Məhkəmə qərarları › İş №2-1(103)-1430/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1430/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1430/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, tərəfləriniştirakı olmadan, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3607/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və atasının adının «Slavik» olmasını təsdiq edən sənədlər - «atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə», «atasının ölümü haqqında şəhadətnamə» və «bacısının doğum haqqında şəhadətnaməsi» əsasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 1985-ci il tarixdə 517 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsi (atasının adının «Slavik, ata adının «Slavikovna» kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. xx xxxx 1985-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən X-İQ seriyalı 474224 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Həmin doğum haqqında şəhadətnamədə onun atasının adı «Slavik», onun ata adı isə «Slavikovna» kimi qeyd edilmişdir. X7 Vazqgenoviç xx xxxxxxx 1961-ci ildə Ermənistan SSR-in Qoris şəhərində anadan olub, xx xxxxx 2004-cü ildə Belarusiya Respublikasında vəfat edib. X9 Nikolayevna xx xxxxxx 1964-cü ildə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2006-cı ildə Suraxanı RPİ tərəfindən Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 05635909 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Anası xx xxxxxx 2009-cu ildə Bakı şəhərində vəfat edib. O, anası ilə birlikdə ünvan 2 mənzil 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Bacısı Məmmədova (Abkaryan) Elina Slavikovna xx xxxx 1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində anadan olub. Bacısı Azərbaycan Respublikası vətəndaşıdır. X8 xx xxxxxxxx 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə Füzuli rayonunda həlak olub. 1988-ci ildə onlar Belarusiyaya getmişlər, Minsk şəhərinin Mədil rayonunun Brili kəndində yaşamışlar, 4-cü sinfə qədər orta məktəbi Belarusiyada oxumuşdur. Ailədaxili zorakılıq səbəbindən anası atası ilə olan nikahın pozulması üçün Belarusiyada məhkəməyə müraciət etmişdir və xx xxxxxx 1996-cı ildə onlar Azərbaycana qayıtmışlar. O vaxtdan atası ilə əlaqələri olmayıb. Anası və atasının nikahının pozulması Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə qeydiyyata alınıb. O, 2010-cu ildə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə ailə qurmuşdur. Onların X3 və X4 adlı uşaqları doğulub. Onun şəxsiyyətini təsdiq edən sənədim olmadığı üçün nə nikaha daxil ola, nə də uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmişdir. Hal-hazırda, ailə üzvləri ilə birgə ünvan 3 ünvanında yaşayır. Şəxsiyyət vəsiqəsi yoxdur. Bu səbəbdən də, X1 Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx xxxxxx 2018-ci ildə AR Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edib. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmaq üçün yaşayış yeri üzrə Bakı şəhər Xəzər rayon Polis İdarəsinə müraciət etmişdir. Sənədlərinə baxış keçirilərkən doğum haqqında şəhadətnaməsinə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən vurulmuş möhürün silindiyi məlum olmuşdur. Bu səbəbdən də onu şəxsiyyət vəsiqəsi ilə təmin etmək mümkün olmamışdır. Onun doğum faktı xx xxxx 1985-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alındığı üçün Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi onun müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək «ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iddia tələbini təmin etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi xx xxxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1603/2019 saylı iş üzrə xx.xx.2019-cu tarixli qərarı əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmişdir. Doğum haqqında təkrar şəhadətnamənin ona təqim olunanda təkrar şəhadətnamədə səhvlərin olduğunu atasının adının «Vyaçeslav», onun ata adının «Vyaçeslavovna» kimi qeyd edildiyini görmüşdür. Buna görə qeydiyyat şöbəsinə müraciət etdi, ona bildirildi ki, onun doğum akt qeydində onun atasının adı «Vyaçeslav», onun ata adı «Vyaçeslavovna» kimi qeyd edildiyinə görə doğum haqqında təkrar şəhadətnaməsində də atasının adı və ata adının bu cür qeyd edilmişdir. Həmin vaxt ona bəlli oldu ki, onun doğum akt qeydində səhv var. Belə ki, atasının adı səhvən «Vyaçeslav» və onun ata adı səhvən «Vyaçeslavovna» kimi yazılıb. Əslində isə atasının adı «Vyaçeslav» deyil, «Slavik» olduğuna görə doğum akt qeydində atasının adı «Slavik» və onun ata adı isə «Slavikovna» kimi yazılmalı idi. Bu səbəbdən də xx xxxxxx 2020-ci ildə Bakı şəhəri Cavabdehnə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və atasının adının «Slavik» olmasını təsdiq edən sənədlər - «atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə», «atasının ölümü haqqında şəhadətnamə» və «bacısının doğum haqqında şəhadətnaməsi» əsasında Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 1985-ci il tarixdə 517 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsini yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsini və yeni dəyişikliklər əsasında ona doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh ərizəsini təmin etməkdən imtina etmiş və bu barədə ona 05/103 saylı, xx.xx.2020-ci il tarixli məktubla cavab vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3607/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə iddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət məzmuncaiddiaərizəsinəuyğunolmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Eyni zamanda iş üzrə cavabdeh Bakı şəhəri, Cavabdeh 05/13-775 saylı xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, məhkəmə işinə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyasıtərəflərin(nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsinidinləyərək, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli,Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3607/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı doğum akt qeydindəki səhvlərin düzəldilməsi, yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 9-cu bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin "Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi" adlanan 37-ci fəsli ilə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı icraatın aparılması müəyyən edilmişdir. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə isə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin tərəflər arasındakı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, İddiaçı iddia tələbi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını düzgün olmaması ilə bağlı olduğundan həmin tələbə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatında baxılmalıdır və ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar iddianın mümkün sayılmaması barədə düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3607/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Mayılov Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar