Məhkəmə qərarları › İş №2-1(103)-1431/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1431/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1431/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X8-N saylı hərbi hissəyə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası XN Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)-40N/N0N1 saylı 04 mart N0N1-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul N0N1-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan Nəhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1981-ci il təvəlldlüdür. SQ seriyalı ******* saylı N1.08.N019-cu il tarixli şəxsi vərəqədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 500N-ci X7 taborunun təlim ordu (100 No-li h/h) bölüyünün (qumbara 500-cü motoatıcı atan hazırlığı üzrə) təlim briqadası baş çavuşu vəzifəsinə təyin edilib. 17N4 saylı xəstəlik tarixi Çıxarış epikrizdən görünür ki, N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsinə N1.08.N019-cu ildə daxil olmuş gizir İddiaçı 0N.09.N019ci il tarixdə reaktiv oliqoartrit, hər iki diz oynaqlarının zədələnməsi ilə C virus hepatiti daşıyıcısı diaqnozu qoyulmuş, aparılan müalicə nəticəsində xəstədə klinik, laborator sağalma baş vermiş, kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. N-cı təlim bölüyünün baş çavuşu gizir M.Mehrəliv tərəfindən 500 saylı Hərbi hissənin 1-ci təlim taborunun komandirinə ünvanladığı raportdan görünür ki, o, hərbi xidmətə yeni gəldiyi az bir müddət ərzində bölüyün baş çavuşu kimi özünü doğrulda bilməmiş, xidmət üzrə rəhbər sənədləri zəif mənimsədiyi üçün bu sənədlərdən düzgün istifadə etməyi bacarmır. Komandirlər tərəfindən verilən əmr və tapşırıqları vaxtında yerinə yetirə bilmir. Bu səbəbdən komandirlər onun xidmətindən narazı olduqlarını bildirirlər. Həmçinin o, xəstələndiyi üçün hərbi xidməti vəzifələrinin öhdəsindən gələ bilmir, layiqincə xidmət etməsi üçün xəstəliyi imkan vermir. Hal-hazırda xəstə olduğu üçün hərbi xidmətini nizam intizamlı qaydada davam etdirə bilmədiyi üçün onu ordu sıralarından tərxis olunması ilə əlaqədar yuxarı komandir qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. N-ci təlim tabor komandirinin birinci müavini- qərargah rəisi mayor Musa Bəndəliyevin N nömrəli hərbi hissə komandirinə 03.09.N019-cu il tarixli raportundan görünür ki, N-ci təlim taborunun N-cı təlim bölüyünün baş çavuşu gizir İddiaçı vəzifə borclarının icrasına səhlənkar yanaşması, verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirməməsi, tabeliyində olan şəxsi heyətin məişət şəraiti ilə maraqlanmaması, bölükdə olan silahların, əşya əmlakın uçotunu və qeydiyyatını vaxtında aparmaması, ona tutulan iradlardan, verilən intizam cəzalarından heç bir nəticə çıxarmaması səbəbindən gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. N7.03.N019-cu ildən hərbi qulluqda olan N-ci təlim taboru bölüyünün baş çavuşu gizir İddiaçı xidməti vərəqəsindən görünür ki, 500 H/H komandirinin 30.07.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı xidməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N nömrəli hərbi hissə komandirinin N0.08.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə N0.08.N019-cu ildə töhmət cəzası verilmişdir. İddiaçı ilə N0 avqust N019-cu il tarixdə aparılmış birinci söhbətdən görünür ki, o, xidməti ilə bağlı ona maneçəlik yaradılmadığını, sadəcə səhhətilə əlaqədar problemlərin olduğunu, hərbi həkim komissiyasından keçdiyini, səhhəti kafi olduğundan xidmətə yararlı hesab edildiyini, xidmətində dönüş yarada bilməyəcəyini, bununla bağlı ehtiyata buraxılmaq istədiyini, növbəti məzuniyyətdən istifadə etdiyini, özünü normal hiss etdiyi üçün HHK-na göndərilməsinə ehtiyac duymadığını bildirmişdir. Onunla 05 sentyabr N019-cu il tarixdə aparılmış ikinci söhbətdən görünür ki, o izahatında xidmət etməyi bacarmadığını, şərəf məhkəməsinin qərarı ilə razı olduğunu, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istədiyini, hərbi hissə komandanlığı və ya taborun komandanlığı tərəfindən onun xidmətinə heç bir maneəçiliyin olmadığını, özünü yaxşı hiss etdiyi üçün HHK-na ehtiyac duymadığını bildirmişdir. N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin 05 sentyabr N019-cu il tarixli qərarının surətindən görünür ki, N-ci təlim taborunun N-cı təlim bölüyünün (qumbaraatan hazırlığı üzrə) baş çavuşu gizir İddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyini, tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmadığını, bölüyün əşya əmlakını qorunmasına və onların saz saxlanılmasına nəzarət etmədiyinə, növbətçilik zamanı xidməti düzgün təşkil etməyi bacarmadığına və ona göstərilən iradlardan heç bir nəticə çıxarmadığını nəzərə alıb, onu Azərbaycan Ordusundan həqiqi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. 05.09.N019-cu il tarixli xidməti xasiyyətnamədən görünür ki, İddiaçı N019-cu ilin mart ayından N nömrəli hərbi hissənin N-ci təlim taborunu N-cı təlim bölüyünün baş çavuşu vəzifəsində xidmət edir. O, bölüyün baş çavuşu kimi vəzifəsini qüsurlarla yerinə yetirir, verilən tapşırıqlara məsuliyyətsiz yanaşır, bölükdə səhər baxışının aparılmasına və axşam yoxlanışının keçirilməsinə biganəlik göstərir, verilən tapşırıqların yerinə yetirilməsi zamanı üzərində nəzarət olunmasına ehtiyac duyulur. Göstərilən iradlardan dərhal nəticə çıxarmağı bacarmır, sərbəst qərarlar qəbul etməkdə çətinlik çəkir. Ətrafındakıları inandırmaq qabiliyyətinə malik deyil, bilik səviyyəsini və bacarığını artırmaq üçün öz üzərində çalışmır, təşkilatçılıq qabiliyyəti yoxdur, xidmət etdiyi kollektivdə hörmətə malik deyil. Müdafiə Nazirinin müavini- X8 Komandanının 078 gm saylı 07 sentyabr N019- cu il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15Ncı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 500-cü Motoatıcı Təlim briqadasının (N nömrəli hərbi hissə) 500N-ci Təlim taborunun təlim bölüyünün (qumbaraatan hazırlığı üzrə) baş çavuşu gizir İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi komandirinin N57 saylı 10 sentyabr N019-cu il tarixli nizami hissə üzrə əmrin surətindən görünür ki, Müdafiə nazirinin müavini-X8 Komandanının 07.09.N018-ci il tarixli 078 nömrəli əmrinə əsasən gizir İddiaçı, N-ci təlim tabrunun təlim bölüyünün (icrrat hazırlığı üzrə) baş çavuşu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 10 sentyabr N019-cu il tarixdən hərbi şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmiş, İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmrinə əsasən N019-cu il üzrə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş pul mükafatını almağa layiq olmaması qeyd edilmişdir. İddiaçı -N019-cu ilin növbəti məzuniyyətindən N5 gün istifadə etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 500 saylı Hərbi Hissəsinin N01N saylı 0N avqust N0N0-ci il tarixli arayışından görünür ki, 10 aprel N019-cu ildə ehtiyatdan sonuncu dəfə həqiqi hərbi xidmətə çağrılmış N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 10 sentyabr N019-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən 1 il tam xidməti olmadığına görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il NN nömrəli qərarının 35.3-cü maddəsinə əsasən xidmətdə fasilə olarsa, xidmət müddətinə gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində hərbi xidmətə yalnız sonuncu dəfə qəbul edilmə günündən başlayan dövr hesablanır. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il NN nömrəli qərarının 35.N.4-cü maddəsinə əsasən xəstəliyə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılma halları istisna olmaqla, həqiqi hərbi xidmətə sonuncu dəfə çağırıldıqdan sonra bir il xidmət etməmiş ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara birdəfəlik və işdənçıxma müavinəti ödənilmir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N019-cu ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən 500 saylı Hərbi hissədə gizir rütbəsində xidmətə başlamış, işlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmiş, həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışları ilə böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. İşinin son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq, onların öhdəsindən tam gəlməyi bacarmış, hər gün eyni vaxtda, yəni səhər saat 0N:00-dan, axşam saat N3:00-dək çöl şəraitində və ayaq üstə dayanmaq rejimində fəaliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyyələrində kəskin ağrıların başladığını və bu nahiyyələrə maye yığıldığı müəyyən edilmişdir. Dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməsinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldığından, hər axşam hərarətlə müşahidə olunmağa başladığından, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərdilər. Müayinə zamanı onda diz qapaqlarına maye yığılması, qara ciyərin “hepati-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərlik hospitalda stasionar müalicə adı ilə yerləşdirilməsinə razılıq vermişdi. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan “natriyxlor”, “besilin” preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu hərbi hissəyə işini davam etdirməyə göndərdilər. Onda yaxşılaşmağa doğru heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, belə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etdilər. Onun təyinatı üzrə mükəmməl müalicə alması üçün Bakıya göndərilməsini hospitalın rəhbərliyindən tələb etməsinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verilmiş. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmadığını mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Bütün bunlardan sonra xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün hərbi hissənin rəhbərliyinin adına raport yazaraq onu işdən azad etmələrini istəsə də, “şərəf məhkəməsi” adlı toplantı keçirərək hazırki durumu ilə heç bir əlaqəsi olmayan xidməti uyğunsuzluq müddəası ilə onu 07 sentyabr N019-cu ildə işdən azad etmişlər. Raportundan da göründüyü kimi, o, xəstəliyi ilə əlaqədar işdən azad olunmağını xahiş etsə də, hərbi hissə rəhbərliyi ona qarşı qərəzli və qanunazidd mövqe tutaraq onu tamam ayrı maddə ilə işdən xaric etmişdir. Hərbi hissə rəhbərliyi ona qarşı qanunsuz əməllərini davam etdirərək, işdən azad olunduqdan sonra onun bir aylıq əmək haqqını, həmçinin son haqq-hesabı aparmadan, ona heçnə düşmədiyini, ona nə əmək haqqı, nə də digər müavinətlərin verilməyəcəyini bildirmişdir. Bəzi hallarda hərbi qulluqçuların səhhətində yaranmış problemlərlə əlaqədar, onların bu və ya digər vəzifələrdə çalışması məqsədəuyğun hesab edilməyərək, xidmətə uyğunsuz kimi işdən azad edilirlər. Bu iki anlayışı qarışdırmaq olmaz. Belə ki, işçinin səhhətinin daha da pisləşməsi müşahidə olunan səbəbdən işdən azad olunmasını xidməti uyğunsuzluq kimi qəbul etməyə heç bir əsas yoxdur. Ona əsas tibbi göstərişin müstəsnalıq təşkil etməsidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh X4 iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, ehtiyatda olan gizir İddiaçı 14.11.N005-ci ildən N7.11.N010-cu ilədək N nömrəli hərbi hissədə (hazırki X8) xidmət etmiş, sonuncu tarixdə xidmət müddəti başa çatdığına görə müddətini artırmadığı üçün ehtiyata buraxılmış, N019-cu ilin mart ayında xidmətə qəbul olunması ilə bağlı müraciət etmiş, Müdafiə nazirinin müavini-X8 Komandanı tərəfindən müraciətinə müsbət qərar verilərək N7.03.N019-cu ildə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və N nömrəli hərbi hissədə bölüyün başçavuşu vəzifəsinə təyin olunmuşdur. Lakin, gizir İddiaçı ona göstərilən etimadı doğrultmamış, təkrar xidmətə qəbul edilməsinə baxmayaraq intizamsızlıq etmiş, bu səbəbdən N019-cu ilin iyul və avqust aylarında N nömrəli hərbi hissə komandiri ona “Töhmət” intizam cəzası vermişdir. Bundan sonra gizir İddiaçı xidmətində dönüş yaratmamış, əvvəlki vəzifəsinin musiqiçi olduğunu, bölüyün baş çavuşu kimi xidmət edə bilmədiyini əsas gətirərək xidmətdən yayınmış, xidmət etmək istəmədiyini bildirmişdir. Bu səbəbdən hərbi hissə komandiri tərəfindən onun gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə qərar qəbul olunmuş və o, 05.09.N019-cu ildə şərəf məhkəməsində dinlənildikdən sonra məhkəmə onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etmişdir. Hərbi hissə komandiri şərəf məhkəməsinin qərarı ilə razılaşmış və onun təqdimatı əsasında gizir İddiaçı 07.09.N019-cu ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmamışdan əvvəl səhhəti ilə bağlı N nömrəli hərbi hissə komandirinin N avqust N019-ci il tarixli göndərişi ilə N nömrəli hərbi hissəyə müalicəyə göndərilmiş, N1 avqustda isə hospitalda stasionar müalicəyə qəbul olunmuşdur. Müalicəyə qəbul olunan günü hərbi hissədə onunla yazılı söhbətləşmə aparılmış, ona Hərbi Həkim Komissiyasından keçirilməsi barədə sual olunmuş, lakin o Hərbi Həkim Komissiyasından keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Aparılmış müalicələr nəticəsində sağalma baş verdiyindən gizir İddiaçı 0N sentyabr N019-ci ildə kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. Gizir İddiaçı xidməti vəzifələrinin icrasına səhlənkar yanaşması, yol verdiyi intizamsızlıqlar və vəzifəsinin öhdəsindən gələ bilməməsi səbəbindən 3 sentyabr N019-ci ildə tabor komandiri tərəfindən “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilməsi üçün hərbi hissə komandirinə müraciət olunmuş, nəticədə 05 sentyabr N019-ci ildə şərəf məhkəməsinə çıxarılmışdır. Şərəf məhkəməsində gizir İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış və hərbi hissə komandiri vəsatəti təmin edərək bu barədə Müdafiə nazirinin müavini-X8 Komandanına təqdimat göndərmişdir. 05 sentyabr N019-ci ildə gizir İddiaçılə ikinci yazılı söhbətləşmə aparılan zaman ona yenə də Hərbi Həkim Komissiyasından keçirilməsi sual olunmuş, lakin ehtiyac duymadığını bildirdiyindən komissiyadan keçirilməmişdir. Həmçinin, həmin vaxt gizir İddiaçı söhbət vərəqəsində “Gizirlərin Şərəf Məhkəməsi”nin onun barəsində verdiyi “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılsın” qərarına “Xidmət etməyi bacarmıram. Şərəf Məhkəməsinin qərarı ilə razıyam. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istəyirəm” sözləri ilə münasibətini bildirmişdir. Nəticədə gizir İddiaçı 07 sentyabr N019-ci ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçı xidmətdə olarkən Hərbi Həkim Komissiyasından keçirilməyə ehtiyac duymadığından keçirilməmiş, ona zəruri tibbi yardım göstərilmiş, sağalma baş verdiyinən kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ehtiyata buraxıldıqdan sonra isə xəstəliyini əsas tutaraq ehtiyata buraxılma əmrinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki tarixədək onda hər hansı bir əlilliyin olması və ya hərbi xidmətə yararsız olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Hazırda onda olan xəstəliyin səbəb əlaqəsi müəyyən edilməmiş, onun 07.09.N019-cu il tarixinə hərbi xidmətə yararsız olması ilə bağlı sübutlar mövcud deyil. İddiaçı 07.09.N019cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman səhhətində xidmətə yararsız hesab olunacaq dərəcədə pozuntu olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin N-1(11N)-40N/N0N1 saylı 04 mart N0N1-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, N019-cu ilin 0N dekabr tarixində, təxminən gecə saat 03:00 radələrində hərarəti 39.5 dərəcəyə qalxdıqdan sonra onda şiddətli ürəkbulanma başlamış, nəticədə ağız nahiyəsindən böyük həcmdə və təzyiqdə qan gəlmişdir. Təcili yardım vasitəsilə həmin gün 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə çatdırıldıüdan sonra, müayinə zamanı qaraciyər hepatit “C” səbəbindən öz fünksiyasının itirdiyinə görə qanı tam süzə bilmədiyindən mədə hissəsinin varikoz damarlarının genişlənərək üç yerdən partladığı və axan qanın mədə boşluğuna dolduğu məlum olmuşdur. 10 gün müddətində qan sızmalarını dayandırdıqdan sonra o, göndəriş əsasında 1 saylı XN “Yoluxucu xəstəliklər şöbəsi”ndə müayinə olunarkən onda qaraciyər serrozu xəstəliyi aşkar edilərək, 14 gün həmin xəstəxanada müəyyən müalicə kursu aldıqdan sonra xəstəlik tarixindən çıxarış (epiqriz) verilərək evə buraxılmışdı. Məhkəmə qərarında onun tərəfindən davranış qaydalarının pozulduğu, rəhbərlik tərəfindən verilən tapşırığın yerinə yetirilməməsi göstərilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən bu halı təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Tərəflərin izahatları: 07 iyul N0N1-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər və 3-cü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin NN.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı tələbi cavabdehin 078 GM saylı 07.09.N019-cu il tarixli əmrinin dəyişdirilməsi barədə olmuşdur. Belə ki, iddiaçı cavabdeh orqan tərəfindən onun ehtiyata buraxılması barədə qəbul edilmiş 078 GM saylı 07.09.N019-cu il tarixli əmrin dəyişdirilərək, “Hərbi qulluq keçmə” haqqında Əsasnamənin 15N-cı maddəsinin “v” bəndinə, yəni xəstəliyə görə ehtiyata buraxılması barədə qərar qəbul edilməsini istəyir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 15N — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 15N-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə əsasən yerinə yetirilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılırlar. Hazırki işdə iddiaçı onun adı çəkilən Əsasnamənin 15N-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmasını qanunsuz sayır və buna heç bir əsasın olmadığını bildirir. İşdən məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 500N-ci Təlim Taborunun təlim bölüyünün baş çavuşu gizir kimi həqiqi hərbi xidmət keçmişdir. N-ci təlim tabor komandirinin birinci müavini-qərargah rəisi mayor Musa Bəndəliyevin N nömrəli hərbi hissə komandirinə 03.09.N019-cu il tarixli raportundan görünür ki, N-ci təlim taborunun N-cı təlim bölüyünün baş çavuşu gizir İddiaçı vəzifə borclarının icrasına səhlənkar yanaşması, verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirməməsi, tabeliyində olan şəxsi heyətin məişət şəraiti ilə maraqlanmaması, bölükdə olan silahların, əşya əmlakın uçotunu və qeydiyyatını vaxtında aparmaması, ona tutulan iradlardan, verilən intizam cəzalarından heç bir nəticə çıxarmaması səbəbindən gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. N7.03.N019-cu ildən hərbi qulluqda olan N-ci təlim taboru bölüyünün baş çavuşu gizir İddiaçı xidməti vərəqəsinə əsasən 500 H/H komandirinin 30.07.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı xidməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N nömrəli hərbi hissə komandirinin N0.08.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə N0.08.N019-cu ildə töhmət cəzası verilmişdir. Bununla bağlı iddiaçının özü ilə söhbət aparılmış, söhbət zamanı şərəf məhkəməsinin qərarı ilə razı olduğunu, xidmətində dönüş yarada bilməyəcəyini, eləcədə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istədiyini etiraf etmiş, özünü yaxşı hiss etdiyi üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə ehtiyac olmadığını bildirmiş, nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- X8 Komandanının 078 gm saylı 07 sentyabr N019-cu il tarixli əmri ilə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin Əsasnamənin 1NN-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həmin Əsasnamənin 1N3-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 1N5-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 1NN-cı maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin N0-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Həmin Əsasnamənin N0-ci maddəsinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu hesab edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə N saylı Əlavə – “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 9-cu hissəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 15N-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda) göndərilir. İddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbihəkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi. Qeyd edilmiş hallarla bağlı məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh tərəfindən mübahisələndirilən əmrin verilməsinə əsas olan hallar iddiaçı xidmət dövründə mənfi xarakterizə olunmuş, ona 500 H/H komandirinin 30.07.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı xidməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N nömrəli hərbi hissə komandirinin N0.08.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə N0.08.N019-cu ildə töhmət cəzası verilmiş, eyni zamanda onunla iki dəfə fərdi söhbət aparılmış, onun ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilmiş (aparılmış fərdi söhbətlər zamanı), onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilmiş, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.3cü maddəsində qeyd edilmişdir ki, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə N aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. N. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Beləliklə, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xəstəliklə əlaqədar ehtiyata buraxılmaları üçün zəruri şərtlərdən biri hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə N aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılmalarıdır. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya cavab olaraq İddiaçı N nömrəli hərbi hissədə müalicədə olması ilə bağlı barəsində olan 17N4 nömrəli xəstəlik tarixinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Həmin xəstəlik tarixində iddiaçıya qoyulmuş diaqnozlar öz əksini tapmış, bununla bağlı müalicə aldığı, sağlamlıq vəziyyəti kafi olduğu üçün öz hərbi hissəsinə yazıldığı müəyyən olunmuşdu. İddiaçı şərəf məhkəməsindən sonra onunla aparılmış söhbətləşmə zamanı HHK-nin rəyinə ehtiyac olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 0N.10.N0N0-ci il tarixli 1373 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən 10.09.N019-cu il tarixdən 3 ay ərzində xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı müraciəti olmamışdır. Beləliklə, iş materiallarında mövcud olan sənədlərdə iddiaçının hazırki xəstəliyinin məhz xidməti vəzifəsini icra edərkən yaranması təsdiq olunmur, iddiaçı da bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N8.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin N8.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.N-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin N-1(11N)- 40N/N0N1 saylı 04 mart N0N1-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-40N/N0N1 saylı 04 mart N0N1-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar