Məhkəmə qərarları › İş №2-1(103)-143/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-143/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-143/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadə və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, ondan asılı olmayan səbəblərdən hüququ olan aylıq 190 manat müavinət əhaliyə neçə ay ödənilibsə hüququ yarandığı gündən digər vətəndaşlara ödəndiyi qədər yenidən hesablanaraq, ona ödənilməsi ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında imtinanın verilməsinin əsası kimi Nazirlər Kabinetinin Qərarının 600 min şəxsi əhatə etməsinə, ayrılmış vəsaitin işsiz kimi qeydiyyata alınmış şəxslərin hesabına köçrüldüyünə, MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçının evli kimi qeyd olunduğuna və əri X2 barəsində “Əmək müqaviləsi bildirişi” altsistemində xx.xx.2009-cu il tarixində bağlanılmış və həmin vaxt qüvvədə olan aktiv əmək müqaviləsi olmasına istinad etmişdir. Birinci istansiya məhkəməsi 190 manat birdəfəlik ödəmənin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənildiyinə, müvafiq icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatından əldə olunmuş məlumata görə iddiaçının evli olduğunun qeyd edildiyinə, həmçinin, məhkəmə araşdırması ilə iddiaçının kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğunun müəyyən edildiyinə istinad edərək, iddiaçının aztəminatlılıq meyarına cavab vermədiyi qənaətinə gəlmiş və iddianın təmin edilməməsi haqqında 2-1(112)- 5644/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərar qəbul etmişdir (hakim N.Abiyev). Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2- 1(103)- 2709/2021 saylı, 6 dekabr 2021-ci il tarixli (hakimlər X6 məruzəçi, X5 və Yusifov Cahangir Afər oğlu) qərarla iddaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxs olmasını təsdiq edən sənədsübut iş materiallarına əlavə edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin edilməsini və ayrıseçkiliyə görə, qəsdlə və bilə-bilə qanunsuz qərarlar qəbul edən hakimlər haqqında xüsusi qərardadlar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 dekabr tarixli, 2-1(103)-2709/2021 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayəti qalan hissədə təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında hüquqi mövqe olaraq həm də göstərilmişdir ki, “Əlavə olaraq, qeyd edilir ki, iddiaçı iddia tələbini natamam formalaşdırmışdır (ondan asılı olmayan səbəblərdən hüququ olan aylıq 190 manat müavinət əhaliyə neçə ay ödənilibsə hüququ yarandığı gündən digər vətəndaşlara ödəndiyi qədər yenidən hesablanaraq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir). Halbuki, birdəfəlik ödəmə müəyyən aylarda verilmiş və hər dəfə verilərkən Nazirlər Kabinetinin 127 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunan istisnalar nəzərə alınmışdır. Bu baxımdan təkrar apellyasiya baxışında iddiaçının tələbi dəqiqləşdirilməli (müvafiq qərarlar əsasında verilmiş ödəmənin verildiyi aylar dəqiqləşməliiddiaçının istəyinə uyğun olaraq) və bununla əlaqədar olaraq İPM-in 13-cü maddəsinin tələblərinə riayət olunmalıdır. Bundan sonra hər ay üzrə iddiaçının hüquqi vəziyyətinin Qaydadakı istisnalara uyğun gəlib-gəlməməsi müəyyənləşdirilməklə müvafiq qərar qəbul edilməlidir.” Yeni apellyasiya baxışı zamanı işə baxılması xx.xx.2022-ci il tarixə saat 10:45-ə təyin olunması və İPM-in 62.3-cü maddəsinin tələblərinin izahına dair tərəflərə Məhkəmə bildirişi göndərilmişdir.(Sədrlik edən hakim S.Bəktaşi).Lakin iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi haqqında 2-1(112)- 5644/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, həmçinin ərizəsində iddianı müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında hüquqi mövqe olaraq həm də iddiaçının tələbi dəqiqləşdirilməli olması göstərildiyindən məhkəmə iclası xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə təxirə salınaraq, həmçinin işin hərtərəfli araşdırılması üçün aidiyyəti inzibati orqanlara məhkəmə sorğuları göndərilmişdir.(Sədrlik edən hakim S.Bəktaşi). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında hüquqi mövqe olaraq həm də iddiaçının tələbi dəqiqləşdirilməli olması göstərildiyindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının mobil telefonu vasitəsilə əlaqə saxlanılaraq iddia tələbinin dəqiqləşdirilməsi izah olunmuş və iddiaçının istəyi ilə məhkəmə iclası bu səbəbdən xx.xx.2023-cü il tarixə saat 9:10-a təxirə salınmışdır.(xx.xx.2023-cü il tarixli Arayış iş materiallarına əlavə olunmuşdur.).(Sədrlik edən hakim Ş.Məmmədova). Lakin xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddiaçının apellyasiya şikayətini və iddianı müdafiə etməsi, habelə onun iştirakı olmadan işə baxılmasını, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etməsi (lakin bununla bağlı sübut və əsaslar göstərilməmişdir) barədə ərizəsi daxil olmuşdur. Məhkəmə Kollegiyası göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında hüquqi mövqe olaraq həm də iddiaçının tələbi dəqiqləşdirilməli olması barədə göstərişini və iddiaçının apellyasiya şikayətini və iddianı müdafiə etməsi, habelə onun iştirakı olmadan işə baxılmasını, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etməsi (lakin bununla bağlı sübut və əsaslar göstərilməmişdir) barədə məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi ərizəsini, beləliklə, hazırkı halda apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılmasının Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7.1.-ci maddəsinin tələbləri ilə uzlaşmadığını nəzərə alaraq Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar