Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1430/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* saylı 27.11.2014-cü il tarixli çıxarışın etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2397/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* saylı 27.11.2014-cü il tarixli çıxarışın etibarsızlığının tanınması” barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2397/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı (İB) “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn, 01.05.1986-cı il tarixdə istismara verilmiş DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin Pirallahı rayonu Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə kəmərlərin mühafizə zonasında 10.08.2021-ci il tarixində vətəndaş X9 tərəfindən təxminən 1 metr hündürlüyündə hasar tikildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarının 4.1-ci bəndinə əsasən “Neft boru kəmərləri marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmaqla vətəndaş həmin qərarın tələblərini pozmuşdur. Sözügedən DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərləri 01.05.1986-cı il tarixdə istismara verilmiş və həmin kəmərin mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş V.Ö.Hüseynova izah edilmiş, sözügedən ərazidən yüksək təzyiqli magistral neft kəmərlərinin keçməsi yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması ona başa salınmış və əlavə işlərin aparılmamasına dair şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqi təsdiqedici sənədin (27.11.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) olduğunu əsas gətirərək tikinti işlərini davam etdirəcəyini bildirmiş və davam etdirir. Baki İnzibati Məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddia lazımı qaydada qaldırılmamışdır. Məhkəmə hesab edir ki, Gürgan-Pirallahı bələdiyyəsinin 17.12.2007-ci il tarixində keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı mübahisələndirilməli idi. Qeyd edirik ki, məhkəmə gedişatında Gürgan- Pirallahı bələdiyyəsinə məhkəmə sorğusu ünvanlanmışdır. Bakı şəhəri Pirallahı rayon Gürgan-Pirallahı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Pirallahı rayonun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2014-cü il 21 oktyabır tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri Mərkəzi Seçki komissiyasının 2015-ci ilyanvar tarixli iclasında təsdiqlənmişdir. Bakı şəhəri Pirallahı rayonun ərazisində yeni yaradılmış Gürgan-Pirallahı bələdiyyəsi 2015-ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Bakı şəhəri Pirallahı rayon Gürgan-Pirallahı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.12.2021-ci il tarixli məktuba baxmayaraq Bakı İnzibati Məhkəməsinin 02.02.2022-ci il tarixli 2-1(112)- 2397/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi, “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn 01.05.1986-cı il tarixdə istismara qəbul olunmuş DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərinin Pirallahı rayonu, Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə torpaq sahəsinə dair hüquqi təsdiqedici sənəd (27.11.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) verməklə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Şəhər Ərazi İdarəsi qanunvericiliyin tələblərini pozmuşdur. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 1.2-ci bəndinə görə, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən işə cəlb edilmiş 3cü şəxs X9 zəruri cəlb edilməli olan 3-cü şəxs kimi tanınmış və bu barədə ayrıca qərardad qəbul edilmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarından müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı tələbi 3-cü şəxsin xeyrinə verilmiş reyestrdən çıxarışın etibarsızlığnın tanınması barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. İşə baxmış birinci instansiya məhkəməsi iddianın lazımi qaydada qaldırılmamasına, hüquqi yardımın edilməsinə baxmayaraq iddia tələbinin dəqiqləşdirilməməsinə, torpaq sahəsinin X6 rayon Gürgan-Pirallahı bələdiyyəsinin 18 saylı 17.12.007-ci il tarixdə keçirilmiş yığıncağının qərarı əsasında verilməsinə baxmayaraq, iddiaçı tərəfindən çıxarışın mübahisələndirilməsinə istinad edilərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı 27.11.2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Pirallahı rayon Gürgən bələdiyyəsinin 30 saylı 06.10.2021-ci il tarixli məktubundan görünür ki, “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının İİ hissəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2014-cü il 21 oktyabr tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının 2015-ci il yanvar tarixli iclasında təsdiqlənmişdir. Bakı şəhəri Pirallahı rayonunun ərazisində yeni yaradılmış Gürgən bələdiyyəsi 2015- ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, Gürgən bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan hal-hazıradək torpaq sahəsi ayırmamış və fəaliyyət müddəti ərzində bələdiyyə arxivində qeyd olunan iş ilə bağlı məlumat müəyyən edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2017-ci il yanvarın 1-dən etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı məsələlər ümumiyyətlə müvəqqəti dayandırılmışdır. Torpaqların alqı-satqısına dair iyul 2007-ci il tarixli aktdan görünür ki, sözügedən torpaq sahəsinin Vahid Hüseynova satılmasına dair Gürgən-Pirallahı bələdiyyə ərazisində 12000 kv.m torpaq sahəsinin satılması barədə 18 saylı 17.12.2007-ci il tarixli qərar qəbul edilmişdir. Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin 17 dekabr 2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarından görünür ki, X5 Gürgan-Pirallahı bələdiyyəsi ərazisində Gürgan qəsəbəsi, E.Hüseynov küçəsi, cənub-qərb tərəfində 1200 kv.m ölçüdə torpaq sahəsinin təmannasız verilməsi qərara alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının etibarsızlığının tanınmasını tələb etdiyi reyestrdən çıxarış müvafiq bələdiyyə qərarı əsasınla verilmişdir. Həmin bələdiyyə qərarının verilmədiyi və hazırda mövcud olmadığı Bələdiyyə tərəfindən bildirilsə də, həmin sənəd mövcuddur və məhkəmə icraatı dövründə təqdim olunmuşdur. Belə olan halda sözügedən bələdiyyə qərarı mövcud olduğu təqdirdə onun əsasında verilmiş çıxarışın etibarsızlığının tanınmasını tələb etmək mümkünsüzdür. Digər tərəfdən, iddiaçı Bələdiyyə tərəfindən belə qərarın verilmədiyinə istinad edib iddia tələbini dəqiqləşdirmək arzusunda olmadığını bildirsə də, hər bir halda sözügedən bələdiyyə qərarının mövcudluğu onun etibarsızlığının tanınmasını və ya digər qaydada (iddiaçının tələbinin hüquqi əsasına bağlı olaraq) mübahisələndirilməsini tələb edir. Üalnız bundan sonra iddiaçı öz arqumentləri əsasında həm bələdiyyə qərarının etibarsızlığı, həm də onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsızlığına nail ola bilər. Hazırki vəziyyətdə isə yuxarıda qeyd olunan qaydaya riayət olunmadan 3-cü şəxsin xeyrinə reyestrdə aparılmış qeydlə bağlı verilmiş çıxarışın mübahisələndirilməsi qeyrimümkündür və buna görə də iddianın qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Kollegiya razılaşır və hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri baxımından iddianın mümkünlük məsələsinə düzgün qiymət verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2397/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2397/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1430/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1430/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver