Məhkəmə qərarları › İş №2-1(103)-143/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-143/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-143/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3823/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı1 cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə Bakı ŞİH) və "xxxx" məhdud məsuliyyəti cəmiyyətinə (bundan sonra mətndə "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının qanunsuz hesab edilərək, ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının İddiaçı1 əmlakına aid hissədə qanunsuz hesab edilərək, ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim A.Almazova) e-2-1(112)-4746/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəmənin (hakim N.Abıyev) icraatında olan 2-1(112)- 4746/2024 saylı inzibati iş üzrə məhkəmə icraatının 2-1(112)-3823/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi və 2-1(112)3823/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi, 2- 1(112)-4746/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112) 3823/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3823/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı4 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsini xahiş edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2025-ci il tarixdə İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayətini və onunla birlikdə təqdim edilmiş bütün iş materiallarının geri götürülməsi xahiş edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə İddiaçı4 məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia tələbindən imtina etdiyini və mübahisə predmeti ilə bağlı "xxxx" MMC-yə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbinin olmadığını bildirmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və təqdim edilmiş ərizələri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi geri götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar