Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1432/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “xx.xx.2021ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9486/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin mart ayından dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 2 nömrəli Poliklinikası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonun Xatınlı kəndində əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Bakı şəhərinə köçərək Xətai rayonunda Yanğından Mühafizə hissəsində işləyib. 3 il orda işlədikdən sonra əmək fəaliyyətini Daxili işlər Nazirliyini metroları mühafizə idarəsində polis nəfəri kimi davam etdirib. 2006-cı ildə işdə olarkən infakt keçirib. Bundan sonra bir neçə ay xəstəxanada yatıb. 2007-ci ildə əmək qabiliyyətini itirdiyi üçün 2-ci qrup əlil kimi pensiyaya çıxıb. 2021-ci ilin mart ayına kimi 2-ci qrup əlil kimi pensiya alıb. Mart ayında yenidən müayinəyə çağırılarkən əlillik pensiyası kəsilmişdir. Halbuki o, hər il ürəyindən və asma xəstəsi olduğu üçün müalicə alib. Lakin cavabdeh əlavə müalicəyə ehtiyacının olmasına əsaslanaraq imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı barəsində sonuncu Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə X11 2 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişi əsasında əlillik vəziyyətinə baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.9 - Dəqiqləşdirilməmiş ürək çatmamazlığı; Diaqnozun mətni: ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİ.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr diaqnozu təsdiqləmir Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9486/2021 saylı 17 dekabr 2021-ci il tarixli ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən bildirmişdir ki, Forma 88 arayış (№4400003AAFM) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz birbaşa olmasa belə (İ25.2 əvvəllər keçirilən miokard infarktı), ağırlaşmaları (İ20.8. Stenokardiyanın digər formaları) və (İ50.0 Durğunluq ürək çatmamazlığı) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu ixtisaslaşmış müəssisə X1 tərəfindən xx.xx.2021-ci ildə aparılmış diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, EXOKQ) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunan Əsasnamənin 2.2.1-ci yarımbəndinə görə “2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli, 4400003AAAFM saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Əvvəllər keçirilən miokard infarktı, ÜİX İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İİ dərəcə. AF=48 % Arterial hipertenziya İİ dərəcə” qan dövranının birinci dərəcə çatışmazlığını yarada bilər. Hansı ki qeyd olunan “atım fraksiyası” (AF) iddiaçıda 48%-dir, birinci dərəcə qan dövranı çatışmazlığı isə 53-75% arası “atım firaksiyası”(AF) əsasında müəyyən olunur. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan diaqnozu deyil, qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləyir. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir.Həmçinin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız göndərişdəki “XBT” (X2 kodlarına) əsaslanmış, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunu nəzərə almamış, xüsusi biliyin tətbiqi gərəkli olduğu halda bu barədə tərəfimizdən verilmiş vəsatəti rədd etmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 2 nömrəli Poliklinikasının hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı DİN-nin Tibb İdarəsinə X11 2 nömrəli Poliklinikanın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. Qeyd olunan ağırlaşmalar iddiaçıya əlillik təyinatının aparılması üçün tələb olunan diaqnozu deyil, qan dövranının 1ci dərəcə çatışmazlığını təsdiqləyir. Ona görə də iddiaçıya əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının əlillik vəziyyəti DİN (DAXİLİ İŞLƏR NAZİRLİYl)-nin 2 saylı Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası. fs İİLlnfarktan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİ mər. Ekstrasistoiik Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı o araq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. DİN (DAXİLİ İŞLƏR NAZlRLİYİ)-nin 2 saylı Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik əstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard nfarktı; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası.fs İİİ.İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİ mər.Ekstrasistolik Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və yamiokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli 4110003AAAEV saylı göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜlX:Stabil gərginlik stenokardiyası fs İİİ.İnfarktdan s/kardioskleroz.Hipertoniya xəstəliyidi mər.Ekstrasistolik aritmiya. QDÇ İİ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal; nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncüdördüncü funksional sinif).” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı.; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası fs İİİ.İnfarktdan s/kardioskleroz.Hipertoniya xəstəliyidi mər.Ekstrasistolik aritmiya. QDÇ İİ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə X11 2 nömrəli Poliklinikasının xx.xx.2021ci il tarixli 4400003AAAD6 saylı göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları.; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİİ.Hipertoniya xəstəliyi İİ mərhələ.Ürək çatmamazlığlı FS-İİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FSİİİ.Hipertoniya xəstəliyi İİ mərhələ.Ürək çatmamazlığlı FS-İİ. Ağırlaşma İ49 Ürək ritminin digər pozğunluqları. Ekstrasistolik aritmiya. Ağırlaşma İ20.8 Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası FS-lll. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ.Yanaşı xəstəliklər J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit.Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, Prostat vəzin hiperplaziyası. Yanaşı xəstəliklər J45 Astma, Bronxial astma 1(1),hormondan asılı vəziyyət. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki hepatoxolesistit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış klinikada müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə X11 2 nömrəli Poliklinikasının xx.xx.2021ci il tarixli 4400003AAAFM saylı göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.9 - Dəqiqləşdirilməmiş ürək çatmamazlığı; Diaqnozun mətni: ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİ.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr diaqnozu təsdiqləmir Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir Hazırda iddiaçı inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPMnin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçının əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə qiymətləndirilsə də, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməkdə müəyyən edilmiş müddəti ötürməmişdir. İddianın mahiyyəti: Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1. –ci maddəsində göstərilir: ” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinə X11 2 №-li poliklinikasının xx.xx.2021-ci il tarixli, 240-1058-1221 saylı sorğuya cavab məktubundan görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı 1992-ci il tarixdən DİN-in 2 saylı poliklinikasında tibbi qeydiyyatdadır. İddiaçı xx.xx.2006-ci il tarixdə “İ 21 Sol mədəciyin arxa diafraqmal nahiyənin kəskin miokard infarktı” diaqnozu ilə ET Kardiologiya İnstitutuna daxil olmuş və stasionar müalicə almışdır. Xəstəlikləri ilə əlaqədar mütəmadi şəkildə poliklinikada ambulator, DİN-in Tibb idarəsinə X11 A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicələr qəbul edir. Xəstə aşağıda göstərilən diaqnozlarla poliklinikada dinamik nəzarətdədir: İ25 X7; İ25.2 İnfarktdan sonrakı kardioskleroz; İ49 Ürək ritminin pozğunluqları. Mədəcik ekstasistolası; İ50.0 Durğunluq ürək çatmamazlığı İİ dərəcə; İ 10 Essensial hipertoniya ll-lll dərəcə; İ20.8 Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası FS-İİ; İ67.4 Hipertonik ensefalopatiya; J44.8 Xroniki obstruktiv bronxit; J45 Bronxial astma; N40 Prostat vəzin hiperplaziyası. Hazırki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması,əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli T 242/2022 nömrəli ekspert rəyində bildirilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün DİN-in 2 nömrəli poliklinikasının xx.xx.2021-ci il tarixli 4400003AAAD6 saylı və xx.xx.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişləri ilə göndərilmiş 88 saylı arayışlarında qeyd edilmiş “əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası FS-İİİ, hipertoniya xəstəliyi İİ mərhələ, ürək çatmamazlığı FS-İİ. Ağırlaşma: 150.0 durğunluq ürək çatmamazlığı, ÜİX infarktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası FS İİİ, hipertoniya xəstəliyi İİ mərhələ, ürək çatmamazlıglı FS-İİ; 149 ürək ritminin digər pozğunluqları, ekstrasistolik aritmiya, İ20.8 stenokardiyanm digər formaları, gərginlik stenokardiyası FS-İİİ” diaqnozu stasionarda kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin göndərişlərdə olan əsas diaqnozun ağırlaşmalarının dəqiqləşdirilməsi üçün şəxs tibb müəssisəsində əlavə müayinə və müalicə olunmalı və müayinənin nəticəsi xəstənin hal-hazırda əlillik təyinatına əsas vermədiyi aşkarlanmışdır. İxtisaslaşmış müalicənin davam etdirilməsi və əsas xəstəliyin ağırlaşmaları 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarma dair” Əsasnamənin əhatə dairəsinə uyğun olub-olmamasının dəqiqləşdirilməsi məqsədi ilə yeni forma 088 rəsmiləşdirilməklə əlillik təyinatına baxıla bilər. Vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixli 4400003AAAD6 saylı və xx.xx.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişlərlə göndərilmiş 88 saylı formada qeyd olunan xəstəliklər onda xx.xx.2006-cı il tarixdən başlamışdır. Həmin xəstəliklərdən əziyyət çəkən şəxslər xəstəliklər kəskinləşdikdə kardioloq tərəfindən müalicə olunurlar. Bundan başqa, iş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi ali dərəcəli məhkəmə-tibbi eksperti, tibb üzrə fəlsəfə doktoru X5 məhkəməyə dəvət edilərək dinlənilmişdir. 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X5 öz izahatında bildirmişdir ki, X7 ümumi bir anlayışdır. Həmin anlayış özündə stenokardiya, miokard infarktı və ürəyin digər xəstəliklərini birləşdirir. Stenokardiya haqqında isə bildirmək istəyirəm ki, bu zaman döş nahiyəsində göynədici, spazm xarakterli ağrılar baş verir. Bu xəstəliyin ağırlaşması son nəticədə miokard infarktına gətirib çıxarır. Onu da bildirim ki, göndərişlərdə qeyd edilən “AF-48” ürəyin artma fraksiyasının vətəndaşda həmin vaxt 48% olmasını bildirir.Hətta müayinə vaxtı LVEF-45% olmuşdur. Qeyd edilən xəstəliklər sağalan xəstəliklərə aid deyildir, əksinə olaraq yaş artıqca ağırlaşma ehtimalı vardır. Qeyd edilən ağırlaşmalar var. Ürəyin qan-damar çatışmazlığı xəstəliyi də X7nə aid olan xəstələliklərdən biridir. İşin araşdırılmış hallarından aydın olur ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə X11 2 nömrəli poliklinikası tərəfindən verilmiş forma 88 arayışına əsasən (№4400003AAFM; göndərişin tarixi: xx.xx.2021-ci il) əsas diaqnoz: İ25.2 əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə (ET Kardiologiya İnstitutu xx.xx.2021); Ağırlaşması: İ20.8. Stenokardiyanın digər formaları, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ. Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə (ET Kardiologiya İnstitutu xx.xx.2021); İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə (ET Kardiologiya İnstitutu xx.xx.2021); İ49 Ürək ritminin digər pozğunluqları. ÜİX Mədəcik ekstrasistolyasiyası. Yanakı xəstəliklər: J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit. İ67.4 Hipertenziv ensefalopatiya; J45Bronxial astma, remissiya mərhələsi; N40 Prostat vəzin hiperplaziyası. İ10 Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi ll dərəcə qeyd edilmişdir. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33). Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əlavədə Qan dövranı sisteminin xəstəlikləri ilə bağlı aşağıdakı şəkildə qeyd verilmişdir: Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. Əlavənin 2.2-ci bəndi: - X7 (İ20-İ25) stenokardiya (döş inağı) (ı20) Qiymətləndirməsi- ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İ və ya İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi), ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi), ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS lV (25 Vatt); XÜÇ İİB və ya İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi). Əlavənin 2.3-cü bəndi: -Ürəyin xroniki işemik xəstəliyi (İ25) Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Qan dövranı sisteminin anadangəlmə anomaliyaları (malformasiyaları) Q20-28 Qiymətləndirmə-ÜDS-nin mülayim disfunksiyası: XÜÇ İİA mərhələ, ÜDS-nin ciddi disfunksiyası: XÜÇ İİB mərhələ, ÜDS-nin ağır və davamlı disfunksiyası: XÜÇ İİİ mərhələ. İş materiallarında olan göndərişlərdən, müayinə aktlarından, həmçinin, ekspert rəyindən aydın görünür ki, iddiaçıda xəstəliyin əsas diaqnozu əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə qeyd edilmişdir. Həmin diaqnozlar üzrə kodlar həm qiymətləndirmə zamanı qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə qeyd edilmişdir. Bundan başqa şəxsdə olan ağırlaşmalar, yanakı xəstəliklər də Meyarlarda (J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit, J45 astma; N40 Prostat vəzin hiperplaziyası. İ10 Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi ll dərəcə) öz əksini tapmışdır. Həmçinin, ekpsertin məhkəmə iclasında dindirməsi zamanı da aydın olur ki, iddiaçıda olan xəstəliklər sağalmaz xəstəliklər, ağırlaşmalar Meyarlardakı diaqnozlara uyğundur. Apellyasiya şikayətinin əsas dəlillərindən “iddiaçıda qan dövranının davamlı olaraq 2-ci dərəcə çatışmazlığı”nın ikinci dərəcə əlilliyin təyinatı üçün əsas olması, iddiaçıda isə ağırlaşmaların qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan müayinə aktlarından (X1 tərəfindən aparılmış müayinə nəticələri), göndərişlərdən, həmçinin ekspertin məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, iddiaçıda mövcud olan xəstəliklərin diaqnozu düzgün qeyd edilmiş və həmin xəstəliklər həm əvvəlki meyarlarda, həm də hazırda qüvvədə olan meyarlarda əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9486/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9486/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-1(103)-1432/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1432/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver