Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1428/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Ərizəçi İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı xx.xx.2019-cu il tarixli qərarının icra icraatı qaydasında ərizəçi İddiaçı inzibati orqanın cərimə edilməsi barədə ərizəsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı 12 dekabr 2022ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2-1(112)- 4875/2021 saylı məhkəmə qərarını 23 avqust 2021-ci il tarixinə qədər icra etmədiyi üçün cərimə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə qərardadını qanunsuz və əsassız hesab edir. Cavabdeh orqan məhkəmənin məktubunda göstərilmiş tarixdə məhkəmə qərarını icra etməmiş və bununla da həmin tarixə qədər onun məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı ərizəçi İddiaçı ərizəni və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və inzibati orqanın cərimə olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanan cərimə edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4- cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası qismən təmin edilərək İddiaçı mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-478/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1137/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsi cavabdeh Dövlət Sosial Müdafiə Fonduna 28 iyul 2201-ci il tarixli məktub göndərərək 2-1(112)-4875/2020 saylı 29 sentyabr 2021-ci il tarixli qərarın 23 avqust 2021-ci il tarixədək icra olunması üçün göndərildiyini bildirmiş və göstərilən tarixədək qərar icra olunmadığı halda Azərbaycan Respublikası İPM-nin tələblərinə uyğun olaraq 50000 manatadək cərimə oluna biləcəyi barədə xəbərdarlıq etmişdir. Daha sonra isə Bakı İnzibati Məhkəməsi tərəfindən 11 avqust 2021-ci il tarixdə icra vərəqəsi verilmiş, həmin icra vərəqəsi icra üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə, məlumat üçün isə cavabdeh inzibati orqana (Dövlət Sosial Müdafiə Fonduna) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmənin göndərdiyi icra sənədi Yasamal rayon inzibati ərazisinə aid olduğu üçün aidiyyatı üzrə onun Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın qəbul edildiyi bildirilmiş və bu barədə məhkəməyə məlumat göndərilmişdir. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının xx.xx.2021-ci il tarixədək icra olunmadığı səbəbindən həmin Nazirliyin 50000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçının sözügedən ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən müəyyən olunmuşdu ki, xx.xx.2021-ci il tarixli “Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi” barədə xx.xx.2021-ci il tarixli akta əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı Abşeron rayonu, X6 ünvanında yerləşən 1 (bir) otaqlı mənzil həmin tarixdə təhvil verilmiş, bununla da məhkəmə qərarı icra olunmuşdur. Beləliklə, hazırki işdən müəyyən olunur ki, məhkəmə qərarı icra üçün cavabdeh quruma- Dövlət Sosial Müdafiə Fonduna göndərildikdən sonra qeyd olunan məsələ ilə bağlı aidiyyatı inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən vaxtında icra olunmuşdur. Bununla bağlı sübutlar olduğu halda məhkəmə qərarının icra olunmadığı üçün inzibati orqanın cərimə olunması barədə iddiaçının ərizəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Hazırki vəziyyətdə iddiaçı bu tələbinin qanuni əsasını ərizəsində göstərə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1428/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1428/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver