardadının hüquqi əsası yoxdur. “İnzibati məhkəmə icraatının iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarının 3.1-ci bəndinə əsasən İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü maddəsinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Sadalanan xüsusatlardan və istinad edilən normalardan göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təvsirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ilkin iddia tələbində 5700 manat borcun silinməsini istəyir. Əsas xx.xx.2019-cu il tarixli qərardır. İddia ərizəsində qərardan söhbət getmir. 21 mayda iddia tələbinə dəqiqləşmə verib. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-858/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 №-li xx.xx.2019-cu il tarixli qərarxx.xx.2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərar iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə oxunmuşdur.İddiaçı ilkin olaraq iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciətedərək, cəmiyyətə hesablanmış 5.751,14 manat vergi borcunun silinməsini və artıqödənilmiş verginin qaytarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə iddiaçıməhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisələndirilənqərarın ləğv edilməsini və artıq ödənilmiş verginin geri qaytarılması barədə rəyinverilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsində isə təsbit edilmişdir ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4-cü bənd). Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Birinci instansiya məhkəməsi iddianı mümkün saymamaq barədə qərardad qəbul edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisələndirmə növündə iddiaüzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçıtərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilənqərarın ona təqdim olunduğu müddətdən 5 (beş) aydan çox vaxt keçdikdən sonra, yənixx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununlada iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir.Bundan əlavə iddiaçı artıq ödənilmiş verginin cəmiyyətə qaytarılması barədə rəyinverilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.İddiaçı artıq ödənilmiş verginin cəmiyyətə qaytarılması barədə rəyin verilməsi ilə bağlı əvvəllər cavabdehə müraciət etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu əsaslarla iddianı mümkünsüz sayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilkin olaraq iddiaçı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərkən vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılmasını xahiş etmiş olsa belə iddiaçı iddia ərizəsində sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli qərara istinad etmiş və ona hesablanmış 5751,14 manat borcun silinməsini və artıq ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və iş materiallarından da görünür ki, iddiaçının narazılığı məhz xx.xx.2019-cu il tarixli qərardan olmuşdur. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən eyni qərara əsasən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni xx.xx.2020-ci il tarixdə təqdim etməsini əsas gətirərək iddianı mümkün saymamaqda haqsız olmuşdur. Hansı ki, İPM-in 13-cü maddəsinə əsasən inzibati məhkəmənin yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın mümkünlüyü yoxlanılarkən ilkin olaraq verilmiş iddia tələbinin əsası ilə sonradan verilmiş iddia tələbinin əsasının eynilik təşkil etməsi, inzibati məhkəmələrin yardım etmək vəzifəsinin olması diqqətdə saxlanılmaqla yalnız bundan sonra iddia tələblərinin hər ikisinin mümkünlük şərtlərinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-858/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1428/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1428/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver