Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1429/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə xidmətin sərəncamına götürülməyi barədə 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli sərəncamda saxlanılma müddətinin uzadılmasına dair xx.xx.2021-ci il tarixli **********326400 nömrəli, xx.xx.2021-ci il tarixli **********671500 nömrəli və əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlərinin iddiaçıya aid olan bəndlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmağı barədə xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini, müvəqqəti olaraq işdən kənarlaşdırıldığı və sərəncamda olduğu müddət ərzində məcburi işburaxma ilə əlaqədar işdə olmadığı müddət ərzində əmək haqqı və digər ödənişlərin, əmək haqqına edilən əlavələrin ödənilməsi təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər və xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilə qədər Bakı şəhəri Baş Vergilər Departamentində, Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində işləyib. İşlədiyi müddətdə vəzifə funksiyalarına son dərəcədə məsuliyyətlə yanaşaraq xidmətini uğurla aparıb, heç bir intizam tənbehi almayıb, vergi işçisi adını bu peşəyə olan sonsuz hörməti ilə hər zaman və hər yerdə uca tutub. 2002-ci ilə qədər üç dəfə attestasiyadan müvəffəqiyyətlə keçib, 2014-cü ildən bəri ümumiyyətlə attestasiyaya cəlb edilməyib, hər rüb üzrə aparılan xidməti fəaliyyətin qiymətləndirilməsində əla və yaxşı qiymətlər alıb, ixtisasartırma ilə bağlı verdiyi imtahanda 85 bal nəticə əldə edib, həvəsləndirmə tədbiri olaraq əmək haqqına əlavələr əldə edib və s., birinci dərəcəli dövlət vergi müfəttişidir. Lakin təəssüflə bildirir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq bu günə kimi hüquqları ciddi şəkildə pozulmuşdur. Keçmiş Vergilər Nazirliyinin 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmri ilə (bundan sonra “1-ci Sərəncam əmri”) o və bir neçə əməkdaş təşikati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdülər. Daha sonra, 01 may 2020-ci il tarixdə **********468300 nömrəli əmrlə sərəncam əmrinin ona dair 21-ci bəndi ləğv edilmiş və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 41ci maddəsinə istinad edilərək sərəncama götürüldüyü xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib. Xüsusi məqsəd üçün qeydiyyata alınmış həmin əmrdə qeyd edilirdi ki, guya o xidməti vəzifələri yerinə yetirərkən kobud nöqsanlara yol vermişdi, müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları “X5 Tax and Consulting” MMC-nin (VÖEN **********) direktoru Rahim Əlizadəyə ötürmüşdü, bununla bağlı barəsində xidməti araşdırma başlanmışdır və bununla da araşdırma yekunlaşana qədər tutduğu vəzifədən müvəqqəti kənar edilmiş hesab edilməyi qənaətinə gəlinmişdir. Həmin əmrin verilməsinə əsas kimi keçmiş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin (VCİA) iddiaçı barəsində olan 28 aprel 2020-ci il tarixli **********173500 nömrəli Xidməti Məruzəsi olmuşdur. Xidməti məruzədə ona qarşı irəli sürülən “müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları smartfon və digər üsullarla R.Əlizadəyə göndərməyi” barədə əsassız dəlillər irəli sürülərək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi tələb edilmişdir. Uzun müddət vergi orqanlarında qüsursuz fəaliyyət göstərən əməkdaş barəsində birdən-birə ən ağır əsasla müqaviləyə xitam verilməsi tələbinin mövcud olması üçün ən azından onun özü qədər ağır, ciddi faktiki əsaslar, yəni onun tərəfindən həqiqətən də həmin əməlləri törətmə faktı və bununla bağlı sübutlar sənədlər, rəylər, arayışlar, izahatlar, aktlar və s. olmalı idi. Lakin 4 vərəqlik Xidməti Məruzənin təsviri hissəsi kimi, yəni onun əməllərinin nədət ibarət olması və hansı qaydada sübut edildiyi barəsində cəmi 3 cümlə yazılmışdır ki, onların da arasında “onun qeyrisəmimiliyə yol verməyi”, “verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönləndirməyə çalışmağı” kimi absurd ifadələr yer almışdır. Bildirir ki, əmr verildiyi 01 may 2020-ci il tarixdən başlayaraq cavabdehin rəhbər vəzifəli şəxslərinə çoxsaylı həm yazılı, həm elektron qaydada müraciətlər edib, teleqramlar vurub, 195 çağrı mərkəzinə zənglər edib ki, düzgün araşdırma aparılsın, barəsində olan yanlışlıq aradan qaldırılsın, əmr təkzib edilsin və ədalətli qərar qəbul edilsin. Lakin müraciətlərinə biganə yanaşılaraq icralarından çıxarılmaları xatirinə “Sizə əlavə məlumat veriləcək” kimi cavablar verilmişdir. Bütün bunlarla yanaşı cavabdeh onun barəsində 21 yanvar 2021-ci il tarixdə yeni sərəncama götürülmə əmri qəbul etmişdir (2-ci Sərəncam Əmri) və onu həmin tarixdən yenidən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edərək 3 ay müddətinə sərəncama götürmüşdür. Daha sonralar müvafiq əmrlərlə sərəncamda saxlanılma müddətlərini xx.xx.2021-ci ilə qədər uzatmış, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən Əsasnamənin 75-ci maddəsinin 3cü hissəsinə əsasən əmək müqaviləmə xitam verərək sərəncamdan çıxarmış, lakin bu barədə onu məlumatlandırmamışdır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixə qədər barəsində araşdırma aparıldığına görə tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib və bununla yanaşı olaraq xx.xx.2021-ci il tarixdən isə xx.xx.2021-ci il tarixinə kimi işəgötürən ona ikinci fərqli status vermişdir, yəni bir tərəfdən guya kobud nöqsanlara yol verdiyini müəyyən edərək Əsasnamənin 41-ci maddəsinə əsasən barəsində araşdırılma aparıldığına görə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmış hesab edilib, digər tərəfdən isə Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək Xidmətin sərəncamına götürülmüş hesab edilib, sonda Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi ilə əmək müqaviləsinə xitam vermişdir. Bu isə o deməkdir ki, işəgötürən tərəfindən iddiaçı barəsində hər hansı bir nöqsana yol verdiyi müəyyən edilməmişdir, barəsində aparılan araşdırma əsassız olmuşdur, tutduğu vəzifədən əsassız kənarlaşdırılıb, həmin dövr üçün vəzifədə hesab edilməli və həmin müddət ərzində tətbiq edilmiş əmək haqqı artımları da nəzərə alınmaqla, cavabdeh ona çatası aylıq əmək haqqı məbləğlərinin və əmək haqqına əlavə olaraq ödənilən vəsaitlərin ümumi cəmini ödəməlidir. Belə ki, Əsasnamənin 41-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Sərəncama götürüldüyü xx.xx.2021-ci il tarixində aparılan təşkilati ştat tədbirində Lokal Gəlirlər Baş İdarəsinin bəzi idarələrinin və ya şöbələrinin adlarında cüzi dəyişiklik edilmişdi, mahiyyət etibarilə heç nə dəyişməmişdi, 423 nəfərdən ibarət işçi sayında ümumiyyətlə azalma və ya ştat vahidində ixtisar aparılmamışdı, həmin ştat vahidi bu gün də həmin sayda yəni 423 nəfərdən ibarətdir. Habelə, xx.xx.2021-ci il tarixdə və ondan sonra belə Dövlət Vergi Xidmətinin işə qəbul ilə əlaqədar müsabiqələr keçirmişdi. Deməli, hətta onun tutduğu ştat vahidi ixtisar edilsə idi də belə, ona təklif edilə biləcək vakant ştat vahidləri mövcud idi. Bu halda uzun illər vergi orqanında işləyən təcrübəli əməkdaşın digər vəzifəyə keçirilməsinin mümkünsüzlüyü nədən ibarət olmuşdur sualına yəqin ki cavabdeh cavab verə bilməyəcəkdir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən bu qaydaya da əməl etməmişdir. İşəgötürənin adıçəkilən əməlləri nəticəsində sağlamlığına, mənəviyyatına və işgüzar nüfuzuna ciddi ziyan dəymişdir. Sözügedən müddətdə dəfələrlə qan təzyiqi pik nöqtələrə çatmış, təcili yardım çağırışları ilə həyatını xilas etmək mümkün olub, keçirdiyi əsəb gərginlikləri, stres nəticəsində şəkər xəstəliyinə tutulub. Qeyd edilənlərə əsasən hesab edir ki, sərəncamda saxlanılmağı və əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək onun işə qaytarılmağı təmin edilməli və sərəncamda olduğu və işdən kənarlaşdırıldığı müddət ərzində məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməlidir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilərək tələbin iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıaya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya 29 yanvar 2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir. İddiaçı növbəti dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ərizədə M.Ə.Əsədullayeva barəsində qəbul edilmiş xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya 29 yanvar 2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqının (əmək haqqında əlavələr, mükafatlar və digər ödənişlər daxil olmaqla) ödənilməsi kimi göstərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən ərizə iddia tələbinin dəyişdirilməsinə səbəb olmur, əmək haqqı ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və daha sonra xx.xx.2020-ci il tarixli **********468300 nörməli əmrlə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı dair 21ci bəndi ləğv edilmiş və vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Sonradan şəxs xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə işdən azad edilmiş və sərəncama götürülmüşdür. xx.xx.2021-ci il tarixli **********326400 nörməli xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmış, xx.xx.2021ci il tarixli **********091400 nömrəli əmrlə isə İddiaçı xidmətinə xitam verilmiş və sərəncamdan çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı: -xx.xx.2020-ci il tarixli **********68300 nömrəli əmrlə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırma barədə; xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə işdən azad edilmə və sərəncama götürülmə barədə; -xx.xx.2021-ci il tarixli **********26400 nömrəli və xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddətinin uzadılması barədə; xx.xx.2021-ci il tarixli **********91400 nömrəli əmrlə isə sərəncamdan çıxarılma və xidmətinə xitam verilməsi barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. Halbuki, qeyd olunan 6 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmr istisna olmaqla digər əmrlər ilə iddiaçı Dövlət Vergi Xidmətinin sərəncamına götürüldüyündən və ya sərəncamda olma müddəti uzadıldığından, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırıldığından həmin əmrlərin ləğvi iddiaçının işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Dövlət Vergi Xidməti arasında əmək müqaviləsinə həmin əmrlərlə deyil, yuxarıda da qeyd olunandlardan göründüyü kimi xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmişdir. Başqa sözlə desək, həmin əmrlərin ləğv edilməsi iddiaçının tələbində qeyd olunan arzuladığı hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. Həmçinin, iddiaçı tərəfindən edilən xx.xx.2021-ci il tarixli **********110301 nömrəli, xx.xx.2021-ci il tarixli **********11302 nömrəli, xx.xx.2021-ci il tarixli **********359100 nömrəli müraciətlərdə işə bərpa edilməsini xahiş etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı digər əmrlərdən müraciət edilən tarixlərdə xəbərdar olmuş və qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçı əmək müqaviləsinə xitam verilməsini yalnız əmək kitabçasının ona təhvil verildiyi tarixdən bildiyini qeyd etsə də, iddiaçıya sərəncamdan çıxarılması barədə məlumat ona göndərilmiş xx.xx.2021-ci il tarixli **********532400 nömrəli məktubla verilmişdir. Bu məktubla həmçinin iddiaçının əmək kitabçasını şəxsən götürməsi və ya ona poçtla göndərilməsinə razılıq verməsi xahiş edilmişdir. Qeyd olunan məktub iddiaçıya müvafiq poçt göndərişi ilə göndərilmiş və həmin sənədin əməliyyat tarixçəsini AVİS proqram təminatı vasitəsilə izlədikdə poçtdan geri qayıtmadığı görünür. Göründüyü kimi iddiaçı hələ 2021-ci ilin dekabr ayında sərəncamdan çıxarıldığından xəbərdar olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan başqa, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********351401 nömrəli, xx.xx.2022-ci il tarixli **********351400 nömrəli, xx.xx.2022-ci il tarixli **********559100 nömrəli (ərizə və şikayət) müraciətlərlə işə bərpa edilməsini xahiş etmişdir. Bu müraciətlərin məzmununa nəzər saldıqda açıq aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. Nəticədə, iddiaçı 2022-ci ilin may ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Beləliklə, İddiaçı iddiası mümkün sayılmamalıdır. Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 saylı 22 yanvar 2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Qeyd edilən məlumat təqdim etməklə əmək kitabçasının götürülməsi haqqında iddiaçıya xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. İddiaçı həmin məktubu almadığını bildirir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia tələbi təmin edilərək Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməklə xx.xx.2020-ci il tarixindən hesablanan məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsası onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü olmuşdur. Bu baxımdan təşkilati-ştat tədbirləri həyata keçirildikdən sonra iddiaçıya vergi orqanlarında digər vəzifənin təklif edilməsi və onun digər vəzifəyə keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. DVX-nın Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X5 Tax and Consulting" MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları İdarəsinin Ticarət sahəsi üzrə şöbənin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı fiziki şəxs X1 (VÖEN **********) kommersiya sirri təşkil edən obyekt məlumatlarını R.Əlizadəyə smartfonla göndərmişdir. O, xx.xx.2019-cu il tarixdə R.Əlizadənin xahişi əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin keçmiş əməkdaşı Ceyhun Əliyevdən “Bigant” (DVX daxilindəki yazışma proqramı) vasitəsi ilə kommersiya sirri təşkil edən informasiya əldə etməklə Whatsapp proqramı vasitəsi ilə R.Əlizadəyə ötürmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixli izahatında törətdiyi pozuntunu əsaslandıra bilməmişdir. Həmçinin, tərəflər arasında olan Whatsapp yazışmalarından görünür ki, R.Əlizadə xx.xx.2019-cu il tarixdə İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) tenderdə iştirak üçün arayışın təqdim edilməsi barədə **********289800 nömrəli müraciətə baxmasını xahiş etmişdir. Bu xahişlə bağlı İddiaçı R.Əlizadə arasında hansı danışıqların olması barədə sual ünvanlasa da o, izahatında sualı cavablandırmaqdan yayınaraq qeyri-səmimilik nümayiş etdirmişdir. Belə ki, İddiaçı izahatında qeyd etmişdir ki, R.Əlizadə həmin müraciətin onun icrasında olub olmadığını soruşmuşdur. Halbuki, vergi orqanına elektron kargüzarlıq vasitəsilə müraciət göndərən vergi ödəyiciləri həmin müraciətin icraçısını elektron kargüzarlıqdan rahatlıqla görə bilirlər. Buna görə R.Əlizadənin müraciətin icraçısını soruşmadan belə rahatlıqla müəyyən etmək imkanı olduğu üçün İddiaçı qeyd olunan suala qeyri-səmimilik edərək düzgün cavab verməkdən yayınmışdır. Araşdırma materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı R.Əlizadə ilə xidməti köməklik göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə işlədiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasının yaxınlığında görüşmüşdür. Lakin o, izahatında ziddiyyətli cavablar verərək guya Bilgəh qəsəbəsində yerləşən bağ evini satmaq istədiyini və həmin əmlaka məxsus sənədləri göstərmək üçün R.Əlizadə ilə görüşdüyünü bildirmişdir. İddiaçı araşdırma zamanı özünü qeyri-səmimi aparmış, verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönəltməyə çalışmışdır. Beləliklə, İddiaçı məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmiş, həmçinin qadağan olduğu halda smartfon tipli mobil telefon ilə işlədiyi orqanın inzibati binasına daxil olmuşdur. Bununla da, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, xx.xx.2014-cü il tarixli **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları’’nın 5.9-cu bəndinin, xx.xx.2006-cı il tarixli, **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinin və xx.xx.2014-cü il tarixli, **********320900 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında smartfon tipli, internetə çıxış imkanına və foto və video görüntüsünə malik olan mobil telefon cihazlarından, planşet və noutbuk tipli kompüterlərdən, foto və video görüntü, səs qeydə alan cihazlardan, xarici yaddaş qurğularından və elektron yaddaşa malik digər mobil cihazlardan istifadə Qaydaları”nın 2-ci bəndinin tələblərini pozmuşdur. İddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı bir neçə intizam pozuntularına yol verilmişdir. Göründüyü kimi məhz bu səbəblərdən İddiaçı vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmuş və ona digər vəzifənin təklif edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020-ci il tarixdən iddiaçıya əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən işin faktiki halları və qanunvericiliyin tələbləri tam araşdırılmadan qeyd olunan dəlil irəli sürməklə iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyindən və bununla da vergi orqanı ilə arasında olan əmək münasibətləri tamamilə başa çatdırıldığından yanvar ayının sonunda iddiaçı ilə son haqqhesab edilmişdir. Daha sonra, İddiaçı tərəfindən müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla “X5 Tax and Consulting" MMC-nin (VÖEN: **********) direktoru X2 göndərdiyi müəyyən edilmiş və araşdırma aparılması zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı dair 21-ci bəndi ləğv edilmiş və o, xx.xx.2020-ci il tarixindən vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Lakin sonradan İddiaçı xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. xx.xx.2021-ci il tarixli, **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrlə isə İddiaçı vəzifə təklif olunmadan əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. İddiaçı əvvəlcə sərəncama çıxarılmış, daha sonra vəzifədən kənarlaşdırılmış, vəzifədən kənarlaşdırma müddətinin sonunda yenidən sərəncama çıxarılmış və ən sonda əmək müqaviləsinə xitam verilərək sərəncamdan çıxarılmışdır. İddiaçı vəzifədən kənarlaşdırma müddətinin sonunda tutduğu vəzifəyə qaytarılmamış və sərəncama çıxarılmışdır. Əsasnamədə isə vəzifədən kənarlaşdırılmış şəxsin vəzifəsinə qaytarıldığı halda ona əmək haqqının ödənilməli olması qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsi zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr barədə məlumatın iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərildiyini bildirsə də, etibarlı olaraq həmin əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Çoxsaylı müraciətlərinin məzmununa əsasən iddiaçının əmrdən xəbərdar olması dəlilinə münasibətdə məhkəmə bildirmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən vəzifədən kənarlaşdırılmış olması işin mübahisəsiz halıdır. Qeyd edilən dövrdə iddiaçı rəhbər şəxslərə çoxsaylı müraciətlər ünvanlayaraq işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilən hal iddiaçının yekun xx.xx.2021-ci il tarixli əmrin ona təqdim olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Məsələn, ona ünvanlanan cavabların birində də (xx.xx.2020-ci il tarixli) qeyd edilmişdir ki, işə bərpa edilməyi barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, o, vergilər nazirinin xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci bəndinə əsasən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmişdir. DVX rəhbərliyi tərəfindən barəsində müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcəkdir. İrəli sürülən dəlil işin faktiki hallarının təhrif edilməsi ilə yanaşı qanunvericilikdə iddia müddətləri ilə bağlı əks olunmuş normaların məntiqinə ziddir. xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra, İddiaçı yol verdiyi bir sıra intizam pozuntularının araşdırılması məqsədilə xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı dair 21-ci bəndi ləğv edilmiş və o, xx.xx.2020-ci il tarixindən vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Araşdırma yekunlaşdıqdan sonra İddiaçı xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. İddiaçı digər vəzifəyə keçirilməsi qeyri-mümkün hesab edildiyindən DVX-nın xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. Şəxsiyyət vəsiqəsinə, habelə işlədiyi orqana, yəni DVX-ya təqdim etdiyi məlumatlara əsasən qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvana xx.xx.2021-ci il tarixli, **********532400 nömrəli məktubla sərəncamdan çıxarılması barədə məlumat göndərilmiş, əmək kitabçasını Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş olunmuşdur. İddiaçı DVX-ya etdiyi bütün müraciətlərdə ünvan olaraq həmin ünvanı qeyd etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhz bu normanın qanunvericilikdə əks olunması onu deməyə əsas verir ki, məktub göndərilən şəxsin həmin məktubu əldə etməməsi halında bütün məsuliyyət onun üzərinə düşür. Həmçinin, bu norma məktubun alıcısı tərəfindən müxtəlif üsullardan istifadə edərək məktubu qəbul etməkdən yayınması hallarının qarşısının alınması məqsədi daşıyır. Məhkəmə əgər bu sübutu və normanı qəbul etmirsə o zamanın İddiaçı barəsində qəbul edilmiş əmrdən məlumatlı olmasını təsdiq edəcək növbəti mötəbər sübut mövcuddur. İddiaçı kifayət qədər zaman olmasına baxmayaraq, səhlənkarlıq edərək işlədiyi orqanla təhvil-təslim aparılmasından da yayınmışdır. Belə ki, iş materiallarına əlavə etdikləri xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi o, təhvil-təslimə gəlməkdən imtina etmişdir. Guya xəstə olduğunu bildirən iddiaçı sağaldığı dövrdə də təhvil-təslimə gəlməmiş, məqsədli şəkildə əmrdən məlumatlı olması faktının rəsmən təsdiqlənməsinə maneələr yaratmışdır. Lakin sonda iddiaçı özünü ifşa etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixli, **********559100 nömrəli müraciətlə işə bərpa edilməsini xahiş etmişdir. Bu müraciətin məzmununa nəzər saldıqda açıq aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. İddiaçı barəsində qəbul edilən əmrdən məlumatlı olmasını təsdiq edən bu mötəbər sübutu birinci instansiya məhkəməsinə təqdim etsək də məhkəmə tərəfindən bu məsələyə münasibət bildirilməmişdir. Əvəzində məhkəmə araşdırılmalı sübutlardan diqqəti yayındırmaq üçün iddiaçının hələ sərəncamda olduğu dövrlə etdiyi müraciətlərə istinad etmiş və həmin məktublara cavablardan özünəməxsus şəkildə istifadə edərək gəldiyi əsassız və qanunsuz nəticəsini əsaslandırmağa çalışmışdır. Halbuki, cavabdeh orqan etirazında məhkəmənin adını qeyd etdiyi xx.xx.2020-ci il tarixli müraciətə istinad belə etməmişdir. Beləliklə, İddiaçı DVX-ya etdiyi xx.xx.2022-ci il tarixli müraciətində barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrdən məlumatlı olduğunu şəxsən təsdiq etmişdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsinin tarixi isə xx.xx.2022-ci il olmuşdur. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məlum olduğu kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Məhkəmə İPM-in 12-ci maddəsi ilə üzərinə düşən vəzifələri icra etməmiş, həmçinin iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirmişdir. Məhkəmə xidməti vəzifəsinə görə iddianın xüsusi və ümumi mümkünlük şərtlərini öncəliklə və birlikdə yoxlamalı olduğu halda yoxlamamış, birbaşa iddianın əsaslılığının yoxlanılmasına keçmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə etiraz verilərək Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə uyğun olaraq qərarın dəyişdirilmədən qüvvədə saxlanılması və cavabdehin apellyasiya şikayətinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması səbəbini isə cavabdeh DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X5 Tax and Consulting” MMC-də VÖEN: **********) vergi nəzarəti tədbirinin keçirildiyini, vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və Kameral vergi yoxlamaları İdarəsinin Ticarət sahəsi üzrə şöbənin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair Kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyinin müəyyən edildiyini, İddiaçı araşdırma zamanı özünü qeyri-səmimi apardığını, verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönəltməyə çalışdığını, İddiaçı məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etdiyini, həmçinin qadağan olduğu halda smartfon tipli mobil telefon ilə işlədiyi orqanın inzibati binasına daxil olduğunu, İddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı bir neçə intizam pozuntularına yol verməsi ilə izah etməyə çalışmışdır. Qeyd olunanlar heç bir əsası olmayan, həqiqəti özündə əks etdirməyən, tamamilə absurd ifadələrdir və cavabdehin məqsədi məhkəmənin diqqətini əsas istiqamətdən yayındırmağa çalışmasıdır. Cavabdehin qeyd etdiyi intizam pozuntuları əsaslı idisə onu müəyyən etdiyini iddia etdiyi xx.xx.2019-cu il tarixindən 20 gün müddət ərzində, yəni 26 dekabr 2019-cu il tarixinə qədər və ya araşdırmanın qurtardığı xx.xx.2020-ci il tarixdən bir ay müddətinə, yəni 28 may 2020-ci il tarixinə qədər İddiaçı barəsində Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri tətbiq edilməli idi. Dövlət Vergi Xidməti İddiaçı əmək müqaviləsinə xitam verərkən, xidməti fəaliyyəti zamanı bir neçə intizam pozuntulara yol verilməsi əsası ilə deyiİ, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrindən görünür ki, həmin əmrin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı uzun müddət vergi orqanlarında qüsursuz fəaliyyət göstərmişdir, işlədiyi müddətdə vəzifə funksiyalarına son dərəcədə məsuliyyətlə yanaşaraq xidmətini uğurla aparmışdır, heç bir intizam tənbehi almamışdır, vergi işçisi adını bu peşəyə olan sonsuz hörmətilə hər zaman və hər yerdə uca tutmuşdur. Üç dəfə attestasiyadan müvəffəqiyyətlə keçmişdir. İxtisasartırma ilə bağlı verdiyi imtahanda 85 bal nəticə əldə etmiş və həvəsləndirmə tədbiri olaraq əmək haqqına əlavələr və s. əldə etmişdir. İddiaçı 1-ci dərəcəli dövlət vergi müfəttişidir. Vergi əməkdaşlarının peşəkar səviyyəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq hər rüb üzrə aparılan xidməti fəaliyyətin qiymətləndirilməsində cənab nazir M.Cabbarovun müvafiq əmrləri ilə əla və yaxşı qiymətlər almaqla yanaşı uğurlu xidmətinin nəticəsi olaraq ona fərdi qaydada pul mükafatları təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi qeyd edildiyi kimi həmin əmrdə onun 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi halları da qeyd edilmişdir. Bir sözlə, həmin əmrə əsasən İddiaçı ilə vergi orqanı arasında olan əmək münasibətləri tamamilə başa çatdırılmamışdır. Sadəcə olaraq İddiaçı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar 3 ay müddətinə sərəncama çıxarılmışdır. Yekun olaraq mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrə əsasən isə İddiaçı vəzifə təklif olunmadan onun əmək müqaviləsinə Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Halbuki, həmin maddənin məzmunundan görünür ki, İddiaçı vəzifə təklif olunmalı idi. İddiaçı sərəncama götürüldüyü xx.xx.2021-ci il tarixində aparılan təşkilati-ştat tədbirində Lokal Gəlirlər Baş İdarəsinin bəzi idarələrinin və ya şöbələrinin adlarında cüzi dəyişiklik edilmişdi, mahiyyət etibarilə heç nə dəyişməmişdi, 423 nəfərdən ibarət işçi sayında ümumiyyətlə azalma və ya ştat vahidində ixtisar aparılmamışdı, həmin ştat vahidi həmin sayda, yəni 423 nəfərdən ibarət idi. Habelə, xx.xx.2021-ci il tarixdə və ondan sonra belə Dövlət Vergi Xidmətinin işə qəbul ilə əlaqədar müsabiqələr keçirilmişdi. Deməli, hətta İddiaçı tutduğu ştat vahidi ixtisar edilsə idi də belə, ona təklif edilə biləcək vakant ştat vahidləri mövcud idi. Bu halda uzun illər vergi orqanında işləyən təcrübəli əməkdaşın digər vəzifəyə keçirilməsinin mümkünsüz olması barədə birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən heç bir tutarlı sübut və dəlil təqdim olunmamışdır. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən bu qaydaya da əməl etməmişdir. Cavabdeh Dövlət Vergi Xidməti İddiaçı işdən azad olunmasına əsas olan xx.xx.2021-ci il tarixli əmr Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbləri pozulmaqla qəbul edilmişdir. İddiaçı yalnız ilk dəfə, xx.xx.2020-ci il tarixdə işdən azad edilməklə sərəncamına götürülən zaman ona son haqq-hesab ödənilmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixinədək ona əmək haqqı və ona əlavələr ümumiyyətlə ödənilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sərəncamda, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müvəqqəti kənarlaşdırmada, daha sonra xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək yenidən sərəncamda olmuş, lakin bu müddət ərzində heç bir əmək haqqı və yaxud digər ödənişlər almamışdır. Qanunvericilik vergi orqanı vəzifəli şəxsinin sərəncamda qalmasını əmək haqqının saxlanılması ilə şərtləndirmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan normanın tələbləri kobud pozularaq iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində heç bir əmək haqqı ödənilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmri ilə işdən müvəqqəti kənarlaşdırılsa da, kənarlaşdırmanın nəticəsi olaraq onun barəsində hər hansı intizam tənbeh tədbiri görülməmiş və o yenidən işdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlagədar azad edilmişdir ki, bu hal da iddiaçının öz vəzifəsinə qayıtması kimi giymətləndirilməsinə əsas verir. Başga sözlə desək, iddiaçı öz vəzifəsindən kənarlaşdırıldığı halda yenidən öz vəzifəsinə gaytarılır və sonra başqa əsasla, yəni təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar yenidən tutduğu vəzifədən azad edilir. Göründüyü kimi, belə olan halda iddiaçıya vəzifədən kənarlaşdırıldığı müddətə görə də ona əmək haqqı ödənilməlidir. Cavabdeh Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Hazırki əmək mübahisəsi ilə bağlı İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Belə ki, Vergilər Nazirliyi İddiaçı və digər vergi əməkdaşlarının barəsində xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmr qəbul edilmiş və həmin əmrin İddiaçı aid olan 21-ci bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra, xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmrlə yuxarıda adıçəkilən əmrin İddiaçı aid olan 21-ci bəndi ləğv edilmiş və iddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə’’nin 41-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır. Bundan sonra, iddiaçı DVX-nin xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmr ilə yenidən tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə xidmətin sərəncamına götürülmüş, xx.xx.2021-ci il tarixli, **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli, 2M**********500 nömrəli əmrlər ilə sərəncamda qalma müddəti uzadılmış, sərəncamda olduğu müddət ərzində dövlət vergi orqanlarında uyğun vəzifəyə təyin edilməyin mümkünsüz olduğu üçün xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmri ilə sərəncamdan çıxarılmış hesab edilmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək iddiaçı sərəncamda olmuş və xx.xx.2020-ci il tarixli əmr ilə əvvəlki əmrin iddiaçıya aid bəndi ləğv edildiyi üçün həmin əmr iddiaçıya aid hissədə qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunur ki, iddiaçı yekun olaraq xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrlə vergilər nazirliyi ilə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsinə və sərəncamdan çıxarılmasına baxmayaraq, sonuncu həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. İddiaçının həmin ərizə ilə etdiyi müraciətinin məzmununa baxdıqda görünür ki, iddiaçının əsas şikayəti xx.xx.2020-ci il tarixli müvəqqəti kənarlaşdırılması barədə əmrdəndir və həmin ərizədə iddiaçının hazırda mübahisələndirdiyi əmrdən heç bir söz qeyd edilməmişdir. Belə ki, iddiaçı vergilər nazirliyinə işə bərpa olunma ilə bağlı 10 və 15 mart 2022-ci il tarixlərində müraciət etmişdir və bu hal da onu göstərir ki, iddiaçı barəsində yekunda qəbul edilən xx.xx.2021-ci il tarixli əmrdən məlumatı olmamış və yalnız vergilər nazirliyi tərəfindən iddiaçıya həmin xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq 2022-ci ilin aprel ayında ünvanlan məktub əsasında iddiaçının xx.xx.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Bundan sonra, iddiaçı 2022-ci ilin aprel ayında DVX-nin müvafiq inzibati binasına yaxınlaşaraq əmək kitabçasını götürərək, buna dair imza atdıqdan sonra hazırda mübahisələndirilən və işdən azad edilməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması barədə əmrlərin mövcudluğundan məlumatı olmuş və qanunla nəzərdə tutulmuş müddət ərzində vaxtında məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının başlanması günü - işçiyə əmrin, yaxud əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim etdildiyi gün hesab olunmalıdır. Mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təgdim edildiyi gün də hesab olunmalıdır. Hazırda mübahisələndirilən sərəncamdan çıxarılması barədə əmr iddiaçıya rəsmi qaydada təqdim edilməsə də, sonuncu əmək kitabçasını 2022-ci ilin aprel ayında rəsmi qaydada buna dair kitabda imza ataraq götürmüşdür ki, bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət ötürülmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmiş, iddia ərizəsi məhkəmənin dəftərxanasında xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, guya iddiaçının sərəncamdan çıxarılma barədə məlumatın xx.xx.2021-ci il tarixli, **********532400 nömrəli məktubla göndərilmişdir. Bununla bağlı bildirilməlidir ki, həmin məzmunda məktub iddiaçıya ümumiyyətlə çatdırılmamış və iddiaçı həmin məktubu almamışdır. Cavabdeh yalnız poçt göndərişinin göndərildiyinə və həmin məktubun geri qaytarılmadığna istinad etsə də, məktubun məhz iddiaçıya çatmasını təsdiq edən müvafiq sənəd və ya poçt xəbərnaməsini məhkəməyə təqdim etməmişdir. İddiaçı hazırda mübahisələndirdiyi əmrin almadığını iddia etdiyi üçün cavabdeh inzibati orqan həmin əmrin ona təqdim edilməsini sübut etməlidir. Cavabdeh inzibati orqan iddiaçının hazırda mübahisələndirdiyi sərəncamdan çıxarılma əmrini iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada təqdim etməmiş, həmin əmrin məzmunu ilə iddiaçını tanış etməmiş və bunu təkzib edən heç bir tutarlı dəlil və sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahatlar verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilən etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər və xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilə qədər Bakı şəhəri Baş Vergilər Departamentində, Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində işləyib. xx.xx.2020-ci il tarixdən iddiaçı vəzifəsindən kənarlaşdırılmış, qeyd edilən müddətdə iddiaçıya münasibətdə (hüquqi nəticə yaratmayan) bir neçə əmr verilmiş, yekun olaraq hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əmri mübahisələndirmiş, birinci isntansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyünə aid hissədə müəyyən edilmişdir ki, mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Cavabdeh qurum mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr barədə məlumatın ona xx.xx.2021-ci il tarixdə göndərildiyini bildirsə də, etibarlı olaraq həmin əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Cavabdehin müvafiq məlumatın verilməsinə dair dəlili poçt bildirişinə deyil, ehtimala əsaslanır. İddiaçı əmək kitabçasını 2022-ci ilin aprel ayında imza edərək götürmüş, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmiş, iddia ərizəsi məhkəmənin dəftərxanasında xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İddiaçının xx.xx.2020-ci il tarixdən vəzifədən kənarlaşdırılmış olması işin mübahisəsiz halıdır. Qeyd edilən dövrdə iddiaçı rəhbər şəxslərə çoxsaylı müraciətlər ünvanlayaraq işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilən hal iddiaçının yekun xx.xx.2021-ci il tarixli əmrin ona təqdim olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Məsələn, ona ünvanlanan cavabların birində də (xx.xx.2020-ci il tarixli) qeyd edilmişdir ki, işə bərpa edilməyi barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, o, Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci bəndinə əsasən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmişdir. Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən barəsində müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcəkdir. Odur ki, iddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməsinə dair gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, iddiaçının həmin ərizə və şikayətlərin məzmunlarına baxdıqda görünür ki, iddiaçının əsas şikayəti 1 may 2020-ci il tarixli müvəqqəti kənarlaşdırılması barədə əmrdəndir və həmin şikayət və ərizələrdə iddiaçının hazırda mübahisələndirdiyi işdən azad edilmə, sərəncamda saxlama və sərəncamdan çıxarılma əmrlərindən heç bir söz qeyd edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının hazırda mübahisələndirdiyi işdən azad edilmə, sərəncamda saxlama və sərəncamdan çıxarılma əmrlərin iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada təqdim etməmiş, həmin əmrlərin məzmunu ilə iddiaçını tanış etməmiş və bunu təkzib edən heç bir tutarlı dəlil və sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə istinad etməklə şikayətini əsaslandırmağa çalışmışdır. Halbukı, həmin Qanunun həmin maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun 62.2ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı, vəziyyətdə iddiaçı mübahisələndirilən əmrin surətini almadığını bildirmiş, cavabdeh isə mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsinə dair sübutları təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın mümkünlüyünə dair dəlillərini əsassız hesab edir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyətinə aid hissədə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdən iddiaçı vəzifəsindən kənarlaşdırılmış, qeyd edilən müddətdə iddiaçıya münasibətdə (hüquqi nəticə yaratmayan) bir neçə əmr verilmiş, yekun olaraq mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının xidmətinə xitam verilmişdir. İddiaçının ilkin olaraq qanunamüvafiq tədbirlərin görülməsi barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisinin **********173500 nömrəli xidməti məruzəsi əsasında xx.xx.2020-ci il tarixli və daha sonra xx.xx.2020-ci il tarixli əmrlə vəzifədən kənarlaşdırılsa da (həmin xidməti məruzədə iddiaçının müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla kənar şəxsə ötürüldüyü qeyd olunur), yekunda xidmətinə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 saylı, 22 yanvar 2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişiklikləri nazirin xx.xx.2021-ci il tarixli əmri əsasında aparılmış, digər məsələrlə yanaşı iddiaçının işlədiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin strukturu təsdiq edilmişdir (Əmrin 5-ci bəndi). İddiaçının xidmətinə xitam verilənədək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Müvafiq struktur dəyişiklikliyi nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində digər idarələrlə yanaşı 56 ştat vahidindən ibarət bəyannamələr idarəsi yaradılmışdır. Struktur dəyişikliyinə qədər əvvəlki Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindəki ştat vahidi haqqında məlumatın məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq, həmin məlumat cavabdeh tərəfindən təqdim etməmişdir. İddiaçı bildirir ki, struktur dəyişikliyi nəticəsində ştat vahidlərinin sayında artım belə olmuşdur. Cavabdeh qeyd edilən dəlili təkzib etmir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, əksinə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə iddiaçıya münasibətdə qəbul edilən bütün əmrlər tələb olunmuş, təqdim edilmiş sənədlərə əsasən iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının imtinası müəyyən edilmir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Apellyasiya şikayətinin iddianın mahiyyəti ilə bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçı müxtəlif intizam pozuntularına yol vermiş, məhz bu səbəblərdən İddiaçı vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmuş və ona digər vəzifənin təklif edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyindən və bununla da vergi orqanı ilə arasında olan əmək münasibətləri tamamilə başa çatdırıldığından yanvar ayının sonunda iddiaçı ilə son haqqhesab edilmişdir. Daha sonra, İddiaçı tərəfindən müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla “X5 Tax and Consulting" MMC-nin (VÖEN: **********) direktoru X2 göndərdiyi müəyyən edilmiş və araşdırma aparılması zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixli, **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı dair 21-ci bəndi ləğv edilmiş və o, xx.xx.2020-ci il tarixindən vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Lakin sonradan İddiaçı xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. xx.xx.2021-ci il tarixli, **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrlə isə İddiaçı vəzifə təklif olunmadan əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. Halbukı, cavabdehin qeyd etdiyi intizam pozuntuları əsaslı idisə onu müəyyən etdiyini iddia etdiyi xx.xx.2019-cu il tarixindən 20 gün müddət ərzində, yəni 26 dekabr 2019-cu il tarixinə qədər və ya araşdırmanın qurtardığı xx.xx.2020-ci il tarixdən bir ay müddətinə, yəni 28 may 2020-ci il tarixinə qədər İddiaçı barəsində Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri tətbiq edilməli idi. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Lakin, iş materiallarından görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xidmət zamanı yol verdiyi pozuntulara görə yox, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Qanunvericliyin tələblərindən görünür ki, vəzifəli şəxsin xidmətinə xitam verilməsi üçün, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: Vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir. Bu əsasla xitam verilmə, bir halda vəzifəli şəxsin digər vakant vəzifəyə keçirilməsinin qeyimümkün olması ilə bağlı olmalı, digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən ştat vahidlərinin azaldılması, hər hansı dəyişiklik edilməsi, iddiaçıya başqa vəzifəyə keçirilməklə bağlı təklif edilib-edilmədiyi barədə hər hansı sübut təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçıya hər hansısa başqa vəzifəyə keçirilmə barədə təklif verilməmişdir. Belə ki, cavabdeh özü bu barədə apellyasiya şikayətində qeyd etmiş və bunu iddiaçı tərəfindən yol verilən intizam pozuntuları ilə əsaslandırmışdır. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. İddiaçının vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020-ci il tarixdən iddiaçıya əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1429/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1429/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver