Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-143/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (hazırda Fondun Nərimanov rayon Xidmət nümayəndəliyinə) qarşı “onun 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu, Xaçmaz kəndi Komsomol kolxozunda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (hazırki Nərimanov rayon Xidmət nümayəndəliyinə) qarşı “onun 1972, 1973, 1974, 1976 və 1977ci illərdə Oğuz rayonu, Xaçmaz kəndi Komsomol kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1870/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi (hazırki DSMF-nun Nərimanov rayon Xidmət Nümayəndəliyi) tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və ona cavabdeh inzibati orqan tərəfindən 2019cu ilin aprel ayından yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona yaşa görə əmək pensiyası təyin edilərkən 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi “Komsomol” kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlər cavabdeh tərəfindən nəzərə alınmamış və həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı onun 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi “Komsomol” kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, o, 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə kolxozda normativ əmək günü qazanmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək pensiyasının yenidən hesablanması məqsədilə sənədlərini toplayaraq xx.xx.2019-cu ildə cavabdeh inzibati orqana təqdim etsə də, pensiya təyinatı ilə bağlı ərizəsi şöbə tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. SSRİ-də “Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda da nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 1972, 1973 və 1974-cü illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmiş (1972-ci ildə 73 faktiki iş günü, 1973-cü ildə 92 faktiki iş günü, 1974-cü ildə 27 faktiki iş günü), 1976 və 1977-ci illərdə isə əmək günləri ilə bağlı heç bir məlumat əmək kitabçasında öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1870/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1870/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul edilmiş və pensiyanın yenidən hesablanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normalar düzgün tətbiq edilməmişdir. 678 saylı kolxoz əmək kitabçasında qeyd olunan xüsusatlara nəzər yetirdikdə məlum olur ki, iddiaçının 1972- ildə 73 gün, 1973-cü ildə 92 gün, 1974-cü ildə 27 gün, 1976-1977-ci illərdə isə əmək günləri ilə bağlı əmək kitabçasında heç bir məlumat öz əksini tapmamışdır. Həmçinin əmək kitabçasında qeyd olunmuşdur ki, 1972, 1973 və 1974-cü illərdə minumum əmək norması 250 gün təşkil edir. Həmin dövr üçün kolxozçuların əmək stajı kolxozda il ərzində tələb olunan iş günləri və faktiki iş günləri ilə müəyyən olunduğundan iddiaçı əmək fəaliyyəti dövründə illik minimum iş günü normasını həyata keçirmədiyindən həmin illər əmək stajı kimi nəzərə alına bilməz. Buna görə də həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı 9 ay 21 gün olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı tələbi “onun 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu, Xaçmaz kəndi Komsomol kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil ediləməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddia tələbində göstərilən dövrlərin pensiya təminatı zamanı nəzərə alınmamasının səbəbinin əsaslandırılmadığına və sübuta yetirilmədiyinə əsaslanaraq, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri mötəbər hesab edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbinin təmin olunması barədə nəticəyə gələrkən kolxozda iş stajının iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə hesablanmalı olduğunu nəzərə almamışdır. Belə ki, 1992-ci ildə qəbul edilmiş və xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (İş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İş materiallarında olan 678 saylı xx.xx.1977-ci il tarixli kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı Xaçmaz rayonu “Komsomol” kolxozunda, kolxozçu vəzifəsində 1972-ci ildə 82 gün, 1973-cü ildə 122 gün, 1974-cü ildə 36 gün, 1976-cı ildə 64 gün, 1977-ci ildə isə 78 gün işləmişdir. Bu fakt iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati orqan tərəfindən başlanılmış inzibati icraat zamanı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Oğuz rayon İcra Hakimiyyəti Oğuz rayon Dövlət Arxivinin təqdim etdiyi 03 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışında olan məlumatlarla da öz təsdiqini tapır. Həmin arxiv arayışına əsasən İddiaçı Oğuz rayonu, “Komsomol” adına kolxozda tütünçü vəzifəsi üzrə, minimum norma 220 gün olduğu halda 1973-cü ildə 122 iş günü, 1974-cü ildə 36 iş günü, 1976-cı ildə 64 iş günü, 1977-ci ildə isə 78 iş günü işləmişdir. 1972-ci ilin şəxsi hesab kitabları Arxivə verilmədiyindın onun həmin dövrdə kolxozda neçə iş günü işlədiyi arayışda qeyd olunmamışdır. Lakin bu barədə qeyd əmək kitabçasında öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Beləliklə, İddiaçı Xaçmaz rayonu “Komsomol” kolxozunda kolxozçu vəzifəsində 1972ci ildə 82 gün, 1973-cü ildə 122 gün, 1974-cü ildə 36 gün, 1976-cı ildə 64 gün, 1977-ci ildə isə 78 gün işləməsi faktı nəinki onun iş materiallarında olan kolxozçunun əmək kitabçası ilə, eyni zamanda cavabdeh inzibati orqanın özünün təqdim etdiyi arxiv arayışı ilə də təsdiq olunur. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Müvafiq illərin iş stajına daxil edilməsi ilə bağlı iddia tələblərinə baxılması zamanı ilk növbədə müvafiq iddia ilə məhkəməyə müraciət edən şəxsin pensiya hüququnun olubolmaması yoxlanılmalıdır. Belə ki, sosial sığorta stajı şəxsə müvafiq pensiyanın təyin edilməsi üçün tələb olunan şərtdir və şəxsin pensiya almaq hüququ yoxdursa müvafiq dövrün (hazırkı halda işlədiyi illərin) onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmədiyindən bu qəbildən olan iddialar mümkün sayılmamalıdır. Başqa sözlə, müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi haqqında iddia tələbləri üzrə işə baxılarkən ilk növbədə iddiaçının pensiya hüququnun olması müəyyən edilməli, bundan sonra müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-2668/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı) hüquqi mövqeyi belə əsaslandırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 952173 saylı pensiya işindən görünür ki, İddiaçı 2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının 1972-1977-ci illər ərzində “Komsomol” adına kolxozda faktiki olaraq işlədiyi müddət nəzərə alınmaqla, həmin müddət onun sığorta stajına daxil edilə və bundan sonra onun pensiyasının yenidən hesablanmasına yol verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********8 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən DSMF-nun Nərimanov rayon Xidmət Nümayəndəliyi ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün buna görə məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1870/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilərək, İddiaçı “1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi Komsomol kolxozunda işlədiyi illərin kolxoz tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki işlədiyi müddət- 1 il 17 gün (1972-ci ildə 82 gün, 1973-cü ildə 122 gün, 1974-cü ildə 36 gün, 1976cı ildə 64 gün, 1977-ci ildə isə 78 gün olmaqla, cəmi 382 gün və ya 1 il 17 gün) onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1870/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilərək, İddiaçı “1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi Komsomol kolxozunda işlədiyi illərin kolxoz tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki işlədiyi müddət- 1 il 17 gün (1972-ci ildə 82 gün, 1973cü ildə 122 gün, 1974-cü ildə 36 gün, 1976-cı ildə 64 gün, 1977-ci ildə isə 78 gün olmaqla, cəmi 382 gün və ya 1 il 17 gün) onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Həsənov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-143/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-143/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver